Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2752/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “tikintinin sökülməsi və materialların geri qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(003)-73/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(003)-73/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 17433.9 manat pul vəsaiti, ödənilmiş dövlət rüsumuna görə 15 manatın alınaraq İddiaçı verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manatın Cavabdeh, 50 manatın İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti vermişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İddia ərizəsinin verildiyi vaxt qüvvədə olan “Dövlət rüsumu haqqında” Qanunun 8.4cü və 8.4.1-ci maddələrinə əsasən, apelyasiya və kassasiya şikayətlərindən, birinci instansiya məhkəməsinə müraciət edilərkən bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 8.1.2-ci maddəsinə görə, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Hazırkı iş üzrə iddianın qiyməti 500 manatdan çox olduğundan cavabdeh qətnamədən apelyasiya şikayəti verərkən 15 manat dövlət rüsumu ödəməli olduğu halda, 8 manat dövlət rüsumu ödəmişdir. Məcəllənin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apelyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Müəyyən edilir ki, birinci instansiya məhkəməsi Məcəllənin 364-cü maddəsinin tələblərinə uyğun olaraq apelyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verib-verməmədiyini yoxlamadan mülki işi apelyasiya baxışına göndərmişdir. Kollegiya hesab edir ki, apelyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 366.2-ci madəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(003)-73/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2752/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2752/2022
02.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver