Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2963/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabeh Cavabdeh nümayəndəsi və vəkili Məmişov Bəylər oğlunun, Cavabeh X4 nümayəndəsi və vəkili Məmmədova Şəfəq qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı “müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi, mübahisəli torpaq sahəsinin boşaldılması və qanunsuz sahiblik nəticəsində əldən çıxmış gəlirlərin cavabdehdən tutulması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin qəbul etdiyi 2(011)-7491/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx”nın (sonradan xxxx-2008 MMC) satılması ilə bağlı 9 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi, mübahisəli torpaq sahəsinin iddiaçının xeyrinə boşaldılması və cavabdehdən iddiaçının əmlakına qanunsuz sahibliyi nəticəsində məhrum olduğu 110.000 manat gəlirinin (əldən çıxmış faydanın) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə təsadüfən tanış olmuş, şəhid ailəsi kimi istifadəsinə verilmiş torpaq sahəsində qeyri-yaşayış sahəsinin tikilməsi, habelə ailəni dolandırmaq üçün yardım ediləcəyi ona təklif olunmuşdur. Mübahisəli torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2000-ci il tarixli sərəncamı ilə onun təsisçisi olduğu “xxxx”nın istifadəsinə ayrılmışdır. O, cavabdehə şifahi olaraq həmin torpaq sahəsində bərbərxana tikintisi üçün razılıq vermişdir. Bir müddət cavabdeh ona hər ay 200.000 manat (AZM) məbləğində yardım etsə də, sonradan o, yardım etməkdən boyun qaçırmışdır. O, heç vaxt təsisçisi olduğu “xxxx”nın istifadəsinə verilmiş Xətai rayonu, Qulam Yəhya küçəsi, 2935-Q saylı məhəllədə yerləşən 0,0003 ha torpaq sahəsini heç kimə satmamışdır. Belə ki, həmin torpaq sahəsinə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçməmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh saxta yollarla iddiaçının təsisçisi olduğu “xxxx”nı 9 saylı Dövlət Notariat Kontorunda X1. Ümumiyyətlə, o, X6 tanımır, onunla heç vaxt adı çəkilən notariat kontorunda olmamışdır və həmin şəxslə arasında müqavilə bağlanmamışdır. xx xxxx 2008-ci il tarixdə 9 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş iddiaçı ilə X10 arasında bağlanmış müqavilə saxtadır. Həmin müqavilədə göstərilən imza ona məxsus deyildir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7491/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq bildirmişdir ki, o, əvvəllər Mayıl Əliyevi görməmiş, onu tanamamış və onunla heç vaxt müqavilə bağlamamışdır. Cavabdeh saxta yolla alqı- satqı müqaviləsini qohumu Mayıl Əliyevin adından bağlamışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixdə çıxardığı qətnamə ilə iddia tələbi rədd edimiş və o, həmin qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən o məhkəmədə iştirak etməmiş, sonradan məlum olmuşdur ki, guya o, Bakı Apellyasiya Məhkəməsinə "apellyasiya şikayətinə baxılmadan geri qaytarılmasını, apellyasiya şikayətindən imtina etdiyi" barədə notariat kontorunun təsdiq etdiyi ərizə vermişdir. Belə ki, həmin ərizəni o yazmamış, ərizə onun adından yazılaraq təsdiq edilmişdir. Ərizə saxtadır. İşə baxan birinci instansiya məhkəməsi onun ərizəsinə, sübutlarına, işin faktiki hallarına əhəmiyyət verməmiş, şikayət etmək üçün müəyyən olunmuş müddəti ötürdüyünü bəhanə gətirmişdir. O, Cavabdeh onu aldadaraq firmanı ələ keçirməsini təsdiq edən bir neçə şahidi məhkəməyə gətirsə də, məhkəmə onları dindirməmişdir. Mağazanın faktiki olaraq hansı ünvanda fəaliyyət göstərməsi, kimin tərəfindən vergi ödənilməsi barədə arayış verilməsi üçün vergi orqanına sorğu verilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxslər 9 saylı Dövlət Notariat Kontoru və Bakı şəhər X2 X1 Qeydiyyat İdarəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşdə iştirak edən şəxslər hazırki işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə maraqlı şəxslər 9 saylı Dövlət Notariat Kontorunun və Bakı şəhər X2 X1 Qeydiyyat İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabeh Cavabdeh nümayəndəsi və vəkili Məmişov Bəylər oğlu apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Cavabeh X4 nümayəndəsi və vəkili Məmmədova Şəfəq qızı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, müavilənin etibarsızlığı ilə bağlı iddia müddəti çoxdan keçmişdir. Belə ki, xx.xx.2010-cu il tarixli qətnamədən sonra tərəflər arasında bir-birlərinə qarşı heç bir iddianın olmayacağı barədə notarial qaydada razılıq olmuşdur. İddiaçı şəhid ailəsi statusundan istifadə edərək əsassız iddialar qaldırır. Bununla bağlı cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşdə olan 010806 saylı xx.xx.2008-ci il tarixli vəsiqədən görünür ki, İddiaçı şəhid ailəsinin üzvüdür. Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 12a saylı evin 6 saylı mənzil İddiaçı mülkiyyətindədir. “xxxx” Firması xx xxxx 1998-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1 Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 826 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış, firmanın yeganə təsisçisi İddiaçı olmuşdur. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 265 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə “xxxx” firmasının təsisçisi şəhid ailəsinin üzvü İddiaçı Bakı şəhəri, Xətai rayonu, Qulam Yəhya küçəsi, 2935-Q saylı məhəllədə bərbərxana tikintisi üçün 0,003 ha torpaq sahəsi ayrılmışdır. xx xxxx 2008-cil ildə dövlət notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən “xxxx” Firmasının təsisçisi İddiaçı cəmiyyətin nizamnamə kapitalındakı 100%-lik payını 500 manat məbləğində X1. Sonradan 2010-cu ildə İddiaçı cavabdehlər Cavabdeh və X9 qarşı ona məxsus olan Bakı şəhəri, Qulam Yəhya küçəsi, 2935-Q saylı məhəllədə yerləşən torpaq sahəsindən və mağazasından bu sahələri qanunsuz zəbt etmiş şəxslərin çıxarılması, cavabdehlərdən vurduqları maddi və mənəvi ziyana görə 100.000 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2897/2010 saylı xx xxxx 2010-cu il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi rədd edilmişdir. İddiaçı məhkəmənin həmin qətnaməsindən apelyasiya şikayəti vermiş, daha sonra apelyasiya şikayətini ərizə ilə geri götürmüşdür. Hazırda iddiaçı həmin alqı-satqı müqaviləsinin bağlanmadığına istinad edərək onun etibarsız hesab edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1 və 354.2-ci maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, İddiaçı qanunvericilikdə müqavilənin etibarsızlığı üçün müəyyən edilən kəsici müddət olan 1 illik müddəti ötürdüyündən onun bu barədə iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edilən halları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının iddia ərizəsi və apellyasiya şikayətinin məzmunundan görünür ki, o, xx xxxx 2008-ci il tarixli alqı-satqı müqaviləsinin onun iradəsi ziddinə bağlandığını, müqaviləyə imza atmadığını qeyd etmiş və məhkəmədən xətşünaslıq ekspertizasının təyin olunmasını xahiş etmişdir. Buna görə də məhkəmə kollegiyası iddiaçının tələbinin “müqavilənin etibarsızlığı” ilə bağlı olduğunu nəzərə alır. Birinci instansiya məhkəməsi iddiaçının “müqavilənin etibarsızlığı” ilə bağlı gətirdiyi dəlilinə qiymət verərək hesab etmişdir ki, iddiaçının bu iddiadan əvvəl, yəni xx xxxx 2010-cu il tarixdə Xətai Rayon Məhkəməsində vermiş olduğu iddia ərizəsinə baxılarkən İddiaçı özü bilavasitə iclasda iştirak etmişdir. Qeyd edilən məhkəmə iclasında xx xxxx 2008-ci il tarixli müqaviləyə sübut kimi qiymət verilmiş və müqavilədən irəli gələn hüquqi əsaslara istinad edilərək qətnamə qəbul edilmişdir. Məhkəmə iddiaçının müqavilədən xx xxxx 2010-cu ilə qədər məlumatsız olmasını qəbul etmiş olsa belə, bu tarixdən sonra da məlumatsız olmasını qəbul etməmişdir. Belə ki, iddiaçı qeyd edilən məhkəmə iclasında özü iştirak etmiş və qətnamədən narazı qalaraq ondan apelyasiya şikayəti vermişdir. Mülki Məcələnin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İstinad edilən normaya əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı qanunla ona müqavilənin etibarsızlığı üçün verilmiş müddəti ötürmüş, belə ki, iddiaçı əqdin etibarsız sayılmasına əsas verən halları məhz tərəflər arasında belə müqavilə imzalandığı andan bilməli və bu tarixdən sonrakı bir il ərzində mübahisələndirməli olduğu halda, qeyd edilən müqaviləni həmin müddət ərzində mübahisələndirməmişdir. Beləlkilə, iddiaçı istər xx xxxx 2008-ci il tarixin, istərsə də xx xxxx 2010-cu il tarixin (məhkəmə qətnaməsi çıxarılan tarixin) əsas götürüldüyü təqdirdə qanunvericiliklə müəyyən edilmiş əqdin mübahisələndirilməsi üçün nəzərdə tutulan bir illik müddəti ötürərək iddia ərizəsi ilə məhkəməyə xx xxxx 2019-cu il tarixdə müraciət etmişdir. Hazırki işə birinci instansiya qaydasında baxlarkən cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X10 tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edilmiş, həmin ərizəyə məhkəmə hüquqi qiymət verərək belə hesab etmişdir ki, hazırkı mülki iş üzrə tələb tərəflər arasında bağlanmış əqdin etibarsızlığı ilə bağlı olduğundan hazırkı mübahisəyə Mülki Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti deyil, Mülki Məcəllənin 354.2-ci maddəsi tətbiq olunmalıdır. Bu barədə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddətləri deyil, kəsici müddətlərdir. Buna görə də iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda göstərilən əsaslandırması (əqdin etibarsızlığı ilə bağlı bir illik müddətin ötürülməsi) ilə razılaşaraq hesab edir ki, iddiaçının “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbinin rədd olunması barədə məhkəmə düzgün nəticəyə gəlmişdir. Məhkəmə iddia tələbinin “110.000 manat gəlirin iddiaçının xeyrinə tutulması və mübahisəli torpaq sahəsinin boşaldılması” barədə hissələrinə gəldikdə isə hesab edir ki, həmin iddia tələblərinin də rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti əsaslı olmuşdur. Belə ki, İddiaçı tərəfindən xx xxxx 2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldən çıxmış fayda ilə bağlı tələbi əsaslandıran hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən Kollegiya “mübahisəli torpaq sahəsinin boşaldılması” ilə bağlı iddia tələbinin əsas tələbə əlavə olduğunu nəzərə alaraq hesab edir ki, həmin tələb əsas tələbin rədd olunması səbəbindən təmin oluna bilməz. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd olunmalıdır ki, həmin dəlillər qətnamənin ləğv edilməsinə əsas vermir. Bu baxımdan apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olduğu üçün MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi ləğv edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin ediləməli və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7491/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7491/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2(103)-2963/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2963/2020
29.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver