Məhkəmə qərarları › İş №2(103)-2854/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2854/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2854/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh3 və vəkili X2, Cavabdeh2 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “kreditin tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-47/2020 saylı qətnaməsindən Cavabdeh3 apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada QSC-nin xeyrinə 10R000015537 saylı kredit razılaşması üzrə 14584,18 ABŞ dolları məbləğində kredit borcu, 7935,01 ABŞ dolları məbləğində faiz borcu və 12529,71 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 35048,90 ABŞ dolları məbləğində borc, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yerləşən 49b nömrəli, 9 mərtəbəli binada mülkiyyətdə olan 16.6 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, 24 nömrəli mənzilə yönəldilməsinə, həmin mənzilin açıq hərracdan satılması və borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması, mənzilə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin mənzilə istifadə hüququnun itirilməsi, mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 xx.xx.2008-ci il tarixli 10L000000501 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ Dolları məbləğində kredit xətti açılmış, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 10R000015537 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ Dolları məbləğində kredit götürmüş, tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 10R000015537S saylı, xx.xx.2016-cı il tarixli 10R000015537S saylı, xx.xx.2016-cı il tarixli 10R000015537SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh ipoteka verən Cavabdeh3 ilə Bank arasında bağlanılmış xx.xx.2008-ci il tarixli 10M000000350 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yerləşən 49b nömrəli, 9 mərtəbəli binada mülkiyyətdə olan 16.6 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, 24 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 47/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14584,18 ABŞ dolları məbləğində əsas, 7474,00 ABŞ dolları faiz, 500 ABŞ dolları məbləğində cərimə, cəmi 22558,18 ABŞ dolları məbləğində borc (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla), məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının İddiaçı-nin xeyrinə tutulması, tutmanın Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yerləşən 49b nömrəli, 9 mərtəbəli binada mülkiyyətdə olan 16.6 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, 24 nömrəli mənzilinə yönəldilməsi, əmlakın ilkin satış qiyməti 50.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun İddiaçı-yə ödənilməsi, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yerləşən 49b nömrəli, 9 mərtəbəli binada mülkiyyətdə olan 16.6 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, 24 nömrəli mənzili satıldıqdan 1 ay sonra Cavabdeh3 qeyd edilən mənzildən çıxarılması və mənzilin boşaldılması, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 145 manat məbləğində pulun Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh3 apelyasiya şikayəti verərək qətnamənin qismən dəyişdirilməsi, faiz məbləğinin ilkin həddə - 2619 ABŞ dolları məbləğində saxlanılması, mənzilin hərrac yolu ilə satılması hissəsində dəyişdirilərək borcun ödənişinə əlavə şans (müddət) verilməklə həmin müddət bitənədək borcunu tam ödəyə bilmədikdə, mənzilin tərəflərin iştirakı ilə qısa zaman kəsiyində hərracsız satılmaqla qalıq borcun ödənməsinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərmişdir ki, qətnamənin əsas və cərimə borcu hissəsi ilə razılaşsa da, hesab edir ki, faiz məbləğinin hesablanması hissəsində qanunsuzdur, borcun ödənməsi üçün ona əlavə şans verilmədən yeganə sığınacaq yeri olan mənzilinin hərrac yolu ilə satılması, onun yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə evdən çıxarılması qərara alınmışdır. Faiz məbləği şişirdilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-47/2020 saylı qətnaməsi Cavabdeh1 qızına aid hissədə ləğv edilmiş və həmin hissədə işin icraatına xitam verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 və vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Digər Cavabdeh2 da apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı (nümayəndəsi) məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materialları ilə aşağıdakı faktiki hallar müəyyən edilir. İddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2008-ci il tarixdə bağlanmış 10L000000501 saylı kredit xətti müqaviləsindən görünür ki, cavabdehə 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2008-ci il tarixdə bağlanmış 10R000015537 saylı kredit xətti müqaviləsindən görünür ki, cavabdehə 36 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixli 10R000015537S saylı sazişdən görünür ki, Bank ilə Kredit Alan arasında xx xxxxxx 2008-ci il tarixli İ0L000000501 saylı X1 üzrə xx xxxxxxxx 2014-cü il tarixdə bağlanmış 10R000015537 Kredit Razılaşmasının ayrılmaz hissəsi olan xx xxxxxxxx 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan xx xxxx 2015-ci il tarixi ödəniş planına uyğun olaraq dəyişdirilir: Kredit Alan, Kredit Razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir: Kredit Alanın yeni ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı yeni ödəniş planı üzrə üzrə ödənişlərin sayının 2 (iki) mislindən artıq sayda olduqda yeni ödəniş planı üzrə üzrə "0” faiz hesablanmış aylar üzrə kreditin qalıq məbləğlərinə X3 ilə müəyyən olunmuş faiz dərəcəsi ilə faizləri hesablayaraq Kredit Alandan tələb edə bilər və bu halda Kredit Alan həmin faizləri Banka ödəməlidir. Xarici valyutada verilmiş kredit üzrə ödənişləri Kredit Alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da Banka etməlidir. Bu saziş tərəflərin onu imzaladığı andan qüvvəyə minir. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 10R000015537SA saylı sazişdən görünür ki, Bank ilə Kredit Alan arasında xx xxxxxx 2008-ci il tarixli 101.000000501 saylı X1 üzrə xx xxxxxx 2016-cı il tarixdə bağlanmış 10R000015537 Kredit Razılaşması ("Kredit Razılaşması") əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2016-ci il tarixdən aylıq 1.6666% dərəcəsi ilə, xx/xx/2017-ci il tarixdən aylıq 1.58 % dərəcəsi ilə, xx/xx/2017-ci il tanxdən aylıq 0.00% dərəcəsi ilə faizlər hesablanır, Kredit Alan bu Sazişə əlavə olunan xx xxxxxx 2016-cı il tarixli Ödəniş Planına ("ödəniş Planı") uyğun olaraq Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri Banka ödəyir. xx.xx.2008-ci il tarixdə İddiaçı ilə Cavabdeh2 arasında bağlanan 10S000000743 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 İddiaçı ilə Cavabdeh3 arasında bağlanan müqavilələr üzrə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Kassa məxaric orderindən görünür ki, bank tərəfindən Cavabdeh3 xx.xx.2014-cü il tarixdə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh3 əsas məbləğ üzrə 14584,18 ABŞ dolları, faiz borcu üzrə 7935,01 ABŞ dolları, cərimə borcu üzrə 12529,71 ABŞ dolları olmaqla, cəmi 35048,9 ABŞ dolları təşkil edir. İş materiallarından müəyyən edilir ki, cavabdehlərə borcun vaxtında ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Cavabdehin Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır. Birinci instansiya məhkəməsinin 2(005)-459/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Ekspertiza tərəfindən Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli 12098 nömrəli rəydən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2008-ci il tarixli 10L000000501 saylı kredit xətti müqaviləsinin tərkib hissəsi olan xx.xx.2014-cü il tarixli 10R000015537 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 müqavilə müddəti bitən xx.xx.2018-ci il tarixə İddiaçı-yə olan əsas borcu 14584,18 ABŞ dolları, faiz borcu 7474,00 ABŞ dolları, ümumilikdə 22.058,18 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Məhkəmə də işin müəyyən edilmiş hallarına, həmçinin ekspert rəyinə əsaslanaraq əsas borcu 14584,18 ABŞ dolları, faiz borcunu 7474,00 ABŞ dolları müəyyən etmişdir. Cavabdeh3 apelyasiya şikayətində əsas və cərimə borcu hissəsi ilə razılaşsa da, faiz məbləğinin şişirdildiyini qeyd etmişdir. Həmçinin vəkili S.Quliyev şifahi vəsatət verərək bildirmişdir ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 12098 nömrəli rəyindən görünür ki, ekspert tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli Sazişlə Cavabdeh3 borcunun kapitallaşdırılaraq 15584,96 ABŞ dolları məbləğində müəyyən edilməsi qənaətinə gələrək, yalnız həmin tarixdən sonra xx.xx.2018-ci il tarixədək aparılmış ödənişlər üzrə hesablama aparmışdır, yəni kaptallaşdırma nəticəsində Cavabdeh3 xx.xx.2016-cı il tarixə mövcud olan əsas və faiz borcu toplanaraq vahid borc müəyyən olunmuşdur, halbuki qanunun tələbinə görə faizdən faiz tutulması yolverilməzdir. Buna görə də əlavə məhkəməmühasibatlıq ekspertizası keçirilməli və aparılmış ümumi ödənişlər nəticəsində Cavabdeh3 kredit borcu müəyyən olunmalıdır. Bundan başqa, Cavabdeh3 mənzilinin qiymətləndirilməsi zamanı mənzilə baxış keçirilməmiş, yalnız internet resuslarından istifadə olunmuşdur, bu isə rəyin obyektiv olmasını şübhə altına alır. Buna görə də, mənzilin yenidən qiymətləndirilməsi keçirilməlidir. Qeyd edilən dəlillərin araşdırılması məqsədi ilə Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Ekspertiza tərəfindən Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli 9/3900 nömrəli rəydə göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 10R000015537 saylı kredit razılaşması üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən kredit ödənişlərinin bank tərəfindən faiz və əsas borca (o cümlədən cərimə) silinmələri nəzərə alınmaqla xx.xx.2016-cı il tarixə müəyyən edilmiş 15.584,96 ABŞ dolları məbləğində vəsaitin həmin tarixə yaranmış Cavabdeh3 yalnız əsas borcunun qalığı kimi başa düşülməlidir. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən kredit ödənişlərinin bank tərəfindən faiz və əsas borca (o cümlədən cərimə) silinmələri nəzərə alınmaqla Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 10R000015537 saylı razılaşma üzrə 18.032.74 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 10R000015537S saylı saziş üzrə 15.584,96 ABŞ dolları, xx.xx.2016-cı il tarixli 10R000015537S saylı saziş üzrə 15.584,96 ABŞ dolları və xx.xx.2016-cı il tarixli 10R000015537SA saylı saziş üzrə 14.584,96 ABŞ dolları məbləğlərində yekun əsas borc qalığı müəyyən edilir. Müəyyən edilmiş kredit məbləğlərinin tərkibinə bank tərəfindən faiz borcu və cərimə daxil edilməmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, kredit müqaviləsi və hər bir razılaşma sazişi üzrə Cavabdeh3 krediti üzrə ödənilmiş pul vəsaiti və bank tərəfindən həmin məbləğlərin ödəniş cədvəlinə uyğun silinib-silinməməsinin doğruluğunu, kredit ödənişləri ödəniş cədvəllərində göstərilən tarixlərdə və məbləğlərdə ödənilmədiyi üçün müəyyən etmək mümkün olmamışdır. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarında hesablar göstərilmədiyindən kredit ödənişlərinin hansı hesab üzrə silinməsini müəyyən etməm mümkün deyil, yəni əsas, faiz və cərimə üzrə hesab nömrələri göstərilməmişdir. Lakin çıxarış məlumatındakı əməliyyatların təyinatına görə xx.xx.2014-cü il tarixli 10R000015537 saylı razılaşma üzrə xx.xx.2015-ci il tarixədək 198.00 ABŞ dolları cəriməyə, 1937,04 ABŞ dolları faiz borcuna, 1.967,26 ABŞ dolları əsas borca, xx.xx.2015-ci il tarixli 10R000015537S saylı saziş üzrə xx.xx.2016-cı il tarixədək 89.00 ABŞ dolları cəriməyə, 3.294,01 ABŞ dolları faiz borcuna, 2.447,78 ABŞ dolları əsas borca, xx.xx.2016-cı il tarixli 10R000015537S saylı saziş və xx.xx.2016-cı il tarixli 10R000015537SA saylı saziş üzrə xx.xx.2018-ci il tarixədək (sualda göstərilən tarix) 82.00 ABŞ dolları cərimə borcuna, 1.000,78 ABŞ dolları əsas borca silinmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh3 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli, İ0R000015537 saylı kredit razılaşması və əlavə sazişlər nəzərə alınmaqla Cavabdeh3 xx.xx.2018-ci il tarixədək (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 19.715,31 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2018-ci il tarixə ısas borc üzrə 14.584,18 ABŞ dolları, faiz borcu üzrə 5.131,13 ABŞ dolları müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfin dəlilləri təsdiqini tapmamışdır, yəni Cavabdeh3 ilə bağlanmış əlavə sazişlər üzrə yekun məbləğlər (sazişə əsasən ödənilməli olan kredit borcu) yalnız əsas borcdan ibarət olmuş, faiz və cərimə borcları hesablanmamışdır. Kollegiya faiz borcuna dair hissədə məhkəmə mühasibatlıq ekspertizasının rəyini əsaslı sayır və hesab edir ki, qətnamə həmin hissədə dəyişdirilməli və ekspertiza rəyi ilə müəyyən edilmiş faiz borcu üzrə 5.131,13 ABŞ dolları məbləğində pul tutulmalıdır. Cavabdeh3 apelyasiya şikayətində qeyd etmişdir ki, borcun ödənməsi üçün ona əlavə şans verilmədən yeganə sığınacaq yeri olan mənzilinin hərrac yolu ilə satılması, onun yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə evdən çıxarılması qərara alınmışdır, əvvəlki məhkəmə iclasında mənzilinin qiymətləndirilməsi zamanı mənzilə baxış keçirilmədiyini, yalnız internet resuslarından istifadə olunduğunu bildirərək, mənzilin yenidən qiymətləndirilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, 10R000000350 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yerləşən 49b nömrəli, 9 mərtəbəli binada mülkiyyətdə olan 16.6 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, 24 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi, tutma yönəldilmiş mübahisəli əmlak kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti olan əmlaka dair ipoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır (maddə 319.1). Həmin məcəllənin 319.1.6-cı maddəsinə görə, İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Tərəflər arasında mülki-hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. Kollegiya hesab edir, birinci instansiya məhkəməsi sadalanan qanunvericilik normalarına əsaslanaraq tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və borcun ödənilməsi, ipoteka predmeti satıldıqdan 1 ay sonra Cavabdeh3 qeyd edilən mənzildən çıxarılması, mənzil boşaldılması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadına əsasən, “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yerləşən 49b nömrəli evin 24 saylı mənzilinin ilkin satış qiyməti 50.000 manat təşkil edir. Cavabdeh tərəf “xxxx” MMC tərəfindən keçirilmiş qiymətləndirmənin nəticəsi ilə razılaşmadığından, həmçinin rəy mənzilə baxış keçirilmədən, internet resuslarındakı elanlar nəzərə alınmaqla verildiyindən Kollegiyanın xx.xx.2020-ci il tarixli qərardadı ilə mənzilin yenidən qiymətləndirilməsi təyin edilmiş, “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatı ilə Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yerləşən 49b nömrəli, 9 mərtəbəli binada mülkiyyətdə olan 16.6 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, 24 nömrəli mənzilin xx.xx.2020-ci il tarixə bazar dəyərinin 68.000 manat, likvid dəyərinin isə 57.800 manat təşkil etdiyi müəyyən edilmişdir. Kollegiya hesab edir ki, bu hissədə qətnamə dəyişdirilməli və Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yerləşən 49b nömrəli evin 24 saylı mənzilinin ilkin satış qiyməti likvid dəyərinə uyğun olaraq 57.800 manat müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, Kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməsi, mübahisələndirilən digər hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-47/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən - faiz borcuna və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulmalı olan faiz borcu 5.131,13 ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) müəyyən edilsin. Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yerləşən 49b nömrəli, 9 mərtəbəli binada mülkiyyətdə olan 16.6 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, 24 nömrəli mənzilinin ilkin satış qiyməti 57.800 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaitinin 50 manatı İddiaçı-dən, 150 manatı isə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xüsusi hesabına ödənilsin. Aparılmış tədqiqatının dəyərini təşkil edən 150 manat məbləğində pul vəsaitinin 75 manatı İddiaçı-dən, 75 manatı isə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN:**********; Hesab №AZ33İBAZ********************; Bank: “xxxx” ASC Yasamal filialı, kod 805562; VÖEN:**********; Müxbir hesab:AZ03NABZ013501**********2944; SWİFT BİK:İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar