Məhkəmə qərarları › İş №2(103)-2915/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2915/2021

12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2915/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Vüsalə Baxışova və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Mustafayeva (Namazova) Sehranə Müşfiq qızı və X1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı “xxxx” ASC tərəfindən verilmiş şikayətə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən cavabdeh Sehranə Mustafayeva tərəfindən apelyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş müddət ötürülməmiş hesab edilsin və Sehranə Mustafayevanın qətnamədən verdiyi apelyasiya şikayəti işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət qismən təmin olunmalı, qərardad ləğv olunmalı və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Sehranə Mustafayevanın mübahisələndirdiyi qətnamə bundan əvvəl işdə iştirak edən başqa şəxslər (iddiaçı “xxxx” ASC, cavabdehlər Cavabdeh1 və Vüqar Namazov) tərəfindən verilmiş apelyasiya şikayətləri ilə mübahisələndirilmiş, həmin şəxslərin apelyasiya şikayətləri Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə rədd edilmiş Xətai Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Xətai Rayon Məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı apelyasiya qaydasında tam yoxlanılıb. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 357, 372 və 384-ci maddələrinin göstərişlərinin mənasına əsaslanaraq hesab edir ki, apelyasiya qaydasında bir dəfə yoxlanılmış qətnamə təkrarən apelyasiya qaydasında yoxlanıla bilməz. Bu hal hazırkı iş üzrə Ali Məhkəmə tərəfindən qəbul olunmuş xx.xx.2020-ci il tarixli qərarla da müəyyən edilib. Ona görə də birinci instansiya məhkəməsi apelyasiya şikayəti verilməsi müddətinin ötürülməmiş hesab edilməsi və işin apelyasiya şikayəti ilə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etməkdə haqlı olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar