Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3017/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh İmanova (Mustafayeva) Sura Əkbər qızına qarşı mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair tələbinə dair mülki iş üzrə (açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh İmanova (Mustafayeva) Sura Əkbər qızına qarşı mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(004)-335/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаqaşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" MTK ilə Nümayəndə3 arasında Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi, 571-ci məhəllədə "xxxx" MTK-nın inşa etdiyi yaşayış binasının 3-cü blokunda ümumi sahəsi 123,5 kv.m-dən ibarət, 3 otaqlı, 170 nömrəli mənzilə dair pay barədə 170003 nömrəli 05 iyun 2007-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən payçı müqavilədə göstərilmiş məbləği vaxtında və tam ödəməyi, icraçı isə tikintinin xarici tərtibatı və və daxili arakəsmələr, mənzilə elektrik enerjisi, qaz, su və kanalizasiya ana xətlərinin çəkilməsi, pəncərələrin qoyulması və şüşələnməsi işlərinin həyata keçirilməsini öhdəsinə götürmüşdür.
2. "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 05 fevral 2018-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasında 3-cü blok, 17-ci mərtəbədə, ümumi sahəsi 123,5 kv.m olan, 3 otaqlı, 170 nömrəli mənzil pay kimi Cavabdeh verilir. Mənzilin dəyəri 92625 manat məbləğ tam olaraq ödənilmişdir.
3. "xxxx" MTK tərəfindən Nümayəndə3 ünvanlanmış 02 noyabr 2022-ci il tarixli məktuba əsasən "xxxx" MTK ilə Nümayəndə3 arasında bağlanmış 170003 nömrəli 05 iyun 2007-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 571-ci məhəllədə "xxxx" MTK-nın inşa etdiyi yaşayış binasının 3 saylı blokunda ümumi sahəsi 123.5 kv.m-dən ibarət, 3 otaqlı, 170 nömrəli mənzilin ümumi dəyərini təşkil edən 92625 manat məbləğində pul vəsaiti onun tərəfindən MTK-ya tam olaraq ödənilmişdir. Həmin mənzil təhvil verildiyi gündən X9 tərəfindən təmir edilmişdir. 05 fevral 2018-ci il tarixli, 170003 nömrəli müqaviləyə əsasən sözügedən mənzil həyat yoldaşı Cavabdeh adına rəsmiləşdirilmiş və hazırkı vaxtadək onun istifadəsində və sahibliyində olmuşdur. Həmin mənzilə dair hər hansı başqa şəxslə müqavilə bağlanmamışdır.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2021-ci il tarixli, 2(103)- 2773/2021 saylı qətnaməsi ilə cavabdehlər Nümayəndə2 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)- 769/2019 saylı, 29 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddiaçı "xxxx" MTKnın cavabdehlər X7, Nümayəndə2 və İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddiasının rədd edilməsi, iddiaçılar Nümayəndə2 və İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “alınmış mənzillərin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 125 kv.m. olan 159 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90 kv.m. olan 172 nömrəli mənzil, izolə olunmuş 2 otaqlı, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 125 kv.m. olan 171 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı mənzillər "xxxx" MTK tərəfindən mənzil müqavilələri üzrə sahiblərinə təhvil verilməsi qət edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-4880/2021 saylı qərarı ilə "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2021- ci il tarixli, 2(103)- 2773/2021 saylı qətnaməsi iddiaçı "xxxx" MTK-ya aid hissədə dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus Bakı şəhəri Şərifzadə küçəsi 571-ci məhəllədə inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 125,0 kv.m olan, izolə olunmuş 3 otaqlı, 170 saylı (171 saylı) mənzildən çıxarılması və iddiaçının həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MTK ilə aralarında bağlanılmış 30 dekabr 2014-cü il tarixli müqavilənin 1.1.1-ci maddəsinə uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 125 kv.m olan 171 nömrəli mənzil izolə olunmuş 3 otaqdan ibarət ona pay verilmişdir. Müqavilənin 4.1 və 4.2 maddələrinə əsasən aldığı mənzilin dəyəri 93750 manat təşkil etmişdir. Müqavilənin 3.1-ci maddəsinin şərtinə uyğun olaraq qeyd olunan 93750 manat zamanında tam olaraq iddiaçı tərəfindən cavabdehə ödənilmiş və bu ödəniş əsasında da "xxxx" MTK-nın direktoru S.R.Əhmədovun imzası ilə ona 30 dekabr 2014-cü il tarixli maliyyə arayışı verilmişdir ki, müqavilədə qeyd olunan məbləğ iddiaçı tərəfindən tam ödənilmişdir. Lakin buna baxmayaraq, "xxxx" MTK ona və X7, Nümayəndə2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK ilə X10 arasında bağlanmış 11 sentyabr 2014-cü il tarixli müqavilənin, "xxxx" MTK ilə Nümayəndə2 arasında bağlanmış 30 dekabr 2014-cü il tarixli və 19 fevral 2015-ci il tarixli müqavilənin, habelə "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 30 dekabr 2014-cü il tarixli müqavilənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Nümayəndə2 və İddiaçı "xxxx" MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi verərək, Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 125 kv.m. olan 159 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90 kv.m. olan 172 nömrəli mənzil, izolə olunmuş 2 otaqlı, Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 125 kv.m. olan 171 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı mənzillərin "xxxx" MTK tərəfindən qeyd olunan mənzil müqavilələri üzrə sahiblərinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Nümayəndə2 "xxxx" MTK ilə aralarında bağlanılmış 19 fevral 2015-ci il tarixli müqavilə üzrə 100.000 manat pulun ödənilməsi, 30 dekabr 2014-cü il tarixli müqavilə üzrə 67500 manat pulun ödənilməsi, İddiaçı "xxxx" MTK ilə aralarında bağlanılmış 30 dekabr 2014-cü il tarixli müqavilə üzrə 93750 manat pulun ödənilməsi "xxxx" MTK-nın direktorunun imzası ilə təsdiqlənmiş maliyyə arayışları ilə sübut olunur. Bütün bunlardan sonra, "xxxx" MTK-nın onlarla bağlanılmış bu müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi barədə iddiası absurddur və heç bir qanuni əsasa söykənmir.
10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(007)- 769/2019 nömrəli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia rədd edilmiş, məhkəmə xərcləri tərəflərə aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2021-ci il tarixli, 2(103)- 2773/2021 saylı qətnaməsi ilə cavabdehlər Nümayəndə2 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)- 769/2019 saylı, 29 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddiaçı "xxxx" MTKnın cavabdehlər X7, Nümayəndə2 və İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddiasının rədd edilməsi, iddiaçılar Nümayəndə2 və İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “alınmış mənzillərin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 125 kv.m. olan 159 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90 kv.m. olan 172 nömrəli mənzil, izolə olunmuş 2 otaqlı, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 125 kv.m. olan 171 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı mənzillər "xxxx" MTK tərəfindən mənzil müqavilələri üzrə sahiblərinə təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-4880/2021 saylı qərarı ilə "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2021- ci il tarixli, 2(103)- 2773/2021 saylı qətnaməsi iddiaçı "xxxx" MTK-ya aid hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. 30 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Yasmal rayon İcra şöbəsinin icra məmuru X1 xx.xx.2021-ci il tarixdə icraatına daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2773/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2773/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrası həyata keçirilərkən Bakı şəhəri, Şərifzadə küçəsi, 571-ci məhəllədə olan binanın 3-cü blok… 17-ci mərtəbədə 171 saylı, 125 kv.m, 3 otaqlı mənzilin 170 saylı olduğu və onun X5 adına rəsmiləşdirildiyi və onun həmin mənzildə yaşadığı müəyyən olunmuşdur… Bu səbəbdən icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Odur ki, bu barədə xx.xx.2022-ci il tarixdə akt tərtib edilərək doğruluğu aktda göstərilən şəxslər tərəfindən təsdiq edimişdir. Cavabdeh ona məxsus Bakı şəhəri, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa edilmiş binanın 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 125 kv.m olan 3 otaqlı, 171 saylı mənzildə (hal-hazırda həmin mənzilin nömrəsi dəyişdirilərək 170 saylı mənzil olub) yaşaması iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il il tarixli, 2(004)- 335/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
13. Qətnamə onunla əsaslandırlmışdır ki, iddiaçının istifadəsinə verilmiş Bakı şəhəri, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 3-cü blok 17-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 125,0 kv.m olan, izolə olunmuş 3 otaqlı, 171 nömrəli mənzilin hazırda 170 nömrəli mənzil olmasını təsdiq edən mötəbər sübut - "xxxx" MTK–nın səlahiyyətli şəxsi tərəfindən verilmiş arayış və ya Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin arayışı məhkəməyə təqdim edilmədiyindən, eyni zamanda belə bir arayış təqdim olunsa belə, iddiaçı tərəfindən cavabdehlə "xxxx" MTK arasında mübahisəli mənzilə dair bağlanmış müqavilənin etibarlığı mübahisələndirilmədiyindən iddia təmin edilə bilməz və rədd edilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 158.1, 158.2, maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə iclası iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Şikayətin dəlillərinə görə, 30 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Yasmal rayon İcra şöbəsinin icra məmuru X2 30 noyabr 2021-ci il tarixdə icraatına daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2773/2021-007 nömrəli, 16 aprel 2021-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2773/2021 nömrəli, 16 aprel 2021-ci il tarixli qətnaməsinin icrası həyata keçirilərkən Bakı şəhəri Şərifzadə küçəsi 571-ci məhəllədə olan binanın 3-cü blok, 17-ci mərtəbədə 171 nömrəli, 125 kv.m, 3 otaqlı mənzilin 170 nömrəli olduğu və onun X5 adına rəsmiləşdirildiyi və onun həmin mənzildə yaşadığı müəyyən olunmuşdur. Bu səbəbdən icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Odur ki, bu barədə 13 aprel 2022-ci il tarixdə akt tərtib edilərək doğruluğu aktda göstərilən şəxslər tərəfindən təsdiq edimişdir. Cavabdeh ona məxsus Bakı şəhəri Şərifzadə küçəsi 571-ci məhəllədə inşa edilmiş binanın 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 125 kv. olan 3 otaqlı, 171 saylı mənzildə (hal-hazırda həmin mənzilin nömrəsi dəyişdirilərək 170 nömrəli mənzil olub) yaşaması iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək qətnamənin dəyişrilmədən saxlanılmasını xahiş etdi.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; Maddə 71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir; Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
25. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasında 3cü blok, 17-ci mərtəbədə, ümumi sahəsi 123,5 kv.m olan, 3 otaqlı, 170 nömrəli mənzil Cavabdeh verilmişdir. İddiaçı ona əsaslanır ki, əvvəlki iş üzrə qəbul edilmiş məhkəmə aktları ilə MTK-nın iddiası rədd edilmiş, onun iddiası isə təmin edilmiş, 17-ci mərtəbədə 171 saylı, 125 kv.m, 3 otaqlı mənzilin 170 saylı olduğu və onun X5 adına rəsmiləşdirildiyi və onun həmin mənzildə yaşadığı müəyyən olunmuşdur.
26. İcra prosesində Bakı şəhəri Yasmal rayon İcra şöbəsinin icra məmuru Bakı şəhəri Şərifzadə küçəsi 571-ci məhəllədə olan binanın 3-cü blok, 17-ci mərtəbədə 171 nömrəli, 125 kv.m, 3 otaqlı mənzilin 170 nömrəli olduğu və onun X5 adına rəsmiləşdirildiyi və onun həmin mənzildə yaşadığı müəyyən olunmuşdur. Bu səbəbdən icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır.
27. Göründüyü kimi, iddiaçının iddianın faktiki əsasını Bakı şəhəri Şərifzadə küçəsi 571-ci məhəllədə olan binanın 3-cü blok, 17-ci mərtəbədə 171 nömrəli, 125 kv.m, 3 otaqlı mənzilin 170 nömrəsinə dəyişdirilməsi təşkil edir. İddiaçı şikayətini də bu istiqamətdə əsaslandırmışdır. Hazırkı iddianı mahiyyəti üzrə həll edərkən də ilk növbədə bu faktın öz təsdiqini tapıb-tapmadığı aydınlaşdırılmalıdır.
28. Lakin, iddiaçı bu halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, yalnız icra məmuru tərəfindən tərtib olunmuş akta əsaslanmışdır.
29. Halbuki, iddiaçının istinad etdiyi – onunla "xxxx" MTK arasında bağlanmış 30 dekabr 2014-cü il tarixli müqavilədə mənzilin nömrəsi 170 deyil, 171 qeyd olunmuş, həmin müqavilədən 7 il əvvəl Nümayəndə3 ilə bağlanmış ilə müqavilədə mənzilin nömrəsi 170 qeyd olunmuşdur. Bundan sonra 05 fevral 2018-ci il tarixli müqaviləyə əsasən mənzil Nümayəndə3 həyat yoldaşı Cavabdeh adına rəsmiləşdirilmişdir.
30. Qeyd edilməlidir ki, mülki prosesin əsas prinsipləri olan dispozitivlik və çəkişmə prinsipləri onu tələb edir ki, tərəflər öz istinad etdikləri hallara dair sübutları özləri təqdim etsinlər, öz tələblərini bu sübutlara istinadən əsaslandırsınlar. Bu pinsiplərə əsasən, sübutetmə vəzifəsi ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulur, məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır. Tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Bu prinsip baxımından da iddiaçı tərəfindən məhkəməyə iddia etdikləri mənzilin məhz həqiqətən cavabdehə məxsus mənzillə eyni olduğunu əks etdirən sübutlar təqdim olunmamışdır.
31. Bundan başqa, cavabdehin hal – hazırda mübahisə predmeti olan mənzilə sahiblik və istifadə hüquqlarının həyata keçirməsinin əsasını 05 fevral 2018-ci il tarixli müqavilə təşkil edir, həmin müqavilənın etibarsız hesab olunması və ya ləğvi üçün əsasların olması mübahisələndirilməmişdir və müqavilə qüvvədədir. Müqavilənin qüvvədə olduğu halda, həmin müqavilə əsasında mübahisə predmeti olan mənzil üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirən cavabdehin həmin mənzildən çıxarılması və iddiaçının ora köçürülməsi üçün əsaslar mövcud deyildir.
32. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(004)- 335/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(004)- 335/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev