Məhkəmə qərarları › İş №2(103)-2773/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2773/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2773/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı QSC-nin törəmə müəssisəsi olan “X2 Edilməsi Agentliyi” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin törəmə müəssisəsi olan “X2 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin törəmə müəssisəsi olan “X2 Edilməsi Agentliyi” MMC, Cavabdeh xx.xx.2013-cü il tarixli, 01027 nömrəli kredit müqaviləsinə əsasən, 18.937,96 ABŞ dolları əsas, 5.832,76 ABŞ dolları faiz olmaqla, ümumilikdə 24.770,72 ABŞ dolları kredit borcunun, həmçinin, ödənilmiş 30 manat dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi; kredit borcunun cavabdehin mülkiyyətində olan **-VZ-*** dövlət qeydiyyat nişanlı, “CHRYSLER 200-minik” markalı (mühərrik: DAP**********6, ban: 1C3CCBBB0CN261526 nömrəli, rəngi: ağ) avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması; satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehdən tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilərək,Cavabdeh xx.xx.2013-cü il tarixli, 01027 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 18.937,96 ABŞ dolları, faiz üzrə 5.832,76 ABŞ dolları olmaqla, ümumilikdə 24.770,72 ABŞ dolları kredit borcunun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, İddiaçı QSC BOKT-nin xeyrinə ödənilməsi, tutmanın borc öhdəliyinin təminatı kimi bank qarşısında girov ilə yüklü edilmiş **-VZ-*** dövlət qeydiyyat nişanlı, “CHRYSLER 200-minik” markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə realizə edilməsi, onun satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin cavabdehə verilməsi, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə isə, qalıq borc məbləğinin cavabdehdən tutulub İddiaçı QSC BOKT-nin hesabına ödənilsin. Cavabdeh, apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə girovun qiymətini və borcun məbləğini dəqiqləşdirmədən, yəni müvafiq ekspertiza təyin etmədən qətnamə qəbul etmişdir. Qanuna əsasən, girov qoyulmuş ipoteka predmetinin qiyməti ya tərəflərin razılaşması əsasında, ya da müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Həmçinin, iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina etmə barədə qərar çıxarması üçün əsasdır və Mülki Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə, əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Bundan başqa, iddiaçı həmin tələblə bağlı ilk dəfə məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən iddia ərizəsində göstərilən uyğunsuzluğa görə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı işin faktiki hallarına heç bir dəyişiklik etmədən əvvəlki qaydada eyni predmetlə və eyni tərəfə qarşı təkrar məhkəməyə müraciət etmiş, bununla da, MPM-in tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apelyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Suala cavab olaraq bildirdi ki, iş üzrə verilmiş ekspertizanın rəyi ilə razı deyil. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin “Sənaye” fiialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 01027 saylı kredit müqaviləsinə əsasən, sonuncuya 60 ay müddətinə illik 18 faiz olmaq şərtilə 24.735 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə bağlanmış ipoteka müqaviləsi ilə Cavabdeh xüsusi mülkiyyət hüququ ilə özünə məxsus “CHRYSLER 200-minik” markalı avtomobili (tip: sedan, buraxılış ili: 2012, mühərrik: DAP**********6, ban: 1C3CCBBB0CN261526 nömrəli, rəng: ağ) ipoteka ilə yüklü edərək, Bankın tələb hüququna təminat vermişlər. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, müqavilə üzrə nəzərdə tutulmuş məbləği Cavabdeh vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Buna baxmayaraq, Cavabdeh, öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamışdır. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2017-ci il tarixə əsas borc üzrə 18.937,96 ABŞ dolları, faiz borcu üzrə 5832,76 ABŞ dolları borcu vardır. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi reyestrdə qeydə aldırmışdır. Belə olan halda, iddiaçı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 319.1-ci, 739.1-ci və 741-ci maddələrinə əsasən, cavabdehlərdən əsas və faiz borcunun tutulmasını, borcun ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Çünki, Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Cavabdeh, apelyasiya şikayətində borcun düzgün hesablanmadığına və məhkəmə tərəfindən də dəqiqləşdirilməməsinə istinad etsə də,həmin məbləğin düzgünlüyünə şübhə yaradan və iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsini zəruri edən hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsində bu barədə vəsatət qaldırmasına və ya bunun onun iradəsindən asılı olmayan səbəbdən mümkün olmamasına dair iş materiallarında məlumat yoxdur. Bu səbəbdən, Kollegiya iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsi üçün əsas görmür. Çünki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Eyni zamanda, cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə versə də, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia müddəti ötürülməmişdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Kollegiya qeyd edir ki, hazırkı işdə tərəflər arasındakı münasibətlər xx.xx.2013-cü il tarixli borc müqaviləsindən irəli gəldiyi üçün tələbə üç illik iddia müddəti şamil edilir. Bununla belə, müqavilə xarakterli öhdəliklərdən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 377.1-ci və 377.2-cü maddələrinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Baxılan işdə iddia müddətinin axımı borc müqaviləsinin müddətinin başa çatdığı xx.xx.2018-ci il tarixdən başlanır. Bu halda, həmin müqavilədən irəli gələn tələblər üzrə məhkəmədə iddia qaldırılmasının son tarixi xx.xx.2021-ci il hesab olunur. İddiaçı isə xx.xx.2019-cu il tarixdə iddia ərizəsi verməklə qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürməmişdir. Kollegiya, şikayətin dəlillərinə münasibətdə onu da qeyd edir ki, iddianın baxılmamış saxlanması, buna səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməsinə mane olan hal deyil (Mülki Məcəllə, maddə 260.4). Ona görə də, rayon məhkəməsinin hazırkı iddianı mümkün hesab edib, icraata qəbul etməsi əsaslı olmuşdur. Bununla belə, məhkəmə kollegiya, apelyasiya şikayətini məhkəmə tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində əsaslı sayır. Belə ki, “İpoteka haqqında” Qanunun 39-cu maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər; ipoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Baxılan işdən isə görünür ki, tərəflər arasında ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı razılıq əldə edilməmiş, eyni zamanda birinci instansiya məhkəməsi də, ipoteka ilə yüklü edilmiş avtomobilin açıq hərrac vasitəsilə satışı müəyyən etsə də, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməmişdir. Ona görə də, məhkəmə kollegiyası tərəfindən ipoteka predmetinin bazar dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və “xxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, PR/M-20/2020 saylı əmlakın qiymətləndirilməsi ilə bağlı hesabata əsasən müəyyən edilmişdir ki, “CHRYSLER 200-minik” markalı, **-VZ- *** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı avtomolibin 2020-ci ilin oktyabr ayına olan bazar dəyəri 13.500 manat təşkil edir. Kollegiya vurğulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və ipoteka predmeti olan “CHRYSLER 200-minik” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti ekspert rəyinə uyğun olaraq 13.500 manat müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 384.0.2-ci və 384.0.3-cü maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər, habelə qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5044/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilsin: “CHRYSLER 200-minik” markalı,**-VZ-*** dövlət qeydiyyat nişanlı (tip: sedan, buraxılış ili: 2012, mühərrik: DAP**********6, ban: 1C3CCBBB0CN261526 nömrəli, rəng: ağ) avtomobilin ilkin satış qiyməti 13.500 (on üç min beş yüz) manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq “xxxxxxxx” MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar