Məhkəmə qərarları › İş №2(103)-2870/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2870/2021

15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2870/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Tanrıverdiyev (sədrlik edən və məruzəçi) Tofiq Səməd oğlu Səmədov və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X14, Red-Fondun nümayəndəsi və vəkili X15 və mütəxəssis qismində cəlb edilən Mərkəzi Banın nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X8 və Cavabdeh5-yə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-591/2018 saylı, 27 iyun 2018-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5-yə qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 29 may 2009cu il tarixli kredit müqaviləsinə əsasən ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə cəmi 99000 manat əsas kredit borcunun tutulması, Cavabdeh1 22 fevral 2011-ci il tarixli kredit müqaviləsinə əsasən ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə cəmi 84000 manat əsas kredit borcunun tutulması, Cavabdeh2 29 dekabr 2010-cu il tarixli kredit müqaviləsinə əsasən ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 117911.21 manat əsas kredit, 19552 manat faiz borcu, cəmi 137463.21 manat borcun tutulması, Cavabdeh3 10 yanvar 2011-ci il tarixli kredit müqaviləsinə əsasən ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə cəmi 12560 manat faiz borcun tutulması, Cavabdeh3 14 iyun 2011-ci il tarixli kredit müqaviləsinə əsasən ləğv prosesində olan "xxxx" ASCnin xeyrinə cəmi 2061 manat faiz borcunun tutulması, Cavabdeh4 28 dekabr 2010-cu il tarixli kredit müqaviləsinə əsasən ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə cəmi 109000 manat əsas borcun tutulması, Cavabdeh4 28 noyabr 2010-cu il tarixli kredit müqaviləsinə əsasən ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 60000 manat əsas, 8540 manat faiz, cəmi 68540 manat borcun tutulması, Cavabdeh5-dən 03 dekabr 2010-cu il tarixli kredit müqaviləsinə əsasən ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 279377 manat əsas kredit, 2865.26 manat faiz borcu, cəmi 282242.26 manat borcun tutulması, qeyd edilən kredit müqavilələri üzrə tutma tələbinin mülkiyyət hüquq üzrə X6 məxsus olan Bakı şəhəri, Əzizbəyov rayonu, Şağan qəsəbəsi, H.Pənahov küçəsində istifadədə olan 0.06195 ha torpaq sahəsində yerləşən 2 ədəd 2 mərtəbəli, 7 otaqlı, 307.4 kv.m yaşayış, 538.7 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracdan satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, tələb yönəldilən fərdi yaşayış evi satıldıqdan 1 ay sonra boşaldılması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının ərizəsinə əsasən 23.01.2018-ci il tarixdə X8 iş üzrə cavabdeh qismində işə cəlb edilmişdir.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-591/2018 saylı, 27 iyun 2018ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 29.12.2010-cu il tarixli Təminatsız kredit müqaviləsi üzrə 107.911,21 (bir yüz min doqquz yüz on bir manat, iyirmi bir qəpik) manat məbləğində əsas, 19.552 (on doqquz min beş yüz əlli iki) manat məbləğində faiz, cəmi 127.463,21 (bir yüz iyirmi yeddi min dörd yüz altmış üç manat, iyirmi bir qəpik) manat məbləğində borcun, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, cavabdeh X6 məxsus olan Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şağan qəsəbəsi, H.Pənahov küçəsi, 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana – X6 qaytarılması, ipoteka predmeti olan Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şağan qəsəbəsi, H.Pənahov küçəsi, 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 1.780.000 (bir milyon yüddi yüz səksən min) manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şağan qəsəbəsi, H.Pənahov küçəsi, 1 bömrəli fərdi yaşayış evi satıldıqda X4 1 (bir) ay ərzində həmin evi tərk etmədiyi halda onun məcburi qaydada çıxarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

4. Bakı Apelyasiya Məhkəməsinin 21.02.2019-cu il tarixli 2(103)-2316/2019 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh2 nümayəndəsi-vəkili Məmmədov Emin Məmməd oğlu tərəfindən verilmiş apelyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(005)- 591/2018 saylı qətnaməsinin apelyatorlara münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. 16.05.2019-cu il tarixdə iddiaçı kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2316/2019 saylı, 21.02.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin kassasiya şikayətinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

6. 21.05.2019-cu il tarixdə Cavabdeh2 nümayəndəsi və vəkili Məmmədov Emin Məmməd oğlu kassasiya şikayəti verərək, Bakı apelyasiya Məhkəməsinin 2(103)- 2316/2019 nömrəli iş üzrə 21 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin Cavabdeh2 münasibətdə tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.09.2019-cu il tarixli 2(102)-5353/19 saylı qərarı ilə İddiaçı və Cavabdeh2 kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14128/2019 saylı, 05.12.2019-cu il tarixli qətnaməsi ilə, İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-591/2018 saylı, 27 iyun 2018-ci il tarixli qətnaməsinin apelyatorlara münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

9. Həmin qətnamədən iddiaçı və Cavabdeh2 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4344/2020 saylı, 04.11.2020-ci il tarixli qərarı ilə, iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14128/2019 saylı, 05.12.2019-cu il tarixli qətnaməsi ipoteka predmeti olan X6 məxsus əmlakın ilkin satış qiymətinin 1.780.000 manat məbləğində müəyyən olunmasına dair hissələrdə ləğv edilməsi, həmin hissələrdə mübahisəyə yenidən baxılması üçün işin həmin məhkəməyə göndərilməsi, Cavabdeh2 kredit borcuna görə iddiaçının xeyrinə 127.463.21 manatın tutulmasına və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya şikayəti və dəlilləri:

11. 11.10.2018-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini iddia müddətinin ötürülməsi əsasını tətbiq etməklə təmin etməmişdir. 03.12.2010- cu il tarixli kredit müqaviləsi üzrə sonuncu dəfə 20.05.2015-ci il tarixdə 2000 manat, 29.05.2009-cu il və 30.06.2009-cu il tarixli kredit müqavilələrinin hər biri üzrə ayrı ayrılıqda sonuncu dəfə 03.06.2015-ci il tarixində 1000 manat, 28.12.2010-cu il tarixli və 28.10.2011- ci il tarixli kredit müqavilələrinin hər biri üzrə ayrı-ayrılıqda sonuncu dəfə 20.05.2015-ci il tarixdə 1000 manat məbləğində ödəniş edilmişdir. Sözügedən ödənişlərin kassa mədaxil qəbzlərini Fondun arxivində aşkar etmək mümkün olmamışdır. Əsas məqamlardan biri odur ki, kredit götürən şəxslər bir-biri ilə əlaqəsi olmayan şəxslərdir. Onların hamısının kredit borcunun təminatı olaraq bankın əvvəlki idarə heyətinn sədri X2 atası X5 məxsus bağ evi bank qarşısında girov qoyulmuşdur. Kassa mədaxil qəbzləri müəmmalı şəkildə yoxa çıxan ödənişlərin hamısını həmin vaxtlar bankda çalışmış kassir Əlizadə Sürayyə tərəfindən qəbul edilmişdir. Həmçinin Nərimanov Rayon Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü təqdim edilmişdir. Həmin hökmdə Əlizadə Sürayyə və Hüseynov Samirin cinayət əlaqəsinin olması, hər ikisinin cinayət məsuliyyətinə cəlb edilməsi öz əksini tapmışdır. Burdan məntiqi qənaətə gəlmək olar ki, sözügedən qəbzlərin itirilməsində X7 bilavasitə maraqlıdır. Belə ki, həmin kreditlərin təminatı olaraq onun atasına məxsus mülk banka girov qoyulmuşdur. Əlizadə Sürayyə bilavasitə həmin qəbzlərə çıxışı olan əməkdaş idi, belə olan halda Hüseynov Samirin göstərişi ilə sözügedən kassa mədaxil qəbzlərinin kredit dosyesindən götürmək imkanına malik olan şəxsdir. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət verilsə də hakim tərəfindən vəsatət təmin edilməmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası keçirilsə idi sözügedən ödənişlərin faktiki olması müəyyən edilərdi. Həmçinin məhkəmə bildirir ki, ödənişlər edilən vaxtlar Hüseynov Samir barəsində cinayət işi başlanmışdır və o, artıq bankda rəhbər vəzifə tutmadığından işçiyə təsir etmək iqtidarında olmamışdır. Məhkəmənin bu mövqeyi ilə o halda razılaşmaq olardı ki, Hüseynov Samir və Əlizadə Sürayyə sırf əmək münasibətlərində olsaydılar. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəsini almış hökmü ilə onların cinayət əlaqəsində olması, 500-dən artıq saxta sənədin hazırlanması sübuta yetirilmişdir. Belə olan halda Hüseynov Samir istintaqda olsa belə Əlizadə Sürayyəyə təsir etmək iqtidarında idi. Bank sisteminin proqramından çıxarışda borclunun etdiyi bütün ödənişlər öz əksini tapır. “Azərbaycan Respublikasının Bank sistemində maliyyə hesabatlarının tərtib və təqdim olunması Qaydalarına” əsasən bank proqramından edilən çıxarışlar mötəbər sübut əhəmiyyəti daşıyır. Belə ki, bank proqramına və sisteminə hər hansı bir həqiqəti əks etdirməyən məlumatları daxil etmək mümkün deyil. İstənilən dövlət orqanı, Vergilər Nazirliyi, MBNP, Mərkəzi Bank və digərləri banklarda istənilən əməliyyatın aparılmasını və ya uçot qaydalarını həmin sistemlə müəyyən edir və yoxlayır. Belə olan halda, faktiki mübahisələndirilən ödənişlər reallıqda ödənilməsə idi və sistemə qeyri-qanuni yol ilə daxil edilsəydi elə həmin günun sonunda bankın kassasına edilən ödənişlərlə sistemdə öz əksini tapan ödənişlərdə fərq biruzə verərdi və uyğunsuzluq yaranardı. Bundan əlavə aylıq, rüblük və digər hesabatlar istər nəzarət orqanına, istər digər qurumlara bank-proqramından çıxarışlar əsasında verilir. Hesab edirik ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları yetərincə araşdırmayıb və səhv nəticəyə gəlib.

12. Kollegiya iclasında iddiaçının nümayəndəsi V.Qədirova iştirak edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

13. Kollegiya iclasında iştirak edən cavabdeh Red-Fondun nümayəndə-vəkili R.Umudov apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə qalmasını məhkəmədən xahiş etmişdir.

14. Digər cavabdehlərəə kollegiya iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmişlər və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Sübutların tədqiqi:

15. “Cavabdeh5 ilə "xxxx" ASC arasında bağlanmış 03.12.2010-cu il tarixli, 216/010 saylı “Təminatsız kredit müqaviləsi”nə əsasən Cavabdeh5-yə 12 ay müddətinə 308.600 manat kredit verilməsi razılaşdırılmış, 03.12.2010-cu il tarixli kassa məxaric orderinin surətinə əsasən Cavabdeh5-nin səlahiyyətli nümayəndəsi 308.600 manat pulu qəbul etmişdir. 23.05.2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh5-nin 03.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə 18 may 2018-ci il tarixə 279.377,00 manat məbləğində əsas, 2.865,26 manat məbləğində faiz, cəmi 282.242,26 manat məbləğində borcu yaranmışdır. Maliyyə arayışı və hesabdan çıxarışa əsasən son ödəniş 20.05.2015-ci il tarixdə 2.000 manat məbləğində edilmişdir;

16. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 29.05.2009-cu il tarixli “Təminatsız kredit müqaviləsi”nə əsasən Cavabdeh1 12 ay müddətinə 100.000 manat kredit verilməsi razılaşdırılmış, 29.05.2009-cu il tarixli kassa məxaric orderinin surətinə əsasən Cavabdeh1 100.000 manat məbləğində pulu qəbul etmişdir. 23.05.2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 29.05.2009-cu il tarixli kredit müqaviləsi üzrə 18 may 2018-ci il tarixə 99.000 manat məbləğində əsas borcu yaranmışdır. Maliyyə arayışı və hesabdan çıxarışa əsasən son ödəniş 03.06.2015-ci il tarixdə 1.000 manat məbləğində edilmişdir;.

17. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 30.06.2009-cu il tarixli “Təminatsız kredit müqaviləsi”nə əsasən Cavabdeh1 12 ay müddətinə 85.000 manat kredit verilməsi razılaşdırılmış, 30.06.2009-cu il tarixli kassa məxaric orderinin surətinə əsasən Cavabdeh1 85.000 manat məbləğində pulu qəbul etmişdir. 23.05.2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 30.06.2009-cu il tarixli kredit müqaviləsi üzrə 18 may 2018ci il tarixə 84.000 manat məbləğində əsas borcu yaranmışdır. Maliyyə arayışı və hesabdan çıxarışa əsasən son ödəniş 03.06.2015-ci il tarixdə 1.000 manat məbləğində edilmişdir;

18. Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 29.12.2010-cu il tarixli “Təminatsız kredit müqaviləsi”nə əsasən Cavabdeh2 12 ay müddətinə 216.000 manat kredit verilməsi razılaşdırılmış, 29.12.2010-cu il tarixli kassa məxaric orderinin surətinə əsasən Cavabdeh2 216.000 manat məbləğində pulu qəbul etmişdir. 23.05.2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 29.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə 18 may 2018-ci il tarixə 107.911,21 manat məbləğində əsas, 19.552 manat məbləğində faiz, cəmi 127.463,21 manat məbləğində borcu yaranmışdır. Maliyyə arayışı və hesabdan çıxarışa əsasən son ödəniş 22.02.2018-ci il tarixdə 10.000 manat məbləğində edilmişdir;

19. Cavabdeh3 ilə "xxxx" ASC arasında bağlanmış 10.01.2011-ci il tarixli “Təminatsız kredit müqaviləsi”nə əsasən Cavabdeh3 12 ay müddətinə 120.000 manat kredit verilməsi razılaşdırılmış, 10.01.2010-cu il tarixli kassa məxaric orderinin surətinə əsasən Cavabdeh3 120.000 manat məbləğində pulu qəbul etmişdir. 23.05.2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 10.01.2011-ci il tarixli kredit müqaviləsi üzrə 18 may 2018-ci il tarixə 12.560 manat məbləğində faiz borcu yaranmışdır. Maliyyə arayışı və hesabdan çıxarışa əsasən son ödəniş 05.07.2013-cü il tarixdə 11.047,37 manat məbləğində edilmişdir.

20. Cavabdeh3 ilə "xxxx" ASC arasında bağlanmış 14.06.2011-ci il tarixli “Təminatsız kredit müqaviləsi”nə əsasən Cavabdeh3 12 ay müddətinə 20.000 manat məbləğində kredit verilməsi razılaşdırılmış, 14.06.2011-ci il tarixli kassa məxaric orderinin surətinə əsasən Cavabdeh3 20.000 manat məbləğində krediti "xxxx" ASC-dən qəbul etmişdir. 23.05.2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 14.06.2011-ci il tarixli kredit müqaviləsi üzrə 18 may 2018-ci il tarixə 2.061 manat məbləğində faiz borcu yaranmışdır. Maliyyə arayışı və hesabdan çıxarışa əsasən son ödəniş 27.03.2013-cü il tarixdə 20.000 manat məbləğində edilmişdir;

21. Cavabdeh4 ilə "xxxx" ASC arasında bağlanmış 28.12.2010-cu il tarixli “Təminatsız kredit müqaviləsi”nə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh4 6 ay müddətinə 110.000 manat məbləğində kredit verilməsi razılaşdırılmış, 28.12.2010-cu il tarixli kassa məxaric orderinin surətinə əsasən Cavabdeh4 110.000 manat məbləğində krediti "xxxx" ASC-dən qəbul etmişdir. 23.05.2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh4 28.12.2010cu il tarixli kredit müqaviləsi üzrə 18 may 2018-ci il tarixə 109.000 manat məbləğində əsas borcu yaranmışdır. Maliyyə arayışı və hesabdan çıxarışa əsasən son ödəniş 20.05.2015-ci il tarixdə 1.000 manat məbləğində edilmişdir;

22. Cavabdeh4 ilə "xxxx" ASC arasında bağlanmış 28.10.2011-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh4 12 ay müddətinə 61.000 manat məbləğində kredit verilməsi razılaşdırılmış, 28.10.2011-ci il tarixli kassa məxaric orderinin surətinə əsasən Cavabdeh4 61.000 manat məbləğində krediti "xxxx" ASC-dən qəbul etmişdir. 23.05.2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh4 28.10.2011-ci il tarixli kredit müqaviləsi üzrə 18 may 2018-ci il tarixə 60.000 manat məbləğində əsas, 8.540 manat məbləğində faiz, cəmi 68.540 manat məbləğində borcu yaranmışdır. Son ödəniş 20.05.2015-ci il tarixdə 1.000 manat məbləğində edilmişdir Hüquqi dəyərləndirmə:

23. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

25. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.

26. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.

27. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, “Samir Hüseynovun atasına məxsus bağ evinin mübahisə olunan bütün kredit müqavilələri üzrə ipoteka ilə yüklü edilməsi, Samir Hüseynovun həmin dövrdə bankın Müşahidə Şurasının sədri vəzifəsində işləməsi və bankın xəzinədarı Sürəyya Əlizadə ilə cinayət əlaqəsinə girməklə bankın məlumat bazasına yalan məlumatların verilməsi və saxtakarlıqla müşayiət olunan digər hərəkətlərə yol verməsi bankın iddia etdiyi ödənişlərlə bağlı daha ciddi araşdırma aparılmasını tələb etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi ödənişlərin həyata keçirilməsini təsdiq edən başqa sübutların müəyyən olunmasını, məsələn, bank sistemi proqramından çıxarılmış məlumatların həqiqiliyinin yoxlanılmasını təmin etməmiş və bu məqsədlə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi imkanını müzakirə etməmişdir”.

28. Kassasiya instansiyası məhkəməsi, həmçinin qərarında bildirmişdir ki, bankın rəhbərliyi və digər işçiləri tərəfindən yol verilmiş hərəkətlər hazırkı mübahisənin düzgün həlli üçün mütəxəssis araşdırmasını tələb edirdi.

29. İşə yenidən apellyasiya instansiyası məhkəməsində baxılan zaman Ali Məhkəmənin göstərişlərinə müvafiq araşdırma aparılmış və məhkəmə bununla bağlı Mərkəzi Bankın nümayəndəsi T.Abbaszadəni mütəxəssis qismində cəlb etmişdir. 15.10.2021-ci il tarixli kollegiya iclasında iştirak edən mütəxəssis öz rəyində bildirmişdir ki, bank sistemi proqramından çıxarılmış məlumatların həqiqiliyinin yoxlanılmasını müəyyən etmək mümkün deyildir, bu səbəbdən də məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsində həqiqi nəticənin əldə edilməsi düzgün olmayacağından, kollegiya ekspertizanın keçirilməsinə zərurətin olmadığını qeyd edir.

30. Həmçinin Ali Məhkəmə qərarında qeyd etmişdir ki, qətnamə ipoteka predmetinin qiymətinin müəyyən olunmasına dair hissədə ləğv olunmalı və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir. İşdən görünür ki, ipoteka predmeti olan bağ evinin qiyməti ipoteka müqaviləsində 1.500.000 manat məbləğində müəyyən olunduğu halda, birinci instansiya məhkəməsində işə baxılarkən "xxxx" MMC tərəfindən əmlakın ilkin (likvid) dəyəri 1.780.000 manat məbləğində müəyyən edilmişdir. Həmin əmlakın qiymətləndirilməsi ilə əlaqədar 23 aprel 2018-ci il tarixli mütəxəssis rəyi “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun tələblərinə müvafiq olaraq əmlakın qiymətinə münasibətdə lazımınca əsaslandırılmadığından həmin rəy əsasında əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi əsaslı olmamışdır.

31. Yeni apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2870/2021 saylı, 23.04.2021-ci il tarixli, qərardadına əsasən Bakı şəhəri,Xəzər rayonu, Şağan qəsəbəsi, H.Pənagov küçəsində 0.06195 ( faktiki 0.40) ha torpaq sahəsində yerləşən 2 ədəd 2 mərtəbəli, 7 otaqlı, 307.4 kv m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin dəyərinin müəyyən edilməsi X12 Mərkəzi” MMC-yə həvalə edilmişdir. Həmin mütəxəssis rəyinə əsasən Bakı şəhəri,Xəzər rayonu, Şağan qəsəbəsi, H.Pənagov küçəsində 0.06195 ( faktiki 0.40) ha torpaq sahəsində yerləşən 2 ədəd 2 mərtəbəli, 7 otaqlı, 307.4 kv m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin qiymətləndirmə tarixinə dəyəri aşağıdakı kimi hesablanmışdır:

32. Bazar dəyəri: ******* AZN ( bir milyon altı yüz əlli yeddi min beş yüz manat),

33. Likvid dəyəri: ******* AZN ( bir milyon beş yüz yetmiş min manat)

34. Kollegiya ekspert rəyinə əsaslanaraq sözügedən fərdi yaşayış evinin ilkin satış qiymətinin ******* ( bir milyon beş yüz yetmiş min manat) müəyyən edilməsi qənaətinə gəlmişdir.

35. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 03.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə sonuncu dəfə 20.05.2015-ci il tarixdə 2.000 manat məbləğində ödənişin, 29.05.2009-cu il tarixli və 30.06.2009-cu il tarixli kredit müqavilələrinin hər biri üzrə ayrıayrılıqda sonuncu dəfə 03.06.2015-ci il tarixdə 1.000 manat məbləğində ödənişin, 28.12.2010-cu il tarixli və 28.10.2011-ci il tarixli kredit müqavilələrinin hər biri üzrə ayrıayrılıqda sonuncu dəfə 20.05.2015-ci il tarixdə 1.000 manat məbləğində ödəniş edilməsi ilə bağlı müvafiq hesabdan çıxarış və maliyyə arayışı təqdim etmişdir (maliyyə arayışı da hesabdan çıxarışda olan məlumatla uyğun tərtib edilmişdir), lakin bu ödənişlərin edilməsi ilə bağlı kassa mədaxil orderlərini təqdim edə bilməmişdir. İddiaçı bunu onunla əsaslandırmışdır ki, həqiqətdə bu ödənişlərlə bağlı kassa mədaxil orderləri olmuşdur. Lakin həmin orderləri hazırda aşkar etmək mümkün olmur. Həmin ödənişlər X9 tərəfindən qəbul edilmişdir. Bu şəxs vaxtı ilə bankın idarə heyətinin sədri olmuş X7 tərəfindən işə qəbul edilmiş və onun yaxşı münasibətlərdə olduğu və etibar etdiyi işçisi olmuşdur. Hər ikisinin barəsində cinayət işi açılmış və onlar məsuliyyətə cəlb edilmişdilər. Ehtimal olunur ki, həmin orderlər X2 tapşırığı əsasında məhz Əlizadə Sürayyə tərəfindən aradan çıxarılmışdır və bu səbəbdən hazırda tapılmır. Cavabdeh3 ilə iki kredit müqaviləsi bağlanmışdır. 10.01.2011-ci il tarixli və 14.06.2011-ci il tarixli. Hər iki müqavilə 12 ay müddətinə imzalanmışdır. 10.01.2011-ci il tarixli müqavilə üzrə sonuncu ödəniş 05.07.2013-cü il tarixdə 11.047,37 manat, 14.06.2011-ci il tarixli müqavilə üzrə sonuncu ödəniş 27.03.2013-cü il tarixdə 20.000 manat olmuşdur. Cavabdeh3 münasibətdə iddia müddəti ötürülməklə məhkəməyə müraciət olunmuşdur. Cavabdeh1 ilə iki kredit müqaviləsi bağlanmışdır. 29.05.2009 və 30.06.2009-cu il tarixli.

36. Hər iki müqavilə 12 ay müddətinə bağlanmışdır. İddiaçı Cavabdeh1 tərəfindən sonuncu ödənişin 03.06.2015-ci il tarixdə hər müqavilə üzrə ayrı-ayrılıqda 1000 manat olduğunu bildirmişdir. Bu barədə yalnız maliyyə arayışı və hesabdan çıxarış təqdim etmişdir. Lakin ödənişin olmasını (cavabdeh onun tərəfindən ödəniş edilmədiyini iddia edir) təsdiq edən kassa mədaxil orderini təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, Cavabdeh1 tərəfindən 03.06.2015-ci il tarixdə hər hansı ödəniş edilməmişdir. Bundan əlavə hesabdan çıxarışlardan və maliyyə arayışlarından görünür ki, Cavabdeh1 tərəfindən kredit götürüldükdən sonra mütəmadi olaraq ödənişlər həyata keçirilmiş, 29.05.2009-cu il tarixli müqavilə üzrə sonuncu ödəniş 03.05.2011-ci il tarixdə, 30.06.2010-cu il tarixli müqavilə üzrə isə 05.08.2011-ci il tarixdə olmuşdur. İddia müddətinin hesablanmasının da məhz həmin tarixlərdən götürüldüyü nəzərə alınsa hər iki müqavilə üzrə 3 illik iddia müddəti ötürüldükdən sonra 03.06.2015-ci il tarixdə ödəniş olduğu iddiaçı tərəfindən iddia olunur. İddiaçı 03.06.2015-ci il tarixdə olan ödənişlərə dair hər hansı sübut təqdim etməməklə yanaşı artıq 03.06.2015-ci il tarixdə müqavilələr üzrə iddia müddətləri ötürüldüyündən və Cavabdeh1 tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə verildiyindən iddia müddəti tətbiq edilməklə Cavabdeh1 münasibətdə iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi əsaslı nəticəyə gəlmişdir.

37. Eyni hal Cavabdeh4 ilə bağlanmış kredit müqavilələri üzrə də müşahidə edilir. Belə ki, Cavabdeh4lə də iki kredit müqaviləsi bağlanmışdır. 28.12.2010 (06 ay müddətinə) və 28.10.2011-ci il tarixli (12 ay müddətinə). İddiaçı hər iki müqavilə üzrə Cavabdeh4 tərəfindən 20.05.2015-ci il tarixdə ayrı-ayrılıqda 1000 manat ödəniş edildiyini iddia etmişdir. Lakin ödəniş edildiyini təsdiq edən kassa mədaxil orderləri təqdim olunmamışdır. Eyni əsasla kollegiya belə qənaətə gəlir ki, 28.12.2010 və 28.10.2011-ci il tarixli kredit müqavilələri üzrə 20.05.2015-ci il tarixli ödənişlər Cavabdeh4 tərəfindən aparılmamışdır. İddiaçı tərəfindən təqdim olunan maliyyə arayışı və hesabdan çıxarışdan görünür ki, mütəmadi ödənişlər nəzərə alındıqda 28.12.2010-cu il tarixli müqavilə üzrə sonuncu ödəniş 04.08.2011-ci il tarixdə olmuş, 28.10.2011-ci il tarixli müqavilə üzrə isə ödəniş olmamışdır. İddia müddətinin hesablanmasını 28.12.2010-cu il tarixli müqavilə üzrə sonuncu ödənişdən (04.08.2011) hesabladıqda 28.12.2010-cu il tarixli müqavilə üzrə 3 illik iddia müddəti ötürüldükdən sonra 20.05.2015-ci il tarixdə ödəniş olduğu iddiaçı tərəfindən iddia olunur. İddiaçı 20.05.2015-ci il tarixdə olan ödənişlərə dair hər hansı sübut təqdim etməməklə yanaşı müqavilələr üzrə iddia müddətləri ötürüldüyündən və Cavabdeh4 tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə verildiyindən iddia müddəti tətbiq edilməklə Cavabdeh4 münasibətdə də iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi əsaslı nəticəyə gəlmişdir.

38. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh1 və Cavabdeh4lə bağlanmış 30.06.2009, 29.05.2009 və 28.12.2010-cu il tarixli kredit müqavilələri ilə bağlı, həmçinin qeyd edir ki, hər iki cavabdehlə bağlanmış kredit müqavilələri üzrə iddia müddəti bitdikdən sonra ödənişlərin edilməsi bitmiş müddətin axımını kəsə bilmədiyi üçün müddət yenidən hesablana bilməz.

39. Digər Cavabdeh5 ilə 03.12.2010-cu il tarixli (12 ay müddətinə) kredit müqaviləsi imzalanmışdır. Bu cavabdehə münasibətdə də iddiaçı 20.05.2015-ci il tarixdə həyata keçirilən 2000 manat ödənişin Cavabdeh5 tərəfindən həyata keçirildiyini sübut edə bilməmişdir. Hesabdan çıxarış və maliyyə arayışına əsasən sonuncu ödəniş 29.12.2012ci il tarixdə həyata keçirilmiş, iddia ərizəsi iddia müddəti keçdikdən sonra məhkəməyə verilmişdir

40. Kassa məxadil qəbzləri ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 20.05.2015-ci il və 03.06.2015-ci il tarixli ödənişləri qəbul edən X1 işçisi (kassir) olmaqla inzibati idarəetmə qaydasında bankın digər məsul şəxslərin tabeliyində olmuşdur. Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlərin inkassasiyasının təşkili” Qaydalarında mədaxil kassası üzrə kassanın yekunlaşdırılması proseduru öz əksini tapmışdır. Bu Qaydaların tələblərinə uyğun olaraq 20.05.2015-ci il və 03.06.2015-ci il tarixlərdə əməliyyat günü tamamlandıqdan sonra bu şəxs mədaxil sənədlərini, o cümlədən həmin tarixli qəbzləri və tərəfindən tərtib edilmiş “Kassaya daxil olmuş nağd pulun məbləği və sənədlərin sayı haqqında arayış”la birlikdə müdirinə həm arayışa, həm də kitaba imza etdirməklə təhvil verir. Kassa müdiri kassirlərdən qəbul olunmuş arayışları icmallaşdırıb kassa dövriyyələri haqqında ümumi arayış tərtib edib, baş mühasib ilə qarşılıqlı imzalayır. Göründüyü kimi, X9 bu işə görə məsul olan yeganə şəxs deyil. Həmin qəbzlər onun tərəfindən məhv edildiyi və ya hər hansı digər formada götürüldüyü təqdirdə onun üzərində nəzarəti həyata keçirən kassanın müdiri bunu aşkar etməli və ondan həmin qəbzləri tələb etməli idi. Digər tərəfdən məhkəmə aktlarından da göründüyü kimi, 2015-ci ilin may-iyun aylarında X10 azadlıqdan məhrum edilmiş şəxs olmuşdur və onun X9 ilə ünsiyyətdə olması qeyrimümkün idi. Qeyd edilən kredit müqavilələri üzrə kreditin həqiqətdə X10 tərəfindən götürülməsi də nə həmin kredit müqavilələrindən, nə də ki digər maliyyə sənədlərindən irəli gəlmir. Əksinə cavabdehlər kreditin şəxsi ehtiyacları üçün götürdüklərini bildirirlər. Cavabdeh2 isə müqavilə üzrə kredit məbləğini götürdüyünü və hazırda da ödənişlərini davam etdirdiyini bildirir. Hər bir halda, iddia müddətinə riayət etməklə həmin müqavilələr üzrə yaranmış borcu tələb etmək hüququndan Bankı heç kim məhrum etməmişdir. Son bir neçə il ərzində qeyri iş günlərini çıxmaq şərti ilə Bankın iddia qaldırmaq üçün iş günü baxımından xeyli sayda imkanları olmuşdur. Lakin göründüyü kimi, bank bu imkanlarından vaxtında istifadə etməmişdir. Məhkəmə 30.06.2009-cu il və 29.05.2009-cu il tarixli kredit müqavilələri üzrə aparılmış ödənişlərlə bağlı onu da qeyd edir ki, hər iki müqavilə üzrə 2011-ci ilin ortalarına kimi nəticə etibarı ilə mütəmadi ödənişlər etmişdir. Lakin bu tarixdən sonra iddia qaldırılmış tarixə kimi, yəni ötən 6 il ərzində cəmi bir dəfə 03.06.2015-ci il tarixdə ödəniş edilir. 28.10.2011-ci il tarixli müqavilə üzrə ötən 6 il ərzində cəmi bir dəfə 20.05.2015-ci il tarixdə ödəniş edilmişdir. 28.12.2010-cu il tarixli müqavilə üzrə isə 04.08.2011-ci il tarixdə ödəniş edilir və bundan sonra ötən 6 il ərzində cəmi bir dəfə 20.05.2015-ci il tarixdə ödəniş edilir. Eyni hal, 03.12.2010-cu il tarixli müqavilədə də müşahidə olunur. Belə ödəniş tərzi bir daha bu ödənişlərin həqiqətdə aparıldığını şübhə altına alır.

41. Yeni apellyasiya baxışı zamanı kollegiya iclasında iştirak edən Əlizadə Sürəyya ifadəsində bildirmişdir ki, onun Samir Hüseynovdan heç bir asılılığı olmamışdır. Həmçinin ona pul verilmədiyini, bankın məlumat bazasına heç bir yalan məlumat daxil etmədiyini, cavabdehləri tanımdığını söyləmişdir.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmçinin əlavə olaraq qeyd edir ki, iddiaçı istinad etdiyi və 5 müqavilə üzrə aparılan ödənişlərə dair sənədlərin Samir Hüseynov və Sürəyya Əlizadə tərəfindən bankdan götürülməsi (aradan çıxarılması) barədə hər hansı sübut təqdim etmir. Yalnız iddiaçının özünün də qeyd etdiyi kimi ehtimal edir ki, bu orderlər həmin şəxslər tərəfindən aradan çıxarılmışdır. Heç bir sübutla təsdiqlənməyən orderlər üzrə ödənişlərin, yalnız ehtimala əsasən həqiqətən də cavabdehlər tərəfindən həyata keçirilməsi nəticəsinə gəlmək olmaz. Bundan əlavə birinci apellyasiya instansiya məhkəməsi baxışı zamanı cavabdehlər kredit müqavilələri üzrə pulların həqiqətən də onlar tərəfindən götürüldüyünü bildirmişlər, həmçinin hansı müqavilələr üzrə iddia müddətinin ötürüldüyü də məhkəmə kollegiyası tərəfindən ətraflı araşdırılmışdır.

43. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə: Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini, işin hallarını və ekspert rəyini nəzərə alaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-591/2018 saylı, 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə ipoteka predimeti olan Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şağan qəsəbəsi, H.Pənagov küçəsi ,1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti ******* (bir milyon yeddi yüz səksən min) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirililərək, ******* AZN müəyyən edilməsini, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X8 və Cavabdeh5-yə aid kredit müqavilələri üzrə borcların tutulması hissəsində isə dəyişdirilmədən saxlanılmalsını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı Texnikabank ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-591/2018 saylı, 27 iyun 2018-ci il tarixli qətnaməsi ipoteka predimeti olan Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şağan qəsəbəsi, H.Pənahov küçəsi ,1 nömrəli fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti ******* (bir milyon yeddi yüz səksən min) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilərək, ******* AZN ( bir milyon beş yüz yetmiş min manat) məbləğində müəyyən edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-591/2018 saylı, 27 iyun 2018-ci il tarixli qətnaməsi, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X8 və Cavabdeh5-yə aid kredit müqavilələri üzrə borcların tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar