Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-284/2022 31.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X1 Edilməsi Agentliyi” MMC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə (Açar sözlər: kredit borcu, ipoteka, ekspertiza) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi) Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 31 avqust 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "xxxx" ASC-nin Mərkəzi filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 7069 saylı kredit müqaviləsinə əsasən 1.500.000 manat, 7068 saylı kredit müqaviləsinə əsasən 1.500.000 manat, 7067 saylı kredit müqaviləsinə əsasən 1.500.000 manat, 7066 saylı kredit müqaviləsinə əsasən 1.500.000 manat, 7070 saylı kredit müqaviləsinə əsasən 1.100.000 manat məbləğində illik 12 % tətbiq edilməklə, cari xərclər üçün hər bir müqavilə üzrə 60 ay müddətinə kredit verilmişdir.
2. "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən cavabdehə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 3-cü mərtəbəsində 73.7 kv.m. qeyriyaşayış sahəsi (6Ə korpusunun 8 saylı ofis), 142.7 kv.m. qeyri-yaşayış sahəsi (6Ə korpusunun 9 saylı ofis), 187.2 kv.m. qeyri-yaşayş sahəsi (6Ə korpusunun 10 saylı ofis), 107.4 kv.m. qeyri-yaşayış sahəsi (6Ə korpusunun 11 saylı ofis) və 188.9 kv.m. qeyriyaşayış sahəsi (6Ə korpusunun 13 saylı ofis) bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
3. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən cavabdehə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 1-ci mərtəbəsində 39.9 kv.m. qeyriyaşayış sahəsi (292 saylı mağaza), 38.9 kv.m. qeyri-yaşayş sahəsi (295 saylı mağaza), 40.0 kv.m. qeyri-yaşayış sahəsi (297 saylı mağaza) və 39.9 kv.m. qeyri-yaşayış sahəsi (271 saylı mağaza) bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
4. "xxxx" ASC ilə "xxxx" MMC-arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi ilə cavabdehə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 8-ci mərtəbəsində 30672.0 kv.m. qeyriyaşayş sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
5. İpoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlər dövlət qeydiyyatına alınmışdır.
6. xx.xx.2016-cı il tarixli, 204 saylı təhvil-təslim aktı və xx.xx.2016-cı il tarixli təhviltəslim aktına 1 saylı əlavə ilə Aqrarkredit QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər akta əsasən İddiaçı QSC-yə verilmişdir.
7. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh1 xx.xx.2013cü il tarixli, 7066 saylı kredit müqaviləsi üzrə 1.496.288 manat əsas, 111.500 manat faiz və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349.825,15 manat, cəmi 1.957.613,15 manat, xx.xx.2013-cü il tarixli, 7067 saylı kredit müqaviləsi üzrə 1.496.288 manat əsas borc, 111.500 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349.825,15 manat, cəmi 1.957.613,15 manat, xx.xx.2013-cü il tarixli, 7068 saylı kredit müqaviləsi üzrə 1.496.288 manat əsas borc, 87.887,71 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349.825,15 manat, cəmi 1.934.000,86 manat, xx.xx.2013-cü il tarixli, 7069 saylı kredit müqaviləsi üzrə 1.496.288 manat əsas borc, 108.500 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349.825,15 manat, cəmi 1.954.613,15 manat, xx.xx.2013-cü il tarixli, 7070 saylı kredit müqaviləsi üzrə 861.298 manat əsas borc, 24.384,16 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 201.387,04 manat, cəmi 1.087.069,20 manat, ümumilikdə 8.890.909,51 manat məbləğində borcu qalmışdır
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/3004 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsasən Cavabdeh1 "xxxx" ASC-yə:
9. 1) xx.xx.2013-cü il tarixli 7066 saylı kredit müqaviləsi üzrə: xx.xx.2016-cı il tarixə 1.500.000 manat əsas borc, 111.500 manat faiz borcu; xx.xx.2017-ci il tarixə 1.500.000 manat əsas borc, 314.000 manat faiz borcu; xx.xx.2019-cu il tarixə 1.496.288 manat əsas borc, 627.268,14 manat faiz borcu.
10. 2) xx.xx.2013-cü il tarixli 7067 saylı kredit müqaviləsi üzrə: xx.xx.2016-cı il tarixə 1.500.000 manat əsas borc, 111.500 manat faiz borcu; xx.xx.2017-ci il tarixə 1.500.000 manat əsas borc, 314.000 manat faiz borcu; xx.xx.2019-cu il tarixə 1.496.288 manat əsas borc, 627.268,14 manat faiz borcu.
11. 3) xx.xx.2013-cü il tarixli 7068 saylı kredit müqaviləsi üzrə: xx.xx.2016-cı il tarixə 1.500.000 manat əsas borc, 87.887,71 manat faiz borcu; xx.xx.2017-ci il tarixə 1.500.000 manat əsas borc, 290.387,71 manat faiz borcu; xx.xx.2019-cu il tarixə 1.496.288 manat əsas borc, 603.655,85 manat faiz borcu.
12. 4) xx.xx.2013-cü il tarixli 7069 saylı kredit müqaviləsi üzrə: xx.xx.2016-cı il tarixə 1.500.000 manat əsas borc, 108.500 manat faiz borcu; xx.xx.2017-ci il tarixə 1.500.000 manat əsas borc, 311.000 manat faiz borcu; xx.xx.2019-cu il tarixə 1.496.288 manat əsas borc, 624.268,14 manat faiz borcu.
13. 5) xx.xx.2013-cü il tarixli 7070 saylı kredit müqaviləsi üzrə: xx.xx.2016-cı il tarixə 865.010 manat əsas borc, 24.384,16 manat faiz borcu; xx.xx.2017-ci il tarixə 865.010 manat əsas borc, 141.160,51 manat faiz borcu; xx.xx.2019-cu il tarixə 861.298 manat əsas borc, 321.693,69 manat faiz borcu müəyyən edilmişdir.
14. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatları ilə ipoteka predmetləri olan, Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 3-cü mərtəbəsində 73.7 kv.m. qeyri-yaşayış sahəsi (6Ə korpusunun 8 saylı ofis) 45.000 (qırx beş min) manat, 142.7 kv.m. qeyri-yaşayş sahəsi (6Ə korpusunun 9 saylı ofis) 72.000 (yetmiş iki min) manat, 187.2 kv.m. qeyriyaşayş sahəsi (6Ə korpusunun 10 saylı ofis) 98.000 (doxsan səkkiz min) manat, 107.4 kv.m. qeyri-yaşayş sahəsi (6Ə korpusunun 11 saylı ofis) 75.000 (yetmiş beş min) manat, 188.9 kv.m. qeyri-yaşayş sahəsi (6Ə korpusunun 13 saylı ofis) 130.000 (bir yüz otuz min) manat; Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu. Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 1-ci mərtəbəsində 39.9 kv.m. qeyri- yaşayş sahəsi (292 saylı mağaza) 44.000 (qırx dörd min) manat, 38.9 kv.m. qeyri-yaşayış sahəsi (295 saylı mağaza) 39.000 (otuz doqquz min) manat, 40.0 kv.m. qeyri-yaşayış sahəsi (297 saylı mağaza) 40.000 (qırx min) manat, 39.9 kv.m. qeyri-yaşayış sahəsi (271 saylı mağaza) 48.000 (qırx səkkiz min) manat; "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 8-ci mərtəbəsində 30672.0 kv.m. qeyri-yaşayış sahəsi 12.500.000 (on iki milyon beş yüz min) manat məbləğində qiymətləndirilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı “X1 Edilməsi Agentliyi” MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2013-cü il tarixli, 7066 saylı kredit müqaviləsi üzrə 1.496.288 manat əsas borc, 111.500 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349.825,15 manat, cəmi 1.957.613,15 manat; xx.xx.2013-cü il tarixli, 7067 saylı Kredit Müqaviləsi üzrə 1.496.288 manat əsas borc, 111.500 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349.825,15 manat, cəmi 1.957.613,15 manat; xx.xx.2013-cü il tarixli, 7068 saylı kredit müqaviləsi üzrə 1.496.288 manat əsas borc, 87.887,71 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349.825,15 manat, cəmi 1.934.000,86 manat; xx.xx.2013-cü il tarixli, 7069 saylı kredit müqaviləsi üzrə 1.496.288 manat əsas borc, 108.500 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349.825,15 manat, cəmi 1.954.613,15 manat; 5. xx.xx.2013-cü il tarixli, 7070 saylı kredit müqaviləsi üzrə 861.298 manat əsas borc, 24.384,16 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 201.387,04 manat, cəmi 1.087.069,20 manat, ümumilikdə 8.890.909,51 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi; tutmanın ipoteka qoyan: Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 3-cü mərtəbəsində 73.7 kv.m. qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 8 saylı ofis), 142.7 kv.m. qeyri-yaşayş sahəsinə (6Ə korpusunun 9 saylı ofis), 187.2 kv.m. qeyri-yaşayş sahəsinə (6Ə korpusunun 10 saylı ofis), 107.4 kv.m. qeyriyaşayş sahəsinə (6Ə korpusunun 11 saylı ofis), 188.9 kv.m. qeyri-yaşayş sahəsinə (6Ə korpusunun 13 saylı ofis); Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu. Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 1-ci mərtəbəsində 39.9 kv.m. qeyri- yaşayş sahəsinə (292 saylı mağaza), 38.9 kv.m. qeyri-yaşayş sahəsinə (295 saylı mağaza), 40.0 kv.m. qeyri-yaşayş sahəsinə (297 saylı mağaza), 39.9 kv.m. qeyriyaşayş sahəsinə (271 saylı mağaza); "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 8-ci mərtəbəsində 30672.0 kv.m. qeyri-yaşayış sahəsinə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin ipoteka qoyanlara qaytarılması; Satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda qalıq borc məbləğinin Cavabdeh1 tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 kredit müqavilələrindən irəli gələn öhdəliklərini lazımınca yerinə yetirməmiş və bank qarşısında ümumilikdə 5 müqavilə üzrə cəmi 8.890.909,51 manat məbləğində borcu yaranmışdır.
17. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli 2(011)-30/21 saylı qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia təmin edilmiş, 5 kredit müqaviləsi üzrə cəmi 8 890 909,51 manat borcun tutulması, həmçinin tutmanın Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 3-cü mərtəbəsində 73.7 kv.m. qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 8 saylı ofis) (ilkin satış qiyməti 45.000) manat, 142.7 kv.m. qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 9 saylı ofis) (ilkin satış qiyməti 72.000 manat, 187.2 kv.m. qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 10 saylı ofis) (ilkin satış qiyməti 98.000) manat, 107.4 kv.m. qeyri-yaşayş sahəsinə (6Ə korpusunun 11 saylı ofis) (ilkin satış qiyməti 75.000 (yetmiş beş min)) manat, 188.9 kv.m. qeyri-yaşayş sahəsinə (6Ə korpusunun 13 saylı ofis) (ilkin satış qiyməti 130.000) manat; Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu. Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 1-ci mərtəbəsində 39.9 kv.m. qeyri- yaşayş sahəsinə (292 saylı mağaza) (ilkin satış qiyməti 44.000) manat, 38.9 kv.m. qeyri-yaşayış sahəsinə (295 saylı mağaza) (ilkin satış qiyməti 39.000 ) manat, 40.0 kv.m. qeyri-yaşayş sahəsinə (297 saylı mağaza) (ilkin satış qiyməti 40.000) manat, 39.9 kv.m. qeyri-yaşayş sahəsinə (271 saylı mağaza) (ilkin satış qiyməti 48.000) manat; "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 8-ci mərtəbəsində 30672.0 kv.m. qeyri-yaşayış sahəsinə (ilkin satış qiyməti 12.500.000) yönəldilərək açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin ipoteka qoyanlara qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1 tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 145 manatın Cavabdeh1 tutulub Dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
18. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan kredit müqaviləsi üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini və tutmanın ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahələrinə yönəldilməsini tələb etməkdə haqlıdır.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 421, 427.3, 442, 448.1, 467-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3, 4.1, 34, 59.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir.
21. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia kredit verən Bank tərəfindən qaldırılmayıb. Onunla İddiaçı QSC arasında kredit müqaviləsi bağlanmayıb, aralarında öhdəlik yaranmayıb. Həmçinin, "xxxx" ASC ilə aralarında müqavilə olsa da, həmin məbləğlər onun tərəfindən götürülməyib.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
25. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
26. Maddə 319.6. Bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
27. Maddə 385.1. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
31. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
32. Maddə 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.
33. Maddə 34. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
34. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
35. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Ape
36. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən, iddiaçı və digər cavabdehlər şikayət vermədiyindən qətnamə Cavabdeh1 qarşı iddianın təmin olunmuş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.
39. Məhkəmə kollegiyası işin tam, obyektiv, hərtərəfli araşdırılmasını təmin etmək və apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verilməsini təmin etmək məqsədilə apellyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin etdi. Məhkəmə Ekspertiza Mərkəzinin 15 oktyabr 2021-ci il tarixli, 9/6259 saylı rəyi ilə məhkəmənin kreit borcunun tutulması ilə bağlı hissədə gəldiyi nəticə bir daha öz təsdiqini tapdı.
40. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 15 oktyabr 2021-ci il tarixli rəyi ilə
41. 1) xx.xx.2013-cü il tarixli 7066 saylı kredit müqaviləsi üzrə: xx.xx.2016-cı il tarixə 1.500.000 manat əsas borc, 111.500 manat faiz borcu; xx.xx.2019-cu il tarixə 1.496.288,00 manat əsas borc, 456.771,77 manat faiz borcu
42. 2) xx.xx.2013-cü il tarixli 7067 saylı kredit müqaviləsi üzrə: xx.xx.2016-cı il tarixə 1.500.000 manat əsas borc, 111.500 manat faiz borcu; xx.xx.2019-cu il tarixə 1.496.288 manat əsas borc, 456.771,77 manat faiz borcu.
43. 3) xx.xx.2013-cü il tarixli 7068 saylı kredit müqaviləsi üzrə: xx.xx.2016-cı il tarixə 1.500.000 manat əsas borc, 87.887,71 manat faiz borcu; xx.xx.2019-cu il tarixə 1.496.288 manat əsas borc, 433,159,48 manat faiz borcu.
44. 4) xx.xx.2013-cü il tarixli 7069 saylı kredit müqaviləsi üzrə: xx.xx.2016-cı il tarixə 1.500.000 manat əsas borc, 108.500 manat faiz borcu; xx.xx.2019-cu il tarixə 1.496.288 manat əsas borc, 453.771,77 manat faiz borcu.
45. 5) xx.xx.2013-cü il tarixli 7070 saylı kredit müqaviləsi üzrə: xx.xx.2016-cı il tarixə 865.010 manat əsas borc, 24.384,16 manat faiz borcu; xx.xx.2019-cu il tarixə 861.298 manat əsas borc, 223.431,84 manat faiz borcu müəyyən edilmişdir.
46. Ekspert rəyi ilə həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 Banka 5 müqavilə üzrə xx.xx.2019-cu ilədək cəmi 3712 manat ödəniş etmiş, həmin məbləğ ümumilikdə əsas borca silinmiş, faiz borcundan isə ödəniş olmamışdır. Kollegiya həmçinin nəzərə alır ki, Bank həmin ödənişi mübahisələndirməmişdir.
47. 19. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə gəldikdə Kollegiya qeyd edir ki, apellyator kredit müqavilələrinin onunla bağlandığı mübahisələndirməmiş, lakin pulun ona verilmədiyini bildirmişdir. İş materiallarına pulun Cavabdeh1 tərəfindən qəbul edildiyini təsdiq edən kassa məxaric orderləri əlavə edilmişdir. Bundan əlavə, hesabdan çıxarış məlumatlarından və ekspert rəyindən də müəyyən olunur ki, apellyator kredit üzrə müxtəlif vaxtlarda ödənişlər etmişdir. Kredit borcu üzrə müəyyən məbləğlərdə ödənişlər apardığı halda, pulun ona verilmədiyini bildirən apellyator həmin arqumentini ağlabatan dəlillərlə əsaslandıra bilməmişdir.
48. Apellyasiya şikayətinin digər dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarında olan "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun Aqrarkredit QSC-yə güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqavilənin surətindən görünür ki, bankın problemli aktivlərinin tələb hüququ Aqrarkredit QSC-yə keçmiş, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
49. Bununla yanaşı, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən etmiş, tərəflərin heç biri əmlakların ilkin satış qiymətini mübahisələndirməmişlər. Belə olan halda, Kollegiya ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə (Cavabdeh1 qarşı iddianın təmin olunmuş hissəsində) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.