Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2744/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı “mənzilin qanunsuz sahiblikdən geri qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-2269/2024 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətnə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 2529-cu məhəllə, ev № 86-da yerləşən 23 №-li mənzil (yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, giriş 346, M3, m2) cavabdehlər tərəfindən ailə üzvləri və əşyaları ilə birlikdə məcburi qaydada boşaldılaraq iddiaçıya təhvil verilsin. Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, həmin mənzil cavabdehlər tərəfindən əşyaları ilə birlikdə məcburi qaydada boşaldılaraq iddiaçıya təhvil verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya şikayətini cavabdehlərdən biri - Cavabdeh2 verdiyinə görə, qətnamənin əsaslılığı yalnız ona aid olan hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mənzil iddiaçının mülkiyyətindədir. Onun mülkiyyət hüququ xx.xx.2023-cü tarixdə dövlət reyestrində qeydə alınıb və reyestr çıxarışı verilib. İddiaçı mənzili xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında 270.000 manata X1 əldə edib. İddiaçı iddia edir ki, cavabdehlərin mənzilə hər hansı hüququ yoxdur, onlar mənzilin boş olmasından istifadə edərək mənzili zəbt ediblər. Cavabdeh2 mənzilə sahiblik edir, lakin mənzilə hər hansı hüququnun olduğunu təsdiq edən sübut təqdim etməyib. Bu isə onu təsdiq edir ki, o, mənzilə qanunsuz sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ona görə də, birinci instansiya məhkəməsi Cavabdeh2 əşyaları ilə birlikdə mənzildən çıxarılmasını qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-2269/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2744/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2744/2025
27.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver