Məhkəmə qərarları › İş №2(103)-2814/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2814/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2814/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “Accesbank” Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, X1 və X4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 01R000008835 saylı kredit razılaşması üzrə 71.158,32 ABŞ dolları məbləğində kredit borcunun, 11058,1 ABŞ dolları məbləğində faiz borcunun və 19.917,63 ABŞ dolları məbləğində cərimə daxil olmaqla ümumilikdə 102.134,04 ABŞ dolları məbəğində borcun; 01R000010683 saylı kredit razılaşması üzrə 23844,88 ABŞ dolları məbləğində kredit borcunun, 3954,2 ABŞ dolları məbləğində faiz borcunun və 7.077,12 ABŞ dolları məbləğində cərimə daxil olmaqla ümumilikdə 34876,20 ABŞ dolları məbəğində borcun; 001R********** saylı kredit razılaşması üzrə 49048,82 ABŞ dolları məbləğində kredit borcunun, 7620,28 ABŞ dolları məbləğində faiz borcunun və 14563,17 ABŞ dolları məbləğində cərimə daxil olmaqla ümumilikdə 71232,27 ABŞ dolları məbəğində borcun; 01K00000055 saylı kredit razılaşması üzrə 99.999,97 ABŞ dolları məbləğində kredit borcunun, 15600 ABŞ dolları məbləğində faiz borcunun və 28300 ABŞ dolları məbləğində cərimə daxil olmaqla ümumilikdə 143.899,97 ABŞ dolları məbəğində borcun; ümumilikdə hər üç kredit razılaşması üzrə cəmi 352.142 (üç yüz əlli iki min səkkiz yüz doxsan doqquz) ABŞ dolları 48 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh məxsus ünvan 1, mənzil 92-yə; Bakı şəhəri, ünvan 1, mənzil 91-ə; Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi ev 37, mənzil 15-ə; X5 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi,- Zabrat-Pirşağa yolu 9-cu km, 4 saylı qeyri-yaşayış binası və 0.35542 ha torpaq sahəsinə yönəldilməklə açıq hərracdan satılması və cəmi 352.142 (üç yüz əlli iki min səkkiz yüz doxsan doqquz) ABŞ dolları 48 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçıyə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh, X1 və X4 ümumi qaydada tutulması; X5 məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi ev 37, mənzil 15 tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X2 həmin əmlakdan çıxarılması, mənzilin boşaldılması və İddiaçı-nə təhvil verilməsi, Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Zabrat- Pirşağa yolu 9-cu km, 4 saylı qeyriyaşayış binası və 0.35542 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış binasının boşaldılması, İddiaçı-nə təhvil verilməsi; Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alıküçəsi, ev 3, mənzil 92-yə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X6, X7 və X12 həmin əmlakdan çıxarılması, evin boşaldılması və İddiaçı-nə təhvil verilməsi; Cavabdeh məxsus Bakı şəhəri, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alıküçəsi, ev 3, mənzil 91-ə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin əmlakdan çıxarılması, evin boşaldılması və İddiaçı-nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8/2019 saylı iş üzrə xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2013-cü il tarixli 01L000003588 saylı kredit xətti müqaviləsinə, xx.xx.2013-cü il tarixli 01R000008835 saylı, xx.xx.2013-cü il tarixli 01R000010683 saylı, xx.xx.2014-cü il tarixli 001R********** saylı və xx.xx.2014-cü il tarixli 01K00000055 saylı kredit razılaşmalarına xitam verilməsi, 01R000008835 saylı kredit razılaşması üzrə 68623,43 (altmış səkkiz min altı yüz iyirmi üç dollar 43 sent) ABŞ dolları əsas, 25698,29 (iyirmi beş min altı yüz doxsan səkkiz dollar 29 sent) ABŞ dolları faiz, 7000 (yeddi min) ABŞ dolları cərimə olmaqla, 101321,72 (yüz bir min üç yüz iyirmi bir dollar 72 sent) ABŞ dolları borcun, 01R000010683 saylı kredit razılaşması üzrə 20810,75 ABŞ dolları əsas, 11.608,41 ABŞ dolları faiz, 2000 (iki min) ABŞ dolları cərimə olmaqla, 34419,16 (otuz dörd min dörd yüz on doqquz dollar 16 sent) ABŞ dolları borcun, 001R********** saylı kredit razılaşması üzrə 47527,91 ABŞ dolları əsas, 24216,79 ABŞ dolları faiz, 5000 (beş min) ABŞ dolları cərimə olmaqla, 76744,7 (yetmiş altı min yeddi yüz qırx dörd dollar 70 sent) ABŞ dolları borcun, 01K00000055 saylı kredit razılaşması üzrə 98636,57 (doxsan səkkiz min altı yüz otuz altı dollar 57 sent) ABŞ dolları əsas, 52376,02 (əlli iki min üç yüz yetmiş altı dollar 02 sent) ABŞ dolları faiz, 10000 (on min) ABŞ dolları cərimə olmaqla, 161012,59 ABŞ dolları borcun, ümumilikdə hər dörd müqavilə üzrə cəmi 373418,97 (üç yüz yetmiş üç min dörd yüz on səkkiz dollar 97 sent) ABŞ dolları məbləğində pulun ödəniş vaxtı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun və 80 (səksən) manat xidməti haqqının cavabdehlər Cavabdeh, X4 və X1 müştərək qaydada İddiaçı-nin xeyrinə tutulması, tələb üzrə tutma Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən, 79,3 kv.m ümumi sahədən 91 nömrəli mənzilə, əmlakın ilkin satış qiyməti 140000 (yüz qırx min) manat məbləğində, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən, 41,3 kv.m ümumi sahədən 92 nömrəli mənzilə əmlakın ilkin satış qiyməti 70000 (yetmiş min) manat məbləğində, X5 məxsus ünvan 2 ünvanında yerləşən, 107 kv.m ümumi sahədən 15 nömrəli mənzilə əmlakın ilkin satış qiyməti 200000 (iki yüz min) manat, Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşaı qəsəbəsi, Zabrat-Pirşağı yolunda 9-cu km-də olan 0,3542 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 494 kv.m olan 1 mərtəbəli 4 saylı qeyri-yaşayış sahəsi əmlakın ilkin satış qiyməti 230000 (iki yüz otuz min) manat məbləğində müəyyən edilməklə yönəldilməsi, həmin əmlaklar açıq hərracdan satılması və əldə olunan vəsait hesabına İddiaçı-nin borc tələbinin ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğlər tutulan məbləğlərdən artıq olduqda isə artıq məbləğlər mülkiyyətçilərə qaytarılması, qeyd olunan əmlaklar açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdeh X2 ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi ev 37, mənzil 15dən, cavabdehlər X13, X14 və X12 ünvan 1, mənzil 92-dən, Cavabdeh ünvan 1, mənzil 91-dən və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Zabrat-Pirşağa yolu 9-cu km, 4 saylı qeyriyaşayış binasından və 0.35542 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat, 350 (üç yüz əlli) və 200 (iki yüz) manat, cəmi 600 (altı yüz) manat cavabdehlər Cavabdeh, X4 və X1 müştərək qaydada dövlət nəfinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayət verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 məhkəmə kollegiyasına ərizə verərək hazırki iş üzrə iddia tələbindən imtina etdiklərini, ərizəsinin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdehlər məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iddiaçı “Accesbank” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, X5, X8, X9, X10 və X15 qarşı kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan iddiaçı “Accesbank” Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, cavabdehlər tərəfindən banka olan borc əldə olunmuş razılaşmaya uyğun olaraq ödəmişdir. Odur ki, mülki iş üzrə iddiadan imtina edilir və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1 və 52.5-ci maddələrinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina yazılı formada edilməlidir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8/2019 saylı iş üzrə xx xxxxxx 2019cu il tarixli qətnaməsi ləğv edilməli və iddiaçı “Accesbank” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, X5, X8, X9, X10 və X15 qarşı kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hazırki iş üzrə iddia tələbindən imtinası qəbul edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8/2019 saylı iş üzrə xx xxxxxx 2019cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “Accesbank” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, X5, X8, X9, X10 və X15 qarşı kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar