Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2829/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-403/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Nəsimi” filialı iləCavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli İK 1583-05 saylı kredit müqaviləsi üzrə X1 Banka olan 16.114,31 ABŞ dolları əsas, 3.023,41 ABŞ dolları faiz və 12.202,81 ABŞ dolları cərimə faizi borcu olmaqla, cəmi borcu 31.340,53 ABŞ dolları məbləğində pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün tərəflərindən ödənilmiş 31 manat rüsum və xidmət haqqının, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar tərəflərindən ödənilmiş 30 manat rüsumun tutulması, həmin məbləğin ipoteka qoyulmuş Cavabdeh2 məxsus olan (ƏMDKDƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş, Reyestr nömrəsi **********35-05101-093008, Qeydiyyat nömrəsi 110712201, Seriya MH ******* olan xx xxxxxx 2007-ci il tarixli Çıxarışa əsasən) Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsində istifadədə olan 0.125 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 9 mərtəbəli binada yerləşən-kv.mümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 88 nömrəli mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olnan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehdən (borclu Cavabdeh1) tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh1Tofiq oğlu arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli İK 1583-05 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 20 faiz olmaqla, 36 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli İK 1583-05 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsində istifadədə olan 0.125 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 9 mərtəbəli binada yerləşən –kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 88 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə xx xxxxxxxx 2019-cu il tarixinə kimi əsas və faiz borcunu tam ödəməli olduğu halda, əsasborcdan 3.885,69 ABŞ dolları, faiz borcundan isə 3.023,41 ABŞ dolları ödəniş etmişdir. Hal-hazırda borcluCavabdeh1 İddiaçı ASC-yə 16.114,31 ABŞ dolları əsas, 3.023,41 ABŞ dolları faiz və 12.202,81 ABŞ dolları cərimə borcu olmaqla, cəmi borcu 31.340,53 ABŞ dolları təşkil edir. Borcun ödənilməsi ilə əlaqədar Cavabdeh1 dəfələrlə müraciət olunmasına, xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə iləməhkəməyə müraciət edərək, Cavabdeh1 16.281,64 ABŞ dolları əsas, 3.031,65 ABŞ dolları faiz borcu, 12.202,81 ABŞ dolları cərimə borcu, həmçinin illik 5% olmaqla hesablanmış 667.09 ABŞ dolları borcun, həmçinin ipotekaya tutma yönəldilməsinə dair tərəflərindən ödənilməmiş 30 manat xərcin və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsində istifadədə olan 0.125 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 9 mərtəbəli binada yerləşən-kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 88 nömrəli mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olnan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-403/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, xx xxxxxx 2015-ci il tarixli İK1583-05 saylı kredit müqaviləsi əsasında Cavabdeh1Tofiq oğlundan 15.349,29 (on beş min üç yüz qırx doqquz dollar iyirmi doqquz sent) ABŞ dolları əsas borc, 1.205,96 (bir min iki yüz beş dollar doxsan altı sent) ABŞ dolları faiz borcu, 200 (iki yüz) ABŞ dolları cərimə, illik beş faiz olmaqla hesablanmış 667.09 (altı yüz altmış yeddi dollar doqquz sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 17.422,34 (on yeddi min dörd yüz iyirmi iki dollar otuz dörd sent) ABŞ dollarının ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə, ipotekaya tutma yönəldilməsinə dair ödənilmiş 30 (otuz) manatın alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin Cavabdeh2 məxsus olan və xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsində istifadədə olan 0.125 ha topraq sahəsində yerləşən 8 nömrəli, 9 mərtəbəli binada yerləşən –kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 88 nömrəli mənzilə yönəldilərək, həmin mənzilin açıq hərracdan satılması, realizə edilmiş mənzilin dəyərindən əldə edilmiş vəsait hesabına Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-403/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilərək, iddianın qismən, əsas və faiz borcu ilə birlikdə cəmi 12870,79 (on iki min səkkiz yüz yetmiş dollar, 79 sent) ABŞ dolları məbləğində pulun tutulması hissəsində təmin edilməsini, cərimə və illik faiz borcunun tutulması hissəsində iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə mülki işə baxarkən mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən hallan araşdırmamış, ekspert rəyinin ziddiyətlı olduğunu nəzərə almayaraq, belə bir nəticəyə gəlmişdir ki, cavabdehin banka17422,34 ABŞ dolları məbləğində borcu yaranmışdır. xx.xx.2015-ci il tarixdə İddiaçı ASC ilə kredit müqaviləsi bağlanandan sonra Respublikada baş vermiş maliyyə böhranı ilə bağlı dollar manata nisbətdə bahalanmış, yaranmış vəziyyətlə bağlı kredit verən təşkilatla danışıqlar aparılmış, ödənişlərin, hansı valyuta ilə aparılması dövlət orqanları tərəfindən müzakirə olunduğundan, kredit müqaviləsi üzrə ödənişlərin aparılması kredit verən təşkilatların təklifi ilə müvəqqəti dayandırılmışdır. İddiaçı Bankın əməkdaşları verilən kredit məbləğinin dollar və ya manatla ödənilməsi və yaxud, hansı məzənnə nəzərə alınmaqla ödənilməsini özləri də bilmədiyindən, kredit ödənişlərinin qəbulunu dayandırmışdılar. Bir müddət keçdikdən sonra, bankın əməkdaşları ilə danışıqlar aparılmış, dollar valyutası ilə ödənilən məbləğin məzənnəsində fikir ayrılığı yaranmış və bir müddət keçdikdən sonra, cavabdeh xəbər tutdu ki, İddiaçı ASC ona qarşı Xətai rayon Məhkəməsində pul tələbinə dair iddia qaldırıb.Cavabdeh məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddia ərizəsində qeyd olunmuş kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə 3 il müddətinə bağlanmış, müqavilənin müddəti xx.xx.2018-ci il tarixdə bitmiş və müqavilə üzrə onun tərəfindən ödənişlər vaxtlı-vaxtında aparılmış, öhdəliklər yerinə yetirilmiş, lakin sonradan baş vermiş maliyyə böhranı ilə bağlı Azərbaycan Respublikasının ərazisində bütün banklar tərəfindən ödənişlərin qəbulu dayandırılmışdır. Yəni kredit müqaviləsi üzrə ödənişlər obyektiv səbəbdən dayandırılmışdır. Digər tərəfdən, müqavilə 3 il müddətinə bağlandığından, müqavilə üzrə faizlər 2019-cu ilin sentyabr ayına qədər deyil, 2018-ci ilin noyabr ayına qədər hesablanmalıdır. Daha sonra, cavabdeh məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddia ərizəsi ilə bank tərəfindən cavabdehə verilmiş bildirişdə kəskin ziddiyət var. Belə ki, İddiaçı ASC-nin xx xxx 2019-cu ii tarixli bildirişində cavabdehin 16114 ABŞ dolları əsas, 1993 ABŞ dolları faiz borcu, 6177 ABŞ dolları cərimə borcu olduğu göstərildiyi halda, artıq iddia ərizəsində faiz borcunun 3023,41 ABŞ dolları, 12202,81 ABŞ dolları cərimə borcunun olduğu göstərilmişdir. Daha sonra cavabdeh qeyd edir ki, onun tərəfindən aparılmış ödənişlər və çeklər nəzərə alınmaqla iddiaçı banka 13950 ABŞ dolları məbləğində pul ödənilmişdir. Kredit müqaviləsi üzrə 3 il ərzində əsas və faiz məbləğlə birlikdə banka 26757,79 ABŞ dolları məbləğində pul ödənilməli, həmin məbləğdən ödənilmiş 13950 ABŞ dolları çıxıldığı halda, onun bu günə olan borcu 12870,79 ABŞ dolları təşkil edir. İddiaçı iddia ərizəsində faizlərin necə hesablanması, hansı müddətə hesablanması, hansı ayların faizlərinə və hansı dövrə aid olmasını göstərməmiş və açıqlamanı məhkəməyə təqdim etməmiş və bu səbəbdən vəsatətlə Xətai rayon Məhkəməsinə müraciət edərək, faizlərin necə hesablanması, hansı müddətə hesablanması, hansı ayların faizlərinə və hansı dövrə aid olması sualı yarandığından, cavabdeh tərəfindən ödənişlərin aparılmasını nəzərə alaraq, hal-hazırda onun əsas və faiz borclarını müəyyən etmək üçün ekspertizanın təyin olunmasını xahiş etmişdir. Vəsatət təmin olunaraq məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, lakin məhkəmə mühasibatlıq ekspertizası keçirilən zaman ekspert iddiaçı bankın təqdim etdiyi hesabatı rəyə köçürülərək,cavabdeh tərəfindən aparılan ödənişlərin böyük hissəsi, yəni 10200,57 ABŞ dolları faizə silinmiş, halbuki, müqavilə üzrə 3 il ərzində faiz ödənişləri cəmi 6757,9 ABŞ dolları təşkil etməlidir. Ekspert rəyində mövcud olan ziddiyətlə bağlı təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, lakin yenə də, ekspert tərəfindən bankın hesabatına uyğun rəy verilmişdir. Cavabdehin qeyd etdiyi kimi, kredit müqaviləsinə görə banka olan əsas və faiz borcu cəmi 26757,79 ABŞ dolları təşkil etdiyi halda və onun tərəfindən həmin məbləğdən 13950 ABŞ dolları ödənildiyi halda, sadə riyazi hesablama aparılsa, ( 26 757,79 — 13950 = 12870,79) onun bu günə olan borcu 12870,79 ABŞ dolları təşkil edir. Cavabdeh bankın hesabatına əsaslanmış ekspert rəyinin nəticəsi ilə razı deyil və ekspert rəyi məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin kredit müqaviləsi üzrə borcun tutulması hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki apellator qətnaməni qeyd olunan hissədə mübahisələndirmiş, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsini dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ASC-nin “Nəsimi” filialı iləCavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, İK 1583-05 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 20 faiz olmaqla, 36 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli İK 1583-05 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsində istifadədə olan 0.125 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 9 mərtəbəli binada yerləşən –kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət, 3 otaqlı 88 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 30202 saylı ekspert rəyindən görünür ki, müqavilə müddətinin bitdiyi xx xxxxxx 2018-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-yə əsas borcu 16.281,64 ABŞ dolları, faiz borcu 1.205,96 ABŞ dolları olmuşdur. xx.xx.2018-ci il tarixdən iddia ərizəsində borcun hesablandığı xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faizin həcmi 667,09 ABŞ dolları təşkil edir. xx.xx.2019-cu il tarixə olan əsas borc 16281,64 ABŞ dolları, faiz borcu 940,71 ABŞ dolları təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 5584 saylı təkrar ekspert rəyindən görünür ki, müqavilə müddətinin bitdiyi xx xxxxxx 2018-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-yə əsas borcu 16.281,64 ABŞ dolları, faiz borcu 1.205,96 ABŞ dolları olmuşdur. Cavabdeh1 tərəfindən xx xxxxxx 2018-ci il tarixdən 932,35 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə əsasən, icram gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayn qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan olan Cavabdeh1 kredit müqaviləsi üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, Cavabdeh1 borcunun yoxlanılması ilə bağlı məhkəmə-mühasibatlıq ekspertizaları keçirilərək, rəylər alınmışdır. Ekspert qarşısında qoyulmuş suallar maliyyə arayışında qeyd olunmuş əsas və faiz borcunun yoxlanılması ilə bağlı olmuşdur. Apellyator olan cavabdeh tərəf ekspert rəyi ilə razılaşmasa da, həmin rəyi şübhə altına ala biləcək sübut təqdim etməmişdir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin rəydə müqavilə müddətinin bitdiyi xx xxxxxx 2018-ci il tarixə Cavabdeh1 İddiaçı ASCyə əsas borcu 16.281,64 ABŞ dolları müəyyən edilmişdir. Cavabdehin müqavilə müddətinin bitdiyi xx xxxxxx 2018-ci il tarixdən sonra 932.35 ABŞ dolları məbləğində ödəniş etməsi nəzərə alınaraq, məhkəmə, cavabdeh X2 əsas borca görə 15.349,29 ABŞ dolları məbləğində pul tutulmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə, Cavabdeh1 tutulmalı olan faiz borcunun məbləğini müəyyən edərkən hesab etmişdir ki, iddiaçı iddia tələbinin həcmini artıraraq cavabdehdən 3.031,65 ABŞ dolları məbləğində faiz borcunun tutulmasını tələb etsə də, ekspert rəyində cavabdehin müqavilə müddətinin bitdiyi xx xxxxxx 2018-ci il tarixə olan faiz borcu hesablanmışdır. Odur ki, məhkəmə cavabdehdən ekspert rəyi ilə müəyyən edilmiş 1.205,96 ABŞ dolları məbləğində faiz borcunun tutulmasını ağlabatan hesab etmişdir. Kollegiya məhkəmənin əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində gəldiyi nəticə ilə razılaşır. Kollegiya apellyatorun “cavabdehin qeyd etdiyi kimi, kredit müqaviləsinə görə banka olan əsas və faiz borcu cəmi 26757,79 ABŞ dolları təşkil etdiyi halda və onun tərəfindən həmin məbləğdən 13950 ABŞ dolları ödənildiyi halda, sadə riyazi hesablama aparılsa, ( 26 757,79 — 13950 = 12870,79) onun bu günə olan borcu 12870,79 ABŞ dolları təşkil etməsi” ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, apellyatorun qeyd etdiyi hal, müqavilə şərtlərinə uyğun olaraq hər ay qrafik üzrə ödənişlərin vaxtında yerinə yetirildiyi halda mümkündür. Ödənişlər gecikdirildiyi halda isə, ödənilməyən məbləğə faizlər hesablanır ki, bu da faiz borcunun artmasına səbəb olur. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Bu baxımdan kollegiya hesab edir ki, qətnamə dəbbə pulu ilə bağlı hissədə həddən artıq çox azaldığından, apellyatorun dəbbə pulunun tutulması hissəsində iddianın rədd edilməsi ilə bağlı dəlili əsaslı hesab oluna bilməz. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlili olan kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz məbləğ ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin, icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikcə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İşin materiallaından göründüyü kimi, kredit müqaviləsinin müddəti xx.xx.2018-ci ildə bitmişdir. İddiaçı tərəfindən iddia tələbinə dəqiqləşmə ərizəsi xx.xx.2020-ci il tarixdə verilmişdir. xx.xx.2018-ci ildən xx.xx.2020-ci il tarixədək olan müddət 571 gün təşkil edir. Buna görə də, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz məbləği 1217 ABŞ dolları (15349,29 ABŞ dolları əsas borc x 5% : 360 gün x 571 gün=1217 ABŞ dolları) təşkil edir. Göründüyü kimi kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz 1217 ABŞ dolları təşkil etdiyi halda, birinci instansiya məhkəməsi 667,09 ABŞ dolları müəyyən etmişdir. Bu hissədə apellatorun müqavilə müddətindən sonrakı faizin tutulmasının rədd edilməsi ilə bağlı dəlili əsaslı hesab oluna bilməz. Qeyd olunanlara əsasən kollegiya qətnaməni cərimə və müqavilə müddətindən sonrakı faiz məbləğləri ilə bağlı hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(011)- 403/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2829/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2829/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver