Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2929/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 iştirakı ilə, İddiaçı X4 cavabdehlər "xxxx" MMC-yə, LPO Cavabdeh1 ASC-yə və Cavabdeh2nə qarşı “Hərracın nəticələrinin və qiymətləndirmənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-190/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Əmrəli oğlu iddia ərizəsi və sonradan tələbin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “X9” MMC (yeni adı ilə Cavabdeh4 MMC) tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin satılması üçün keçirilən baş tutmamış xx.xx.2018-ci il tarixli birinci və xx.xx.2018-ci il tarixli ikinci hərracların və “X8” MMC ilə Cavabdeh1 ASC arasında imzalanmış xx.xx.2018-ci il tarixli hərracın yekunları barədə 106/2 nömrəli Protokolun etibarsız hesab edilməsi, habelə ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi üzərində Cavabdeh1 ASC-nin mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi və həmin ev üzərində iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-190/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh “X9” MMC (yeni adı ilə Cavabdeh4 MMC) tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin satılması üçün keçirilən baş tutmamış birinci xx.xx.2018-ci il və ikinci xx.xx.2018-ci il tarixli hərracları və “X9” MMC ilə Cavabdeh1 ASC arasında imzalanmış xx.xx.2018-ci il tarixli hərracın yekunları barədə 106/2 nömrəli Protokolun etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi üzərində Cavabdeh1 ASCnin mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsin, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi üzərində iddiaçı X3 mülkiyyət hüquqlarının bərpa edilməsi qət edilmişdir. Cavabdeh1 ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Daha sonra Cavabdeh1 ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının və X7 məhkəmə qətnaməsi ilə qət olunmuş kredit borcunu tam olaraq ödədiyini, bu səbəbdən apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdehlər isə nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə işə, o cümlədən qeyd edilən ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, Cavabdeh1 ASC-nin apellyasiya şikayətindən imtinası qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur; 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər; 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 ASC-nin qeyd edilən qətnamədən verdiyi apellyasiya şikayətindən imtina etməsi qanuna zidd olmadığından qəbul olunmalı və Cavabdeh1 ASC-yə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263- 264-cü, 369-cu, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-190/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 ASC-nin apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2929/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2929/2023
18.05.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver