Məhkəmə qərarları › İş №2(103)-2758/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2758/2022

15.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2758/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4512/2021 saylı, 07 fevral 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən B bloku (6-cı blok, №323) 58.5 kv.m.-lik 270 №-li mənzilin alğı-satqısına dair Cavabdeh ilə "xxxx" Fərdi Firması arasında bağlanmış 99/2018 №-li alğı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə əsasında mənzilə verilmiş çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4512/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı nümayəndəsi X1 və vəkili Vəkil1 tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12020/2021 saylı 09 dekabr 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4512/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4512/2021 saylı, 19 yanvar 2022-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4512/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı nümayəndəsi X1 və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra iddiaçı apelyasiya şikayəti verərək, eyni zamanda apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(001)-4512/2021 saylı qərardadı ilə İddiaçı nümayəndəsi X1 və vəkili Vəkil1 tərəfindən verilmiş ərizə təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(001)- 4512/2021 saylı qətnaməsindən İddiaçı nümayəndəsi X1 və vəkili Vəkil1 tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbi üzürlü hesab edilmiş və buraxılmış prosessual müddət bərpa edilmiş, İddiaçı nümayəndəsi X1 və vəkili Vəkil1 tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(001)-4512/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(001)-4512/2021 saylı qərardadından şikayət verilərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin müddətin bərpa edilməsinə dair 07 fevral 2022-ci il tarixli qərardadı əsassızdır və ləğv edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının nümayəndəsi X1 və vəkili Vəkil1 tərəfindən verilən müddətin bərpası ilə bağlı ərizədə qeyd edilmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4512/2021 saylı, 13 oktyabr 2021ci il tarixli qətnaməsini iddiaçının nümayəndəsi İkram Əliyev şəxsən imza etməklə 21 oktyabr 2021ci il tarixdə götürmüş, son şikayət müddəti 21 noyabr 2021-ci il tarix olmuş, apellyasiya şikayəti yazılmış, lakin 13 noyabr 2021-ci il tarixdə texniki səhv nəticəsində birbaşa Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 12020/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərardadından da görünür ki, apellyasiya şikayət heç də yuxarıda qeyd edildiyi kimi 13 noyabr 2021-ci il tarixdə deyil 22 noyabr 2021-ci il tarixdə, yəni qarşı tərəfin də qeyd etdiyi apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətdən də sonrakı tarixdə verilmiş, müddət ötürülmüşdür. Nəzərə alınsa ki, vəkil orderinə əsasən artıq 13 noyabr 2021-ci il tarixdə iddiaçı ilə müqavilə bağlanmış və vəkil səlahiyyətli olmuşdur. Bu halda apellyasiya şikayətinin elektron qaydada verilməsi üçün imkanlar mövcud olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, vəkilin mülki iş üzrə məhkəmə elektron sisteminə daxil edilməməsi apellyasiya şikayətini elektron qaydada verilməsinə mane olmur. Belə ki, elektron məhkəmə sistemində yeni şikayət bölməsindən bunu etmək mümkün idi. Lakin edilməmişdir. Bütün bunlar göstərir ki, iddiaçı məhkəmə qətnaməsini rəsmi qaydada aldıqdan sonra müəyyən edilmiş forma və qaydada müraciət etməli olduğunu bilsə də bunu etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(001)-4512/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı məhkəmənin 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətini müəyyən edilmiş 1 aylıq müddət ərzində vermiş, lakin apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinin tələblərinə əməl edilmədən verildiyinə görə apellyasiya qeyri-mümkün hesab edilmiş və geri qaytarılmışdır. Hazırda iddiaçı tərəf qərardadda göstərilən nöqsanı aradan qaldırdıqdan dərhal sonra buraxılmış müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti ilə yenidən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, buraxılmış müddət yalnız buraxılmanın səbəblərini üzürlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli, ərizəçinin bu səbəbləri üzürlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının ərizəsini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, şikayət cavabdehin formal mülahizələrinə əsaslanır və öz təsdiqini tapmır. Göründüyü kimi şikayətin dəlilləri qərardadın ləğv edilməsinə əsas deyil. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4512/2021 saylı, 07 fevral 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 360, 397-298 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4512/2021 saylı, 07 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar