Məhkəmə qərarları › İş №2(103)-2839/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2839/2022

05.03.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2839/2022 05.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə artıq ödənilmiş pul məbləğinin tutulması tələbinə dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)-2298/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2298/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Mülki işin materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya şikayəti Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363- VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra, MPM) edilmiş dəyişikliyin tələblərinə uyğun verilməmişdir. Belə ki, MPM-in 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma Azərbaycan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanunu ilənəzərdə tutulmuş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmişdir). İş materiallarından görünür ki, İddiaçı apeelyaia şikayətini “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vermişdir, lakin iddiaçı apellysiya şikayətində qeyridəqiqlikliyə yol veilmişdir. Belə ki, “Apellyasiya şikayətinin forması” başlıqlı 2 saylı Əlavə nin 12-ci bəndində əsasən apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməli olduğu halda iddiaçı apellyasiya şikayətində tələbin nədən ibarət olduğunu qeyd etməmişdir. Mülki Prosessual Məcəllənin 10-1.3.-cü maddəsinin Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.5-ci maddələrinə görə apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Odur ki, kollegiya hesab edir ki, apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığından hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, qətnamədən verilən apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 363.1.2, 400 və 405cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2298/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin geri qaytarılması üçün iş materialları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar