Məhkəmə qərarları › İş №2(103)-2921/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2921/2025

24.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2921/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sağlamlıq X23 üçün 3 nömrəli Respublika Xüsusi İnternat məktəbinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv olunması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X21 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Sağlamlıq X23 üçün 3 nömrəli Respublika Xüsusi İnternat məktəbinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-108/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh Sağlamlıq X23 üçün 3 nömrəli Respublika Xüsusi İnternat məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1.ИТ-İ № ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2011-ci ildə İnternat məktəbinə texniki işçi qəbul edilib, xx.xx.2012-ci ildə onun üzərində olan yük götürülüb və həmin tarixdən təsərrüfat işəri üzrə direktor müavini vəzifəsinə müvəqqəti olaraq təyin edilib, xx.xx.2016-cı ldə məktəbin ictimai işlərində göstərdiyi fəaliyyətə görə “Təşəkkür” elan edilib, xx.xx.2017-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsininin müddəti bitdiyi üçün əmək müqaviləsinə xitam verilib, xx.xx.2017-ci ildə Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə müvəqqəti olaraq təyin edilib, həmin tarixdə bağlanmış əmək müqaviləsi müddətsiz hesab edilib. 2.Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin tərbiyə işləri üzrə direktor müavini Şahid6, tədris işləri üzrə direktor müavinləri Şahid5 və Şahid2, həmkarlar komitəsinin sədri Şahid3 və texniki işçi Abdulov Fizuli tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı xx.xx.2022-ci il tarixində "xxxx" QSC-nin nümayəndəsi X16 bir ədəd yanğın mühafizə təyinatlı nərdivanı (dəyəri 348 manat) təhvil almışdır. Lakin bu günə qədər nərdivanın harada olub-olmaması barədə heç bir məlumat yoxdur. İddiaçı bu barədə izahat yazması tələb olunduqda, izahat yazmaqdan imtina etmişdir. Bir neçə il bundan əvvəl X32 vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən məktəbə 120 diaqonal həcmdə plazma ekranlı televizor hədiyyə olunmuşdur. Bu günə qədər həmin televizorun harada olması ilə bağlı məlumat istənildikdə, İddiaçı bu haqda izahat yazmaqdan imtina etmişdir. 3.Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin xx.xx.2024-cü il tarixli 20 nömrəli “Mal-material çatışmazlığı haqqında” əmrdən çıxarışdan görünür ki, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixidə daxil olmaqla xəstə olduğu üçün öz vəzifəsini yerinə yetirə bilmədiyinə görə bu vəzifə bu vəzifə müvəqqəti olaraq Nümayəndə həvalə edilmişdir. “Aktivlərin inventarizasiyası Qaydaları”na əsasən məktəbdə aparılan invertarizasiya nəticəsində bir sıra çatışmamazlıqlar aşkar edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində “Element YT" QSC-nin nümayədəsi X16 akt vasitəsilə bir ədəd yanğın mühafizə təyinatlı nərdivan təhvil almışdır. X32 vitse-prezident Leyla xanım Əliyeva tərəfindən məktəbə 120 diaqonal ölçüdə plazma ekranlı televizor hədiyyə edilmişdir. Yoxlama zamanı nərdivan və televzorun mövcud olmadığı aşkar olunmuşdur. Bu barədə İddiaçı izahat tələb olunmuş, ancaq o izahat yazmaqdan imtina etmiş və göstərilən malların harada olması haqqında məlumat verməmişdir və beləliklə Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə əssən mülkiyyətçiyə maddi ziyan vurmuşdur. Bütün bunları və Əmək Məcəlləsinin 194, 199 və 202-ci maddələrini nəzərə alaraq, alınmış əsas vəsaitlərin qəsdən məktəbin hesabına mədaxil etmədiyinə görə təsərrüfat işləri üzrə direktor müavini İddiaçı Gülabbas oğluna “Şiddətli Töhmət” verilməsi, dəymiş maddi ziyanın dəqiqləşdirilməsi və bu işlərə hüquqi qiymət verilməsi əmr edilmişdir. 4.Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin tədris işləri üzrə direktor müavinləri Şahid5 və Şahid2, tərbiyə işləri üzrə direktor müavini Şahid6, həmkarlar komitəsinin sədri Şahid3 və texniki işçi Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı rəhbərliyin otağında 8 X33 münasibətiylə keçirilən kiçik toplatı zamanı məktəbin işçisi Nümayəndə təhqir etmiş, onun şərəf və ləyaqətini alçatmışdır. O, bunu söyüş xarakterli əl hərələtləri ilə xanım əməkdaşların gözü qarşısında etmişdir. Bununla da, İddiaçı tərbiyəsizlik edərək, məktəbin etik normalarına və nizam-intizam qaydalarına zidd olaraq iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafeyini pozmuşdur. 5.Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin tədris işləri üzrə direktor müavinləri Şahid5 və Şahid2, həmkarlar komitəsinin sədri Şahid3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı xx.xx.2024-cü il tarixində kargüzarlıq otağına dəvət edilmiş və direktorun otağında xx.xx.2024-cü il tarixində baş vermiş hadisə ilə əlaqədar olaraq izahat yazması nəzərinə çatdırılmışdır. Lakin İddiaçı izahat yazmaqdan imtina etmişdir. 6.Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən məktəbin Həmkarlar Komitəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 406 saylı məktubdan görünür ki, 05 mart 2024-cü il tarixində direktorun iş otağında bayram tədbiri ilə əlaqədar olaraq direktor müavinlərinin də iştirak etdiyi kiçik toplantı keçirilən zaman təsərrüfat işləri üzrə direktor müavini İddiaçı etik qaydalarından kənara çıxaraq məktəbin işçisi Nümayəndə təhqir etmişdir. Əmək Məcəlləsinin 10-cu maddəsinin b və e bəndlərinin (Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri: b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq) tələblərini kobudcasına pozaraq, nalayiq hərəkətlər etməklə söyüş xarakterli ifadələr işlətmişdir. xx.xx.2024-cü il tarixində “Şiddətli töhmət” almasına baxmayaraq Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən əmək vəzifəsini kobud şəkildə pozmuşdur (Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması). Bütün bunlar barədə akt tərtib edilmiş, izahatlar alınmışdır. Tərtib edilmiş aktı, izahatları və xx.xx.2024-cü il tarixində aldığı “Şiddətli töhmət”i nəzərə alaraq təsərrüfat işləri üzrə direktor müavini İddiaçı işdə qalıb-qalmaması məsələsini məktəbin həmkarlar ittifaqı komitəsinin iclasında müzakirə etməyinizi və münasibət bildirilməsi xahiş edilmişdir. 7.Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin Həmkarlar İttifaqı Komitəsinin idarə heyətinin iclasının xx.xx.2024-cü il tarixli 3 saylı protokolundan görünür ki, sədr Şahid3, katib X18, üzvlət X4, X19, X13, X39 və X17 iştirakı ilə keçirən iclasın sonunda məktəbin təsərrüfat işləri üzrə direktor müqavini İddiaçı işdən çıxarılması qanunauyğun hesab edilib, etiraz etməyiblər. 8.Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin tədris işləri üzrə direkor müavinləri Şahid5, Şahid2, Şahid6, həkim İbayeva Nigar, tibb işçisi Nümayəndə, sürücü Eyvazov Teymur, mühafizəçilər Ağayev Ruslan və Bayramov Rüstəm, texniki işçilər Məmmədova Gültəkin və Hüseynova Natavan tərəfindən xx.xx.2024-cü ildə tərtib edilmiş aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 09:15 radələrində məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı Həmkarlar komitəsinin iclasında dəvət olunmuş, lakin o, iclasda iştirak etməkdən imtina etmişdir. İddiaçı 09:25 radələrində kamera nəzarəti altında heç kimə demədən, rəhbərliyə bildirmədən iş yerini tərk etmişdir. İddiaçı davamiyyət kitabına imza atmış və sağlam olmuşdur. O, iş yerini özbaşına, xəbərdarlıq etmədən tərk etdiyinə görə məktəbin daxili nizam-intizamn qaydalarını pozmuşdur.

9. Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin “əmək müqaviləsinə xitam verilməsi” haqqında xx.xx.2024-cü il tarixli 72 saylı əmrindən görünür ki, "İnzibati idarə heyəti" bölməsində "təsərrüfat işləri üzrə direktor müavini" vəzifəsində işləyən İddiaçı Gülabas oğlu ilə bağlanılmış xxxxxxx000200 əmək müqaviləsinə “AR ƏMnin 70." ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan tallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir.

10. Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin “əmək müqaviləsinə xitam verilməsi” haqqında xx.xx.2024-cü il tarixli 72 saylı əmrindən çıxarışdan görünür ki, 05 mart 2024-cü il tarixində direktorun iş otağında bayram tədbiri ilə əlaqədar olaraq direktor müavinlərinin də iştirak etdiyi kiçik toplantı keçirilən zaman təsərrüfat işləri üzrə direktor müavini İddiaçı etik qaydalarından kənara çıxaraq məktəbin işçisi Nümayəndə təhqir etmişdir. Əmək Məcəlləsinin 10-cu maddəsinin b və e bəndlərinin tələblərini kobudcasına pozaraq, nalayiq hərəkətlər etməklə söyüş xarakterli ifadələr işlətmişdir. 13 mart 2024-cü il tarixi saat 9:20 radələrində İddiaçı məktəb həmkarlar komitəsinin otağına dəvət edilmiş və bu məsələnin idarə heyətinin iclasında müzakirə ediləcəyi onun nəzərinə çatdırılmışdır. Bundan sonra İddiaçı məktəbin daxili nizam-intizam qaydalarını pozmuş, xx.xx.2024-cü il tarixində aldığı “Şiddətli töhmət”dən nəticə çıxarmayaraq rəhbərliyə məlumat vermədən saat 9:25 radələrində üzürsüz səbəbdən iş yerini tərk etmişdir. Qeyd olunanları nəzərə alaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən təsərrüfat işləri üzrə direktor müavini İddiaçıla bağlanmış əmək müqaviləsi 13 mart 2024-cü il tarixindən ləğv edilmişdir. Əsas: 05 mart 2024-cü il tarixli akt; məktəbin həmkarlar komitəsinin 13 mart 2024-cü il tarixli protokolu.

11. Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin xx.xx.2024-cü il tarixli 73 saylı əmrdən çıxarışdan görünür ki, məktəbin təsərrüfat işləri üzrə direkor müavini İddiaçı işdən azad olunduğu üçün məktəbin 1,0 ştat vahidi xadiməsi Nümayəndəov Oruc oğluna müvəqqəti olaraq xx.xx.2024-cü il tarixdən təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi həvalə edilməsi və ona boş vəzifə üzrə vəzifə maaşının 50 faizinin ödənilməsi əmr edilmişdir.

12. Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin xx.xx.2024-cü il tarixli 670 saylı arayışından görünür ki, İddiaçı son haqq-hesabı hesablanmış və 4827,81 manat onun əmək haqqı kartına köçürülmüşdür.

13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-438/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi, X8 barəsində seçilmiş “başqa yerə getməmək naqqında iltizam" qətimkan tədbiri xitam olunması, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi, İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək Haqqında iltizam” qətimkan tədbiri xitam olunması, cinayət işi üzrə maddi sübut olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində təsərrüfat işləri üzrə sabiq direktor müavini İddiaçı tərəfindən tərtib edilərək məktəbin sabiq direktoru X20 tərəfindən təsdiq edilmiş 2020-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2021-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2022-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul aylarının “İş axtının uçotu tabel”ləri, həmçinin texniki işçilərin 2020, 2021 və 2022-ci illər üzrə işə davamiyyət kitabları cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir.

14. Bakı şəhəri Nizami rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında” qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Sağlamlıq X23 üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin qabaqcadan əlbir olan bir qrup vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə, xeyli miqdarda özgə əmlakının təkrarən mənimsənilməsi və tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi faktları üzrə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə İddiaçı barəsində dövlət əmlakının mənimsənilməsi faktına dair icraata Azərbaycan Respublikası CM-nin 74, CMP-nin isə 40.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə olan hissədə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı cavabdeh Sağlamlıq X23 üçün 3 nömrəli Respublika Xüsusi İnternat məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunma və buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 72 saylı əmrin ləğv edilməsi, iş yerinə bərpa olunmağı, buraxılmış iş günlərinin əmək haqqının cavabdehdən alınaraq ona ödənilməsi və mediasiya təşkilatına ödədiyi 60 manat xərcin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2012-ci il tarixdən başlayaraq ünvan 1 ünvanında yerləşən Sağlamlıq X23 üçün 3 №-li Respublika Xüsusi İnternat məktəbində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyib. Burada işlədiyi müddətdə məktəbin daxili nizam-intizam qaydalarına ciddi əməl etməklə yanaşı, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. xx.xx.2022-ci ildə məktəbin direktoru Bahar Kərimova işdən azad edilib. Onun vəzifəsi müvəqqəti olaraq tərbiyə işləri üzrə direktor müavini Məlahət Heydərovaya həvalə olunub. xx.xx.2022-ci il tarixdə açıq-ürək əməliyyatı keçirərək müalicədə olduğu müddətdə məktəbin yeni və köhnə direktoru arasında məktəbə aid sənədlərin və inventarların komissiya üzlərinin iştirakı ilə təhvil-təslimi aparılıb. Həmin təhvil-təslimə dair tərtib edilmiş Aktda “Heydər Əliyev” fondu tərəfindən məktəbə hədiyyə edilmiş 1 ədəd “LC” markalı, 120 diaqonallı televizor qeyd olunmayıb. xx.xx.2022-ci il tarixdə məktəbə direktor vəzifəsinə Tariyel Əkbərov təyin edilib. Ertəsi gün yəni, xx.xx.2022-ci il tarixdə Tariyel Əkbərov onu yanına çağırıb bildirib ki, onunla işləmək istəmir, məsləhət görüb ki, ərizə yazıb öz xoşu ilə işdən çıxsın. Əks təqdirdə, onu Əmək Məcəlləsinin müvafiq maddəsi ilə işdən azad edəcək. Səbəbini soruşduqda isə deyib ki, “Mən bura öz yaxın adamlarımı gətirəcəm”. Həmin ərəfədə o, ürəyindən tibbi əməliyyatla bağlı müalicəni yenicə başa vurduğu üçün onunla bu barədə mübahisə etmək istəməyib. Çünki həkimlərin tövsiyyəsinə əməliyyatdan sonra ona əsəbiləşmək və həyacanlanmaq olmazdı. Əks təqdirdə, bu onun səhhətində ciddi ağırlaşmalara gətirib çıxara bilərdi. Bununla belə o, işdən azad edilməyi barədə ərizə yazmayıb. Daha sonra Tariyel Əkbərovun ona qarşı olan mütəmadi təzyiqləri nəticəsində səhhətinin pisləşməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə müalicə almaq üçün həkim məsləhətinə əsasən bülletenə çıxıb. Bir il büllütendə olduğu müddətdə 5 dəfə xəstəxanada stasionar müalicədə olub. 2023-cü ilin təxminən sentyabr ayında Tariyel Əkbərov məktəbdə yoxlama aparılması üçün Bakı şəhər Nizami rayon prokuroruluğuna məktubla müraciət edib. Həmin ilin noyabr ayında Nizami rayon prokurorluğu tərəfindən məktəbdə maliyyə yoxlaması aparılmağa başlanıb. Onu da təsərrüfat işləri üzrə direktor müavini olduğu üçün prokurorluğa çağıraraq işi ilə bağlı, yəni məktəbdəki inventarizasiya ilə bağlı sorğu sual ediblər. Həmin ərəfədə X24, 9 ay müalicədə olmağı ilə əlaqədar xəstəlik bülleteninin pulunu verməyərək bildirib ki, yalnız ərizə yazıb işdən çıxacağı təqdirdə həmin pulu ona yazacaq. Onun bu özbaşınalığını görüb, prokurorluq tərəfindən məktəbdə maliyyə yoxlaması aparılarkən məcbur olub onun bülleten pulunu verməməsi barədə şikayət etdikdən sonra direktor həmin pulun verilməsinə göstəriş verməyə məcbur olub. Məktəbdə aparılan araşdırma ilə bağlı prokrorluqda ondan izahat alan əməkdaş bildirib ki, məktəbdə 1 ədəd 120 diaqonallı, “LC” markalı televizor və bir ədəd nərdivan yoxa çıxıb. O da izahatında həmin şəxsə bildirib ki, həmin televizor Heydər Əliyev fondu tərəfindən məktəbə hədiyyə edilərkən həmkarlar ittifaqının sədri Şahid3 otağına qoyulub, otağın açarı isə həmin şəxsdə olub. Ona görə də, sonradan həmin televizorun yoxa çıxmasından onun xəbəri olmayıb. Həmdə, bu televizor əvvəlki direktorun şifahi göstərişi ilə inventara salınmayıb. O ki, qaldı nərdivana, o, tibbi əməliyata gedənə qədər o, məktəbin koridorunda idi. Əməliyatdan qayıtdıqdan sonra isə həmin nərdivanı yerində görməyib. Onu da qeyd edir ki, o, əməliyyata gedəndən sonra vəzifəsi müvəqqəti olaraq Şahid3 həvalə edilib. O, isə bildirib ki, nərdivanın itməsindən xəbəri yoxdur. O, məcbur olub öz heabına nərdivan alıb yerinə qoyub. Lakin buna baxmayaraq X24 barəsində xx.xx.2024-cü il tarixli şiddətli töhmət verərək buna səbəb kimi, məktəbdə 1 ədəd 120 diaqonallı, “LC” markalı televizorun və nərdivanın itməsinə məsul şəxs kimi cavabdeh olduğunu əsas gətirib və guya o, həmin vəzfəsini yerinə yetirməyib. Halbuki, həmin vaxt Bakı şəhər Nizami rayon prokurorluğu tərəfindən həm televizorun, həm də nərdivanın itməsi ilə əlaqədar araşdırma gedirdi və hazırda da həmin araşdırma davam edir. Tariyel Əkbərov həmin araşdırmanın nəticəsini gözləmədən öz vəzifəsindən sui-istifadə edərək barəsində qəsdən, qərəzli və düşünülmüş şəkildə, eləcə də gələcəkdə işdən azad edilməyinə bəhanə üçün həmin əmri verib. Belə ki, cavabdehin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinadən onu işdən azad etməsi Konstitusiyanın 63-cü maddəsinə ziddir. Həmin əmrdən sonra isə direktorun ona qarşı münasibəti açıq-aşkar şəxsi-qərəzçiliyə keçib. xx.xx.2024-cü il tarixdə məktəbdə xadimə vəzifəsini icra edənlərə təmizləyici vasitələr lazım olduğu üçün tələbnamə yazaraq direktora təqdim edib. X24 tələbnamədə digər direktor müavinlərinin iştirakı ilə həmin vasitələrin xadimələrə paylanılmasına dair dərkənar qoyub. Həmin gün o, direktorun sürücüsü Teymurla bilrikdə anbara gedərkən, məktəbdə xadimə vəzifəsinə götürülən, lakin öz vəzifəzini icra etməyən Nümayəndəda onlarla anbara gedərək bildirib ki, direktor ona tapşırıq verib ki, anbardan çıxarılacaq mallara görə ona nəzarət etsin. O isə Nümayəndə deyib ki, “sənin öz vəzifən var, get onu icra et, mənə nəzarət etmək səlahiyyətin yoxdur”. Sonuncu onun bu sözündən sonra çıxıb gedib. O da sürücünün iştirakı ilə anbarda təmizləyici vasitələri ayıraraq birkənara qoyub, onları daşımaq üçün xadimələri çağırıb. Təxminən 5 dəqiqə sonra Süleyman gəlib ona deyib ki, direktor səni otağına çağırır. Onunla birlikdə direkrotun otağına gediblər. Otağa daxil olduqda orada direktordan başqa heç kim yox idi. X1 ki, “Niyə Süleymana anbara daxil olmağa icazə verməmisən, mən ona göstəriş vermişəm ki, sənə nəzarət etsin”. O da direktora deyib ki, “nə vaxtdan xadimə direktor müavininə nəzarət edir?” O, da bildirib ki, “Mən belə istəyirəm, nə deyirəmsə elə də olmalıdır.” Bu sözlərindən sonra direktor aqressiv şəkildə qışqıraraq, isterik vəziyyət almaqla ona otağı tərk etməyi əmr edib. O da otaqdan çıxaraq anbara gedib öz vəzifəni yerinə yetirməklə təmizləyici vasitələri direktorun müavinlərinin iştirakı ilə vəzifəsini icra edən xadimlərə paylayıb. Ertəsi gün direktor onu, müavinlərini, həmkarlar təşkilatının sədri Şahid3 və Süleymanı otağa çağırıb, yenidən onunla Süleyman arasında olan söhbəti müzakirə edərək bir daha ona deyib ki, “Süleyman sənə nəzarət edəcək”. O isə bunun qanunsuz olduğunu, həmin şəxsin ona nəzarət edə bilməyəcəyini deyib. Bu sözlərindən sonra Tariyel Əkbərov otaqda olan şəxslərdən bu məsələni aktlaşdırmağı tapşıraraq, ona otaqdan çıxmağı tələb edib. O da otaqdan çıxıb gedib. Daha sonra xx.xx.2024-cü il tarixdə məktəbin həmkarlar təşkilatının sədri Şahid3 onu yanına çağıraraq bildirib ki, “xx.xx.2024cü il tarixdə sənin işdən azad edilməyin barədə iclas keçiriləcək. Artıq sən işdən azad edilmisən”. X37 bu barədə ona əvvəlcədən barəsində tərtib edilmiş əmri də göstərib. Halbuki, “X15” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin 4-cü bəndinə əsasən Dövlət və yerli özünüidarəetmə orqanları işçilərin əmək, sosial, iqtisadi hüquqlarına və mənafelərinə aid olan normativ aktları müvafiq həmkarlar ittifaqlarına azı 15 gün qabaq məlumat verməklə qəbul edirlər. Onu da qeyd edir ki, həmkarlar təşkilatının sədri Şahid3 ona göstərdiyi həmin əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edildiyi qeyd olunub. Lakin o, həmin əmrin surətini ona verməyib. Daha sonra isə onun vəziyyəti pisləşdiyi üçün o, poliklinikaya müraciət edib. poliklinikada ona bülleten açılarkən, cavabdeh tərəfindən ora zəng olunaraq bildirilib ki, artıq o, işdən azad edildiyi üçün ona bülleten açılmasın. Daha sonra isə X24 məktəb lövhəsində barəsində verdiyi əmri asmaqla yanaşı, məktəbdəki işçi kollektiv qruplarına həmin əmrin surətini ataraq ona “layk” edilməsini tapşırıb. Hesab edir ki, X24 ona qarşı qanunsuzluğa yol verib, əmək hüquqlarını kobud şəkildə pozub. Qeyd edir ki, onun əvvəllərdə etdiyi qanunsuz hərəkətləri barədə sosial şəbəkələrdə kifayət qədər məlumatlar yerləşdirilib. Lakin cavabdeh tərəfindən sonuncu, işdən azad olunmağı barədə əmr istisna olmaqla digər “intizam tədbiri haqqında” əmrlərin surətləri tanış olmaq üçün ona verilməyib və ondan gizli saxlanılıb. Bununla belə hesab edir ki, cavabdeh tərəfindən barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməyi barədə verilən əmr tam əsassız, qərəzli və qanunsuzdur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində deyilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Hesab edir ki, əmrdə həmin maddəyə istinad edilməsi inandırıcı deyil və məntiqə də uyğun gəlmir. Belə ki, iş materialında olan əmək kitabçasından görünür ki, o, 12 il, yəni 2012-ci il tarixdən başlayaraq cavabdeh məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyib. Bu illər ərzində bu məktəbdə bir neçə direktor dəyişib. Lakin onların heç biri ilə onun arasında hər hansı bir mübahisə olmayıb, eləcə də həmin direktorlar tərəfindən əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəlikləri ilə bağlı ona hər hansı bir irad tutulmayıb, barəsində bununla bağlı hər hansı bir intizam tənbehi seçilməyib. Bundan başqa, tərəfindən Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilmiş hər hansı bir hallara da yol verilməyib. Ümumiyyətlə əmrdə onun barəsində göstərilənlər, xüsusən də guya xadimə Nümayəndə təhqir etməyi direktorun ağlasığmaz qərəzli uydurması, onu işdən azad etmək üçün əvvəlcədən düşünülmüş bir bəhanədir. Tariyel Əkbərov məktəbə direktor təyin edildikdən sonra işçilər arasında ayrı-seçkilik və intriqa yaradıb, onu da şəxsi qərəzçilik səbəbindən əsassız çıxarıb. Hazırda bir çox işçi ondan Azərbaycan Respublikası Təhsil Nazirliyinə şikayət edib və həmin şikayətlərlə bağlı araşdırma gedir. Hesab edir ki, Tariyel Əkbərov özü əmək funksiyasını yerinə yetirə bilmir. Qeyd edir ki, cavabdehin nümayəndəsi mediasiya təşkilatına gəlmədiyinə görə mediasiya prosesi baş tutmamışdır.

17. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixində Sağlamlıq X23 üçün 3 №-li Respublika xüsusi internat məktəbində xadimə vəzifəsinə işə qəbul olunub. xx.xx.2012-ci il tarixindən isə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. İddiaçı xx.xx.2017-ci il tarixli 167 nömrəli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən işdən azad olunub və əmrlə son haqq-hesabı ödənilib. Hansı səbəbdənsə, cəmi bir gün sonra xx.xx.2017-ci il tarixli 171 nömrəli əmrlə yenidən təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. Əlavə olaraq xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixinədək həm də 0.5 ştat vahidi sürücülük vəzifəsini icra edib. X9 (xx.xx.2015-dənxx.xx.2023-dək), X31 (xx.xx.2013-dən-xx.xx.2023-dək) və X10 (xx.xx.2020-dən-xx.xx.2023-dək) adlı işçilər uzun illər ərzində işə gəlmədikləri halda, İddiaçı öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin şəxslərin adlarına əmək haqqı yazaraq külli miqdarda dövlət vəsaitlərini mənimsəyib. xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixləri arasında (bir il on bir gün ardıcıl olaraq) ona açılmış xəstəlik vərəqələrinə əsasən əmək funksiyalarını yerinə yetirə bilməyib. Bir ildən artıq müddətdə ciddi xəstə olan bir şəxsin işləmək qabiliyyəti hansı məntiqə uyğundur? Bu qədər uzun müddətə xəstəlik bülleteninin verilməsi özü şübhəli görsənir. xx.xx.2024-cü il tarixindən öz işinin icrasına başlayib. 2023-cü ilin noyabr-dekabr aylarında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin məktəbdə apardığı maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması vaxtı İddiaçı öhdəsində olan mal-materiallarda külli miqdarda çatışmamazlıqlar aşkar olunub. Dövlətə vurulan zərərin miqdarı 41382,49 (qırx bir min üç yüz səksən iki manat 49 qəpik) manat təşkil edir. X32 vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən məktəbə hədiyyə edilən 120 dioqanal ölçüdə plazma televizorunu və bir ədəd yanğın mühafizə təyinatlı nərdivanı qəsdən məktəbin hesabına mədaxil etməyib. Bütün bunları və işindəki nöqsanlara görə dəfələrlə ona edilən şifahi xəbərdarlıqları nəzərə alaraq xx.xx.2024-cü il tarixində İddiaçı “Şiddətli töhmət” verilib. 05 mart 2024-cü il tarixində direktorun iş otağında bayram tədbiri ilə əlaqədar olaraq direktor müavinlərinin də iştirak etdiyi kiçik toplantı keçirilən zaman təsərrüfat işləri üzrə direktor müavini İddiaçı etik qaydalarından kənara çıxaraq məktəbin işçisi Nümayəndə təhqir edib. Əmək Məcəlləsinin 10-cu maddəsinin b və e bəndlərinin tələblərini (Maddə 10. Əmək müqaviləsi iizrə işçinin əsas vəzifələri: b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq.) kobudcasına pozaraq, nalayiq hərəkətlər etməklə söyüş xarakterli ifadələr işlədib. Bütün bunlar barədə aktlar tərtib edilib və bu işlərə hüquqi qiymət verilməsi üçün xx.xx.2024-cü il tarixdə məktəb həmkarlar komitəsinə rəsmi müraciət edilib. 13 mart 2024-cü il tarixi saat 09:20 radələrində İddiaçı məktəbin həmkarlar komitəsinin otağına dəvət edilib və bu məsələnin idarə heyətinin iclasında müzakirə ediləcəyi onun nəzərinə çatdırılıb. Bundan sonra İddiaçı məktəbin daxili nizam-intizam qaydalarını pozub, xx.xx.2024-cü il tarixində aldığı “Şiddətli töhmət”dən nəticə çıxarmayaraq rəhbərliyə məlumat vermədən saat 9:25 radələrində üzürsüz səbəbdən iş yerini tərk edib. Qeyd olunanları və məktəb həmkarlar komitəsinin idarə heyətinin iclasının nəticəsinə əsasən tərtib edilmiş protokolu nəzərə alaraq, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən təsərrüfat işləri üzrə direktor müavini İddiaçıla bağlanmış əmək müqaviləsi 13 mart 2024-cü il tarixindən ləğv edilib. İddiaçı öz iddia ərizəsində göstərir ki, 72-ci maddəyə istinad edilməsi inandırıcı deyil. Məgər dövlətə vurulan 41382,49 manat (qırx bir min üç yüz səksən iki manat 49 qəpik) dəyərində zərər, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq iclas vaxtı söyüş xarakterli ifadələr işlətmək, üzürsüz səbəbdən icazəsiz iş yerini tərk etmək, üç nəfərin adına uzun illər əmək haqqı yazaraq külli miqdarda dövlət vəsaitini mənimsəmək əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilmir və s.? Görünür ki, iddiaçı etdiyi əməlləri yaddan çıxararaq, sadəcə 72-cı maddəyə istinad edir. İddiaçının dövlətə vurduğu 41382,49 manat dəyərində olan zərər ancaq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Sağlamlıq X23 üçün 3 №-li Respublika xüsusi internat məktəbində 2020-ci ilin yanvar ayından 2023-cü ilin noyabr ayına kimi olan dövrdə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı aşkar olunandır. Görəsən işlədiyi əvvəlki vaxtlarda, 2012-ci ildən 2020-ci ilə qədər olan dövrdə nə qədər dövlət vəsaitini mənimsəyib? 16 aprel 2024-cü il tarixində İddiaçı öhdəsində olan mal-materialları təhvil verərkən bir çox çatışmazlıqlar aşkar olunub və həmin çatışmayan malların bir hissəsini aşağıdakı cədvəldə göstərirlər: 2 ədəd Drel Türkiyə “Bosh”, 1 ədəd paltaryuyan maşın 8 kq HOGpoint, 1 ədəd kseroks aparatı A4 HP Lazer, 2 ədəd Printer Canon (lazer A4 LBR 3010B), 1 ədəd yerin maqnt sahələrini ölçən cihaz, 1 ədəd televizor 127dq. Palzma hədiyyə, 2 ədəd alət dəsti, 1 ədəd elektrikli lobzik mişarı, 2 ədəd yanğından mühafizə lövhəsi, 1 dəst təlim-tədris vəsaitləri, Tor amortizator 5*25 2 ədəd=250, uşaq bezi 60-75 kq, uşaq bezi 75-90 kq. Görəsən dövlətə bu qədər ziyan vuran birisi nəyə əsasən yenidən o vəzifədə işləmək istəyir? İddiaçı ərizəsində göstərir ki, sosial şəbəkələrdə məlumatlar yerləşdirilir. Həmin sosial şəbəkə heç bir qanuni fakta əsaslamnadan, qarşı tərəfin fikrini öyrənmədən əsassız, qərəzli məlumatlar yerləşdirir. Həmin saytlara nəzər salanda görünür ki, orada yerləşdirilən xəbərlərin əksəriyyəti böhtan xarakterlidir. Bütün bunları nəzərə alınması xahiş edilmişdir.

18. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-108/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi cavabdeh Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin xx.xx.2024-cü il tarixli 72 nörməli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin ləğv edilməsi, İddiaçı əvvəlki iş yerinə - Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin "Təsərrüfat işləri üzrə direktor müavini" vəzifəsinə bərpa olunması, işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək İddiaçı əmək haqqı ödənilməsi, məhkəmə xərclərinə aid olan ödənilməli dövlət rüsumunun cavabdeh Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə aid edilməsi və cavabdeh Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbindən 40 manat məbləğində pulun tutularaq dövlət büdcəsinə köçürülməsi, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcininin əvəzi kimi 60 manat məbləğində pulun cavabdeh Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbindən tutulub, İddiaçı ödənilməsi qət edilmişdir. 19.Məhkəmə işin fakitki halları ilə bağlı qeyd etmişdir ki, Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin “əmək müqaviləsinə xitam verilməsi” haqqında xx.xx.2024-cü il tarixli 72 saylı əmrinə əsasən 05 mart 2024-cü il tarixində direktorun iş otağında bayram tədbiri ilə əlaqədar olaraq direktor müavinlərinin də iştirak etdiyi kiçik toplantı keçirilən zaman təsərrüfat işləri üzrə direktor müavini İddiaçı etik qaydalarından kənara çıxaraq məktəbin işçisi Nümayəndə təhqir etmişdir. Əmək Məcəlləsinin 10-cu maddəsinin b və e bəndlərinin tələblərini kobudcasına pozaraq, nalayiq hərəkətlər etməklə söyüş xarakterli ifadələr işlətmişdir. 13 mart 2024-cü il tarixi saat 09:20 radələrində İddiaçı məktəbin həmkarlar komitəsinin otağına dəvət edilmiş və bu məsələnin idarə heyətinin iclasında müzakirə ediləcəyi onun nəzərinə çatdırılmışdır. Bundan sonra İddiaçı məktəbin daxili nizam-intizam qaydalarını pozmuş, xx.xx.2024-cü il tarixində aldığı “Şiddətli töhmət”dən nəticə çıxarmayaraq rəhbərliyə məlumat vermədən saat 09:25 radələrində üzürsüz səbəbdən iş yerini tərk etmişdir. Qeyd olunanları nəzərə alaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən təsərrüfat işləri üzrə direktor müavini İddiaçıla bağlanmış əmək müqaviləsi 13 mart 2024-cü il tarixindən ləğv edilmişdir. Əmrin qəbul edilməsi əsasları 05 mart 2024-cü il tarixli akt, məktəbin həmkarlar komitəsinin 13 mart 2024-cü il tarixli protokolu olmuşdur.

20. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçının “əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması” əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri tərtib edərkən əmək qanunvericiliyinin tələblərinə riayət etməmişdir. İşçinin əmək funksiyası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətlərin dairəsi başa düşülür. Mübahisələndirlən əmrin qəbul edilməsi üçün əsas xx.xx.2024-cü ildə iddiaçının məktəbin başqa bir işçisini təhqir etməsi və xx.xx.2024-cü il tarixində aldığı “Şiddətli töhmət” barədə əmrdən nəticə çıxarmayaraq iş yerini üzürsüz səbəbdən tərk etməsi olmuşdur.

21. İş materialları ilə müəyyən edilir ki, cavabdeh Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən məktəbin Həmkarlar Komitəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 406 saylı məktubla tərtib edilmiş aktı, izahatları və xx.xx.2024-cü il tarixində aldığı “Şiddətli töhmət”i nəzərə alaraq təsərrüfat işləri üzrə direktor müavini İddiaçı işdə qalıb-qalmaması məsələsini məktəbin həmkarlar ittifaqı komitəsinin iclasında müzakirə edilməsi və münasibət bildirilməsi xahiş edilmişdir.

22. Məktubda isə iddiaçının 05 mart 2024-cü il tarixində direktorun iş otağında bayram tədbiri ilə əlaqədar olaraq direktor müavinlərinin də iştirak etdiyi kiçik toplantı keçirilən zaman təsərrüfat işləri üzrə direktor müavini İddiaçı etik qaydalarından kənara çıxaraq məktəbin işçisi Nümayəndə təhqir etməsi, bununla da onun Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən əmək vəzifəsini kobud şəkildə pozması, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması qeyd edilmişdir.

23. Bundan sonra Həmkarlar İttifaqı Komitəsinin idarə heyətinin iclasının xx.xx.2024- cü il tarixli 3 saylı protokoluna əsasən sədr Şahid3, katib X18, üzvlər X4, X19, X13, X39 və X17 iştirakı ilə keçirən iclasın sonunda məktəbin təsərrüfat işləri üzrə direktor müqavini İddiaçı işdən çıxarılması qanunauyğun hesab edilib, etiraz edilməyib. İddiaçının xx.xx.2024-cü ildə işə gəlməsi işin mübahisələndirilməyən halıdır və iş materiallarında olan davamiyyət cədvəli ilə də öz təsdiqini tapır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 ifadəsində məktəb tərəfindən Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış məktubun onlara xx.xx.2024-cü il tarixdə təqdim edildiyini, iclasın xx.xx.2024-cü il, saat 11:00-a təyin edildiyini və iclasın vaxtı haqqında iddiaçıya xx.xx.2024-cü ildə, yəni iclasın keçirildiyi gündə məlumat verdiyini, iddiaçı məktəbdə olduğu üçün ona daha əvvəl rəsmi qaydada məlumat verilməsini zəruri hesab etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş aktla müəyyən edilir ki, iddiaçı Həmkarlar İttifaqı Komitəsinin iclası haqqında 09:20-də məlumat verilib, lakin iddiaçı 09:25-də iş yerini tərk edib.

24. Belə ki, qanunda da qeyd edildiyi kimi, X12 təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Hazırkı iş üzrə Həmkarlar ittifaqı komitəsi məktəbin məlumatı ona daxil olduğu tarixdən 6 günə iclas təyin etsə də, Həmkarlar ittifaqı komitəsinin sədri, məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 bildirdiyinə əsasən iddiaçıya bununla bağlı iclas günü, iclasdan bir neçə saat əvvəl məlumat verilib. İddiaçı isə ümumiyyətlə xx.xx.2024-cü ildə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahid3 tərəfindən otağına dəvət ediliyini və ona işdən azad edilməsi barədə əmrin göstərməsi səbəbindən iş yerini tərk etdiyini bildirmişdir. Yəni, məhkəməyə iddiaçının Həmkarlar İttifaqı Komitəsinin iclası barədə məlumatlı olması barədə rəsmi sübut təqdim edilməmiş, iş materiallarına iddiaçının məlumatlandırılması barədə təqdim edilmiş aktlar isə birtərəfli qaydada məktəbin işçiləri (məktəbinin tədris işləri üzrə direkor müavinləri Şahid5, Şahid2, Şahid6, həkim İbayeva Nigar, tibb işçisi Nümayəndə, sürücü Eyvazov Teymur, mühafizəçilər Ağayev Ruslan və Bayramov Rüstəm, texniki işçilər Məmmədova Gültəkin və Hüseynova Natavan) tərəfindən tərtib edilmişdir.

25. Həmkarlar İttifaqı Komitəsinin iclası zamanı iddiaçının işdən azad olunması əsasları kimi xx.xx.2024-cü il tarixli “Şiddətli töhmət” almasından nəticə çıxarmayaraq xx.xx.2024cü ildə 8 mart Beylənxalq Qadınlar günü ilə əlaqədar təşkil olunmuş tədbirin planlaşdırılması zamanı qeyri-etik əl-qol hərəkətləri etməsi və söyüş xarakterli ifadələr işlətməsi müzakirə olunmuşdur.

26. Lakin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsaslardan biri kimi həmçinin, onun xx.xx.2024-cü il tarixli “Şiddətli töhmət”dən nəticə çıxarmayaraq rəhbərliyə məlumat vermədən saat 09:25 radələrində üzürsüz səbəbdən iş yerini tərk etməsi olmuşdur. Lakin cavabdeh həmin əsasla iddiaçını işdən azad etməsi üçün qanunvericiliklə müəyyən edilən tələblərə əməl etməmiş, iddiaçının iş yerini tərk etməsi səbəbi ilə bağlı ondan izahat tələb etməmiş, həmin halla bağlı X5 qabaqcadan razılığı alınmamışdır. Güründüyü kimi əmrin qəbul edilməsi əsasları ilə Həmkarlar İttifaqı Komitəsinin müzakirəsinə təqdim edilmiş məsələlər fərqli olmaqla, əmrdə komitənin müzakirəsinə təqdim edilməmiş əsaslar göstərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirlən əmr qanunamüvafiq qaydada tərtib edilməmişdir.

27. Belə ki, qeyd edildiyi kimi, mübahisələndirilən əmrin qəbul edilməsi əsasları həmçinin, xx.xx.2024-cü ildə 8 mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar təşkil olunmuş tədbirin planlaşdırılması zamanı qeyri-etik əl-qol hərəkətləri etməsi və söyüş xarakterli ifadələr işlətməsi olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin tədris işləri üzrə direktor müavinləri Şahid5 və Şahid2, tərbiyə işləri üzrə direktor müavini Şahid6, həmkarlar komitəsinin sədri Şahid3 və texniki işçi Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən iddiaçı rəhbərliyin otağında 8 X33 münasibəti ilə keçirilən kiçik toplatı zamanı məktəbin işçisi Nümayəndə təhqir etmiş, onun şərəf və ləyaqətini alçatmışdır. O, bunu söyüş xarakterli əl hərələrləri ilə xanım əməkdaşların gözü qarşısında etmişdir. Bununla da, İddiaçı tərbiyəsizlik edərək, məktəbin etik normalarına və nizam-intizam qaydalarına zidd olaraq iş yoldaşlarının əmək hüquqlarını vəqanuni mənafeyini pozmuşdur. İddiaçı həmin hallar bağlı izahat verməkdən imtina etmişdir. Məhkəmə iclasında aktın tərtibdə iştirak etmiş hər bir şəxs şahid kimi dindirilmişdir. Şahid3 ifadəsində “İddiaçı əli ilə boynunun arxasını göstərib, iddiaçı həmin hərəkəti etməkdə Nümayəndə göstərib və həmin formada adam olmadığını deyib”, Şahid5 “İddiaçı əlini boynunun arxasına qoyaraq əl hərəkətlərinə uyğun ifadələr işlədirdi. İddiaçı və Nümayəndə arasında bəzi kişi söhbətləri edilirdi”, Şahid2 “İddiaçı əlini boynuna qoyaraq “mən belə edib bunu qəbul edə bilmərəm, mən belə yaşaya bilmərəm” deyib”, Şahid6 “İddiaçı Nümayəndə təhqir edib, əlini boynunun arxasına aparıb, söyüş söyüb” məzmunda ifadə veriblər. Şahid4 isə iddiaçı tərəfindən səslənlən fikirlərlə bağlı məlumat verməyib. İddiaçı isə Nümayəndə təhqir etmədiyini, onun haqqında deyil, özünə münasibətdə əl-qol hərəkəti etdiyini, verilən tapşırıqların özünə aid hissəsinə etiraz etdiyini, onun əvəzinə təsərrüfat işləri üzrə direktor müavini səlahiyyətlərini yerinə yetirmiş Nümayəndə ona tapşırıqlar verməsini qəbul etmədiyini bildirib. Məhkəmə iclasında şahidlər iddiaçı tərəfindən səsləndirilən fikirləri tam və aydın şəkildə ifadə etməyiblər. Onların ifadələri ilə iddiaçının təhqir xarakterli ifadələr işlədib-işlətməməsi, bu ifadələrin və hərəkətlərin konkret olaraq nədə ifadə olunmasını müəyyən etmək mümkün olmur. Göründüyü kimi, şahid ifadələri ilə iddiaçının Nümayəndə ünvanına birbaşa nalayiq və təhqir xarakterli ifadələr işlətməsi öz təsdiqini tapmamışdır. Qeyd edilməlidir ki, məhkəmə iclasında dindirilən şahidlər hazırda cavabdeh məktəbdə işləyirlər və onlarla cavabdeh məktəb arasında tabeçilik münasibətləri mövcuddur. Məhkəmə qeyd edir ki, iddiaçının etmiş olduğu hərəkətlər və səsləndirdiyi ifadələr ilə təhqir olunduğu iddia edilən Nümayəndə cavabdeh məktəbdə əvvəl xadimə vəzifəsində çalışmış, iddiaçı bülletendə olduğu vaxt onun vəzifələrini icra etmiş, hazırda isə məhkəmə iclasında cavabdehin nümayəndəsi kimi iştirak etməklə, mübahisələndirlən əmrin əsaslılığını, iddiaçı tərəfindən məhz özünə qarşı edilmiş hərəkətlərin təhqir olmasını müdafiə etmişdir.

28. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, xx.xx.2024-cü il tarixdə iddiaçının direktorun otağında səsləndirdiyi fikirlər və etdiyi əl-qol hərəkətləri məktəbin işçisi olan Nümayəndə təhqir edilməsi kimi qiymətləndirilə bilməz.

29. Cavabdeh tərəfindən təqdim edilən etiraz məzmununda məktubda isə qeyd edilmişdir ki, iddiaçı xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixinədək həm də 0.5 ştat vahidi sürücülük vəzifəsini icra edib. X11 (xx.xx.2015-dənxx.xx.2023-dək), X31 (xx.xx.2013-dən-xx.xx.2023dək) və X10 (xx.xx.2020-dən-xx.xx.2023-dək) adlı işçilər uzun illər ərzində işə gəlmədikləri halda, İddiaçı öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin şəxslərin adlarına əmək haqqı yazaraq külli miqdarda dövlət vəsaitlərini mənimsəyib. xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixləri arasında (bir il on bir gün ardıcıl olaraq) ona açılmış xəstəlik vərəqələrinə əsasən əmək funksiyalarını yerinə yetirə bilməyib. xx.xx.2024-cü il tarixindən öz işinin icrasına başlayib. 2023-cü ilin noyabr-dekabr aylarında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin məktəbdə apardığı maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması vaxtı iddiaçının öhdəsində olan malmateriallarda külli miqdarda çatışmamazlıqlar aşkar olunub. Dövlətə vurulan zərərin miqdarı 41382,49 (qırx bir min üç yüz səksən iki manat 49 qəpik) manat təşkil edir. 30.Bununla bağlı məhkəmə qeyd etmişdir ki, həmin hallar mübahisələndirlən əmrin qəbul edilməsi əsası olmayıb. Bununla belə, Bakı şəhəri Nizami rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında” qərarına əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Sağlamlıq X23 üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin qabaqcadan əlbir olan bir qrup vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə, xeyli miqdarda özgə əmlakının təkrarən mənimsənilməsi və tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi faktları üzrə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə İddiaçı barəsində dövlət əmlakının mənimsənilməsi faktına dair icraata Azərbaycan Respublikası CM-nin 74, CMP-nin isə 40.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə olan hissədə xitam verilmişdir. Həmçinin, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-438/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi hökm edilmişdir.

31. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı barəsində xx.xx.2024-cü il tarixli 20 saylı “Şiddətli töhmət” verilməsi barəsində əmrin verilməsinə səbəb “Aktivlərin inventarizasiyası Qaydaları”na əsasən məktəbdə aparılan invertarizasiya nəticəsində bir sıra çatışmamazlıqlar aşkar edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində “Element YT" QSC-nin nümayədəsi X16 akt vasitəsilə bir ədəd yanğın mühafizə təyinatlı nərdivan təhvil almasına, məktəbə 120 diaqonal ölçüdə plazma ekranlı televizor hədiyyə edilməsinə baxmayaraq, yoxlama zamanı nərdivan və televzorun mövcud olmadığı aşkar olunmuşdur. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, həmin nərdivan və televizor hazırda məktəbdədir. Həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə nərdivanın akt üzrə Nümayəndə təhvil verildiyi aşkar olunub. Cavabdehin nümayəndəsi nərdivanın iddiaçı tərəfindən onun iştirakı ilə sonradan öz hesabına alındığını və televizorun isə yararsız olduğunu qeyd etmişdir. Lakin iş materialları və şahid ifadələri ilə həmin televizorun yararsız olub-olmaması, onun modeli, dioqanalı və s. keyfiyyətləri barədə dəqiq məlumat verilməmiş, şahidlərin əksəriyyəti ümumiyyətlə qeyd edilən televizoru şəxsən görmədiklərini bildirmişlər və bununla bağlı müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin müəyyən edilir ki, iddiaçı əmək qabiliyyəti müvəqqəti itirildiyindən işdə olmamış, xx.xx.2024-cü ildə öz vəzifələrini icrasına başladıqdan məhz bir gün sonra ona şiddətli töhmət verilmişdir.

32. Məhkəmə cavabdehin iddiaçının barəsindəki hərəkətlərlə qərəzlilik göstərdiyi qənaətinə gələrək qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən ardıcılıq və məqsədyönlü şəkildə iddiaçının barəsində xx.xx.2024-cü il tarixli 20 saylı “şiddətli töhmət verilməsi” haqqında intizam tənbehi və xx.xx.2024-cü il tarixli 72 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrlərini qəbul etmişdir. Belə ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi kimi Nümayəndə çıxış etməklə, hazırda məktəbdə iddiaçının, yəni təsərrüfat işləri üzrə direktoru müavinin vəzifəsini icra edir. Halbuki, mübahsiləndirilən əmrin qəbul edilməsi əsaslarından biri də iddiaçının Nümayəndə təhqir etməsi olmuşdur. Bununla yanaşı yuxarıda da qeyd edildiyi kimi, əmr qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul edilməmiş, düzgün əsaslandırılmamış, əmrin qəbul edilməsi əsasları tam şəkildə Həmkarlar İttifaqının iclasında müzakirə edilməmiş, əmrin qəbul edilməsi üçün əsas olan hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

33. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh iddiaçının əmək müqaviləsi xitam verilməsi barədə əmrlə qanunvericiliyin tələblərini pozmuş, əmrdə göstərilən bir çox hal öz təqdiqini tapmamış, əmrdə müəyyən edilən hallara münasibətdə isə işçi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi yolverilməzdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələbi cavabdehin xx.xx.2024-cü il tarixli 72 saylı əmrin ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir.

34. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi, 9-cu maddəsinin b bəndi, 10-cu, 11-ci maddəsinin 1-ci hissəsinin a və b bəndləri, 46-cı maddəsinin 6- cı hissəsi, 70-ci maddəsinin ç bəndi, 71-ci maddəsinin 2-ci bəndi, 80-ci maddəsinin 1,2, 3-cü bəndləri, 84-cü maddəsinin 1-ci bəndi, 300-cü maddəsinin 1-ci bəndi; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 218.3, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

35. Qətnamədən cavabdeh Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etmə müddəti əsassız olaraq ötürülmüşdür. Belə ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi “əmək müqaviləsinə xitam verilməsi” barədə əmrdən göründüyü kimi, əmr xx.xx.2024-cü ildə qəbul edilmiş, iddiaçı isə həmin əmrlə xx.xx.2024-cü il tarixdə tanış olaraq imza etmişdir. Belə olan halda, tərəf xx.xx.2024-cü il tarixədək məhkəməyə iddia ərizəsi ilə müraciət etməli idi. Lakin elektron məhkəmə sistemindən göründüyü kimi, iddiaçı iddia ərizəsi ilə məhkəməyə yalnız xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Mediasiyanın müvafiq arayışı xx.xx.2024-cü il tarixdə təqdim edilmiş və iddiaçı müddət ötürmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi. Bununla bağlı cavabdehin nümayəndəsi məhkəmədə məlumat vermişdir. Göründüyü kimi, müddət əsassız olaraq ötürülmüşdür. Lakin məhkəmə tərəfindən buna diqqət yetirilməmiş, iddia əsassız olaraq təmin edilmişdir. İddiaçı barəsində əmək müqaviləsinə xitam verilmə əmrinin qəbul edilmə əsaslarından biri xx.xx.2024-cü il tarixli Akt olmuşdur. Bu Akta əsasən, xx.xx.2024-cü il tarixdə direktorun iş otağında bayram tədbiri ilə əlaqədar olaraq direktor müavinlərinin də iştirak etdiyi kiçik toplantı keçirilən zaman təsərrüfat işləri üzrə direktor müavini İddiaçı etik qaydalardan kənara çıxaraq məktəbin işçisi Nümayəndə qarşı əl-qol hərəkətlərini etməsi və söyüş xarakterli ifadələr işlədərək onu təhqir etməsi olmuşdur. Aktın tərtibində iştirak edən Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin tədris işləri üzrə direktor müavinləri Şahid5 və Şahid2, tərbiyə işləri üzrə direktor müavini Şahid6, həmkarlar komitəsinin sədri Şahid3 və texniki işçi Nümayəndə tərəfindən tərtib edilmiş həmin xx.xx.2024-cü il tarixli Aktla iddiaçının rəhbərliyin otağında 8 X33 münasibəti ilə keçirilən toplantı zamanı məktəbin işçisi Nümayəndə təhqir etməsi və ona qarşı onun şərəf və ləyaqətini alçaldan hərəkətlər etməsi aktlaşdırılmışdır. Bütün bunlar xanım işçilərin gözü qarşısında baş vermişdir ki, bu da Nümayəndə şərəf və ləyaqətini ağır şəkildə alçaltmışdır. Eyni zamanda məhkəmə iclasında iştirak edən və ifadə verən şahidlər də iddiaçı tərəfindən sözügedən təhqiredici hərəkətlərə yol verdiyini təsdiq etmişdir. Lakin Nizami rayon Məhkəməsi tərəfindən yanlış olaraq, xx.xx.2024-cü il tarixdə iddiaçının direktorun otağında səsləndirdiyi fikirlərin və etdiyi əl-qol hərəkətlərini məktəbin işçisi olan Nümayəndə təhqir etməsi kimi qiymətləndirilə bilmədiyi qənaətinə gəlinmişdir. Məhkəmə bu mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iştirak edən şahidlər iddiaçı tərəfindən səsləndirilən fikirləri tam və aydın şəkildə ifadə etməyiblər. Halbuki məhkəmə nəzərə almamışdır ki, hadisənin baş verdiyi xx.xx.2024-cü il tarixdən məhkəmə iclasında şahidlərin ifadələri alınanadək xeyli vaxt keçmişdir, odur ki, şahidlərin dəqiq şəkildə iddiaçının sözbəsöz dediyi ifadələri və etdiyi hərəkətləri yadda saxlamaqları mümkün deyil. Lakin bununla belə, məhkəmədə şahid qismində dindirilən Şahid3, Şahid5, Şahid2 və Şahid6 eyni məzmunda ifadələr verməklə, iddiaçını etdiyi hərəkəti dəqiq şəkildə bildirib bunun nə anlama gəldiyini təsdiq etmişlər. Digər şahidlər isə ümumi şəkildə iddiaçının Nümayəndə qarşı təhqiredici hərəkətlərə yol verdiyini və onun şərəf və ləyaqətini alçatdığını təsdiq etmişlər. Onu da qeyd edimki, İddiaçı qətnamədə göründüyü kimi, həmin hallarla bağlı izahat verməkdən imtina etmişdir. Göründüyü kimi, İddiaçı məktəbin işçisi Nümayəndə qarşı səsləndirdiyi fikirlər və etdiyi hərəkət toplantıda iştirak edən şəxslər tərəfindən birmənalı olaraq təhqiredici hərəkət kimi qəbul edilmiş və bununla da Nümayəndə şərəf və ləyaqəti alçaldılmışdır. Lakin məhkəmə yanlış olaraq, həmin ifadə və hərəkətin təhqiredici olmadığı qənaətinə gəlmişdir. Hesab edir ki, məhkəmənin bu mövqeyi əsassızdır və həqiqətə uyğun deyil. Digər tərəfdən, Nizami rayon Məhkəməsi tərəfindən iddiaçının ifadə və hərəkətlərinin təhqir olub-olmaması ilə bağlı yanlış mövqeyə gəlindiyindən hesab edir ki, hüquqi əsaslandırma da düzgün aparılmamışdır. Belə ki, İddiaçı məktəbin digər işçisi Nümayəndə qarşı təhqiredici ifadələrə və hərəkətə yol verdiyi öz təsdiqini tapdığından, sözügedən əməllərə görə AR Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” və “e” bəndlərinin tələbləri kobud şəkildə pozulmuşdur. AR Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” və“e” bəndlərinə əsasən, Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq. Qeyd olunan pozuntular xx.xx.2024-cü il tarixli 72 nömrəli Əmək müqaviləsinə xitam verilməsi barədə Əmrdə də göstərilmişdir. Sözügedən Əmrdə qeyd olunan digər əsaslara görə də AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə iddiaçı işdən azad edilmişdir. Nizami rayon Məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sözügedən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri hər hansı formada yerinə yetirməmə özü-özlüyündə işçi ilə əmək müqaviləsini ləğv etməyə kifayət etmir. Buna o vaxt yol verilir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş -işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəysin. Lakin Məhkəmə tərəfindən sözügedən hüquq pozuntusunun yaratdığı nəticələr nəzərə alınmamışdır. Belə ki, İddiaçı sözügedən ifadələri və qeyri-etik hərəkəti məktəb direktorun iş otağında direktorun və işçilərin, xüsusən xanım işçilərin yanında edilməsi, bütün kollektivin nizam-intizamına, kollektiv üzvləri arasında münasibətə ciddi təsir etmişdir. Belə ki, bu insidentdən sonra bir neçə digər işçilər arasında da gərgin münasibətlər üzə çıxaraq qeyri-etik davranışlara yol verilmiş və bütün bunların nəticəsində kollektivin sabitliyi, ümumiliyi pozulmuşdur. İddiaçının qeyri-etik davranışı işçilərə və məktəb direktoruna qarşı hörmətsizlik kimi qiymətləndirilərək, onların mənafeyinə kobud zərbə vurmuş, nəticə etibarı ilə məktəbdə olan nizam-intizam, işçilər arasında hörmək və qarşılıqlı etik münasibət pozulmuşdur. Göründüyü kimi, iddiaçının yol verdiyi təhqiramiz ifadələr və hərəkətlər kollektivin nizamintizamının pozulması ilə nəticələnmişdir. Odur ki, hesab edir ki, direktor tərəfindən iddiaçıya AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin birinci hissəsi əsaslı olaraq tətbiq edilmiş və müvafiq Əmr verilmişdir. Lakin Nizami rayon Məhkəməsi tərəfindən həmin nəticələr nəzərə alınmamışdır.Odur ki, məhkəmə yanlış qənaətə gələrək 70-cimaddənin “ç” bəndinin tətbiqinin əsassız olduğunu qeyd etmişdir. Hesab edir ki, məhkəmənin mövqeyi düzgün deyil və təmin edilə bilməz. Bundan başqa, İddiaçı xx.xx.2024-cü il tarixdə işə gəlməsi işin mübahisələndirilməyən halıdır və işdə olan davamiyyət cədvəli ilə öz təsdiqini tapır. Lakin naməlum səbəbdən heç bir icazə alınmadan və ya məlumat vermədən İddiaçı iş yerini tərk edib çıxıb getmiş və gün ərzində işdə olmamışdır. Bununla da iddiaçı tərəfindən AR Əmək Məcəlləsinin 72-cimaddəsinin“a” bəndi kobud şəkildə pozulmuşdur. Məsələ burasındadır ki, məhkəmədə şahid qismində ifadə verən Şahid3 ifadəsində bildirmişdir ki, məktəb tərəfindən Həmkarlar İttifaqı Komitəsinə məktub xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, iclas isə xx.xx.2024-cü il saat 11:00-a təyin edilmişdir və iclasın vaxtı haqqında iddiaçıya xx.xx.2024-cü il tarixdə şifahi şəkildə məlumat verilmişdir. İddiaçı məktəbdə olduğu üçün ona daha əvvəldən məlumat verilməsinə ehtiyac görülməmişdir. İş materiallarında olan Aktla müəyyən edimişdir ki, iddiaçı Həmkarlar İttifaqı Komitəsinin iclası haqqında 09:20-də məlumat verilmiş, İddiaçı isə saat 09:25-dəiş yerini tərk etmişdir. Qeyd edirik ki, qüvvədə olan qanunvericiliyə əsasən, X12 tərəfindən təqdimatın daxil olduğu vaxtdan ən geci 10 gün müddətində özünün əsaslandırılmış qərarını işəgötürənə təqdim etməlidir. Burda hər hansı müddətlə bağlı pozuntuya yol verilməmiş, qərar işəgötürənə vaxtında təqdim edilmişdir. Qüvvədə olan qanunvericilikdə, işçinin neçə gün əvvəlcədən iclas barədə məlumatlandırılmasına dair tələb öz əksini tapmır. İddiaçı özü bu barədə iddia ərizəsində qeyd edərək, iclas barədə məlumatlı olduğunu etiraf etmiş, həmçinin iş materiallarında olan iddiaçının məlumatlandırılmasına dair Aktlar da bunu sübut etmişdir. Məhkəmə həmin Aktları (məktəbin tədris işləri üzrə direktor müavinləri Şahid5, Şahid2, Şahid6, həkim İbayeva Nigar, tibb işçisi Nümayəndə, sürücü Eyvazov teymur, mühafizəçilər Ağayev Ruslan və Bayramov Rüstəm, texniki işçilər Məmmədova Gültəkin və Hüseynova Natavan tərəfindən tərtibedilmiş Aktları) birtərəfli hesab etsə də, həmin aktların əsassızlığını təsdiq edən heç bir fakt, sübut təqdim edilməmişdir. Əksinə iddiaçının özü işdən getdiyini qeyd etməklə, pozuntuya yol verdiyini təsdiq etmişdir. Lakin məsələ burasındadır ki, X2 iclası 11:00-a təyin edildiyindən iclasın gündəliyinə 09:25-də iddiaçının yol verdiyi yeni pozuntunu (işdən icazəsiz çıxıb getmək və qayıtmamaq) salmaq mümkün olmamışdır. Ona görə də X12 tərəfindən sözügedən pozuntu müzakirə edilməmiş, heç bir münasibət bildirilməmişdir. İddiaçının yol verdiyi pozuntu yalnız yuxarıda qeyd olunan şəxslər tərəfindən imzalamaqla Aktlaşdırılmış və öztəsdiqini tapmışdır. Buna görə də X5 xx.xx.2024-cü il tarixli protokoluna iddiaçının yolverdiyi yeni pozuntu salınmamış, yalnız işdən çıxarılma barədə Əmrdə bu pozuntuya istinad edilmişdir. Odur ki, hesab edir ki, Məhkəmə tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə Əmrlə X5 yekun aktında fərqli mövzuların müzakirə edilməsi qənaətinə gəlinməsi tamamilə yanlışdır. Bundan əlavə qeyd edir ki, İddiaçı barəsində əmək müqaviləsinə xitam verilməsi barədə Əmrin qəbul edilməsi səbəblərindən biri də, xx.xx.2024-cü iltarixdə ona verilmiş “Şiddətli töhmət”dən onun nəticə çıxarmayıb 6 ay ərzində yenidən pozuntulara yol verməsi olmuşdur. Kollegiyanın diqqətinə çatdırır ki, iddiaçı barəsində “Şiddətli töhmət” verilməsinə səbəb, 2023-cü ilin noyabr-dekabr aylarında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin məktəbdə apardığı maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması vaxtı iddiaçının öhdəsində olan mal-materiallarda külli miqdarda çatışmazlıqların aşkar olunması və dövlətə vurulan zərərin miqdarının 41.382,49 (qırx bir min üç yüzsəksən ikimanat 49 qəpik) manat təşkil etməsi olmuşdur. İddiaçı barəsində iş üzrə araşdırılma aparılmış və bu araşdrma zamanı iddiaçı öz təqsirini etiraf etmişdir. Belə ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)- 438/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının 14-cü səhifəsində birinci abzasda qeyd olunmuşdur ki, “Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş İddiaçı ona elan olunmuş AR CM-nin 313-cümaddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2012-ci ildən ....”. Həmin Qərarın 14-cü səhifəsində 2-ci abzasda həmçinin qeyd edilmişdir ki, “15 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında təqsirləndiirlən şəxs İddiaçı məhkəməyə ərizə təqdim edərək özünü Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bildiyini bildirərək barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verilməsini xahiş etmişdir”. Göründüyü kimi, iddiaçı öz təqsirini etiraf etmiş və təqsirli olduğunu bildirmişdir. Bununla belə, daha sonra itmiş nərdivan yenisi ilə əvəz edildiyindən və TV plazma televizor tapıldığından və müddət ötürüldüyündən iddiaçı barəsində cinayət işinə xitam verilmişdir. Lakin hər bir halda iddiaçının təqsirli olması öz təsdiqini tapmışdır. Belə ki, Nizami rayon Məhkəməsininxx.xx.2024-cü il tarixli 1(007)-438/2024 saylı qərarı ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən İddiaçı AR CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi, İddiaçı barəsində bəraətverici hökm deyil, yalnız müddətin keçməsi səbəbindən qərar qəbul edilmişdir. Lakin bu hal İddiaçı təqsirini təkzib etmir. Nizami rayon Məhkəməsinin araşdırması ilə iddiaçının təqsirli olması Qərarda müəyyən edilmişdir. Odur ki, cavabdeh tərəfindən iddiaçı barəsində əsaslı olaraq xx.xx.2024-cü il tarixli “Şiddətli töhmət” verilmişdir. Belə olan halda, məhkəmənin şiddətli töhmət barədə mövqeyi ilə razı deyilik. Hesab edir ki, iddiaçınn təqsiri hər bir halda mövcud olduğundan şiddətli töhmət əsaslı olaraq verilmişdir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

38.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildiridi ki, araşdırma nəticəsində aydın oldu ki, üstüstə düşən əmrlər yoxdur, həmin əmrlər saxta deyil. Kadrlar şöbəsində elə əmr yoxdur. Bakı şəhər Təhsil İdarəsinə məktub ünvanlamışdılar. Məktuba cavab sentyabrda cavab verilə bilər. Maliyyə yoxlaması aparılıb. X38 müraciət etmişlər. Çünki televizoru Fond hədiyyə etmişdi. Həmin məktublara münasibət bildirilməsini xahiş edir. İddiaçıya töhmət verilib, cinayət işi açılıb. 25 yanvarda töhmət verilmişdir. İş yerini icazəsiz tərk etdiyi üçün töhmət verilib. 13 martda verilib. Üst-üstə düşən əmr yoxdur. Təhsil İdarəsinə və Fonda sorğular verilsə aydın olar. Əmrlərin tarixi üst-üstə düşə bilər. Məktəbin hüquqşünası yoxdur. Tam izah edə bilmir. Kadrlarda işləyən şəxs bilə bilər ki, əmrlərdə tarixlər niyə fərqlidir. İddiaçı işə gələndə imza edib. Biləndə ki,iclas olacaq, çıxıb gedib. Pedaqoji Şurada iddiaçının çıxmasına razılıq verilib. Həmkarlar İttifaqının iclasında da razılıq verilib. Pedaqoji şurada bütün kollektiv olub. İddiaçı kollektivlə yola getmir, barəsində olan cinayət işi, nöqsanlarına görə narazılıqlar var. İddiaçının işdən azad edilməsi nazirliklə razılaşdırılıb. Həmkarlar İttifaqında iddiaçının nöqsanları müzakirə edilib. Həmkarlar İttifaqının iclasının protokollarıni təqdim etmişlər. Onlarda olan bütün sənədləri təqdim etmişlər. 39.Məhkəmə kollegiyasının clasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etmədi, izahatında qeyd etdi ki, əmrlərin nömrələri eynidir və eyni gündə verilib. Lakin imzalar fərqlidir. Xüsusi qərardad çıxarılmalıdır. Eyni gündə eyni tarixə necə əmr verilə bilər.Cinayət işi ilə bağlı məsələyə hüquqi qiymət verilib. Qanuni qüvvəsinə almış qərar var. Cinayət işi əmrin predmeti deyil, həmin işə baxılıb və qərar qəbul edilib. Hazırda onu mübahisələndirə bilməzlər. Apellyasiya şikayəti əsaslandırılmayıb.

40. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında qeyd etdi ki, martın 13-də işə gəlmişdir. Əmri ona göstəriblər ki, işdən azad edilmişdir. Həmkarlar İttifaqının iclası olmadan işdən azad ediblər. İşdən azad edildiyi üçün də çıxıb getmişdir. İşə gələndə imza etmiş, əmri göstərəndən sonra çıxıb getmişdir. 23 yanvar işə gəldi, 24 yanvar şiddətli töhmət verilib. İzahat istəyəndə o da dedi ki, prokurorluğda izahat vermişdir. Əmri ona vermədilər... Martın 13-də işə gəlmiş, həmin gün də işdən azad edilmişdir. Çünki əmri ona göstəriblər. 23 yanvar işə gəlmiş,24 yanvar da şiddətli töhmət verilib.Həmin töhməti mübahisələndirməmişdir. Düşündü ki, məsələ bu qədər böyüməz. 13 martda işdən azad edilmişdir.Çünki əmri ona göstəriblər,o da getmişdir.

Tətbiq edilən hüquq normaları:

41. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2, 3-cü bənd: Həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır; Maddə 11, 1-ci hissə: Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək (b), işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək (c), işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək (d) Əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. Maddə 11, 2-ci hissə: İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Maddə 68, 1-ci hissə: Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə 68, 2-ci hissə a) bəndi: Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; Maddə 70, “ç” bəndi: İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Maddə 71, 2-ci hissə: Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; Maddə 71, 3-cü hissə: İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddələr 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Apellyasiya baxışının hədləri

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

45. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası qətnamənin qanuniliyini və əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir.

47. Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin xx.xx.2024-cü il tarixli 20 nömrəli “Mal-material çatışmazlığı haqqında” əmrdən çıxarışdan görünür ki, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixidə daxil olmaqla xəstə olduğu üçün öz vəzifəsini yerinə yetirə bilmədiyinə görə bu vəzifə bu vəzifə müvəqqəti olaraq Nümayəndə həvalə edilmişdir. “Aktivlərin inventarizasiyası Qaydaları”na əsasən məktəbdə aparılan invertarizasiya nəticəsində bir sıra çatışmamazlıqlar aşkar edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində “Element YT" QSC-nin nümayədəsi X16 akt vasitəsilə bir ədəd yanğın mühafizə təyinatlı nərdivan təhvil almışdır. X32 vitse-prezident Leyla xanım Əliyeva tərəfindən məktəbə 120 diaqonal ölçüdə plazma ekranlı televizor hədiyyə edilmişdir. Yoxlama zamanı nərdivan və televzorun mövcud olmadığı aşkar olunmuşdur. Bu barədə İddiaçı izahat tələb olunmuş, ancaq o izahat yazmaqdan imtina etmiş və göstərilən malların harada olması haqqında məlumat verməmişdir və beləliklə Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə əsasən mülkiyyətçiyə maddi ziyan vurmuşdur. Bütün bunları və Əmək Məcəlləsinin 194, 199 və 202-ci maddələrini nəzərə alaraq, alınmış əsas vəsaitlərin qəsdən məktəbin hesabına mədaxil etmədiyinə görə təsərrüfat işləri üzrə direktor müavini İddiaçı Gülabbas oğluna “Şiddətli Töhmət” verilməsi, dəymiş maddi ziyanın dəqiqləşdirilməsi və bu işlərə hüquqi qiymət verilməsi əmr edilmişdir.

48. Bundan sonra, Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin tədris işləri üzrə direktor müavinləri Şahid5 və Şahid2, tərbiyə işləri üzrə direktor müavini Şahid6, həmkarlar komitəsinin sədri Şahid3 və texniki işçi Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı rəhbərliyin otağında 8 X33 münasibətiylə keçirilən kiçik toplatı zamanı məktəbin işçisi Nümayəndə təhqir etmiş, onun şərəf və ləyaqətini alçatmışdır. O, bunu söyüş xarakterli əl hərələtləri ilə xanım əməkdaşların gözü qarşısında etmişdir. Bununla da, İddiaçı tərbiyəsizlik edərək, məktəbin etik normalarına və nizam-intizam qaydalarına zidd olaraq iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafeyini pozmuşdur.

49. Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin tədris işləri üzrə direktor müavinləri Şahid5 və Şahid2, həmkarlar komitəsinin sədri Şahid3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı xx.xx.2024-cü il tarixində kargüzarlıq otağına dəvət edilmiş və direktorun otağında xx.xx.2024-cü il tarixində baş vermiş hadisə ilə əlaqədar olaraq izahat yazması nəzərinə çatdırılmışdır. Lakin İddiaçı izahat yazmaqdan imtina etmişdir.

50. Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən məktəbin Həmkarlar Komitəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 406 saylı məktubda qeyd olunur ki, 05 mart 2024-cü il tarixində direktorun iş otağında bayram tədbiri ilə əlaqədar olaraq direktor müavinlərinin də iştirak etdiyi kiçik toplantı keçirilən zaman təsərrüfat işləri üzrə direktor müavini İddiaçı etik qaydalarından kənara çıxaraq məktəbin işçisi Nümayəndə təhqir etmişdir. Əmək Məcəlləsinin 10-cu maddəsinin b və e bəndlərinin (Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri: b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq) tələblərini kobudcasına pozaraq, nalayiq hərəkətlər etməklə söyüş xarakterli ifadələr işlətmişdir. xx.xx.2024-cü il tarixində “Şiddətli töhmət” almasına baxmayaraq Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən əmək vəzifəsini kobud şəkildə pozmuşdur (Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması). Bütün bunlar barədə akt tərtib edilmiş, izahatlar alınmışdır. Tərtib edilmiş aktı, izahatları və xx.xx.2024-cü il tarixində aldığı “Şiddətli töhmət”i nəzərə alaraq təsərrüfat işləri üzrə direktor müavini İddiaçı işdə qalıb-qalmaması məsələsini məktəbin həmkarlar ittifaqı komitəsinin iclasında müzakirə etməyinizi və münasibət bildirilməsi xahiş edilmişdir.

51. Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin Həmkarlar İttifaqı Komitəsinin idarə heyətinin iclasının xx.xx.2024-cü il tarixli 3 saylı protokolundan görünür ki, sədr Şahid3, katib X18, üzvlət X4, X19, X13, X39 və X17 iştirakı ilə keçirən iclasın sonunda məktəbin təsərrüfat işləri üzrə direktor müqavini İddiaçı işdən çıxarılması qanunauyğun hesab edilib, etiraz etməyiblər.

52. Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin “əmək müqaviləsinə xitam verilməsi” haqqında xx.xx.2024-cü il tarixli 72 saylı əmrindən görünür ki, "İnzibati idarə heyəti" bölməsində "təsərrüfat işləri üzrə direktor müavini" vəzifəsində işləyən İddiaçı Gülabas oğlu ilə bağlanılmış xxxxxxx000200 əmək müqaviləsinə “AR ƏMnin 70." ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan tallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir.

53. Əmri qanunsuz hesab edən iddiaçı mövqeyini onunla əsaslandırır ki, o, qərəzli olaraq işdən çıxarılmışdır, iddiaçının xadimə Nümayəndə təhqir etməyi direktorun ağlasığmaz qərəzli uydurması, onu işdən azad etmək üçün əvvəlcədən düşünülmüş bir bəhanədir, işdən çıxmağı barədə əmrin surətini ona məktəbin həmkarlar təşkilatının sədri Şahid3 xx.xx.2024-cü il tarixdə həmkarlar ittifaqının iclasından əvvəl göstərmişdir.

54. Kollegiya qeyd edir ki, Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən məktəbin Həmkarlar Komitəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 406 saylı məktubdan aydın görünür ki, xx.xx.2024-cü il tarixində aldığı “Şiddətli töhmət”i nəzərə alaraq təsərrüfat işləri üzrə direktor müavini İddiaçı 05 mart 2024-cü il tarixində direktorun iş otağında bayram tədbiri ilə əlaqədar olaraq direktor müavinlərinin də iştirak etdiyi kiçik toplantı keçirilən zaman icra intizamnını pozaraq digər işçini təhqir etməsini əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması kimi nəzərə alınması xahiş olunmuşdur.

55. Göründüyü kimi, İddiaçı Gülabbas oğlunun işdən azad edilməsi onun barəsində şiddətli töhmətin olmasına baxmayaraq intizam tənbehinin verilməsindən 6 ay ərzində əmək intizamını pozması olmuşdur. Nəticədə işləyən İddiaçı Gülabas oğlu ilə bağlanılmış xxxxxxx000200 əmək müqaviləsinə “AR ƏM-nin 70." ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan tallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir.

56. İşə baxan məhkəmə isə formal əsaslardan yanaşaraq əmri ləğv etmişdir. Məhkənin mövqeyi belə olmuşdur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biri kimi həmçinin, onun xx.xx.2024-cü il tarixli “Şiddətli töhmət”dən nəticə çıxarmayaraq rəhbərliyə məlumat vermədən saat 09:25 radələrində üzürsüz səbəbdən iş yerini tərk etməsi olmuşdur. Lakin cavabdeh həmin əsasla iddiaçını işdən azad etməsi üçün qanunvericiliklə müəyyən edilən tələblərə əməl etməmiş, iddiaçının iş yerini tərk etməsi səbəbi ilə bağlı ondan izahat tələb etməmiş, həmin halla bağlı X5 qabaqcadan razılığı alınmamışdır. Güründüyü kimi əmrin qəbul edilməsi əsasları ilə Həmkarlar İttifaqı Komitəsinin müzakirəsinə təqdim edilmiş məsələlər fərqli olmaqla, əmrdə komitənin müzakirəsinə təqdim edilməmiş əsaslar göstərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirlən əmr qanunamüvafiq qaydada tərtib edilməmişdir.

57. Kollegiya işə baxan məhkəmənin mövqeyi ilə razılaşmır. Çünki işdə eyni nömrəli və tarixli əmr əmrdən çıxarış vardır.

58. Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin “əmək müqaviləsinə xitam verilməsi” haqqında xx.xx.2024-cü il tarixli 72 saylı əmrdən görünür ki, "İnzibati idarə heyəti" bölməsində "təsərrüfat işləri üzrə direktor müavini" vəzifəsində işləyən İddiaçı Gülabas oğlu ilə bağlanılmış xxxxxxx000200 əmək müqaviləsinə “AR ƏMnin 70." ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan tallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir.

59. Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin “əmək müqaviləsinə xitam verilməsi” haqqında xx.xx.2024-cü il tarixli 72 saylı əmrindən çıxarışdan görünür ki, 05 mart 2024-cü il tarixində direktorun iş otağında bayram tədbiri ilə əlaqədar olaraq direktor müavinlərinin də iştirak etdiyi kiçik toplantı keçirilən zaman təsərrüfat işləri üzrə direktor müavini İddiaçı etik qaydalarından kənara çıxaraq məktəbin işçisi Nümayəndə təhqir etmişdir. Əmək Məcəlləsinin 10-cu maddəsinin b və e bəndlərinin tələblərini kobudcasına pozaraq, nalayiq hərəkətlər etməklə söyüş xarakterli ifadələr işlətmişdir. 13 mart 2024-cü il tarixi saat 9:20 radələrində İddiaçı məktəb həmkarlar komitəsinin otağına dəvət edilmiş və bu məsələnin idarə heyətinin iclasında müzakirə ediləcəyi onun nəzərinə çatdırılmışdır. Bundan sonra İddiaçı məktəbin daxili nizam-intizam qaydalarını pozmuş, xx.xx.2024-cü il tarixində aldığı “Şiddətli töhmət”dən nəticə çıxarmayaraq rəhbərliyə məlumat vermədən saat 9:25 radələrində üzürsüz səbəbdən iş yerini tərk etmişdir. Qeyd olunanları nəzərə alaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən təsərrüfat işləri üzrə direktor müavini İddiaçıla bağlanmış əmək müqaviləsi 13 mart 2024-cü il tarixindən ləğv edilmişdir.

60. Göründüyü kimi əmrdən çıxarışda da qeyd olunur ki, Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin “əmək müqaviləsinə xitam verilməsi” haqqında xx.xx.2024-cü il tarixli 72 saylı əmrindən çıxarışdan görünür ki, 05 mart 2024-cü il tarixində direktorun iş otağında bayram tədbiri ilə əlaqədar olaraq direktor müavinlərinin də iştirak etdiyi kiçik toplantı keçirilən zaman təsərrüfat işləri üzrə direktor müavini İddiaçı etik qaydalarından kənara çıxaraq məktəbin işçisi Nümayəndə təhqir etmişdir. Sadəcə əlavə olaraq əmrdən çıxarışda qeyd edilmişdir ki, 13 mart 2024-cü il tarixi saat 9:20 radələrində İddiaçı məktəb həmkarlar komitəsinin otağına dəvət edilmiş və bu məsələnin idarə heyətinin iclasında müzakirə ediləcəyi onun nəzərinə çatdırılsa da, o , üzürsüz səbəbdən iş yerini tərk etmişdir.

61. Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsası iddiaçının xx.xx.2024-cü il tarixində aldığı “Şiddətli töhmət”dən nəticə çıxarmayaraq 05 mart 2024-cü il tarixdə direktorun iş otağında bayram tədbiri ilə əlaqədar kiçik toplantı keçirilən zaman təsərrüfat işləri üzrə direktor müavini İddiaçı etik qaydalarından kənara çıxaraq məktəbin işçisi Nümayəndə təhqir etməsi, Əmək Məcəlləsinin 10-cu maddəsinin b və e bəndlərinin tələblərini kobudcasına pozaraq, nalayiq hərəkətlər etməklə söyüş xarakterli ifadələr işlətməsi olmuşdur.

62. Kollegiya qeyd edir ki, xx.xx.2024-cü il tarixli 72 saylı əmrdən çıxarışın mətninə İddiaçı rəhbərliyə məlumat vermədən saat 09:25 radələrində üzürsüz səbəbdən iş yerini tərk etməsinin də daxil edilməsi, əmrin verilməsinə əsas olan halların məhz iddiaçının xx.xx.2024-cü il tarixində aldığı “Şiddətli töhmət”dən nəticə çıxarmayaraq 05 mart 2024-cü il tarixdə etik davranış qaydalarını pozması ilə bağlı olması ilə əlaqədar işin faktiki hallarını dəyişmir.

63. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir.

64. Göründüyü kimi əmək müqaviləsinə xitam verilməsinə dair əmrin verilməsinə əsas olan hal – Əmək məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində göstərilən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması halı iş materialları ilə öz təsdiqini tapmış, iddiaçıya xx.xx.2024-cü il tarixində aldığı “Şiddətli töhmət” növündə intizam tənbehi verilməsinə baxmayaraq o, 05 mart 2024-cü il tarixdə məktəbin işçisi Nümayəndə təhqir edərək, həmçinin nalayiq və qeyri etik ifadələr işlədərək Əmək Məcəlləsinin 10-cu maddəsinin b və e bəndlərinin tələblərini pozmuşdur və qeyd edilən hallar iş materiallarına əlavə edilmiş çoxsaylı aktlar, protokollar, izahatlar, töhmət əmri, həmkarlar ittifaqının rəy və qərarı, şahid ifadələri ilə öz təsdiqini tapır.

65. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə iddiaçının direktorun otağında səsləndirdiyi fikirlər və etdiyi əl-qol hərəkətləri məktəbin işçisi olan Nümayəndə təhqir edilməsi kimi qiymətləndirilə bilməz.

66. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, məhkəmə iclasında dindirilmiş şahidlər həmin ifadələrin təhqiramiz, qeyri-etik söyüşlərdən ibarət olduğunu təsdiq etmişdir. Buna görə də kollegiya hesab edir ki, məhkəmənin şahidlərin iddiaçı tərəfindən səsləndirilən fikirləri tam və aydın şəkildə ifadə edə bilməmələrinə istinad edərək belə qənaətə gəlməsi əsaslı hesab edilə bilməz.

67. Digər tərəfdən, iddiaçı barəsində xx.xx.2024-cü il tarixli 20 saylı “Şiddətli töhmət” verilməsi barədə əmrin verilməsinə səbəb “Aktivlərin inventarizasiyası Qaydaları”na əsasən məktəbdə aparılan invertarizasiya nəticəsində bir sıra çatışmamazlıqlar aşkar edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində “Element YT" QSC-nin nümayədəsi X16 akt vasitəsilə bir ədəd yanğın mühafizə təyinatlı nərdivan təhvil almasına, məktəbə 120 diaqonal ölçüdə plazma ekranlı televizor hədiyyə edilməsinə baxmayaraq, yoxlama zamanı nərdivan və televzorun mövcud olmadığı aşkar olunmuşdur.

68. Məhkəmə qeyd etmişdir ki, iş materialları və şahid ifadələri ilə həmin televizorun yararsız olub-olmaması, onun modeli, dioqanalı və s. keyfiyyətləri barədə dəqiq məlumat verilməmiş, şahidlərin əksəriyyəti ümumiyyətlə qeyd edilən televizoru şəxsən görmədiklərini bildirmişlər və bununla bağlı müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir.

69. Kollegiya bununla bağlı qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 438/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi, X8 barəsində seçilmiş “başqa yerə getməmək naqqında iltizam" qətimkan tədbiri xitam olunması, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi, İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək Haqqında iltizam” qətimkan tədbiri xitam olunması, cinayət işi üzrə maddi sübut olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində təsərrüfat işləri üzrə sabiq direktor müavini İddiaçı tərəfindən tərtib edilərək məktəbin sabiq direktoru X20 tərəfindən təsdiq edilmiş 2020-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2021-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2022-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul aylarının “İş axtının uçotu tabel”ləri, həmçinin texniki işçilərin 2020, 2021 və 2022-ci illər üzrə işə davamiyyət kitabları cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir.

70. Bakı şəhəri Nizami rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında” qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Sağlamlıq X23 üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin qabaqcadan əlbir olan bir qrup vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə, xeyli miqdarda özgə əmlakının təkrarən mənimsənilməsi və tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi faktları üzrə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə İddiaçı barəsində dövlət əmlakının mənimsənilməsi faktına dair icraata Azərbaycan Respublikası CM-nin 74, CMPnin isə 40.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə olan hissədə xitam verilmişdir.

71. Həmin qərarlardan görünür ki, İddiaçı ona elan olunmuş AR CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verilməsini xahiş etmiş, nəticədə İddiaçı barəsində dövlət əmlakının mənimsənilməsi faktına dair icraata bəraətverici əsaslarla deyil, yalnız müddətin keçməsi səbəbindən xitam verilməsinə dair qərar qəbul edilmişdir.

72. Kollegiya xüsusi olaraq qeyd edir ki, hazırki halda iddiaçıya ““Şiddətli Töhmət” növündə intizam tənbeh verilməsinə əsas olmuş hallar müzakirə predmeti deyil. Çünki iddiaçı barəsində verilmiş şiddətli töhmət əmrini mübahisələndirməmişdir.

73. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhkəməyə iddiaçının Həmkarlar İttifaqı Komitəsinin iclası barədə məlumatlı olması barədə rəsmi sübut təqdim edilməməsi barədə mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı iddia ərizəsində də təsdiq etmişdir ki, xx.xx.2024-cü il tarixdə məktəbin həmkarlar təşkilatının sədri Şahid3 onu yanına çağıraraq “xx.xx.2024-cü il tarixdə sənin işdən azad edilməyin barədə iclas keçiriləcəyi barədə məlumatlandırmışdır.

74. Kollegiya qeyd edir ki, iddiaçının Ərəstun Həsənovun bu barədə ona əvvəlcədən barəsində tərtib edilmiş əmri də göstərməsi ilə bağlı dəlili hər hansı bir mötəbər sübutla öz təsdini tapmır.

75. Beləliklə, məhkəmə kollegiyası işin müəyyən edilmiş fakitki hallarına və qanuvericiliyin istinad olunan normalarına əsasən hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, həmkarlar ittifaqının iclası barədə iddiaçıya məlumat verilmiş, X12ndan qabaqcadan razılığ alınmış, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi gündən qanunla müəyyən edilmiş müddət ərzində verilmişdir. Buna görə də əmrin ləğvi üzrə iddia tələbi əsassız olmaqla təmin edilə bilməz.

76. Bu kontekstə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddia tələbini təmin edərkən işin faktiki hallarına düzgün qiymət verməmiş, göstərilən xüsusatlara dair həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, qətnamə iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmamışdır. Buna görə də qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir.

77. Beləliklə, kollegiya hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddia tələbi əmrin ləğv edilməsi hissəsində əsassız olduğundan, həmin tələbdən törəmə xarakterli olan digər tələblər - işə bərpa və məcburi buraxma günlərinə görə əmək haqqının ödənilməsi hissəsində də təmin edilə bilməz.

78. Qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-108/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. 79.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Sağlamlıq X23 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-108/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar