Məhkəmə qərarları › İş №2(103)-2838/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2838/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2838/2024 20.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ,Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-139/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-139/2024 saylı işi üzrə 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh əsas borca görə 66.444.19 manat, faiz borcuna görə 17.202.09 manat, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 1043.78 manat, ödənilmiş dövlət rüsumunun əvəzi 344.07 manat tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh məxsus olan və xx.xx.2019cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş olan “BMW 540i" minik markalı 90ZL008 qeydiyyat nişanlı avtomobilə (2017-ci il buraxılışlı, Tip:Sedan, Rəngi: tünd boz metallik rəngli, mühərrik həcmi 2998 m3) yönəldilməsi və həmin avtomobilin ilkin satış qiyməti 68000 manat müəyyən edilməklə açıq hərracdan satılması, realizə edilmiş avtomobilin dəyərindən əldə edilmiş vəsait hesabına Cavabdeh xx.xx.2019-cu il tarixli 04/3633/DİK saylı kredit müqaviləsi üzrə borcu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 391 manat dövlət rüsumunun qalan 46.93 manatının iddiaçının özünə aid edilməsi, iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan 200 manatın 100 manatının Cavabdeh, 100 manatının iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı LPO "xxxx" ASC tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Mülki Kollegiyanın xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş, məhkəmə iclası xx.xx.2024-cü il saat 12:00-a təyin edilmiş, sonradan Nəsimi Rayon Məhkəməsindən xx.xx.2024-cü il tarixində məktubla müraciət edərək, Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün iş materiallarının və qətnamənin surətinin ona rəsmi qaydada təqdim edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etdiyini, bu səbəbdən mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil birinci instansiya məhkəməsinin məktubunda da qeyd edildiyi kimi iş materialları ilə tanış olmaq və qətnamədən apellyasiya şikayəti vermək üçün onun rəsmi qaydada təqdim edilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət etdiyini, bu səbəbdən işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəmə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Kollegiya hesab edir ki, Cavabdeh nümayəndəsi və vəkili Vəkil Nəsimi rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin mümkünlüyünə səlahiyyət həddində qiymət verilməsi üçün iddiaçının apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv edilərək və iş məhkəmə baxışından çıxarılaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (maddələrinin) tələblərinə əsasən, 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2838/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli icraata qəbul qərardadı ləğv edilsin, Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmənin həmin qətnaməsindən apellyasiya şikayətinin mümkünlüyünə səlahiyyət həddində qiymət verilməsi üçün iş apellyasiya baxışından çıxarılmaqla, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar