Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-290/2020 29.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-280/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı İKB ASC (Yelo Bank) Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı İKB ASC-nin xeyrinə 2007-ci il 19 dekabr tarixli kredit müqaviləsi üzrə 25977.74 ABŞ dolları əsas, 12321.65 ABŞ dolları faiz, 175.47 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 38474.86 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olmuş və İddiaçı İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsində yerləşən, 1 otaqlı, 18.67 kv.m yaşayış sahəsindən ibarət 43 nömrəli evin 73 nömrəli mənzilinin boşaldılması müqabilində Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh birdəfəlik maddi yardım olaraq ayrılmış 38800 manat məbləğində pul vəsaitinə yönəldilməsi, qətnamənin tutmanın maddi yardıma yönəldilməsi hissəsində icra olunmasının Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi, birdəfəlik maddi yardımın qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi və Cavabdeh ilə İddiaçı İKB ASC-si arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-280/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı İKB ASC-si arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh kredit müqaviləsi üzrə 25977.74 ABŞ dolları məbləğində əsas borc, 12321.65 ABŞ dolları məbləğində faiz borcu, 175.47 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 38474.86 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu, 10 manat bildirişin qeydə alınması üçün ödənilmiş rüsum və 20 manat xidmət haqqı İddiaçı İKB-nin xeyrinə tutulması, tutmanın Cavabdeh mülkiyyətində olmuş və İddiaçı İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsində yerləşən, 1 otaqlı, 18.67 kv.m yaşayış sahəsindən ibarət 43 nömrəli evin 73 nömrəli mənzilinin boşaldılması müqabilində Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh birdəfəlik maddi yardım olaraq ayrılmış 38800 manat məbləğində pul vəsaitinə yönəldilməsi və qətnamənin tutmanın 38800 manat məbləğində maddi yardıma yönəldilməsi hissəsində icra olunmasının Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi, birdəfəlik maddi yardımın məbləği qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh qətnamədən apelyasiya şikayəti vermiş və iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsini və borcun məbləğinin dəqiq müəyyən edilməsini, ekspert rəyi alındıqdan sonra qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi D.Əliyeva apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Sübutların tədqiqi: İddiaçının “MXD” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı İKB ASC-nin “MXD” filialı tərəfindən illik 16 % olmaqla 240 ay müddətinə Cavabdeh 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsində yerləşən, 1 otaqlı, 18.67 kv.m yaşayış sahəsindən ibarət 43 nömrəli evin 73 nömrəli mənzili bank qarşısında kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir və ipoteka ilə yüklü edilmiş əmlak 32140 manat (38000 ABŞ dolları) məbləğində qiymətləndirilmişdir. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 25977,74 ABŞ dolları əsas, 12321,65 ABŞ dolları faiz borcu, 175,47 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 38474,86 ABŞ dolları borcu vardır. İddiaçı tərəfindən 01.05.018-ci il tarixdə AZərbaycan respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizə ipoteka qoyana göndərilmişdir. İddiaçının cavabdehə ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, bank, cavabdehlərə borcun ödənilməsini təklif etmiş, borc ödənilməsə tnunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. “xxxxxxxx” MMC-si tərəfindən verilmiş xx xxxxxx 2018-ci il ixli arayışdan görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı yonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsində yerləşən 43 saylı evin yaxınlığında yerləşən 1 (bir) otaqlı mənzillərin hazırki bazar qiyməti 50000- 55000 manat arasında dəyişir. Həmin arayışdan məlum olur ki, ümumiyyətlə həmin ünvanda yerləşən bina sökülmüşdür. Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyəti tərəfindən İddiaçı İKB ASC-nin idarə heyətinin sədrinə ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli məktubun ‘rətindən görünür ki, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsində yerləşən 43 saylı evin ətəndaş Cavabdeh mülkiyyətçisi olduğu 73 saylı mənzilinin İddiaçı İKB- Jn xeyrinə ipoteka ilə yüklü edildiyini nəzərə alaraq ayrılmış birdəfəlik maddi yardımın ptəndaşm İddiaçı İKB ASC-nin Müştəri Xidmət Departamentində açılmış müvafiq bank Esabma köçürülməsinə köməklik göstərilməsi haqqında Bakı şəhər İcra Hakimiyyətinə və (Suraxanı Rayon İcra Hakimiyyətinə ünvanladığı məktuba Suraxanı RİH-də baxılmışdır, zərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2018-ci il tarixli 17İs saylı sərəncamı ilə 'akı şəhəri, Suraxanı rayonu, Zığ yolu küçəsi 43 ünvanında yerləşən 5 mərtəbəli 8 girişli yaşayış binasının bərpası mümkün olmayan 7-ci və 8-ci girişlərindəki 30 mənzildə yaşayan ailələrin köçürülməsi məqsədilə ilə mənzil sahiblərinə hər kvadratmetr üçün 1000 manat hesabı ilə birdəfəlik maddi yardım və köçürülən ailələrə köçürüldükdən sonra mənzil alanadək bir aylıq 'kirayə haqqı üçün 200 manat, eləcə də binanın 1-6-cı girişlərində bərpagücləndirmə işlərinin (aparılması, 7-8-ci girişlərinin isə sökülərək ərazinin abadlaşdırılması üçün maliyyə vəsaiti ayrılmışdır. Bildirilir ki, sözügedən binanın xx xxxx 2008-ci il tarixli çıxarış (seriya MH№0130234) əsasında vətəndaş Cavabdeh mülkiyyətində olduğu müəyyən edilən ümumi sahəsi 38.6 kv.m olan 1 otaqlı 73 saylı mənzilin boşaldılması müqabilində 38600 manat birdəfəlik maddi yardım və yeni mənzil alanadək bir aylıq kirayə haqqı 200 manat olmaqla ümumilikdə 38800 manat vəsaitin onun adına açılmış bank hesabına köçürülməsi nəzərdə tutulmuş və bu barədə vətəndaş Cavabdeh etibarnamə əsasında nümayəndəsi X1 RİH tərəfindən xx xxxx 2018-ci il tarixli bildiriş ilə, özünə isə 41 l№-li, xx.xx.2018-ci il tarixli məktubla yazılı məlumat verilmişdir. Hazırda İddiaçı İKB ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş 73 saylı mənzillə bağlı mülkiyyətçi Cavabdeh ilə ipotekasaxlayan arasında məhkəmə mübahisəsi mövcud olduğu müəyyən edildiyindən həmin mənzillə bağlı ayrılmış birdəfəlik maddi yardımın və kirayə haqqının qəbul ediləcək yekun qərara uyğun müəyyənləşdiriləcək bank hesabına ödəniləcəyi, eyni zamanda İddiaçı İKB ASC ilə vətəndaş Cavabdeh arasında bağlanmış RBB(İ)032 №-li xx.xx.2007-ci il tarixli “Yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsi”nin 2.4.5 yarımbəndinə əsasən ipoteka predmetinin məhv olma və ya zədələnməsi təhlükəsi yarandıqda Kreditor-İpoteka saxlayanı xəbərdar etməyin Alıcı-İpoteka qoyanın vəzifələrinə aid olduğunu nəzərlərinə çatdırmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 21660 saylı ekspert rəyinə əsasən, Cavabdeh İddiaçı İKB ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2018-ci il tarixə banka ümumilikdə ödənilməli borcu 34.818,70 ABŞ dolları məbləğində müəyyən edilir ki, o cümlədən əsas borc üzə 21660,85 ABŞ dolları, faiz borcu üzrə 13157,85 ABŞ dolları təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəməkollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. Mülki iş materiallarından məlum olur ki, cavabdeh tərəfindən öhdəliklər müəyyən müddət icra olunsa da sonradan lazımınca icra olunmamış və onun iddiaçıya yuxarıda qeyd olunan məbləğdə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırkı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmış,Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 21660 saylı ekspert rəyinə əsasən, Cavabdeh İddiaçı İKB ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2018-ci il tarixə banka ümumilikdə ödənilməli borcu 34.818,70 ABŞ dolları məbləğində müəyyən edilir ki, o cümlədən əsas borc üzə 21660,85 ABŞ dolları, faiz borcu üzrə 13157,85 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən əsasborcun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə əsas borca görə 21.660,85 ABŞ dolları tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məcəllənin 296.1-ci və 297-ci maddələrinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət etmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracda satış yolu ilə realizə edilir (satılır). Əgər borclu icrasını təmin etmək üçün əşyanın girova verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, girov saxlayan girov ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (319.1-ci maddə) Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən əsasborcun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə əsas borca görə 21.660,85 ABŞ dolları tutulmalı, qətnamə apelyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-280/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsiəsas borca aidhissədədəyişdirilsin. Cavabdeh İddiaçı İKB ASC-nin (YeloBank) xeyrinə əsas borca görə 21660,85 (iyirmi bir min altı yüz altmış ABŞ dolları, səksən beş sent) ABŞ dolları ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) tutulsun. Qətnamə cavabdehin apelyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına Cavabdeh tutularaq ödənilsin. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-290/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-290/2020
29.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver