Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2890/2024 05.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi və məruzəsilə, İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Əhmədova (Ağamaliyeva) Zümrüd Valeh qızının Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 2(010)-1648/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 2(010)- 1648/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və “Chevrolet Orlando” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı minik avtomobil üzərində 1/2 hissədə iddiaçı X2 payının müəyyən edilməsi, iddia qalan hissədə təmin edilməməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı X4 ödənilməsi, 400 manat məbləğində mütəxəssis xidməti haqqının iddiaçı X1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6960/2023 nömrəli 26 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X2 apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 avqust 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni iddia tələbinin bir qisminin təmin edilməməsi hissəsində qismən ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, iddiaçı X6 ilə Cavabdeh birgə nikahları dövründə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 1 bağ sahəsi, 317 “c” ünvanında yerləşən 0,2 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin inşasına sərf edilmiş xərcin 1/2 hissəsinin, yəni 32.500 (otuz iki min beş yüz) manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı X4 verilməsi, iddiaçı X6 ilə Cavabdeh birgə nikahları dövründə əldə olunmuş və hazırda dəyəri 400 (dörd yüz) manat olan “Vestel” markalı televizor və dəyəri 500 (beş yüz) manat olan “LG” markalı soyuducu Cavabdeh alınaraq iddiaçı X4 verilməsi, həmin əşyaların naturada qaytarılması mümkün olmadıqda, onların dəyərinin Cavabdeh alınaraq iddiaçı X4 verilməsi, iddiaçı X3 qalan əşyaların dəyərinin Cavabdeh qalan əşyaların dəyərindən 200 (iki yüz) manat çox olduğundan, həmin məbləğ fərdi yaşayış evinin inşasına sərf edilmiş xərcin 1/2 hissəsini təşkil edən məbləğdən, yəni 32.500 (otuz iki min beş yüz) manat məbləğdən çıxılması və Cavabdeh qəti olaraq 32.300 (otuz iki min üç yüz) manat məbləğində pulun tutularaq iddiaçı X4 verilməsi, hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 avqust 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı X6 tərəfindən ödənilmiş 50,40 manat məbləğində dövlət rüsumunun bərabər paylar üzrə iş üzrə tərəflərə aid edilməsi, bu məqsədlə Cavabdeh 25 (iyirmi beş) manat 20 (iyirmi) qəpik məbləğində pulun tutularaq iddiaçı X4 verilməsi qət edilmiş və müəyyən edilmişdir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 avqust 2023-cü il tarixli qətnamənin qalan hissəsi, yəni Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 1 bağ sahəsi, 317 “c” ünvanında yerləşən 0,2 ha torpaq sahəsi və “Chevrolet Orlando” markalı, 90 RZ-520 dövlət qeydiyyat nişanlı avtomobil üzərində iddiaçı X2 və Cavabdeh hər birinin 1/2 hissədə payının müəyyən edilməsi, ekspertiza tədqiqatının xərcinin isə iddiaçıya aid edilməsini, bu məqsədlə 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 400 manat məbləğində pulun isə iddiaçıdan tutularaq işə baxılan zaman üzrə mübahisəli əmlakların qiymətləndirməsini həyata keçirmiş "xxxx" MMC-yə ödənilməsi hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Hazırda qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsində məhkəmə iclaslarının vaxtı barədə cavabdehin telefon nömrələrinə “AZEMİS” vasitəsilə SMS bildiriş göndərilmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Qətnamənin surəti cavabdehin ünvanına məktubla göndərilmiş və poçt zərfi “tapılmır” qeydi ilə geri qaytarılmışdır. Buna baxmayaraq iddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya baxışında 05 dekabr 2023-cü il tarixli məhkəmə iclasında cavabdeh özü iştirak etmiş, izahat vermiş, qətnamənin elan olunduğu 26 dekabr 2023-cü il tarixli məhkəmə iclasında da iştirak etmişdir. Məhkəmə qəbzinə əsasən 30 yanvar 2024-cü il tarixdə cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini qəbul etmişdir. Cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindən məlumatsız olması inandırıcı və ağlabatan hesab edilmir. Cavabdeh mübahisədən, məhkəmə icraatında işin olmasından məlumatlı olmuş, SMS bildirişlər göndərilmişdir, cavabdehin ünvanına göndərilmiş qətnamə geri qaytarılmış olsa da, Bakı Apellyasiya Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş, izahat vermiş, ən azından həmin vaxt qətnamədən artıq məlumatlı olmuşdur. Belə olan halda barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasında maraqlı olan tərəf qətnamənin surətini əldə etmədiyi halda vaxtında müraciət edərək qətnamənin surətini əldə edə bilərdi. Cavabdeh isə məlumatlı olduğu halda hərəkətsizlik göstərmiş, 30 yanvar 2024-cü il tarixdə qətnamənin surətini almış və xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin hərəkəti prosessual hüquqlardan sui-istifadəyə yönəlmişdir. Ona görə də apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 360cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 2(010)- 1648/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2890/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2890/2024
05.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver