Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3023/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər:(mülkiyyət hüquqlarının müdafiəsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(003)-2279/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 45 saylı bağ sahəsinin mülkiyyətçisidir. 2.İddiaçı mülkiyyət hüquqlarından çıxış edərək, hazırki iş üzrə Cavabdeh qarşı hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 58,64 kv.m. sahəsi olan mənzilin və 2628,0 kv.m. torpaq sahəsinin boşaldılması və cavabdehdən alınaraq ona qaytarılması, mülkiyyətində olan həmin torpaq sahəsindən istifadəsi üçün Cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması və ona bu maneələrin yaradılması ilə bağlı hərəkətlərin qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 3 otaqlı, 58,64 kv.m. sahəsi olan mənzil və 2628,0 kv.m. torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Bununla bağlı ona Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən BM № 000026 saylı Qeydiyyat vəsiqəsi verilmişdir. Həmçinin, Cavabdeh ona məxsus torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən evi qanunsuz olaraq zəbt edərək bu günədək istifadə etməkdədir. Bu qanunsuz özbaşınalığın aradan qaldırılması üçün dəfələrlə cavabdehə şifahi xəbərdarlıq etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Belə ki, cavabdehə zəbt etdiyi torpaq sahəsinin və mənzilin ona məxsus olmasını və bunu təsdiq edən sənədlərin mövcudluğunu əsas gətirərək zəbt edilmiş torpaq sahəsindən çıxmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də, hazırkı mübahisənin ədalətli həlli üçün cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəmədə mülki iddia qaldırmaq hüququndan istifadə edərək məhkəməyə müraciət edir. 5.İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, əlavə etmişdir ki, iddiaçı və cavabdeh arasında mübahisəli evin alğı-satqısı niyyəti olmuşdur. Ona görə iddiaçı müvəqqəti olaraq cavabdehin evdə qalmasına icazə verib. Lakin cavabdehin evə pul ödəyib alğısatqını həyata keçirmək niyyəti olmadığını başa düşəndə, iddiaçı, ondan evdən çıxmağını tələb etmişdir. Lakin cavabdeh evi zəbt edərək çıxmır. Belə ki, cavabdeh iddiaçının evində bağban kimi yaşamağa başlayıb. Sonralar iddiaçı evi satmaq istəmiş cavabdeh həmin evi özü almaq istəməsini bildirmişdir. Onların arasında olan şifahi razılaşmaya əsasən o, qeyd olunan evi 60000,0 manata almağa razılaşıb. Lakin o bu müddət ərzində oiddaçıya cəmi 8000,0 manat pul verib. 2020-ci ildə cavabdeh iddiaçıya 12000,0 manat təklif etsədə o, həmin məbləği qəbul etməyib. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. 6.Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş və iddianın rədd edilməsini xahiş edərək bildirmişdir ki, o, 1998-ci ildən mübahisəli ünvanda yaşayır. İddiaçı özü də bir neçə dəfə gəlib orada qalmış, sonradan evi satmaq istədiyini deyib getmişdir. O, onunla razılaşaraq evi özünün almaq istədiyini ona bildirmişdir. Evi almaq üçün ilkin olaraq iddiaçıya 2010cu ildə 8000 manat pul verib. Sonra ondan əlavə olaraq 10000,0 manat istəyib. 2013-cü ildə iddiaçı ona zəng vuraraq ondan 2000,0 manatda əlavə istəmişdir. 2020-ci ildə onunla görüşüb ona həmin evə görə 12000,0 manat təklif etmiş, lakin iddiaçı pulu qəbul etməmişdir. O, həmineviondan 20000,0 manataalmağarazılaşıb. 8000,0 manatverib 12000,0 manatdaverəbilər. 7.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 14 oktyabr 2022-ci il tarixli, 2(003)-2279/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Emin Məmmədli) iddia tələbi təmin edilərək, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv.m. yaşayış sahəsi və 2628,0 kv.m. torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsindən çıxarılmaqla mənzil və torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv.m. yaşayış sahəsi, 2628,0 kv.m. torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsindən istifadə ilə bağlı İddiaçı maneələrin yaradılmasının qadağan olunması qət edilmişdir. 8.İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş BM №000026 saylı qeydiyyat vəsiqəsinin notarial təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv.m. yaşayış sahəsi və 2628,0 kv.m. torpaq sahəsindən ibarət 45 saylı bağ İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. 9.İşin halları ilə bağlı məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv.m. yaşayış sahəsi, 2628,0 kv.m. torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. O, gələcəkdə əmlakı satmaq niyyəti ilə müvəqqəti olaraq cavabdehə orada yaşamağa icazə vermiş, bir müddət sonra o, Cavabdeh bağ evindən çıxmağı tələb etdikdə, sonuncu evdən çıxmaqdan boyun qaçırmışdır. 10.Məhkəmə hesab etmişdir ki, cavabdeh 1998-ci ildən mübahisəli bağ evində yaşadığından, bununla da tərəflər arasındakı münasibət 1998-ci ildə yarandığından mübahisə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməlidir. 11.Məhkəmə qeyd etmişdir ki, Cavabdeh iddiaçının ailə üzvü sayılmır, bununla da cavabdehin qeyd edilən mənzildən istifadə hüququ yaranmadığından, məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən, 45 saylı bağ evinə hər hansı bir hüquqları mövcud olmayan cavabdehin bu mənzildə yaşamaları iddiaçının mənzilə olan mülkiyyət hüquqlarını məhdudlaşdıran hal olduğundan iddia tələbi əsaslıdır. 12.Məhkəmə hesab etmişdir ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdeh mübahisəli mənzildən könüllü olaraq çıxmaması nəticəsində İddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. 13.Məhkəmə qeyd etmişdir ki,iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, mənzil hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı əmlakının özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Cavabdehin hal-hazıradək evdən çıxmayaraq evi təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. Hər bir halda qeyd olunan mənzilin xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmasının işin mübahisəsiz halı olması nəzərə alınmaqla cavabdehin mənzilə istifadə hüququ olmadığından, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv.m. yaşayış sahəsi və 2628,0 kv.m. torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsindən çıxarılmaqla mənzil və torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilməlidir. 14.Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması və ona bu maneələrin yaradılması ilə bağlı hərəkətlərin qadağan edilməsini ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, işin hallarından göründüyü kimi iddiaçı, mübahisəli bağ evinin mülkiyyətçisi olaraq, öz mülkiyyətindən sərbəst surətdə istifadə edə bilmir, belə ki, cavabdeh tərəfindən iddiaçıya mülkiyyətindən istifadəsinə maneçilik törədilir. 15.Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddia bu hissədə də təmin olunaraq, Cavabdeh Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv.m. yaşayış sahəsi, 2628,0 kv.m. torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsindən istifadə ilə bağlı İddiaçı maneələrin yaradılması qadağan olunmalıdır. 16.Nəticədə məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv.m. yaşayış sahəsi və 2628,0 kv.m. torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsindən çıxarılmaqla mənzil və torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilməli, Cavabdeh Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv.m. yaşayış sahəsi, 2628,0 kv.m. torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsindən istifadə ilə bağlı İddiaçı maneələrin yaradılması qadağan olunmalıdır. 17.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının29-cu maddəsinə; “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarına; 2009cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123, 53cü;“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2ci;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 18.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən tərəflər arasındakı mübahisəyə Mənzil Məcəlləsinin müddəalarının tətbiq olunması düzgün deyildir. Məhkəmə qərar qəbul edərkən cavabdeh tərəfindən iddiaçıya evin alınması üçün 8000 manat pul vəsaitinin verilməsini nəzərə almamışdır. Məhkəmə o halı nəzərə almamışdır ki, cavabdeh 2010-cu ildə hazırki tarixədk mübahisəlievdə əsaslı təmir-tikinti işləri aparmış, həmçinin həyətyani sahədə tikilivə qurğular inşa etdirmiş və bu işlərə görə bu dövr ərizndə 50000 manata yaxın pul vəsaiti xərcləmişdir. İddiaçı şifahi alğı-satqı razılaşması üzrə öz öhdəliklərini vaxtında və tam yerinə yetirməmələrinə baxmayaraq cavabdeh yenə də evin qalıq dəyərini onlara arasındakı razılaşmaya uyğun olaraq notarial qaydada alğı-satqı etdikdən sonra verməyi dəfələrlə təklif etmişdir. İddiaçı isə cavabdehin bütün təkidlərinə baxmayaraq alğı-satqı müqaviləsinin şərtlərini pozaraq evi notarial qaydada alğı-satqısından səbəbsiz olaraq qəsdən yayınır və əlavə pul etmək məqsədi ilə şihahi razılaşmanın tələblərinə riayət etməkdən yayınır. Hesab edir ki, buna görə də belə bir qanunsuz iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlə iddiaçının arasında heç bir zaman 60000 manat məbləğində razılaşma olmamışdır. İddiaçı tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Bundan əlavə iddiaçı məhkəmə iclasında cavabdehdən 8000 manat pul aldığını təsdiq etmişdir. Bununla da, iddiaçı ilə cavabdeh arasında faktiki olaraq ilkin alğı-satqı razılaşması bağlanmışdır. Bildirir ki, iddiaçı şifahi alğı-satqı razılaşması üzrə öz öhdəliklərini vaxtında və tam yerinə yetirməmələrinə baxmayaraq cavabdeh yenə də evin qalıq dəyərini onlara arasındakı razılaşmaya uyğun olaraq notarial qaydada alğı-satqı etdikdən sonra verməyi dəfələrlə təklif etmişdir. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 21.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 22.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil3apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 23.12-ci maddəsinin İİ hissəsinə görə, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 24.13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 25.29-cu maddəsinin İ-İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 26.Maddə 123.Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 27.Maddə 53.İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 28.Maddə 100-1.Mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa bina və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bunları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir. 29.Maddə 142.Mülkiyyətçinin, başqasının qanunsuz sahib olduğu öz əmlakını tələb etməyə hüququ vardır. xx.xx.2000-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 30.Maddə 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 31.43.Maddə 146.1.Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 32.Maddə 146.2.Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 33.Maddə 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 34.Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 35.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 37.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 38.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 39.Kollegiya tərəflərin nümayəndələrinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarının araşdıraraq hesab edir ki, apellyasiya şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 40.Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, mübahisə predmeti olan Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv.m. yaşayış sahəsi, 2628,0 kv.m. torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh iddiaçının ailə üzvü və digər şəxs hesab olunmadığından, onun həmin bağ sahəsindən istifadə hüququ yaranmamışdır. 41.Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır: -iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; -mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; -mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; -vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; -cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; -vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər. 42.Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci maddəsi, İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. 43.Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 44.X1 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. 45.Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. 46.Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. 47.Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, iddiaçı mübahisəli bağ sahəsinin mülkiyyətçisi olduğundan, həmin bağ sahəsi hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı əmlakının özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. 48.Cavabdehin hal-hazıradək bağ sahəsindən çıxmayaraq, həmin bağı təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. 49.Beləliklə, qeyd olunan bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmasının işin mübahisəsiz halı olması nəzərə alınmaqla,kollegiya hesab edir ki, cavabdehin həmin bağ sahəsinə istifadə hüququ olmadığından, o, iddiaçıya məxsus Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv.m. yaşayış sahəsi və 2628,0 kv.m. torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsindən çıxarılmaqla,ev və torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir. 50.İşin hallarından göründüyü kimi iddiaçı, mübahisəli bağ evinin mülkiyyətçisi olaraq, öz mülkiyyətindən sərbəst surətdə istifadə edə bilmir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya mülkiyyətindən istifadəsinə maneçilik törədilir. Belə olan halda, məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddia bu hissədə də təmin olunaraq, Cavabdeh Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv.m. yaşayış sahəsi, 2628,0 kv.m. torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsindən istifadə ilə bağlı İddiaçı maneələrin yaradılması qadağan olunmalıdır. 51.Kollegiya apellyatorun mənzilə görə şifahi alğı-satqı müqaviləsi bağlanması, mənzil üçün pul ödənilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, daşınmaz əmlaklarla əlaqədar sərəncam verilməsi ilə bağlı əqdlər notariat qaydada bağlanılmalıdır. Cavabdeh tərəf bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. 52.Apellyatorun onun tərəfindən mənzilin təmirinə çəkilmiş xərclərin məhkəmə tərəfindən nəzərə alınmaması ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, qeyd olunan hal qətnamənin qanuniliyini şübhə altına almamaqla yanaşı, onun ləğvinə səbəb ola bilməz. Həmçinin cavabdeh qeyd edilən məsələ ilə bağlı müstəqil tələb şəklində məhkəmədə iddia qaldıra bilər. 53.Kollegiya apellyatorun Mənzil Məcəlləsinə düzgün istinad olunmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən məhkəmənin 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə istinad etməsi qanuni və əsaslı olmuşdur. Belə ki, cavabdehin mübahisəli bağa istifadə hüququnun olub-olmamasına qiymət verilməsinə zərurət olmuşdur. 54.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 55.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(003)-2279/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 56.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 57.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 58.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 59.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(003)-2279/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3023/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3023/2023
17.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver