Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2941/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: özbaşına tikiliyə köçürülmə və sair) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-280/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)74/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X13 ilə Cavabdeh1 arasında xx.xx.1996-cı il tarixdə Saatlı rayon Xanlarkənd İƏV-də bağlanmış və 06 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir;
2. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə Cavabdeh1 arasında bağlanmış nikahın ləğv edilməsi barədə akt qeydləri kitabında 220 nömrə ilə xx.xx.2013-cü il tarixdə qeyd aparılmışdır;
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-1(103)-2049/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, üçüncü şəxs İddiaçı tərəfindən verilmiş ərizənin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8537/2022 saylı, xx.xx.2022ci il tarixli qərarının icrasında dönüş edilməsi, üçüncü şəxs İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi, ev 61A ünvanına qeydiyyatının bərpa edilməsi qərara alınmışdır;
4. Azərbaycan Respublikasi Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfati Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərüfati Birliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ərazi üzrə 18 saylı Mənzil-Kommunal İstismar Sahəsinin verdiyi məlumata əsasən onlarda yuxarıda qeyd olunan fərdi yaşayış evinə aid heç bir hüquq müəyyənedici sənəd yoxdur. Evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Fərdi evdə yalnız Cavabdeh2 xx.xx.2024-cü il tarixindən qeydiyyatdadır;
5. Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxs müəyyən edilməmişdir;
6. Cavabdeh1, şahidlər X9, X3, X12, X8 və X2 imzaları ilə təsdiq edilmiş yazılı ərizənin surətindən görünür ki, Cavabdeh1 hal-hazırda qeydiyyatda olduğu 34 m2 tikili, həyətyanı sahəsi 25 m2 olan mənzilini xx.xx.2022-ci il tarixində 28000 manata satmağa razılaşıb və xx.xx.2022-ci il tarixində Cavabdeh2 200 manat beh alıb. Əgər razılaşmanı beh verən tərəf Cavabdeh2 pozarsa, verdiyi beh batır, yox, əgər beh alan Cavabdeh1 pozarsa, aldığı behi 2 misli olaraq, yəni 4000 manat geri qaytarır.
7. 18 saylı MKİS tərəfindən təsdiq edilmiş layihənin surətindən görünür ki, A.Qərib küçəsi, 61A saylı Cavabdeh2 yaşadığı evin eskizi təsdiq edilmişdir;
8. Məhkəmə tərəfindən 29 oktyabr 2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə keçirilmiş yerli baxış protokolundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 2 mərtəbəlidir. 2-ci mərtəbə sonradan evin yeni sahibi tərəfindən inşa edilmişdir. 1-ci mərtəbə 2 otaqdan ibarətdir. Fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən otaqların birindən evin arxa tərəfindən yerləşən təxminən 35-40 kv.m-lik həyətə çıxış vardır. 2-ci mərtəbənin sahəsi təxminən 60 kv.m-dir. Əlavə olaraq baxış keçirilən zaman müəyyən olunmuşdur ki, hər iki mərtəbə də Cavabdeh2 tərəfindən tələbələrə kirayə verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun (İddiaçı) Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi, ev 61A ünvanında yerləşən fərdi yaşayış evindən istifadə etməsinə cavabdehlərin (Cavabdeh1 və digər şəxslərin) maneçilik edilməsinə son qoyulması, digər şəxslərin həmin yaşayış sahəsindən çıxarılmaları və həmin yaşayış evinə köçürülməsi, cavabdehlər tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi, ev 61A ünvanında yerləşən fərdi yaşayış evinin 2-ci mərtəbəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi, hüquqi yardım üçün ödənilmiş 200 manat və ödənilmiş 100 manat dövlət rüsumunun, cəmi 300 manat məbləğində pulun 1-ci Cavabdeh1 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Sonradan iddiaçı məhkəməyə ərizə verərək əsl olmayan cavabdeh X4 əsl Cavabdeh2 ilə əvəz edilməsini xahiş etmişdir.
11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda 1-ci cavabdeh olan Cavabdeh1 ilə 1994-cü ildə Saatlı rayonunun Xanlarkənd kəndində faktiki olaraq ailə qurmuşlar, lakin nikahı 1996-cı ildə rəsmiləşdirmişlər, 1-ci cavabdehlə ailə qurduqdan sonra 3-4 il müddətində həmin kənddə yaşamışlar. Bir müddət kənddə yaşadıqdan sonra Bakı şəhərinə köçmək qərarına gəldilər. Təxminən 1998-ci ilin yay aylarında 1-ci Cavabdeh1 ilə birlikdə Bakı şəhərinə köçdülər, bir müddət kirayədə yaşadıqdan sonra ünvan 3 ünvanda olan 2 otaqlı özbaşına tikilini satın almışlar. Həmin evdə 6-7 il qeydiyyatsız yaşadıqdan sonra 2005-ci ildə məhkəmə qətnaməsinə əsasən həmin mənzilə qeydiyyata düşmüşlər. Uzun müddət (təxminən 13-14 il) həmin evdə birgə yaşamışlar, lakin ailə münasibətlərində problemləri olduğundan (uşaqlarının olmaması və onun özünün bəzi qeyri-etik hərəkətləri səbəbindən) 2012-ci ildə məhkəmə qaydasında boşanmışlar. Boşanmadan sonra 3-4 il müddətində (təxminən 2016-cı ilədək) cavabdehlə birlikdə həmin 2 otaqlı evdə, lakin ayrı-ayrı otaqlarda yaşamışlar, o, evin bir otağında yaşamış, keçmiş əri Rafiq isə qardaşı ilə birlikdə digər otaqda yaşamışdır. Onun bütün cehiz əşyaları da həmin otaqlarda olmuşdur. Hazırda 1-ci cavabdeh olan keçmiş əri Rafiqin ona qarşı olan təzyiq və təhdidlərinə dözməyərək 2016-cı ildə yaşadığı həmin evdən çıxmağa məcbur olmuşdur. Təxminən bir il yaxın qohumlarının evlərində yaşamışdır. Lakin cavabdeh Rafiq ondan yenə də əl çəkməmiş, təhdidlərini davam etdirmiş və bu səbəbdən də ölkəni tərk etməyə məcbur olmuşdur. O, həmin yaşayış sahəsindən çıxmağa məcbur olanda cavabdehlə belə razılığa gəlmişdilər ki, əgər evləri yerləşən həmin ərazi sökülərsə, əldə olunan məbləği aralarında bərabər bölərlər və yaxud, əgər bazar qiymətinə uyğun onun razılığıyla satılarsa, yenə də əldə olunmuş pul vəsaitini yarıbayarı bölərlər. Lakin 2022-ci ilin sonlarında ona məlum oldu ki, cavabdeh onun razılığı olmadan birgə nikah müddətində aldıqları həmin yaşayış evini bazar qiymətindən ucuz qiymətə satmışdır. Həmin evin bazar qiyməti təxminən 55-60 min manat civarında olsa da, cavabdeh həmin evi çox ucuz qiymətə satmış və pullarını da özü üçün almışdır. Həmin 2 otaqlı evin 2-ci mərtəbəsini (evin həyətyanı sahəsi ilə birlikdə) isə yeni sakinlər qanunsuz olaraq tikmişlər və hazırda həmin evdə kənar şəxslər yaşayırlar. 2-ci mərtəbəyə evin içindən pilləkənlə qalxmaq mümkündür. Hal-hazırda müvəqqəti olaraq Avstriya Respublikasında yaşayır və işləyir. Boşanmadan sonra ailə qurmamışdır, cehiz əşyaları isə hazırda mübahisəli ünvanda olan 2 otaqlı evində qalmışdır. Onun həmin yaşayış sahəsindən başqa yeri yoxdur. Hazırda Azərbaycan Respublikasına qayıtmaq istəyir və yeganə yaşayış yeri olan həmin evə köçmək istəyir. Lakin cavabdehlərin qanunsuz hərəkətləri və özbaşınalıqları nəticəsində yaşayış yerindən, yəni mənzilindən məhrum olunmuşdur. Azərbaycan Respublikasının vətəndaşı olaraq hüquqları kobud şəkildə pozulmuş olur. Əlavə olaraq 1-ci cavabdeh Rafıq Bayramov onun yaşayış yeri üzrə olan həmin ünvandan qeydiyyatdan çıxarılması barədə Nərimanov Rayon Polis İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, onun iddia tələbi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8537/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilsə də, həmin qərardan verdiyi apellyasiya şikayəti təmin edilmiş, adı çəkilən qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2049/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilmiş və iddia tələbi təmin edilməmişdir. Həmin qərar qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Hazırda həmin ünvana qeydiyyatı bərpa olunmalıdır. Bir daha bildirir ki, iddiaçı Cavabdeh1 həmin evin mülkiyyətçisi deyil, həmin yaşayış evi cavabdehlə onun istifadəsində olmuşdur. Eyni zamanda da 2-ci cavabdehin ailə üzvləri ilə birlikdə faktiki olaraq ona aid olan həmin evdən çıxmasını tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Belə hesab edir ki, ünvan 3 ünvanda olan bir mərtəbəli, 2 otaqlı yaşayış evindən istifadə etməsinə edilən maneçiliklərə son qoyulmalı və o, həmin yaşayış sahəsinə köçürülməlidir. 2-ci cavabdeh və digər şəxslər ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılmalıdırlar. Eyni zamanda da həmin bir mərtəbəli yaşayış evinin üstündə cavabdehlər tərəfindən qanunsuz olaraq inşa edilən 2-ci mərtəbədə olan tikililər onların hesabına sökülməlidir.
12. Cavabdeh1 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia müddəti ötürüldüyü üçün iddianın rədd edilməsini xahiş etmişdir.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-280/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “özbaşına tikiliyə köçürülmə və sair” tələbinə dair iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1, 152.2, 152.3, 162, 164, 180.1, 180.2, 225.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, 36.1, 36.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Qərarına, zərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Şirinovun şikayəti üzrə 30 noyabr 2018-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.Bünnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlarına, Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 şikayət verərək qətnamənin ləğv edilməsi, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında iddia tələbinin təmin olunması, yəni İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi, ev 61A ünvanında yerləşən fərdi yaşayış evindən istifadə etməyinə cavabdehlərin (Cavabdeh1 və X5 (Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) maneçilik etməsinə son qoyulması, cavabdehlərin və digər şəxslərin həmin yaşayış sahəsindən çıxarılmaları, iddiaçının həmin yaşayış evinə köçürülməsi, cavabdehlər tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi, ev 61A ünvanında yerləşən fərdi yaşayış evinin 2-ci mərtəbəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi, hüquqi yardım üçün ödənilmiş 200 (iki yüz) manat və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun, cəmi 300 (üç yüz) manat məbləğində pulun 1-ci Cavabdeh1 iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, işin faktiki hallarının məhkəmənin gəldiyi nəticələrə uyğun olmaması ilə əlaqədar olaraq tam qanunsuz və əsassız hesab edir. Belə ki, iddia ərizəsində və məhkəmə iclasında da qeyd olunmuşdur ki, hazırda 1-ci cavabdeh olan Cavabdeh1 ilə 1994-cü ildə Saatlı rayonunun Xanlarkənd kəndində faktiki olaraq ailə qurmuşlar, lakin nikah 1996-cı ildə rəsmiləşdirmişdir. 1-ci cavabdehlə ailə qurduqdan sonra 3-4 il müddətində həmin kənddə yaşamışlar. Bir müddət kənddə yaşadıqdan sonra Bakı şəhərinə köçmək qərarına gəliblər. Təxminən 1998-ci ilin yay aylarında 1-ci Cavabdeh1 ilə birlikdə Bakı şəhərinə köçərək, bir müddət kirayədə yaşadıqdan sonra ünvan 5 ünvanda olan 2 otaqlı özbaşına tikilini satın alıblar. Həmin evdə 6-7 il qeydiyyatsız yaşadıqdan sonra 2005-ci ildə məhkəmə qətnaməsinə əsasən həmin mənzilə qeydiyyata düşmüşlər. Uzun müddət (təxminən 13-14 il) həmin evdə birgə yaşamış, lakin ailə münasibətlərində problemləri olduğundan (uşaqlarının olmaması və cavabdehin bəzi qeyri-etik hərəkətləri səbəbindən) 2012-ci ildə məhkəmə qaydasında boşanmışlar. Boşanmadan sonra 3-4 il müddətində (təxminən 2016-cı ilədək) cavabdehlə birlikdə həmin 2 otaqlı evdə, lakin ayrı-ayrı otaqlarda yaşamışlar, iddiaçı evin bir otağında yaşamış, keçmiş əri Rafiq isə qardaşı ilə birlikdə digər otaqda yaşamışdır. İddiaçının bütün cehiz əşyaları da həmin otaqlarda olmuşdur. Hazırda 1-ci cavabdeh olan keçmiş əri Rafiqin ona qarşı olan təzyiq və təhdidlərinə dözməyərək 2016-cı ildə yaşadığı həmin evdən çıxmağa məcbur olmuşdur. Təxminən bir il yaxın qohumlarının evlərində yaşamışdır. Lakin cavabdeh Rafiq iddiaçıdan yenə də əl çəkməmiş, təhdidlərini davam etdirmiş və bu səbəbdən də ölkəni tərk etməyə məcbur olmuşdur. İddiaçı həmin yaşayış sahəsindən çıxmağa məcbur olanda cavabdehlə belə razılığa gəlmişdilər ki, əgər ev yerləşən həmin ərazi sökülərsə, əldə olunan məbləği aralarında bərabər böləcəklər və yaxud əgər bazar qiymətinə uyğun iddiaçının razılığı ilə satılarsa, yenə də əldə olunmuş pul vəsaitini yarıbayarı böləcəklər. Lakin 2022-ci ilin sonlarında iddiaçıya məlum olub ki, cavabdeh iddiaçının razılığı olmadan birgə nikah müddətində aldıqları həmin yaşayış evini bazar qiymətindən ucuz qiymətə satmışdır. Həmin evin bazar qiyməti təxminən 55-60 min manat civarında olsa da, cavabdeh həmin evi çox ucuz qiymətə satmış və pullarını da özü üçün almışdır. Həmin 2 otaqlı evin 2-ci mərtəbəsini (evin həyətyanı sahəsi ilə birlikdə) isə yeni sakinlər qanunsuz olaraq tikmişlər və hazırda həmin evdə kənar şəxslər yaşayırlar. 2-ci mərtəbəyə evin içindən pilləkənlə qalxmaq mümkündür. Bildirir ki, hal-hazırda müvəqqəti olaraq Avstriya Respublikasında yaşayır və xəstədir, müalicə alır, sağaldıqdan sonra Azərbaycana- Bakı şəhərinə qayıtmaq istəyir. Boşanmadan sonra ailə qurmamışdır, cehiz əşyaları isə hazırda mübahisəli ünvanda olan 2 otaqlı evində qalmışdır. Həmin yaşayış sahəsindən başqa yeri yoxdur. Hazırda Azərbaycan Respublikasına qayıtmaq istəyir və yeganə yaşayış yeri olan həmin evə köçmək istəyir. Lakin cavabdehlərin qanunsuz hərəkətləri və özbaşnalıqları nəticəsində yaşayış yerimdən, yəni mənzilindən məhrum olmuşdur. Azərbaycan Respublikasının vətəndaşı olaraq hüquqları kobud şəkildə pozulmuş olur. Əlavə olaraq 1ci Cavabdeh1 iddiaçının yaşayış yeri üzrə olan həmin ünvandan qeydiyyatdan çıxarılmağı barədə Nərimanov Rayon Polis İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, onun iddia tələbi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8537/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə təmin edilsə də, həmin Qərardan verdiyi apellyasiya şikayəti təmin edilmiş, adı çəkilən Qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2049/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. Həmin Qərar qanuni qüvvəsini aldıqdan sonra icraya (icranın dönüşü qaydasında) yönəldilmişdir. Hal-hazırda həmin ünvana qeydiyyatı bərpa olunmaqdadır (məhkəmə aktlarının surətini birinci instansiya məhkəməsində təqdim etmişdir). Bildirir ki, iddiaçı Cavabdeh1 həmin evin mülkiyyətçisi deyil, həmin yaşayış evi cavabdehlə iddiaçının bərabər surətdə istifadəsində olmuşdur. Eyni zamanda da 2-ci cavabdehin Cavabdeh2 da ailə üzvləri ilə birlikdə faktiki olaraq iddiaçıya aid olan həmin evdən çıxmalıdırlar. Onun həmin ünvana qeydiyyatı tam qanunsuzdur. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində faktiki olaraq mülkiyyətində olan yaşayış evindən məhrum olmasını, ona xeyli miqdarda maddi və mənəvi ziyan dəydiyini bildirir. Bundan başqa, bu müddətdə 1-ci Cavabdeh1 qanunsuz hərəkətləri və özbaşnalıqları nəticəsində əsəbləri pozulmuş,əsəb sarsıntısı keçırmiş, mənəvi iztirablar çəkmişdir. Belə hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib kücəsində yerləşən, 6 1Asaylı ünvanda olan bir mərtəbəli, 2 otaqlı yaşayış evindən istifadə etməyinə edilən maneçiliklərə son qoyulmalı və həmin yaşayış sahəsinə köçürülməlidir. 2-ci cavabdeh (X10) və digər şəxslər ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılmalıdırlar. Eyni zamanda da həmin bir mərtəbəli yaşayış evinin üstündə cavabdehlər tərəfindən qanunsuz olaraq inşa edilən 2-ci mərtəbədə olan tikililər onların hesabına sökülməlidir. Məhkəmə iclasında dəfələrlə cavabdehlərdən istifadə hüququ (qeydiyyatda da həmin ev olan ünvandadır) olan mübahisəli yaşayış evinin (ünvan: ünvan 7 dair rəsmi icazənin olmasına dair sənədləri məhkəməyə təqdim etsin. Lakin cavabdehlər belə bir sübutu məhkəməyə təqdim etməmişlər. Halbuki, iddiaçının razılığı olmadan 2-ci Cavabdeh2 həmin özbaşına tikili olan ünvana qeydiyyata alınması tam qanunsuzdur və istifadə hüququ olan həmin evə dair onun heç bir subyektiv hüququ yoxdur. Məhkəmə işin qeyd olunan halına qərəzli olaraq göz yummuşdur. Qeyd olunan hallara əsasən belə hesab edir ki, Bakı şəhəri,Nərimanov Rayon Məhkəməsinin 2(006)-280/2025 saylı, xx.xx.2025-ci il tarixli Qətnaməsi ləğv edilməli, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında iddia tələbinin (İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi, ev 61Aünvanında yerləşən fərdi yaşayış evindən istifadə istifadə etməyinə cavabdehlərin (Cavabdeh1 və X5) Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) maneçilik edilməsinə son qoyulması,cavabdehlərin və digər şəxslərin həmin yaşayış sahəsindən çıxarılmaları, iddiaçının həmin yaşayış evinə köçürülməsi, cavabdehlər tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi, ev 61A ünvanında yerləşən fərdi yaşayış evinin 2-ci mərtəbəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi, hüquqi yardım üçün ödənilmiş 200 (iki yüz) manat və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun, cəmi 300 (üç yüz) manat məbləğində pulun 1-ci Cavabdeh1 iddiaçının xeyrinə tutulması barədə) təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
20. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməmə səbəbi barədə hər hansı məlumat verməmişdir . Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
22. «İnsan Hüquqlarının və X7 haqqında» Avropa Konvensiyasının 1 No-li Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
23. Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
24. Maddə 152.2 sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
25. Maddə 152.3 istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
26. Maddə 162 əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir.
27. Maddə 164.1 sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
28. Maddı 164.2 sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
29. Maddə 225.1 ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
30. Maddə 180.1 tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
31. Maddə 180.2 özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin
32. Maddə 32. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
33. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
34. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, daşınmaz əşya üzərində ər-arvadın ümumi birgə mülkiyyət hüquqları ailə qanunvericiliyi ilə müəyyən edildiyinə görə, məhkəmələr tərəfindən, ər-arvadın ümumi birgə mülkiyyətini təşkil edən əmlak bölündükdə məhkəmə əmlak üzərində onların mülkiyyət hüquqlarının tanınması məsələsini deyil, ümumi əmlak üzərində mülkiyyətin növünün, başqa sözlə əmlakın hüquqi rejiminin dəyişdirilməsi məsələsini həll etmiş olur. Bu zaman əmlak üzərində ər-arvadın ümumi birgə mülkiyyəti ümumi əmlak üzərində onların hər birinin payı müəyyənləşdirilməklə paylı mülkiyyətə keçirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkməəsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
43. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-280/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
46. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
47. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.
48. İşin halları ilə müəyyən edilir ki, iddiaçı Cavabdeh1 ilə 1996-cı ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikah dövründə ünvan 2 saylı ünvanda yerləşən 2 otaqlı özbaşına tikilini satın almışlar. Tərəflər arasındakı nikah xx.xx.2012-ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuş, iddiaçı bir müddət mübahisələndirilən mənzildə yaşamış, 2017-ci ildən isə ölkədən getmişdir. Hazırda iddiaçı iddia tələbində və apellyasiya şikayətində evin onun razılığı olmadan üçüncü şəxsə satılmasına əsaslanaraq, həmin yaşayış evinə köçürülməsini, digər şəxslərin çıxarılmasını, özbaşına tikilinin artırılmış hissəsinin cavabdehlərin hesabına sökülməsini, hüquqi yardım üçün ödənilmiş 200 (iki yüz) manat və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun, cəmi 300 (üç yüz) manat məbləğində pulun Cavabdeh1 iddiaçının xeyrinə tutulmasını xahiş edir. Mübahisələndirilən mənzilin tərəflərin birgə nikah dövründə alınması və nikah pozulduqdan sonra üçüncü şəxsə satılması işin mübahisələndirilməyən halıdır. Bu hal həm iş materialları, həm də tərəflərin izahatları ilə təsdiq olunur.
49. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisələndirilən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi, ev 61A ünvanında yerləşən fərdi yaşayış evində əvvəllər iddiaçı keçmiş əri ilə yaşamış olsa da, həmin əmlak üzrə mülkiyyət hüquqlarına sahib olmamışlar. İddiaçı mübahisələndirilən evə köçürülməsini xahiş etsə də, onun mübahisəli fərdi yaşayış evinə sahiblik etməsi halı öz təsdiqini tapmamışdır. Müəyyən olunmuşdur ki, iddiaçı 2017-ci ildən ölkəni tərk etmiş, həmin dövrdən əmlaka faktiki olaraq sahiblik etməmiş, hazırda da xarici ölkədə, Avstriya dövlətində yaşamağa davam edir. Bu hal tərəflərin izahatları ilə də bir daha təsdiq olunur. İddiaçının mübahisələndirilən evdə qeydiyyatda olması belə mövcud vəziyyəti dəyişmir.
50. Kollegiya apellyasiya şikayətinin mübahisələndirilən əmlakın tərəflərin birgə nikahı dövründə əldə edilməsi ilə bağlı dəlilinə münasibətdə hesab edir ki, iddiaçı 10 ildən artıqdır ki, həmin evdə yaşamır. İddiaçının mübahisələndirilən mənzilin birgə nikah dövründə əldə edilməsini bildirməsinə və bu halın tərəflərin izahatları ilə də təsdiq olunmasına baxmayaraq, birinci instansiya məhkəməsinin mübahisələndirilən fərdi yaşayış evinin özbaşına tikili olduğundan, onunla bağlı nə iddiaçının, nə də onun keçmiş ərinin rəsmi mülkiyyət hüquqlarının olmamasına dair gəldiyi nəticə düzgün olmuşdur. Belə olan təqdirdə isə əmlakın birgə nikah dövründə əldə edilən əmlak kimi nəzərdən keçirilərək ər və arvadın müvafiq hüquqlarının müəyyən edilməsi də qeyri-mümkündür.
51. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçı tərəf torpaq sahəsinin və ya mübahisəli yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində cavabdehin və ya hər hansı şəxsin adına qeydə alınmasına dair heç bir sübut təqdim etməmişdir. Bu isə onu ehtiva edir ki, mübahisəli yaşayış sahəsi özbaşına inşa edilmə nəticəsində yaranmışdır və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçının mübahisəli evə dair hər hansı bir hüququ əmələ gəlməmişdir. Belə ki, insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlər mənzil hesab edilə bilməz. Çünki mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur.
52. Göründüyü kimi, işin halları ilə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olması, yəni heç bir hüquqmüəyyənedici sənədi olmaması və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən mülki dövriyyənin predmeti olmaması mübahisəsiz olaraq müəyyən edilir.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Şirinovun şikayəti üzrə 30 noyabr 2018-ci il tarixli Qərarına əsasən, mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. ... yaşayış sahələri yalnız “mülki dövriyyənin predmeti olduqda” mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri)
54. Kollegiya qeyd edir ki, iş materialları ilə təsdiq olunur ki, mübahisələndirilən fərdi yaşayış evi iddiaçının keçmiş əri olan Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır və onun tərəfindən iddiaçının qeyd etdiyi tikinti-təmir işlərinin aparılması da fərdi yaşayış evinin hazırda onun istifadəsində olmasına dəlalət edir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən yerli baxış keçirilərkən həmin evin Cavabdeh2 sahibliyində olduğu müəyyən edilmişdir. Evə 2 ilə yaxındır ki, Cavabdeh2 tərəfindən sahibliyin edilməsi, MKİS tərəfindən təsdiq edilmiş eskiz layihə ilə də təsdiq edilir. Lakin ev özbaşına tikili olduğundan cavabdeh tərəfindən alqı-satqını təsdiq edən sənəd, rəsmi yazılı, notarial qaydada hazırlanmış müqavilə məhkəməyə təqdim edilməmişdir.
55. Kollegiya qeyd edir ki, hazırkı işin halları ilə mübahisəli tikiliyə iddiaçının hər hansı hüququ mövcud olmadığı müəyyən edildiyindən, fərdi yaşayış evi ilə bağlı tələblərin, özbaşına tikiliyə köçürülmə, ondan istifadə etməsinə cavabdehlər tərəfindən maneçilik edilməsinə son qoyulması, digər şəxslərin həmin yaşayış sahəsindən çıxarılmaları, cavabdehlər tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi, ev 61A ünvanında yerləşən fərdi yaşayış evinin 2-ci mərtəbəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi tələblərinin və ondan törəyən digər (hüquqi yardım üçün ödənilmiş 200 manat və ödənilmiş 100 manat dövlət rüsumunun, cəmi 300 manat məbləğində pulun Cavabdeh1 onun xeyrinə tutulması) tələblərin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
57. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
58. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz.
59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
60. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-280/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.