Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3054/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, habelə nümayəndəsi X1, Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-681/2022 nömrəli, 04 may 2022ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh MTK və İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh MTK Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə İ.Zülfüqarov küçəsinin kəsişməsindəki 2942A saylı məhəllədə yerləşən binanın B blokunun 11-ci mərtəbəsindəki B01 nömrəli 4 otaqlı, yaşayış sahəsi 90,35 kv.m, tam sahəsi 151,98 kv.m olan mənzili İddiaçı satmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzil sahəsinin hər kvadrat metrinin qiyməti ƏDV daxil olmaqla 807,76 manat, mənzilin ümumi dəyəri isə 122.763 manat təşkil edir. Bu müqavilənin imzalandığı gün İddiaçı kooperativə mənzilin ümumi dəyərinin 49.106 manat məbləğində ilkin ödəniş etməyi, mənzilin ümumi dəyərinin qalan 73.657 manat məbləğində pulu isə müqavilə imzalandığı gündən 12 ay ərzində müqaviləyə əlavə edilən aylıq ödəniş qrafiki üzrə bərabər hissələrə bölünməklə ödəməyi öhdəsinə götürmüşdür.
2. “Mənzilin açarının təqdim edilməsi barədə” xx.xx.2020-ci il tarixli aktda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə İ.Zülfüqarov küçələrinin kəsişməsindəki 2942A saylı məhəlllədə inşa edilmiş “Xətai Park” yaşayış kompleksində B (52) saylı binanın 11-ci mərtəbəsində yerləşən 4 otaqlı 1 saylı mənzili istifadəsinə və sahibliyinə qəbul etməsi üçün vətəndaş İddiaçı qeyd olunan mənzilin sayda eyni nüsxədə giriş açarları Cavabdeh MTK-nın satış departamentinin müdiri X3 tərəfindən təqdim edilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52, M11, m1 ünvanında yerləşən ümumi sahəsi 130,10 kv.metr olan mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir.
4. Bundan əlavə, xx.xx.2018-ci il tarixli, 192 nömrəli maliyyə arayışına əsasən Bakı şəhəri, Xətai rayonu. Gəncə prospekti ilə İ.Zülfüqarov küçəsinin kəsişməsindəki 2942A məhəllədə tikilən yaşayış kompleksi Cavabdeh MTK-ya məxsusdur. Bu kompleksin B binasının 11-ci mərtəbəsindəki ümumi sahəsi 151,98 kv m. olan dörd otaqlı 01 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir və onun MTK-ya borcu yoxdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
5. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh MTK–dan onun xeyrinə zərər qismində 17.163 manat, dövlət rüsumu olaraq ödənilmiş 88 manat və hüquqi yardıma görə ödənilmiş 200 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə aralarında bağlanmış 17 avqust 2018-ci il tarixli 0986 nömrəli müqavilənin 1-ci bəndinin 1.1-1.8-ci bəndlərinin şərtlərinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə Zülfüqarov küçəsinin kəsişməsində 2942A saylı məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının B dəhlizinin (blok) 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 151,98 kv.m. olan, 4 otaqlı, B01 nömrəli mənzilin kooperativ tərəfindən ona təhvil verilməsi nəzərdə tutulmuşdur. Nəzərdə tutulan 151,98 kv.m ümumi sahənin 90,35 kv.metri yaşayış sahəsi, 61,63 kv.metri isə qalan sahəyə daxildir. Müqavilənin 2-ci bəndində onun mənzilin tam sahəsinin hər kvadrat metrinə görə kooperativə 807,76 manat ödəməli olduğu qeyd olunmuşdur. Ümumilikdə onun mənzil üçün kooperativə 122.763 manat ödəməli olduğu nəzərdə tutulmuşdur. O mənzil ona təhvil verilməmişdən öncə mənzilin tam dəyəri olan 122.763 manat pulu kooperativə ödəmişdir. Lakin mənzil ona təhvil verilən zaman məlum olmuşdur ki, kooperativ müqavilə şərtlərini pozaraq ona tam sahəsi 151,98 kvadrat metr olan mənzil verməli olduğu halda ona tam sahəsi 130,10 kvadrat metr olan mənzil təhvil vermişdir. Həmin sahə nəzərdə tutulandan 21,88 kvadrat metr azdır. Bu sahənin də müqavilədə göstərilən qiymətə görə dəyəri 17.673 manatdır. O mənzilə dair texniki pasport və çıxarış almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin mütəxəssisləri yerində ölçü apararaq müəyyən etmişlər ki, mənzilin tam sahəsi 130,10 kvadrat metr olmaqla müqavilədə göstərilən 151,97 kvadrat metr tam sahədən 21,8 kvadrat metr azdır. Bu hal mənzilin texniki pasportunda və çıxarışında da qeyd edilmişdir. Bu barədə cavabdeh “Sosial Mənzil MTK-ya müraciət edərək artıq ödədiyi məbləğin ona geri qaytarılmasınıxahiş etsə də cavabdeh bu məbləği qaytarmaqdan imtina etmiş və məsələyə heç bir münasibət bildirməmişdir.
7. Cavabdeh MTK iddia ərizəsinə yazılı etiraz təqdim edərək ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov və Gəncə prospektinin kəsişməsi 2942 A ünvanında yerləşən “ünvan 4ilin yerləşdiyi sahə tam olaraq 161,4 kvadrat metr təşkil edir. İddia ərizəsində sanitar qovşaq və mətbəxin şaxtalarının ümumi sahəyə daxil edilməsi qeyd olunsa da, həmin sahələr mənzilin ümumi sahəsinə daxil edilməmişdir. Eyni zamanda AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.1-ci bəndinə əsasən yaşayış binasının ümumi sahəsi – binanın mərtəbələrinin sahələrinin cəmi kimi müəyyən edilir. Mərtəbələrin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrinin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Eyni zamanda mənzilin ümumi sahəsi hesablanarkən balkon sahəsi 0,3 əmsal ilə azaldılmış, mənzilin ara və xarici divarlarının tutduğu sahə nəzərə alınmamışdır. Nəticə etibarilə faktiki qeyd olunan 161,4 kv.m sahə 151,98 kv.m olaraq mənzilin faktiki ümumi sahəsi kimi müəyyən edilmişdir. Bununla da Kooperativ olaraq hər hansı qanunvericilik norması pozulmamışdır. Lakin daha sonradan mülkiyyət hüquqlarının dövlət qeydiyyatını həyata keçirən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən mənzil üzərindən mülkiyyət hüquqlarının qeydiyyatı aparılarkən mənzilin ümumi sahəsi az göstərilərək 130,1 kv.m müəyyən edilmişdir və bu hərəkətə görə Kooperativ məsuliyyət daşıya bilməz və hər hansı bir formada mənzilin ödənişindən pul şəklində iddiaçıya ödənişin qaytarılmasının əsası yoxdur.
8. Yasamal Rayon Məhkəməsinin 2(004)-681/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 0986 nömrəli mənzilin alqı-satqı müqaviləsi üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, mənzilin müqavilədə göstərilən faktiki ümumi sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyinə əsasən müəyyən edilmiş faktiki ümumi sahəsi üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzilin sahəsi müqavilədə nəzərdə tutulduğundan hətta 1 kv.metrə yaxın artıq ölçüdə, yəni 153,12 kv.metr müəyyən edilmişdir. Belə ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozmamış, iddiaçıya müqavilədə razılaşdırılmış sahədən az olmayan mənzil təhvil vermişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, İddiaçı iddiası əsassızdır, iddiaçı şəxsin təqdim etdiyi müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 1091.1, 1092.1-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 107, 119.1, 121.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddiaçının iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə aralarında bağlanmış 17 avqust 2018-ci il tarixli 0986 nömrəli müqavilənin 1-ci bəndinin 1.1-1.8-ci bəndlərinin şərtlərinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə Zülfüqarov küçəsinin kəsişməsində 2942A saylı məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının B dəhlizinin (blok) 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 151,98 kv.m olan, 4 otaqlı, B01 nömrəli mənzilin kooperativ tərəfindən ona təhvil verilməsi nəzərdə tutulmuşdur. Ümumilikdə onun mənzil üçün kooperativə 122.763 manat ödəməli olduğu nəzərdə tutulmuş, mənzilin tam dəyəri olan 122.763 manat pulu kooperativə ödəmiş, lakin mənzil ona təhvil verilən zaman məlum olmuşdur ki, kooperativ müqavilə şərtlərini pozaraq ona tam sahəsi 151,98 kvadrat metr olan mənzil verməli olduğu halda, ona tam sahəsi 130,10 kvadrat metr olan mənzil təhvil vermişdir. Beləliklə, bu da müqavilədə nəzərdə tutulandan 21,88 kvadrat metr azdır, bu isə müqavilədə göstərilən qiymətə görə 17.673 manat təşkil edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 06 oktyabr 2022-ci il tarixli, 2(103)-4866/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər: İ.S.Şirinov (sədrlik edən və məruzəçi), E.C.Kazımov və A.V.Tanrıverdiyev)
Kassasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddiaçının iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-777/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-4866/2022 nömrəli iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
17. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766-cı maddələri nəzərə alınmalıdır. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. İşin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya mənzilin sahəsinin həcmi baxımından qüsurlu mal veribverməməsi iş üzrə sübutetmənin predmeti olmuş və məhkəmələr məhz bu halın mövcud olub-olmamasını araşdırmalı olmuşlar. Lakin, işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr ekspertiza təyin etmiş iddiaçının dəlillərində göstərildiyi kimi təhvil verilən sahənin az həcmdə olması müəyyən etmişlər. Yəni, iddiaçı mənzilin sahəsinin az olması halını sübuta yetirmişdir. Beləliklə, hazırkı mübahisə mənzilin faktiki sahəsinin müqavilədə nəzərdə tutulmuş sahəsindən az olması ilə bağlı olduğundan və bu sahədə hüquqi tənzimləmə yuxarıda istinad olunan mülki qanunvericiliyin nomalarını və ya qayda olaraq isə Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin müddəaları, o cümlədən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının xx.xx.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydaları ilə tənzimləndiyindən iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən hazırkı mübahisəyə qeyd edilən normativ hüquqi aktların müddəalarını deyil, işgüzar adətləri tətbiq etmişdir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə mübahisəyə Mülki Məcəllənin (müvafiq olaraq podrat münasibətlərini tənzimləyən) və ya Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin müddəalarına, o cümlədən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının xx.xx.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının müddəalarını tətbiq edilməsi və müvafiq qətnamə qəbul edilməsini müzakirə etməlidir. Beləliklə, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Təkrar məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili, habelə nümayəndəsi hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətin təmin olunmasını xahiş etmişdilər.
19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
21. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının xx.xx.2012 qərarının: Bənd 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinəmütənasibolaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmişhəqiqihallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəməaktınınapellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
26. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2023-cü il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşır və onları, habelə apellyasiya şikayətində qətnamənin ləğv olunmasını və iddianın tam təmin edilməsi xahiş olunduğunu nəzərə alıb, qətnaməni tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırırb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və tətbiq edilməli olan hüquq normasını tətbiq etməmişdir. Bu səbəbdən qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz.
28. Kollegiya ilk növbədə qeyd edir ki, istəniləniddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
29. İddiaçının dəlili ondan ibarətdir ki, cavabdeh 17 avqust 2018-ci il tarixli müqavilədə nəzərə tutulan mənzili tam sahəsi ilə, yəni 151,98 kv.m.-dən ibarət olmaqla ona təhvil verməmişdir. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının xx.xx.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarına əsasən mənzilin sahəsi hesablanarkən mənzilin bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmamalıdır. Bundan başqa balkon və terras sahələri 0.3 əmsallarına vurulmaqla hesablanmalıdır. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi daşınmaz əmlakın dövlət reyestrinin tərtib etdiyi çıxarış və texniki pasportu təqdim etmiş, həmin sənədlər əsasında mənzillərin ölçüsünün müqavilələrdə nəzərdə tutulduğundan az olduğunu müəyyənləşdirdiyini bildirmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək artıq ödədiyi pulun geri qaytarılmasını tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçıya müqaviləyə uyğun sahəsi olan mənzil vermişdir.
30. Nəzərə alınmalıdır ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
31. Belə ki, mənzil sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları"na əsasən hesablanır və həmin normativ hüquqi aktların tələblərinə riayət edilməsi şəhərsalma və tikinti fəaliyyətinin bütün subyektləri üçün məcburidir. xx.xx.2018-ci il tarixli, 192 nömrəli maliyyə arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə İ.Zülfüqarov küçəsinin kəsişməsindəki 2942A məhəllədə tikilən yaşayış kompleksi Cavabdeh MTK-ya məxsusdur. Bu kompleksin B binasının 11-ci mərtəbəsindəki ümumi sahəsi 151,98 kv m. olan dörd otaqlı 01 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir və onun MTK-ya borcu yoxdur.
32. Təkrar apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 13 iyul 2023-cü il tarixli, 10/4007 nömrəli rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 52A, “B” bloku, mərtəbə 11, 1 saylı mənzilin faktiki sahəsi müvafiq azalma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 133,1 kv.m. təşkil etdiyi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 52A, “B” bloku, mərtəbə 11, 1 saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 153,12 kv.m. təşkil etdiyi müəyyən edilir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya mənzilin sahəsinin həcmi baxımından qüsurlu mal verdiyi iş üzrə sübutetmənin predmeti olmuşdur. Yəni ekspertizanın rəyində də iddiaçının dəlillərində göstərildiyi kimi təhvil verilən sahənin az həcmdə olması müəyyən edilmişdir. O cümlədən məhkəmə kollegiyası qeyd edir ki, işdə olan mənzilin texniki texniki pasportuna əsasən də müəyyən edildiyi kimi mənzilin sahəsi az verilməklə mənzilin sahəsinin həcmi baxımından qüsurlu mal verilmişdir. Bununla da iddiaçı mənzilin sahəsinin az olması halını sübuta yetirmişdir. Belə ki, ekspert rəyini, eləcə də texniki pasportda qeyd edilən sahələri hesabladıqda belə nəticəyə gəlinir ki, hazırda mənzilin sahəsi qeyd edilən qanunvericiliyin tələbləri nəzərə alınmaqla 135,5 kv.m edir (18.6+20.2+4.3+15.6+23.1+5.4+3.1+22.4+14+3.8+5). Bu da müqavilə üzrə qeyd edilən sahədən çıxıldıqda mənzil sahəsinin 16,48 kv.m (151.98-135,5=16,48) az olduğunu təsdiq edir. Belə olan halda kollegiyas hesab edir ki, mənzil sahəsinin az olan hissəsi 16,48 kv. metrə görə müqavilə üzrə 1 kv.metr sahəsinin 807,76 manata hesablanması nəzərə alınmaqla cavabdehdən iddiaçının xeyrinə 13311 manat (16,48 kv.m x 807,76 manat=13311 manat) pul iddiaçının xeyrinə tutulmalıdır.
34. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-681/2022 nömrəli, 04 may 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh MTK-dan 13,311 manat məbləğində pul, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun 70,40 manat hissəsinin əvəzi və apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun 35,20 manat hissəsinin əvəzi İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, məhkəmə tikinti-texniki ekspertizasının aparılmasına sərf edilmiş 50 manat pul Cavabdeh MTK-dan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-681/2022 nömrəli, 04 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan 13,311 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun 70,40 manat hissəsinin əvəzi və apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun 35,20 manat hissəsinin əvəzi Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulsun. Məhkəmə tikinti-texniki ekspertizasının aparılmasına sərf edilmiş 50 manat pul Cavabdeh MTK-dan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.