Məhkəmə qərarları › İş №2(103)-2793/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2793/2021

24.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2793/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nərimanov Məhkəməsinin 2(005)-3855/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi, Bakı şəhəri 9 saylı Notariat Kontoru cəlb edilməklə bağışlama müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 119 saylı evin, 7 saylı mənzilinə dair onunla Cavabdeh arasında bağlanmış xx xxx 2013-cü il tarxli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və həmin mənzilə dair Cavabdeh adına verilmiş seriya RX, ******* №-li, xx xxxx 2013-cü il tarixli daşınmaz əmlakı dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü ildə qızı və hazırkı iş üzrə cavabdeh - Cavabdeh alacağı borcun təminatı olaraq mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 119 saylı evin, 7 saylı mənzilinin ipoteka ilə yüklü edilməsini ona təklif etdi və o, cavabdehin bu təklifi ilə razılaşaraq onun istəyi ilə ipoteka müqaviləsini rəsmiləşdirilməsi üçün cavabdehlə birlikdə notariat kontoruna getmişdir. Notariat Kontorunda məzmunu ilə tanış olmadığı və mənzilin ipoteka ilə yüklü edilcəyini güman etdiyi sənədləri imzalamışdır. Bundan bir müddət sonra qızı Cavabdeh heç nədən narahat olmamağını bildirərək Rusiya Federasiyasına getmişdir. Təxminən bir ay əvvəl Mənzil Kommunal İstismar sahəsindən Forma 2 saylı arayış alarkən ona bildirilmişdir ki, mənzil artıq onun adına deyil, qızı Cavabdeh adınadır. Belə olan halda mənzilin hansı əsaslarla Cavabdeh adına keçdiyni öyrənmək məqsədilə daşınmaz əmlakın dövlət reyestr xidmətinə etdiyi müraciətinə cavab olaraq ona bildirilmişdir ki, həmin mənzil 9 saylı Notariat Kontorunda təsdiq olunmuş bağışlama müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyata alınmışdır. Bundan sonra müraciəti əsasında 9 saylı Notariat Kontorundan bağışlama müqaviləsinin təsdiq olunmasına dair olan notariat işi ona təqdim edilmiş və notariat işi ilə tanış olarkən ona məlum olmuşdur ki, qızı Cavabdeh onu aldadaraq alacağı borcun təminatı olaraq həmin mənzilin ipoteka ilə yüklü edilməsi adı ilə qeyd olunan bağışlama müqavilisinə və digər sənədlərə imza etdirmişdir. Bir daha qeyd edir ki, Notariat Kontorunda notariat işində olan sənədləri imzalayərkən yaşının çox olması və sənədlərin azərbaycan dilində tərtib olunması səbəbindən, həmçinin qızına inanaraq həmin sənədlərin məzmunu ilə tanış olmamış və notariat kontoruna mənzilin ipoteka ilə yüklü edilməsi üçün ipoteka müqaviləsini rəsmiləşdirmək məqsədilə gedərək qeyd olunan sənədləri imzalamışdır. Həmçinin qeyd edir ki, qızı və hazırkı iş üzrə Cavabdeh həmin vaxtdan Rusiya Federasiyasına getmiş və bu günədək də onunla əlaqə saxlamamışdır. Hal-hazırda onun harada olmasından məlumatı yoxdur. Qeyd olunanlara və sadalanan hüquq normalarına əsasən hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 119 saylı evin, 7 saylı mənzilinə dair onunla Cavabdeh arasında bağlanmış xx xxx 2013-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və həmin mənzilə dair Cavabdeh adına verilmiş seriya RX, ******* №-li, xx xxxx 2013-cü il tarixli daşınmaz əmlakı dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməlidir.. Bakı Şəhəri Nərimanov Məhkəməsinin 2(005)-3855/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi, Bakı şəhəri 9 saylı Notariat Kontoru cəlb edilməklə bağışlama müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı verdiyi apelyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini хahiş еtmişdir. Apelyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Məhkəməsinin 2(005)-3855/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 119 saylı evin, 7 saylı mənzili Cavabdeh bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 119 saylı evin, 7 saylı mənzili İddiaçı adına xx.xx.1994-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan SSR Bakı şəhər Narimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X1, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli ərizədən görünür ki, İddiaçı hal-hazırda ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 119 saylı evin, 7 saylı mənzili qızı Cavabdeh bağışlayanda subaydır. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 119 saylı evin, 7 saylı mənzili Cavabdehnın adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1898 nömrəli reyestr kitabında 175057 nömrəli səhifədə xx.xx.2013-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyat aparılmışdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Mülki işin materiallarından göründüyü kimi tərəflər öz iradə ifadələri ilə bağışlama müqaviləsi bağlamış və hər iki tərəf müqavilənin şərtləri ilə razı olduqlarını ifadə etmək üçün müqaviləni şəxsən imzalamışlar. Məhkəmə iddiaçının azərbaycan dilinin bilməməsindən bağışlama müqaviləsinin məzmununun başa düşmədinin və bu səbəbdən imzalaması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, hazırki iddia ərizəsi də azərbaycan dilində latın qrafikası ilə tərtib edilmiş və iddiaçı tərəfindən şəxsən imzalanmışdır. Məhkəmə hesab edir ki, bağışlama müqaviləsi bağlanarkən Azərbaycan Respublikası MPM-nin şərtlərinə əməl olunmuşdur. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi, Bakı şəhəri 9 satlı Notariat Kontoru cəlb edilməklə bağışlama müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda göstərilən mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, İddiaçı həmçinin qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı tərəfindən məhkəməyə apelyasiya şikayətindən imtina edilməsi barədə ərizə daxil olsa da, həmin ərizə notarial təsdiq olunmadığı üçün məhkəmə kollegiyası tərəfindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlərə əsasən təmin edilə və qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Məhkəməsinin 2(005)-3855/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Məhkəməsinin 2(005)-3855/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar