Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2788/2023 01.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “cehiz əşyaların çıxarılması” tələbinə dair və birləşmiş mülki iş iddiaçı Cavabdehlər İddiaçı və X12 qarşı “iddiaçının yetkinlik yaşına çatmamış övladları ilə birlikdə mübahisəli yaşayış sahəsinə köçürülməsi” tələbi barədə iddiasına dair mülki işlər üzrə QƏTNAMƏ (Açar sözlər: “cehiz əşyaların çıxarılması, iddiaçının yetkinlik yaşına çatmamış övladları ilə birlikdə mübahisəli yaşayış sahəsinə köçürülməsi”) Hakimlər Şirinov İkram Sabir oğlu (sədrlik edən və məruzəçi), Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3125/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh və 2(010)-240/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Birinci iş üzrə:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan Zığ qəsəbəsi, H.Allahverdiyev 62 küçəsi ev 101C ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehin öz hesabına cehiz və ev əşyaları olan çörək bişirən aparat, elektrik qril aparatı, sarı rəngli güllü tas, bənövşəyi rəngli bıçaq dəsti, qara rəngli tava - 2 ədəd, qırmızı rəngli qazan - 1 ədəd, qara rəngli TV altlığı - 1 ədəd, yaşıl rəngli su filtri - 1 ədəd, qırmızı qapaqlı elektrik çaynik - 1 ədəd, soyuducu Beko markalı - 1 ədəd, mətbəx əşyaları-sarı və gümüşü ləyən, çay dəsmalı (yaşıl rəngli) - 1 ədəd, yataq dəsti (çexol, yastıq üzü- 2 ədəd), lüstur qonaq otağı üçün - 1 ədəd, lüstur yataq otağı üçün - 1 ədəd, tava - 2 ədəd, ət qızartmaq üçün aparat - 1 ədəd, çaynik - 1 ədəd, rəngli bakal - 3 ədəd, çərəz qabı - 1 ədəd, güzgü - 1 ədəd, televizor rəngli -1 ədəd, televizor altlığı - 1 ədəd, uşaq üçün yazı masası- 1 ədəd, uşaq çarpayısı, matras, yorğan, naxışlı uzun güldan - 1 ədəd, telefon altlığı - 1 ədəd, göy rəngli meyvə qabı - 2 ədəd, şüşə çərəz qabı - 1 ədəd, salat qabı - 2 ədəd, plastmas su qabı - 2 ədəd, xalça qırmızı rəngli - 1 ədəd, çay dəsmalı, süfrələr, döşək üzləri, taxt üçün döşək- 1 ədəd, döşək -3 ədəd, yorğan - 3 ədəd, uşaq üçün döşək - 1 ədəd, örtük - 1 ədəd, vaza - 3 dəst, xrustal bakal - 12 ədəd (altı böyük, altı balaca), sarı güllü süfrə - 1 ədəd, tül – 1 ədəd, ütü masası – 1 ədəd, güldan – 1 ədəd, pərdə (bənövşəyi rəngli), pərdə (yaşıl rəngli), pərdə (çəhrayı rəngli), tül (bej rəngli), vaza ağ rəngli - 3 dəst, bakal – 6 ədəd balaca, 6 ədəd böyük, xrustal vaza (lotka) – 1 ədəd, şamdan – 4 ədəd, konfet qabı (yaşıl rəngli bogema) – 1 ədəd, göy rəngli - 2 ədəd, xrustal mürəbbə qapı – 1 ədəd, xrustal meyvə qabı – 2 ədəd, tort qabı - 3 ədəd, yaşıl rəngli bogema dəsti sok qabı – 1 ədəd, qapaqlı – 6 ədəd, piyalə - 9 ədəd, duz qabı - 6 ədəd, boşqablar, meyvə vazası, xrustal gül qabı - 1 ədəd, mətbəxt naboru - 6 ədəd, qazan (sarı rəngli) – 1 ədəd, ləyən - 1 ədəd, süzgəc – 1 ədəd, sok stəkanı - 1 ədəd, qazan (qapaqları sarı rəngli) - 1 ədəd, ləyən – 1 ədəd, çərəz qabı – 1 ədəd, göy naxışlı kasa- 1 ədəd, servis dəsti yemək üçün – 1 ədəd, rəngli sini – 1 ədəd, şüşə qazan – 1 ədəd, stəkan - 5 ədəd, çəngəl-qaşıq (çemodanda) – 1 ədəd, şüşə yemək qabı – 1 ədəd, sarı rəngli qazan – 1 ədəd, böyük və balaca qaşıq dəsti, naxışlı stəkan (qutuda)- 5 ədəd, qara rəngli qazan – 1 ədəd, tava- 5 ədəd, mikro dalğalı soba aparatı – 1 ədəd, duxovka - 1 ədəd, yun odeyal – 1 ədəd, xalça (yaşıl-ag) - 1 ədəd, xalça kolidor üçün (dorojka) - 1 ədəd, tozsoran – 1 ədəd, boşqab güllü - 4 ədəd, boşqab – 3 ədəd, dəm çayniki – 1 ədəd, plov üçün iri qab – 2 ədəd, dəmir vedrə - 1 ədəd, aliminium ləyən – 1 ədəd, qazan üstü güllü – 1 ədəd, bokal - 12 ədəd, toyuq qızartmaq üçün qab – 1 ədəd, rəngli piyalə – 4 ədəd, rəngli salat qabı - 11 ədəd və qazan sarı rəngli - 1 ədəd adda cehiz əmlaklarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Suraxanı Rayon Məhkəməsinin 2(010)-3125/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi (hakim Leyla Talıbova) ilə iddia tələbi təmin edilmişdir.
3. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, onun tərəfindən İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair iddia qaldırılmışdır. İddiası təmin edilməmiş və qeyd edilən iş üzrə qətnamədən narazı qaldığından apellyasiya şikayəti vermişdir. Bir çox əşyaları, məsələn televizor, xalça, elektrik sobası, soyuducu kimi məişət əşyası, cehiz kimi ona verilmiş mebel dəsti iddia tələbində öz əksini tapmadığından o, faktiki olaraq öz əmlakından məhrum olmuşdur. Qeyd edilən əşyaların dəyəri digər əşyaların dəyərindən çox olduğundan iddiaçı ümumiyyətlə bu cehiz və məişət əşyaları barədə iddia tələbində heç bir şey qeyd etməmişdir. Cehiz əşyalarının mənzildən çıxarılması tələbinin mümkünlüyünə gəldikdə isə cehiz əşyaların çıxarılmasına dair məhkəmə qətnaməsinin icrası onun mənzilə köçürülmə tələbinə dair qaldırdığı iddia ilə bağlıdır. Cehiz əşyaları mənzildən çıxarılsa və sonradan o, mənzilə köçürülsə, iddiaçı bunun üçün süni maneələr yaradacaq və o, yeni probemlər yaşayacaq. Bu səbəbdən hazırkı iş üzrə çıxarılmış qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İkinci iş üzrə:
5. İddiaçı Cavabdehlər İddiaçı və X12 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən yetkinlik yaşına çatmamış xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2011- ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
6. Suraxanı Rayon Məhkəməsinin 2(010)-240/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (X21) ilə iddia tələbi təmin edilməmişdir.
7. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlili:
8. İddiaçı apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, uşaqları ilə birlikdə köçürülmək istədiyi fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə iddiaçının keçmiş qayınatası olan cavabdeh İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. O, cavabdeh Elçin Məmmədovla nikaha daxil olduğu 2007-ci ildə digər cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən bir mənzilə gəlin köçmüş, bir müddət həmin mənzildə ailəsi ilə birlikdə yaşadıqdan sonra bu mənzil satılaraq Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən mübahisəli ev tikilmiş, o da ailəsi ilə birlikdə 2011-ci ildə həmin evə köçmüş, cavabdeh Elçin Məmmədovla ailə münasibətlərinin pozulmasına qədər həmin evdə yaşamış, lakin sonradan cavabdehlər onu və uşaqlarını evdən çıxartmışlar. İddiaçı Cavabdeh 2007-ci ildə gəlin köçdüyü Yeni Günəşli qəsəbəsində yerləşən mənzilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən istifadə hüququ yaranmış, həmin mənzil satılıb yeni ev tikildikdən sonra isə həmin mənzilə münasibətdə formalaşmış istifadə hüququ Zığ qəsəbəsində yerləşən mübahisəli evə ötürülmüşdür. Bu əsasla da iddiaçının hazırda uşaqları ilə birlikdə həmin evə köçürülməsini tələb etməyi əsaslı hesab etmir. Həm də öz mövqeyini onunla əsaslandırır ki, uşaqlardan ikisi iddiaçı, biri isə cavabdehlərlə yaşadığından və uşaqların ayrı yaşaması onların üstün maraqlarına uyğun olmadığından iddiaçının uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsi həm də uşaqların üstün maraqları baxımından zəruridir.
9. İddiaçı mübahisəli mənzilə köçən zaman (2012-ci ildə) mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Belə ki, mübahisəli mənzil xx.xx.2017-ci il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Yəni iddiaçı yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə 2012-ci ildə mübahisəli evə köçüb yaşayanda, cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi deyildi. Belə olduğu halda məhkəmənin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsaslanması düzgün deyil. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi mütləq şəkildə mənzilin mülkiyyətçisinin olmasını şərt qoşur. Şəxs isə daşınmaz əmlakın mülkiyyətçisi olması üçün həmin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi mütləq şərtdir. Göründüyü kimi mübahisəli mənzilə iddiaçının yaşayış hüququ yaranan zaman (2012-ci il) daşınmaz əmlak dövlət reyestrində qeydiyyatından keçmədiyindən mövcud münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tətbiq edilməsi əsassızdır.
10. Mülki Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
11. Hüquq normasının məzmunundan da göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olan İddiaçı ailə üzvü olan oğlu Məmmədov Elçin öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmüşür. Digər ailə üzvü olan Cavabdeh mənzilə köçürülməsinə mülkiyyətçi razılıq vermiş və buna etiraz etməmişdir. Beləliklə, Cavabdeh 2007-ci ildən gəlin köçdüyü Yeni Günəşli qəsəbəsində yerləşən mənzilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən istifadə hüququ yaranmışdır. Bu hal məhkəmə prosesində mübahisələndirilməmişdir. Sonradan cavabdeh qeyd edilən mənzili satmış və ünvan 2 ünvanında ev inşa etməyə başlamışdır. İddiaçı cavabdeh X14 və yetkinlik yaşına çatmamış övladları ilə birlikdə qeyd edilən, lakin 2017-ci ilədək dövlət qeydiyyatından keçməmiş evə köçmüşdür. Yəni 2012-ci ildən 2017-ci il aralığında (evin dövlət qeydiyyatından keçmədiyi dövr) və 2017-ci ildən 2021-ci ildək (ev dövlət qeydiyyatından keçdikdən sonra ) mübahisəli mənzildə yaşamışdır.
12. Məhkəmənin “Mənzil Məcəlləsi” qüvvəyə mindiyi tarixdən onun müddəalarına zidd olan Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəası, faktiki olaraq öz hüquqi qüvvəsini itirdiyindən tətbiq edilə bilməz” yanaşması səhvdir. Belə ki, iddiaçının cavabdehə məxsus olan mənzilə olan hüquqları 2009-cu ilədək yaranmışdır, lakin hüquqlar cavabdehin sonradan əldə etdiyi və hazırkı mübahisə predmeti olan evə ötürülmüşdür. İddiaçı yetkinlik yaşına çatmamış övladları ilə birlikdə ilkin olaraq Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, ev 62/101C ünvanında yerləşən evə köçsəydi məhkəmənin bu cür mövqeyini anlamaq olaraqdı. Lakin nəzərə alınmalıdır ki, iddiaçı cavabdeh Məmmədov Elçin ilə nikaha daxil olduqdan sonra cavabdeh İddiaçı məxsus olan Suraxanı rayonu, Günəşli qəsəbəsindəki mənzilə elə onun razılığı ilə köçmüş və yaşamışdır. Sadəcə sonradan cavabdeh İddiaçının gəlin olaraq köçdüyü evi satmış və hazırkı mübahisəli mənzilə köçmüşdür. Həmin evdə 9 ( doqquz) il, yəni 2012-ci ildən 2021-ci ildək yaşamışdır
13. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya Məhkəməsində icraat:
14. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3284/2023 nömrəli, 26 may 2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdehlər İddiaçı və X12 qarşı “iddiaçının yetkinlik yaşına çatmamış övladları ilə birlikdə mübahisəli yaşayış sahəsinə köçürülməsi tələbi barədə” iddiasına dair ilə İddiaçı Cavabdeh qarşı “cehiz əşyaların çıxarılması” tələbinə dair mülki işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Tərəflərin izahatı:
15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 ayrılıqda apellyasiya şikayətlərini müdafiə edərək, onların məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdilər.
16. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq, bildirdi ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2-1(112)-8233/2022 saylı qərarından görünür ki, iddia təmin edilmiş, Cavabdeh, X9 və X2 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi 62, ev 101C-dən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cehiz əmlakların çıxarılması barədə tələb üzrə qeyd etdi ki, Cavabdeh bütün cehiz əmlaklarını çıxara bilər. Bu səbəbdən, apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
17. Birinci iş üzrə:
18. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə Cavabdeh arasında olan nikah xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir.
19. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev62 küçəsi, ev 101C fərdoi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2017-ci tarixdə hüquqi qeydiyyatdan keçirilmişdir.
20. Yaşayış yeri üzrə qeydiyyat haqqında 14 aprel 2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev- 62 küçəsi, 101C saylı evdə İddiaçı, X7, X14, Cavabdeh, X15, X5, X9, X6 və X10 qeydiyyatdadırlar.
21. Suraxanı rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(010)-2072/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə X14 arasında 23 oktyabr 2007-ci il tarixdə Şəki şəhəri Qeydiyyat Şöbəsində bağlanmış 447 saylı nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 14 oktyabr 2008-ci il təvəllüdlü X5 atası-cavabdeh X11, 17 noyabr 2011-ci il təvəllüdlü X9 və 12 iyun 2015-ci il təvəllüdlü X6 anaları-iddiaçı Cavabdeh yanında saxlanılmaları, cavabdeh X8 17 noyabr 2011-ci il təvəllüdlü X3 və 12 iyun 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İkinci iş üzrə:
22. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 423215 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 və Cavabdeh arasında olan nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə, 138 nömrə ilə qeyd edilmişdir.
23. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 181965 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 (atası X16, anası Cavabdeh) xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 2755 nömrə ilə qeyd edilmişdir.
24. Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 776986 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X9 (atası X14, anası Cavabdeh) xx.xx.2011-ci il tarixdə Şəki şəhərində doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 1538 nömrə ilə qeyd edilmişdir.
25. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 574216 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X6 (atası X14, anası Cavabdeh) xx.xx.2015-ci il tarixdə Şəki şəhərində doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 3741 nömrə ilə qeyd edilmişdir.
26. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0.0272 ha olan torpaq sahəsi və üzərində olan ümumi sahəsi 251.8 m2 olan fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
27. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 2072/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X14 arasında xx.xx.2007-ci il tarixdə Şəki şəhəri Qeydiyyat Şöbəsində bağlanmış 447 saylı nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008ci il təvəllüdlü X1 atası - cavabdeh X11, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X2 anaları - iddiaçı Cavabdeh yanında saxlanılmaları, cavabdeh X8 xx.xx.2011ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə görə 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-2072/2021 saylı müvəqqəti aliment tutulması barədə qərardadı ilə qət edilmiş aliment məbləğinin hesablanıb tutularkən vaxt və miqdar baxımından nəzərə alınması, cavabdeh X8 30 (otuz) manat məbləğində pulun tutularaq dövlət büdcəsinə keçirilməsi, qətnamənin alimentə aid hissədə dərhal icra edilməsi qət edilmişdir.
28. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8233/2022 saylı qərarından görünür ki, iddia təmin edilmiş, Cavabdeh, X9 və X4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi 62, ev 101C-dən qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Tətbiq edilən maddi hüquq
29. Birinci iş üzrə:
30. Azərbaycan Respublikası Konstitusiyası
31. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
32. Maddə 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
33. Maddə 29.İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
34. Maddə 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
35. Azərbaycan Respublikasının Mülki Məcəllə
36. Maddə 6.1.4. mülkiyyətin toxunulmazlığı;
37. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
38. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
39. İkinci iş üzrə: Azərbaycan Respublikasının Konstitusiyası.
40. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
41. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır.
42. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
43. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
44. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
45. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.
46. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
47. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
48. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.
49. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
50. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014- cü il tarixli Qərarı.
51. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları).
52. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir.
53. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi).
54. Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.
55. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
56. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarı.
57. Göründüyü kimi, Mülki Məcəllənin 228.5-ci maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun (yaşayış sahəsinin mülkiyyətçisinin) keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ nəzərdə tutulduğu halda, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun olmaması aydın şəkildə müəyyən olunmuşdur.
58. Mənzil Məcəlləsi qüvvəyə mindiyi tarixdən onun müddəalarına zidd olan Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəası, faktiki olaraq öz hüquqi qüvvəsini itirdiyindən tətbiq edilə bilməz. Məhz buna görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tətbiq edilən prosessual hüquq normaları:
59. Mülki Prosessual Məcəllə
60. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
63. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
64. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
65. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
66. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
67. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
68. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
69. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
70. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
71. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
72. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
73. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
74. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Suraxanı Rayon Məhkəməsinin 2(010)-3125/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsini Cavabdeh və 2(010)-240/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
75. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamələr mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
76. Məhkəmə kollegiyası birinci mülki iş üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirib qeyd edir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev- 62 küçəsi, 101C saylı evin mülkiyyətçisi olduğundan, hazırda iddiaçının oğlu ilə cavabdehin arasında olan nikah pozulduğundan, rayon məhkəməsi cavabdehə məxsus cehiz əmlakların həmin evdən çıxarılması barədə iddia tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
77. Belə ki, Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
78. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, cehiz kimi ona verilmiş mebel dəsti iddia tələbində öz əksini tapmadığından o, faktiki olaraq öz əmlakından məhrum olmuşdur. Kollegiya onun bu dəlili üzrə qeyd edir ki, Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, Cavabdeh bütün cehiz əmlaklarını çıxara bilər. Eyni zamanda, mübahisə olduğu halda Cavabdeh bununla bağlı ayrıca tələblə ümumi qaydada məhkəməyə müraciət edə bilər.
79. Beləliklə, birinci iş üzrə apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.
80. İkinci mülki iş üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin əsas dəlili onun 2007-ci ildə gəlin köçdüyü cavabdeh İddiaçı (keçmiş qayınatasına) məxsus mənzilə olan istifadə hüququnun həmin mənzilin satılmasından sonra köçdükləri (hazırda onun keçmiş qayınatasının mülkiyyətində olan) fərdi yaşayış evinə keçməsi, yəni istifadə hüququnun ötürülməsi ilə bağlıdır.
81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
82. Belə olan halda kollegiya qeyd edir ki, tərəflər arasında olan münasibət 2007-ci ildə yarandığından hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir.
83. Mülki Məcəllənin 228.1-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
84. Həmin Məcəllənin 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
85. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx.xx.2008-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.
86. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir.
87. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi).
88. Yuxarıda qeyd edilənlərdən məlum olduğu kimi, Cavabdeh apellyasiya şikayətinin 2007-ci ildə gəlin köçdüyü cavabdeh İddiaçı (keçmiş qayınatasına) məxsus mənzilə olan istifadə hüququnun yaranması barədə dəlli əsassızdır. Çünki Cavabdeh özünün qeyd etdiyi kimi onun 2007-ci ildə gəlin köçdüyü mənzil onun qayınatasının mülkiyyəti olmuşdur, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşma bağlanmalı, həmin razılaşma notariat qaydasında təsdiq edilməli, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı idi.
89. Məhkəmə kollegiyasının araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, cavabdeh, yəni mənzilin mülkiyyətçisi İddiaçı ilə Cavabdeh arasında mənzildən istifadə hüququna dair hər hansı notarial qaydada yazılı razılıq olmamışdır. Bununla da müəyyən olunur ki, iddiaçı Cavabdeh həmin mənzilə dair hər hansı hüquqları yoxdur. Belə olan halda, onun apellyasiya şikayətinin dəlili, yəni 2007-ci ildə gəlin köçdüyü mənzilə istifadə hüququnun yaranması və daha sonra həmin istifadə hüququnun sonradan tikilən yaşayış evinə ötürülməsi barədə dəlili əsassızdır.
90. Məhkəmə Kollegiyası Cavabdeh hazırda cavabdeh İddiaçı məxsus yaşayış evinə köçürülməsi tələbinə münasibətdə qeyd edir ki, iddiaçı Cavabdeh yaşayış sahəsi mülkiyyətçisinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsi baxımından ailə üzvü hesab edilmir. İddiaçı Cavabdeh yaşayış sahəsi mülkiyyətçisinin “digər qohumu” olması da istisna edilir. Ona görə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014- cü il tarixli Qərarında həmin maddədə nəzərdə tutulmuş “digər qohumlar”ın dairəsi ilə bağlı şərh vermiş və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva etdiyini müəyyən etmişdir.
91. Hazırkı işdən görünür ki, iddiaçı Cavabdeh yaşayış sahəsinin mülkiyyətçisi olan cavabdeh İddiaçı oğlu ilə nikahına da xitam verilmişdir, onun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən mülkiyyətçidən özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Belə olan halda iddiaçı Cavabdeh İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvü kimi heç bir istifadə hüququ yaranmamışdır.
92. Kollegiya iddiaçı Cavabdeh apellyasiya şikayətinin digər dəlili, yəni həm də tərəflərin birgə nikahından doğulmuş uşaqlardan birinin atası ilə yaşaması, digər ikisinin isə onunla yaşaması, və uşaqların ayrı yaşamalarının onların üstün maraqlarına uyğun olmaması ilə bağlı qeyd edir ki, bu hal mənzil mülkiyyətçisi ilə üçüncü şəxs arasında mənzilə köçürülmə barədə tələbin həlli baxımından hər hansı hüquqi əhəmiyyət kəsb etmir.
93. Məhkəmə kollegiyası iddiaçı Cavabdeh apellyasiya şikayətinin digər bir dəlili, yəni 2012-ci ildən 2017-ci il aralığında, yəni evin dövlət qeydiyyatından keçmədiyi dövrdə mübahisəli mənzildə yaşaması barədə dəlili üzrə isə qeyd edir ki, həmin dəlil də hazırkı mübahisənin həllində əhəmiyyət kəsb etmir. Nəticə:
94. Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, hesab edir ki, birinci instansiya məhkəməsi hər iki iddia tələbləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamələr qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olmaqla, qətnamələrin ləğvinə səbəb olmadığından şikayətlər təmin edilməməli və qətnamələr dəyişdirilmədən saxlanılmalıdır.
95. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
96. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəfin özünə aid edilməlidir.
97. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Suraxanı Rayon Məhkəməsinin 2(010)-3125/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi və 2(010)-240/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov