Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2971/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “xxxx” QSC işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən məhkəmə aktı hüquq və vəzifələrinə toxunan şəxs olmaqla “birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən olunması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)-2110/2019 saylı qərardadından iddiaçının şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin adına qeydiyyata alınmış ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 86,76 kv.m olan 4 otaqlı 23 saylı mənzilin ½ hissəsi üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 86,76 kv.m olan 4 otaqlı 23 saylı mənzilin üzərinə həbs qoyulması, mənzilin özgəninkiləşdirilməsinin və digər hərəkətlərə yol verilməsinin cavabdehə və başqa şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-2110/2019 saylı qərardadına əsasən ünvan 2A ünvanında yerləşən ümumi sahəsi 86,76 kv.m olan 4 otaqlı 23 saylı mənzilin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsi və digər hərəkətlərin edilməsi Cavabdeh və digər şəxslərə iddanın təmini tədbiri olaraq qadağan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-2110/2019 saylı qətnaməsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsi 31A saylı evin 23 saylı mənzilin ½ hissəsi üzərində Cavabdeh, ½ hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun tanınması qət edilmişdir. “xxxx” QSC xx.xx.2019-cu il tarixli qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil QSC qarşısında ipoteka ilə yüklüdür, üzərinə həbs qoyulması həm tələbkar, həm ipoteka saxlayan kimi QSC-nin hüquqlarının pozulmasına səbəb olur. Həmin mənzillə bağlı qətnamə mövcuddur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 2110/2019 saylı qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-2110/2019 saylı qərardadı ləğv edilməklə, İddiaçı iddianın təmini tədbiri seçilməsinə dair ərizəsi təmin edilməmişdir. Hazırda həmin qərardaddan iddiaçı şikayət verərək, onun ləğv olunmasını və QSCnin şikayətinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mənzilə ½ hissədə mülkiyyət hüququnun müəyyən edildiyi qətnamə hələ icra olunmadığından, mənzilə dair mülkiyyət hüququ Reyestrdə əvvəlki qaydada cavabdehin adında qalmışdır. Həbs götürülən kimi cavabdeh mənzilə sərbəst sərəncam vermək imkanı əldə edəcək və qətnmanin icrası mümkünsüz olacaqdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-2360/2017 saylı qətnaməsinə əsasən iddiaçı “xxxx” QSC-nin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakın açıq hərracdan satılması barədə iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh 71530,06 manat əsas borcun, əsas məbləğə hesablanmış 6121,54 manat faiz borcunun, 604,27 manat gecikdirilmiş günlərə görə dəbbə pulunun, cəmi 78255,87 manat məbləğində vəsaitin iddiaçı “xxxx” QSC-nin xeyrinə tutulması, iddia tələbinin ipoteka predmeti olan ünvan 2A ünvanında yerləşən ümumi sahəsi 86,76 kv.m, yaşayış sahəsi 59,85 kv.m, yardımçı sahəsi 26,91 kv.m 4 otaqdan ibarət olan 23 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 130000 manat olmaqla açıq hərracdan satılması və borcun həmin vəsaitin hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsinin cavabdehdən tutulması, Cavabdeh həmin mənzilə istifadə hüququna xitam verilməklə, cavabdehin ünvan 2A ünvanında yerləşən 23 saylı mənzilindən çıxarılması və yaşayış evinin 1 ay müddətinə boşaldılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-1714/2018 saylı qətnaməsinə əsasən iddiaçı “xxxx” QSC-nin və Cavabdeh apelyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, Cavabdeh 110860,40 ABŞ dolları əsas kredit borcunun, 16041,85 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, 3504,84 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcunun, həmçinin 30 manat iddia ərizəsi üzrə dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun, ümumilikdə 130407,09 ABŞ dollarının (ödəniş günü Azərbaycan manatına məzənnə ilə) və 30 manat məbləğində dövlət rüsumunun iddiaçı “xxxx” QSC-nin xeyrinə tutulması, iddia tələbi ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 86,76 kv.m, yaşayış sahəsi 59,85 kv.m, yardımçı sahəsi 26,91 kv.m 4 otaqdan ibarət olan 23 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 130000 manat olmaqla açıq hərracdan satılması və borcun həmin vəsaitin hesabına ödənilməsi, ipoteka predmeti hərracdan satıldıqdan sonra bir ay müddətində Cavabdeh ünvan 2 ünvanında yerləşən 23 saylı mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. Göründüyü kimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-2110/2019 saylı qərardadına əsasən üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsi və digər hərəkətlərin edilməsi Cavabdeh və digər şəxslərə iddanın təmini tədbiri olaraq qadağan edilən ünvan 2A ünvanında yerləşən ümumi sahəsi 86,76 kv.m olan 4 otaqlı 23 saylı mənzil “xxxx” QSC qarşısında ipoteka ilə yüklü edilmiş, həmin daşınmaz əmlaka qanuni qüvvəsini almış məhkəmə aktına əsasən tutma yönəldilmiş və həmin qətnamə icraya yönəldilmişdir, məhkəmə də bu halları nəzərə alıb, haqlı olaraq iddianın təmini tədbirinin ləğv edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər (162.1). İddiaçı tərəfindən verilən şikayət əsassızdır və şikayətin dəliləri qərardadın ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 2110/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2971/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2971/2021
15.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver