Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2856/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 X7, Cavabdeh2, X1, Cavabdeh4 Teymur oğluna və X3 (3-cü şəxs Bakı şəhəri, 28 saylı Notariat Ofisi cəlb edilməklə) qarşı "avtomobilin qaytarılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1115/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılır. Bakı şəhəri Səbail Rayon Məhkəməsindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuş məktubda qeyd edilir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1115/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə məhkəməyə ərizə daxil olmuşdur. Həmin ərizəyə baxılması üçün qeyd edilən mülki işin Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmasına göstəriş verilməsini xahiş etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 365-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: Mülki iş məhkəmə baxışından çıxarılsın və ərizəyə səlahiyyət həddində qiymət verilməsi üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-2856/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2856/2021
12.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver