Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2864/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3, Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakları ilə İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin və dəbbə pulunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2092/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin və dəbbə pulunun tutulması, tutmanın depozit müqaviləsinə əsasən yerləşdirilmiş hesab üzrə depozit əmanətinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2012-ci il tarixli 1xx/xx/14699/11 nömrəli kedit müqaviləsi üzrə cavabdehdən 37.599,89 avro məbləğində əsas borc, 11.735,30 avro məbləğində faiz borcu, 2.712,92 avro məbləğində cərimə borcu, 1.195,38 avro məbləğində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 53.243,49 avro məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsümunun tutulmasına; 119 nömrəli depozit müqaviləsinə əsasən yerləşdirilmiş **********10050603 nömrəli hesab üzrə depozit əmanətinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı müvafiq iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxx 2012-ci il tarixdə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına ərizə ilə müraciət edərək, ona 50.000 avro məbləğində kredit verilməsini xahiş etmişdir. Bank ilə Cavabdeharasında xx xxxxx 2012-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/14699/11 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdehillik 14 faiz ödəniiməsi şərti ilə 79 ay 19 gün müddətinə 50.000 avro məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh bankda 119 nömrəli depozit müqaviləsinə əsasən yerləşdirilmiş **********10050603 nömrəli hesab üzrə əmanət xx xxxxx 2012-ci il tarixli 1xx/xx/14699/11 nömrəli girov müqaviləsi ilə girov qoyulmuşdur. Lakin hazırkı iş üzrə Cavabdehöz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 37.599,89 avro məbləğində əsas borc, 11.735,30 avro məbləğində faiz borcu, 2.712,92 avro məbləğində cərimə borcu, 1.195,38 avro məbləğində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 53.243,49 avro məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən Cavabdehna xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Eyni zamanda, cavabdeh şəxs tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi banka zərər dəyməsi ilə nəticələnir. Bu səbəbdən də öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsus əhəmiyyətə malikdir. İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2012-ci il tarixli 1xx/xx/14699/11 nömrəli kedit müqaviləsi üzrə cavabdehdən 37.599,89 avro məbləğində əsas borc, 11.735,30 avro məbləğində faiz borcu, 2.712,92 avro məbləğində cərimə borcu, 1.195,38 avro məbləğində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 53.243,49 avro məbləğində borcun və 30 manat məbləğində dövlət rüsümunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2092/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx xxxxx 2012-ci il tarixli 1xx/xx/14699/11 nömrəli kedit müqaviləsi üzrə 37.599,89 avro məbləğində əsas borc, 11.735,30 avro məbləğində faiz borcu, 500 avro məbləğində cərimə borcu, 1.195,38 avro məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 51.030,57 avro məbləğində borcun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankının xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun qismən, yəni 11735,30 avro faiz, borcunun, 1195,38 avro gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması və iddia ərizəsinin tutmanın onun “xxxx” QSC arasında bağlanmış 119 nömrəli, depozit müqaviləsi üzrə depozit əmanətinə yerləşdirilmiş **********10050603 nömrəli hesab üzrə depozit əmanətinə yönəldilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməsinə, iddia tələbinin 11735,30 avro faiz borcunun tutulması hissəsində qismən, 1195,38 avro gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması hissəsində tamamilə rədd edilməsinə, kredit müqaviləsi üzrə əsas borc və faiz borcunun tutulmasının onunla “xxxx” QSC arasında bağlanmış 119 nömrəli, depozit müqaviləsi üzrə depozit əmanətinə yerləşdirilmiş **********10050603 nömrəli hesab üzrə depozit əmanətinə yönəldilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi məhkəmə iclaslarında onun iştirakını təmin etməmişdir. Həmçinin, kredit müqaviləsi üzrə öhdəliklər uzun müddət tərəfindən vaxtlı vaxtında yerinə yetirilmişdir. Lakin daha sonra maliyyə vəziyyəti pisləşmiş və kredit öhdəliklərini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikası Maliyyə X1 (Palata) Direktorlar Şurasının xx xxxxxxxx 2016-cı il tarixli qərarına əsasən “Bank Standard” kommersiya bankının lisenziyası İ oktyabr 2016-cı ildən etibarən ləğv edildi. Demək olar ki, bütün vəsaitləri “xxxx” QSC-də olduğundan həmin vaxtdan başlayaraq maliyyə vəziyyətinin əsaslı dərəcədə pisləşməsi ilə əlaqədar o, artıq kredit öhdəliklərini icra edə bilməmişdir. O, kredit öhdəliklərinin ona qarşı qaldırılan iddiada göstərildiyindən daha böyük hissəsini icra etmiş və bu hissədə məhkəmə düzgün araşdırma aparmamış, o cümlədən tərəfindən edilmiş ödənişlər barədə məlumatları, həmçinin gecikdirməyə görə faizlərin hansı qaydada hesablanmasına dair sənədləri iddiaçıdan tələb etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarından da göründüyü kimi, faiz borcları kredit müqaviləsinin bitməsi anınadək hesablana bilər. Lakin birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilən faiz borcu məbləği ilə özündə olan kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində göstərilən rəqəmləri müqayisə edərək belə niticəyə gəlmək mümkündür ki, faiz borcları düzgün hesablanmamış, daha uzun müddətə hesablanmışdır. Bundan əlavə, birinci instansiya məhkəməsinin qətnaməsindən hansı müddət üçün gecikdirməyə görə faiz hesablanması, bu zaman hansı zamana qüvvədə olan bank uçot dərəcələrinin əsas görülülməsi də aydın deyildir. Yuxarıda da qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən, ümumiyyətlə bu məsələyə münasibət belə bildirmədən, iddia tələbinin tutulan borcun onunla “xxxx” QSC arasında bağlanmış 119 nömrəli, depozit müqaviləsi üzrə depozit əmanətinə yerləşdirilmiş **********10050603 nömrəli hesab üzrə depozit əmanətinə yönəldilməsinə dair hissəsini də rədd etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Famil Məmmədov apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsin mübahisələndirdiyi hissədə yoxlanılması təşkil edir. Belə ki, Cavabdeh apellyasiya şikayətinin məzmunu qətnamənin bütünlüklə yoxlanılmasına əsas vermir; çünkü o, şikayətində qətnamənin “11735,30 avro faiz, borcunun, 1195,38 avro gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması və iddia ərizəsinin tutmanın onun “xxxx” QSC arasında bağlanmış 119 nömrəli, depozit müqaviləsi üzrə depozit əmanətinə yerləşdirilmiş **********10050603 nömrəli hesab üzrə depozit əmanətinə yönəldilməsi tələbinin rədd edilməsi” hissəsində ləğv edilməsini xahiş etmişdir. Xüsusən nəzərə alınmalıdır ki, iddiaçı tərəf qətnamə mübahisələndirməmişdir. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq kollegiya aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına ünvanladığı xx xxxxx 2012-ci il tarixli ərizənin məzmunundan görünür ki, o bankdan 50.000 (əlli min) avro məbləğində kredit verilməsini xahiş etmişdir. İş materiallarında olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeharasında bağlanmış xx xxxxx 2012-ci il tarixli kredit verilməsi haqqında 1xx/xx/14699/11 nömrəli müqavilənin məzmunundan görünür ki, həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdehillik 14 (on dörd) faiz ödəniiməsi şərti ilə 79 (yetmiş doqquz) ay 19 (on doqquz) gün müddətinə 50.000 (əlli min) avro məbləğində kredit verilmişdir. İş materiallarında olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeharasında bağlanmış xx xxxxx 2012-ci il tarixli 1xx/xx/14699/11 nömrəli girov müqaviləsinin məzmunundan görünür ki, tərəflər arasında bağlanmış xx xxxxx 2012-ci il tarixli kredit verilməsi haqqında 1xx/xx/14699/11 nömrəli müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh bankda 119 nömrəli depozit müqaviləsinə əsasən yerləşdirilmiş **********10050603 nömrəli hesab üzrə əmanət girov qoyulmuşdur. İş materiallarında olan Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx xxxx 2019-cu il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdehöz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun banka 37.599,89 (otuz yeddi min beş yüz doxsan doqquz avro səksən doqquz sent) avro məbləğində əsas borc, 11.735,30 (on bir min yeddi yüz otuz beş avro otuz sent) avro məbləğində faiz borcu, 2.712,92 (iki min yeddi yüz on iki avro doxsan iki sent) avro məbləğində cərimə borcu, 1.195,38 (bir min bir yüz doxsan beş avro otuz səkkiz sent) avro məbləğində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 53.243,49 (əlli üç min iki yüz qırx üç avro qırx doqquz sent) avro məbləğində borcu qalmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək ondan 37599,89 avro məbləğində əsas və 11735,30 avro faiz borcunu tutmaqda haqlı olmuşdur. Belə ki, tərəflər verilmiş kreditə görə faizlərin ödənilməli olduğunu müqavilədə nəzərdə tutmuşlar və iddiaçının tələb etdiyi borc məbləğinin düzgün hesablanmadığına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Apellyasiya şikayətində qeyd olunan tutmanın depozit əmanətinə yönəldilməli olması dəlilə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında aydın olur ki, iddiaçı ilk dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən tutmanın 119 nömrəli depozit müqaviləsinə əsasən yerləşdirilmiş **********10050603 nömrəli hesab üzrə depozit əmanətinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etsə də, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək həmin hissəni iddia tələbindən çıxarmış, birinci instansiya məhkəməsi də haqlı olaraq iddiaçının tələbləri üzrə qətnamə qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Bununla belə kollegiya, qətnamənin mübahisələndirilən digər hissəsini, yəni apellyatordan “gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 1195,38 avro faiz məbləğinin tutulması” hissəsini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsı Plenumunun xx xxxxxx 2014-cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsının 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi -müddəalarının şərh edilməsınə dair qərarında qeyd edilmişdir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. Mülki Məcəllənin 44.1.-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Müəyyən olunur ki, məhkəmənin məhkəmənin xx.xx.2016-cı il tarixli qərarı ilə QSC “Bank Standard” KB müflis elan edilmiş və iflas proseduruna başlanılmışdır. Mübahisəli kredit müqaviləsinin müddəti isə xx.xx.2018-ci il tarixdə bitmişdir. Göründüyü kimi hazırki iş üzrə iddiaçı QSC “Bank Standard” KB ləğv prosesində olmaqla mülki hüquq qabliyyətli hüquqi şəxs kimi çıxış etmir. İddiaçı hazırki tələbində xx.xx.2019-cu il tarixədək hesabladığı 1195,38 avro məbləğində faiz borcunun tutulmasını tələb edir ki, həmin dövr iddiaçının aktiv bank fəaliyyəti dövrünə aid edilmir. İddiaçı xx.xx.2016-cı il tarixdən iflas prosesində olmaqla kommersiya fəaliyyəti ilə məşğul ola bilməzdi, dolayısı ilə iddiaçı kredit müqaviləsi ilə verdiyi krediti dövriyyəyə buraxa, yeni kredit müqaviləsi üzrə gəlir əldə edə bilməzdi. İddiaçının aktiv kommersiya fəaliyyəti ilə məşğul olmadığı dövr üçün faiz borcunu tələb etməsi əsassızdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh 1.195,38 avro məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutularaq iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankının xeyrinə ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2092/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi qismən - “cavabdeh X2 1.488,69 manat gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləğinin ləğv prosesində olan “Cavabdeh 1.195,38 avro məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutularaq iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankının xeyrinə ödənilməsi” hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2864/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2864/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver