Məhkəmə qərarları › İş №2(103)-2946/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2946/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2946/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı “xxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC-nin nümayənəsi X3, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı MMC-nin (bundan sonra “xxxx” MMC) Cavabdeh qarşı “borcun tutulması və tutmaın ipotek predmetinə yönəldilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC, cavabdeh Cavabdeh 25.971,86 ABŞ dolları əsas, 6109,27 ABŞ dolları faiz borcu olmaqla, cəmi 32.081,13 ABŞ dolları kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” QSC-nin xeyrinə tutulması; tutmanın cavabdehin mülkiyyətində olan “X8“ markalı, 90-ST844 dövlət qeydiyyat nişanlı (ban: İNMHSU81CDDU224982, rəngi: göy metal, buraxılış ili: 2013) avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin “xxxx” QSC-nin hesabına ödənilməsi, borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması; satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda, cavabdehə məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlakla tutmanı yönəldərək açıq hərracda satııması və satışdan əldə edilən vəsaitin “xxxx” QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 01315 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə 25.971,86 ABŞ dolları əsas, 6.109,27 ABŞ dolları faiz borcu olmaqla, cəmi 32.081,13 ABŞ dollarının (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq tutulsun) və ödənilmiş 30 manat ə dövlət rüsumu tutulub “xxxx” QSC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan “X9” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı (ban: KMHSU81CDDU224982, rəngi: göy metal, buraxılış ili: 2013-cü il) avtomobilə yönəldilərək, açıq hərracda satılması, satışdan əldə olunmuş məbləğin borcun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra satışdan əldə olunan vəsaitin artıq qalan hissəsnin cavabdehə verilməsi, satışdan əldə olunan vəsait borcu ödəməyə kifayət etmədikdə isə, qalan məbləğin ümumi qaydada cavabdehdən tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh, apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi isə, şikayətə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Suala cavab olaraq bildirdi ki, iddia ərizəsi səlahiyyətli şəxs tərəfindən imzalanmışdır, lakin hazırda onun adına tərtiblənmiş etibarnamə təqdim edə bilmir. Kollegiya, tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia baxılmamış saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 570 nömrəli Fərmanına uyğun olaraq, “xxxx” ASC, həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, “xxxx” QSCnin idarəetməsinə vermiş və eyni zamanda, problemli şəxslərə qarşı özünün tələb hüququnu da “xxxx” QSC-yə güzəşt etmişdir. “xxxx” QSC ilə “xxxx” MMC-nin icraçı direktoru Süleyman Bəkirov arasında xx.xx.2016-ci il tarixdə xidmət müqaviləsi bağlanılmış və müqavilənin 2.4-cü bəndinə əsasən, problemli aktivlərlə bağlı bu müqavilədə qeyd olunan xidmətlərin (2.1.4-cü bənd) icrası məqsədilə “xxxx” QSC tərəfindən “xxxx” MMC-nin icraçı direktoruna müvafiq səlahiyyətlərin təsbit edildiyi etibarnamə verilir. Hazırkı iddia ərizəsi “xxxx” MMC-nin icraçı direktoru Süleyman Bəkirov imzalanmışdır. Lakin iş materiallarında “xxxx” QSC tərəfindən ona müvafiq səlahiyyətlərin təsbit edildiyi etibarnamə əlavə edilməmişdir. Bu hal isə ona dəlalət edir ki, iddia ərizəsi, buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Bu baxımdan, Kollegiya, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə görə, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. İddia ərizəsi baxılmamış saxlanıldığına görə, ödənilmiş dövlət rüsumları onları ödəyən şəxslərin özlərinə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza xərci isə tərəflər arasında bərabər bölüşdürülməlidir. Göstərilənlərə əsasən və MPM-in 259, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2070/2019 saylı iş üzrə xx xxxx 2019-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin cavabdehlər Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar