Məhkəmə qərarları › İş №2(103)-2923/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2923/2023

05.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2923/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab olunması, əmək müqaviləsinin müddətindən artıq iş günlərinə görə əmək haqqının və işsiz qalmağa görə birdəfəlik müavinətin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin baş direktorunun xx.xx.2022-ci il tarixli K/211 №-li əmri etibarsız hesab edilsin, iddiaçının əmək müqaviləsində müəyyən edilmiş müddətdən artıq işlədildiyi günlər üçün əmək haqqı və işsiz qaldığı üçün əmək haqqının üç misli miqdarında müavinət cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı cavabdeh təşkilatda xadimə işləyib. Onunla bağlanmış əmək müqaviləsi işəğötürənin (cavabdehin baş derektorunun) xx.xx.2022-ci il tarixli K/211 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, yəni əmək müqaviləsinin müddətinin bitməsinə görə ləğv edilib. Belə ki, əmək müqaviləsi müddətli olub və müddət bitib. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə görə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. İddia tələbi onunla əsaslandırılıb ki, əmək müqaviləsinin ləğv edilməsi qərəzli münasibətin nəticəsidir. Lakin belə halın mövcud olduğu müəyyən edilmir, əmək müqaviləsinin müddətinin bitməsi əmək müqaviləsinin ləğvi üçün əsasdır. İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi Əmək Məcəlləsinin 165-ci maddəsində nəzərdə tutulub, lakin iddiaçının iş vaxtından artıq vaxtda iş gördüyü müəyyən edilmir. Beləliklə, iddia əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar