Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3033/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1771/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişini təsdiq edərək Maraqlı şəxs MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək və məşğulluq” altsisteminə daxil edilmiş məlumatlara düzəliş edilərək əmək müqaviləsinə xitam verilməsi ilə bağlı maddənin dəyişdirilərək, barışıq sazişində və əmək kitabçasında olduğu kimi yəni Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndi ilə xitam verilməsi kimi göstərilməsinin təmin edilməsinə və bu işlə bağlı tərəfindən məhkəməyə ödənilən dövlət rüsumu məbləği olan 100 (yüz) manat pulun maraqlı şəxsdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, Ərizəçi, Zeytun Pharmaceuticals MMC tərəfindən xx.xx.2023- cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi əsas gətirilərək işdən azad edilmişdir. Daha sonra, işəgötürən MMC ilə mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə Bakı 10 saylı Mediasiya Təşkilatında MŞB /10-00808 saylı barışıq sazişi bağlanmış və bu sazişdə işdən çıxarılma maddəsinin dəyişdirilərək Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndi ilə tərtib olunmasına dair razılıq əldə edilmişdir. Sazişin icra olunma müddəti isə 20 gün müəyyən edilmişdir. Bildirir ki, əmək kitabçasında bu barədə dəyişiklik aparılsa da barışıq sazişinin bağlanmasından 1 ildən artıq müddət keçməsinə baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və məşğulluq" altsistmindəki məlumatlarda, onun işdən çıxarılma səbəbi hələ də Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi kimi göstərilir. Bununla bağlı xx.xx.2025-ci il tarixində ƏƏSMN-ə elektron sistemdə düzəlişlərin aparılması üçün müraciət etsə də xx.xx.2025-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olaraq oradan əldə etdiyi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində hələ də işdən çıxarılma əsasının ƏM-nin 70-ci maddənin "xxxx" bəndi kimi qaldığını görünür. Bu hal onun gələcəkdə işə düzəlmə imkanlarını ciddi şəkildə məhdudlaşdırır və qarşı tərəfin barışıq sazişinin şərtlərinə riayət etmədiyini göstərir. Eyni zamanda barışıq sazişinin 8-ci maddəsində nəzərdə tutulmuşdur ki, Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Hazırki ərizə ilə məhkəməyə müraciət etməsilə bağlı 100 (yüz) manat dövlət rüsumu ödəmişdir ki, barışıq sazişinin tələbləri baxımından həmin məbləği maraqlı şəxs olan qarşı tərəf ona ödəməlidir. Barışıq sazişini təsdiq edərək Zeytun Pharmaceuticals MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "əmək və məşğulluq" altsisteminə daxil edilmiş məlumatlara düzəliş edilərək əmək müqaviləsinə xitam verilməsi ilə bağlı maddənin dəyişdirilərək, barışıq sazişində və əmək kitabçasında olduğu kimi yəni Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndi ilə xitam verilməsi kimi göstərilməsinin təmin edilməsinə və bu işlə bağlı tərəfimdən məhkəməyə ödənilən dövlət rüsumu məbləği olan 100 (yüz) manat pulun maraqlı şəxsdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1771/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin 1.1-ci bəndi “1.1.Tərəflər Maraqlı şəxs şirkətinin nümayəndəsi bəyan edir ki, Ərizəçi Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinin dəyişdirilib 68.2 maddəsinin a bəndi ilə dəyişdirilməsini şirkət öz üzərinə öhdəlik götürür.” kimi şərtlərlə təsdiq edilməsi, mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxsndən tutularaq ərizəçinin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Maraqlı şəxs nümayəndəsi X4 apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq tərəflər arasında barışıq əldə olunması səbəbilə tələbindən imtina etdiyini, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi ərizəni müdafiə etdiyini bildirdi. Maraqlı şəxsin nümayəndəsi etirazının olmadığını bildirdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçinin tələbindən imtinaya dair ərizəsi qəbul edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1771/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Ərizəçi tərəfindən verilmiş ərizədən görünür ki, hazırda ərizəçi ilə maraqlı şəxs arasında razılıq əldə edilmişdir. Ərizəçi maraqlı şəxsə qarşı tələbindən imtina edir, eyni zamanda iş üzrə icraata xitam verilməsi xahiş olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verildiyindən ərizənin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi iddiadan imtinaya dair ərizəsi qəbul edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1771/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Ərizənin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3033/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3033/2025
18.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver