Məhkəmə qərarları › İş №2(103)-2860/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2860/2021

10.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2860/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-1990/2020 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan **-SR-*** qeydiyyat nişanlı, “KİA OPTİMA” markalı minik avtomobilinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya geri qaytarılması və vəkil xidməti üçün ödənilmiş 200 (iki yüz) manatın və 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2020-ci il tarixdə məhkəmənin dəftərxana vasitəsilə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, **-SR-*** qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobilinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı geri qaytarılması, avtomobil olmadığı təqdirdə avtomobilin dəyərinin – 23.000 (iyirmi üç min) manat məbləğində pulun və vəkil xidməti üçün ödənilmiş 200 (iki yüz) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-1990/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, **-SR-*** qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobilin Cavabdeh1 alınaraq İddiaçı geri qaytarılması, həmin avtomobil olmadığı halda, avtomobilin dəyəri olan 21.500 (iyirmi bir min beş yüz) manatın Cavabdeh1 tutularaq İddiaçı verilməsi, Cavabdeh1 100 (yüz) manat məbləğində hüquqi xidmətə görə xidmət haqqının alınaraq, İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, cinayət əlamətləri ilə bağlı xüsusi qərardadçıxarılması və ərizənin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya məhkəməsinin icraatında olarkən, İddiaçı icraatda olan mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti daxil olmuşdur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, hesab edir ki, hazırki mülki iş İddiaçı tərəfindən Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə baxılması üçün, apellyasiya baxışından çıxarılaraq, birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “minik avtomobilinin geri qaytarılması” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılaraq, qərardaddan qeyd olunan məsələnin müzakirə edilməsi üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar