Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2963/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 "xxxx" MMC-yə qarşı pay hüqunun tanınması tələbinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5743/2022 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1, sonra isə "xxxx" MMC-yə qarşı ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilə İddiaçı ¾ hissədə pay hüququnun tanınması, ünvan 2 ünvanında yerləşən, 63 nömrəli mənzilin xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə satışından əldə edilmiş 43823,96 manat pulun yarı hissəsinin, yəni 21911,98 manat pulun və bu tələb üzrə ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 156 manat dövlət rüsumunun, eləcə də vaxtı ilə müvəqqəti təminat tədbiri barədə verilmiş ərizə və şikayət üzrə ödənilmiş 60 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 22127,98 manat pulun Cavabdeh1 tutularaq İddiaçı verilməsi və İddiaçı ilə Cavabdeh1 birgə ailə münasibətlərinin yarandığı dövrdə Cavabdeh1 tərəfindən təsis edilmiş və yeganə təsisçi olduğu Cavabdeh2 MMC-nin nizamnamə kapitalının ½ hissəsinə İddiaçı pay hüququnun tanınması, mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus olan və ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə ½ hissəsə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5743/2022 saylı, 11 oktyabr 2022ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 35.1, 36.2, 44.1-ci maddələrinə əsasən, Cavabdeh1 mülki işin ərazi aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatəti rədd edilmişdir. Həmin qərardaddan Cavabdeh1 şikayət verərək, qərardadın ləğv edilməsini, qərardaddan şikayət edildiyindən işin baxışının davam etdirilməsinin dayandırılmasını, elektron formada ərizə və şikayət vermək imkanı olmadığından apellyasiya şikayətinin yazılı şəkildə (kağız daşıyıcıda) təqdim edilməsini üzrlü hal hesab edilərək qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5743/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qərardadı ilə, Cavabdeh1 11 oktyabr 2022-ci il tarixli, 2(001)- 5743/2022 saylı qərardadının ləğv edilməsinə dair vəsatəti təmin edilmiş, mülki işin ərazi aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5743/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5743/2022 saylı, 22 noyabr 2022-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5743/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılması, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8084/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, İddiaçı şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5743/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilərək Cavabdeh1 ərazi aidiyyəti barədə vəsatətinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ərizəyə yenidən baxan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, İddiaçı Cavabdeh1 qarşı pay hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işin baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadda qeyd edilmişdir ki, ilk dəfə iddia icraata götürülərkən elektron məhkəmə sistemində yaranmış texniki məsələlərə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmişdir. AR MPM-in 35.5-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Cavabdeh1 xx.xx.2021-ci il tarixdən ünvan 4i ünvanında rəsmi qeydiyyata düşmüşdür və bu qeydiyyat 1 saylı Bakı „ASAN xidmət” mərkəzi tərəfindən aparılmış, Cavabdeh1 yeni şəxsiyyəti vəsiqəsi verilmişdir. Bundan sonra, yəni xx.xx.2022-ci il tarixdə iddiaçı X2 iddia qaldırarkən, cavabdehin qeydiyyat ünvanını iddia ərizəsində doğru göstərməmiş, həmçinin aidiyyət qaydalarının yoxlanılması zamanı cavabdehin ünvanının düzgün müəyyən edilməsi mümkün olmadığından iddia icraata aidiyyət qaydalarının pozulması ilə qəbul edilmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum Qərarına əsasən, ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir. İddia ərizəsində ilkin olaraq cavabdeh kimi yalnız Cavabdeh1 qeyd edildiyindən, digər cavabdeh isə sonradan cəlb edildiyindən, iddiaçının seçməsinə görə aidiyyət qaydaları tətbiq edilə bilməz. Bundan başqa, iddiaçıya cavabdehin yaşayış yerinin dəqiq məlum olmaması cavabdehin konstitusion hüququnun pozulmasına haqq qazandıra bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. AR MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Cavabdeh1 qeydiyyat ünvanı ünvan 7məsinə göndərilməlidir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, e-2(001)-5743/2022 nömrəli qərardadının ləğv olunması və mülki işə Binəqədi Rayon Məhkəməsində baxılmasının davam etdirilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 36.2, 44, 151.3; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.17-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, ilk əvvəl iddia ərizəsi verilərkən cavabdeh qismində ancaq Cavabdeh1 olmuşdur. Lakin xx.xx.2022-ci il tarixdə AR-nın MPM-in 53-cü maddəsinin tələbləri əsasında iddia tələbinin həcminin artırılması və digər şəxsin cavabdeh qismində işə cəlb olunması barədə ərizə ilə hazırkı cavabdehlərdən "xxxx" MMC-nin cavabdeh qismində isə cəlb olunması xahiş edilmişdir. Məhkəmə prosesi dövründə cavabdehlərdən Cavabdeh1 vəsatət verərək, onun özünün qeydiyyatının Masallı rayonu olduğundan işin baxılmasının Masallı rayonuna göndərilməsini xahiş etsə də, məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(001)-5743/2022 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin məhkəmə prosesi bitmiş və növbəti məhkəmə prosesi xx.xx.2022-ci il tarixə ikinci hazırlıq iclasına təyin edilmişdir. Növbəti məhkəmə prosesinin keçirilməsinə qədər, xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında bəzi xüsusatlar və işin yeni tərəfləri ortaya çıxdığından, yenidən xx.xx.2022-ci il tarixdə tələbin həcminin artırılması və digər şəxslərin də işə cavabdeh və üçüncü şəxs qsimində cəlb olunması barədə ərizə ilə məhkəməyə müraciət olunmuşdur. xx.xx.2022-ci il tarixdə keçirilmiş proses zamanı cavabdehlərdən Cavabdeh1 məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadından şikayət vermək istədiyini vurğulamışdır. Belə ki, şikayət elektron qaydada olmamış və ancaq yazılı qaydada elə məhkəmə prosesinin keçirildiyi gün - xx.xx.2022-ci il tarixdə şəxsən onun tərəfindən də məhkəməyə verilmişdir. Baxmayaraq ki, məhkəmə bunu Cavabdeh1 guya elektron formada imkanı olmadığını əsas gətirməklə qəbul etdiyi qərardadda göstərmişdir. Ancaq cavabdehlərdən Cavabdeh1 həm elektron sistemdə qeydiyyatı olmuş və həm də qəsdən bu formada etmişdir ki, haqqında danışılan və göstərilən şikayətlə normal qaydada tanış olmaq imkan olmasın. Hazırkı iş üzrə tərəflərdən üç cavabdeh vardır ki, onlardan ikisi fiziki şəxs, biri isə hüquqi şəxsdir. Bu isə onu bildirir ki, iddiaçı olaraq qeyd olunan cavabdehlərin yaşayış yeri hansı ərazidərdirsə, elə həmin məhkəmənin də məhkəməsinə iddia ərizəsinin verilməsi məcburidir. Ancaq burada cavabdehlərin sayının çox olması artıq iddiaçının seçim hüququnu da yaratmış olacaqdır. Nəticə etibarı ilə, cavabdehlərin hər üçünün də yaşayış yerləri məlumdur. İlk əvvəl birinci instansiya məhkəməsi MPM-nin 44.2.1-ci maddəsinə istinad etməklə əvvəlki qəradadını əsaslandırmağa çalışmışdır. Ancaq hazırki qəradadda isə həmin hüquq normasının 44.2.2-ci maddəsinə istinad etməklə mübahisəni həll etmək istəmişdir. Deməli, eyni mübahisə üzrə işə baxan məhkəmə gah bir normanı əsas tutumuş, sonaradan da yuxarı instansiyanın qərarından yan keçmək üçün başqa hüquq normasını öz qəradadında göstərmişdir. İlk olaraq, MPM-nin 44.2.2-ci maddəsinin tələbi işə baxılarkən mübahisənin başqa məhkəməyə aid olduğu halda onu başqa məhkəməyə verilməsinin imperativliyini qeyd edir. Ancaq əvvəlki qərardadda məhkəmə mübahisəni əvvəlcə yaşayış yeri bəlli olmayan cavabdehə münasibətdə verilmiş vəsatətə uyğun həll etmişdir (MPM-nin 44.2.1-ci maddəsinə istinad etməklə). Bundan başqa, işə baxan məhkəmə ümumiyyətlə 44.1-ci maddəninm tələbini ya yaddan çıxartmışdır, ya da qəsdən bilməmiş kimi yanaşmışdır. Həmin normada birbaşa göstərilir ki, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Yəni, əvvəlcə aidiyyat qaydaları pozulmayıbsa və məhkəmə də işi öz icraatına götürmüşdürsə, sonradan bu qaydaların pozulmasına baxmayaraq, elə həmin məhkəmədə də baxılmalıdır. Bu norma ümumidir və bütün mübahisələrə münasibətdə aidiyyət qaydalına dair hissədə də tətbiq olunmalıdır. Ümumiyyətlə verilmiş iddia tələbləri üzrə məhkəmə işi icraata götürmüş iki dəfə hazırlıq iclası olduqdan sonra bu qaydada qərardad qəbul etməsi birbaşa prosessual normaların kobud pozuntusudur. İkinci tərəfdən, Cavabdeh1 yaşayış yeri əvvəlcədən də məlum olmuş və hətta məhkəmənin xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş və hətta, qeyd edilən vəsatəti də o vermişdir. Vaxtı ilə Binəqədi Rayon Məhkəməsinin özünün qəbul etdiyi qərardadda birbaşa göstərilir ki, tərəfimizdən xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, Cavabdeh1 yaşayış ünvanı Binəqədi rayonu ərazisində olmuşdur. Ancaq həmin ünvandan Cavabdeh1 qeydiyyatdan çıxması isə xx.xx.2021-ci il tarixə aid olması qeyd olunur (xx.xx.2022-ci il tarixli qərardadın 1-ci səhifəsinin sonuncu abzası və davamı 2-ci səhifədə). Deməli, hətta cavabdeh kimi yalnız Cavabdeh1 özü təkcə iddia ərizəsində göstərilmiş olsaydı belə, yenə də iddia ərizəsi ərazi aidyyəti üzrə göndərilə bilməzdi. Çünki MPM-nin 44.1-ci maddəsi aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməsini imperativ olaraq qəbul edir. İş materiallarında bütün cavabdehlərin, hətta uzrə uçuncu şəxsin də ııuquqi unvanlan uaıədə yetərincə məlumatlar vardır.Odur ki, mubahiəsləndirilən qərardad qəbul edələrkən, birinci növbədə ərazi aiddiyyəti uzə məhkəmə MPM-nin 35- ci və 44-cu maddələrinin kobud şəkildə pozmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5743/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 33-45-ci maddələrinə əsasən cavabdehin vəsatəti üzrə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, sübut olmayan və düzgün təfsir edilməyən mülahizələr əsasında şikayətin dəlilləri üzrə qeyd edilən prosessual hüquq normalarına müvafiq qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Qeyd edilməlidir ki, ilk apellyasiya tədqiqi zamanı qərardadda göstərilmiş nəticələr əsaslandırılmasa da hazırkı baxılan kifayət qədər qərardad əsaslandırılmış, habelə birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi, işin ilk dəfə iddia icraata götürülərkən elektron məhkəmə sistemində yaranmış texniki məsələlərə görə ərazi aidiyyəti qaydalarının pozulması halının sübuta yetirilməsi müəyyən edilməmişdir. Deməli işin icraata götürüldüyü zaman səhv götürülməsi təsdiq edildiyindən, aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi müəyyən edilir, və ona görə işin baxılması ərazi aidiyyəti üzrə Masallı Rayon Məhkəməsində baxılması üçün göndərilməsinə dair Binəqədi Rayon Məhkəməsinin 2(001)-5743/2022 nömrəli işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin tələblərinə (maddələrinə) əsasən: 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən: Ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir. Apellyasiya instansiyasında hazırkı şikayət üzrə qəbul edilən məhkəmə aktından şikayət verilməsi nəzərdə tutulmamışdır və o qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5743/2022 nömrəli işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-2963/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2963/2023
17.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver