Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3067/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 İsrafıloviçin iştirakları ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qeydiyyat şəhadətnamələrinin ləğvi və avtomobilin qaytarılması, mənəvi ziyanın əvəzinin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 cinayət əməli nəticəsində "xxxx" markalı **-MZ-*** (hazırda **-VL-***) dövlət qeydiyyat nişanlı avtomobilə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X20 İdarəsində onun adından Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 10.02.2020-ci il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh4 verdiyi etibarnamə əsasında Cavabdeh5 ilə Cavabdeh6 arasında bağlanmış 21.02.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsiz hesab olunması, həmin avtomobillə bağlı Cavabdeh4 və Cavabdeh6 adlarına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, avtomobilin ona qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənəvi zərərin əvəzi olaraq müştərək qaydada 10 000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, "xxxx" markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olmuş, Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona qarşı törədilmiş cinayət əməli nəticəsində avtomobili əlindən çıxmış, digər cavabdehlərin mülkiyyətinə keçmişdir. Belə ki, "xxxx" MMC-də qeydiyyat operatoru kimi işləmiş, sahibi və rəhbəri Cavabdeh1 olan MMC avtomobillərin icarəsi fəaliyyəti göstərmiş, Cavabdeh1 ona evlənmək təklifi etdiyindən ona inam və etibarı yaranmışdır. 2020-ci ilin fevral ayında Cavabdeh1 MMC-nin mühafizəçisi Ramazana avtomobili idarə etməsi, MMC-nin işlərində istifadə etməsi üçün sadə etibarnamə verməsini ondan xahiş etmiş, Səbuhiyə inanadığı üçün 10.02.2020-ci il tarixdə Cavabdeh1, o və Cavabdeh3 notariat kontoruna getmiş, Cavabdeh1 tərəfindən aldadıldaraq Cavabdeh3 adına sadə etibarnamə adı ilə baş etibarnaməyə imza atmış, avtomobili MMC-nin işləri üçün Cavabdeh3 idarəetməyə vermiş, özü isə evə getmişdir. 3 gün işdə olmamış, işə gələndə ona məlum olmuşdur ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 10.02.2020-ci il tarixdə onun avtomobilini Cavabdeh4 İsrafıloviçə 12 000 manata satmışlar. Daha doğrusu Səbuhi X2 borcunun əvəzində avtomobili onun adına keçirmişlər. Radon Həmidov isə avtomobili 21.02.2020-ci il tarixdə 14 500 manata Cavabdeh5 satmış və avtomobil alqı-satqı əsasında sonuncunun həyat yoldaşı Cavabdeh6 adına rəsmiləşmiş, avtomobilə yeni **- VL-*** dövlət qeydiyyat nişanı verilmişdir. Şikayəti əsasında Xətai RPİ-nin İŞ-də cinayət işi başlanmış, müəyyən olunmuşdur ki, avtomobil cinayət nəticəsində mülkiyyətindən çıxarılmış, Cavabdeh1 və Cavabdeh2 ona və digər qadınlara qarşı törətdikləri cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsilə ittiham verilmiş, özü zərərçəkmiş şəxs kimi tanınmış, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İşin hallarından görünür ki, alqı-satqı ilə bağlı iradə ifadəsi olmadan avtomobili Cavabdeh1 və Cavabdeh2 cinayət əməli nəticəsində Cavabdeh3 tərəfindən Cavabdeh4, Cavabdeh4 tərəfindən isə Cavabdeh5 vasitəsilə onun həyat yoldaşı Cavabdeh6 satılmışdır. Cavabdeh3 Cavabdeh4la onun adından bağladığı əqd cinayət hadisəsi nəticəsində bağlandığından etibarsız əqddir, heç bir hüquqi nəticələrə səbəb olmur, həmin əqd etibarsız olduğundan Cavabdeh4 Cavabdeh5 vasitəsilə Cavabdeh6 ilə bağladığı əqd də etibarsız əqddir, heç bir hüquqi qüvvə kəsb etmir. Belə olan halda həmin əqdlər etibarsız hesab edilməklə atomobili özünə qaytarılmalıdır. Ona qarşı törədilmiş cinayət əməli nəticəsində stress keçirmiş, psixoloji sarsıntıya məruz qalmış, mənəvi əzab çəkmiş və hazırda da mənəvi zərər çəkməkdədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona vurulmuş mənəvi zərəri ümumilkdə 10 000 manat qiymətləndirir və hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 mənəvi zərər olaraq hər biri 5000 manat olmaqla, ona ümumilikdə 10 000 manat kompensasiya ödəməlidirlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, qanunverciliyi yanlış tətbiq etdiyini, açıq-aşkar etibarsız olan alqı-satqı müqavilələrini etibarlı hesab etməklə qanunsuz qərar çıxardığını, cinayət nəticəsində iddiaçının əmlakının əldən-ələ keçməsinə haqq qazandırdığını, mənəvi ziyan tələbinə ümumiyyətlə qiymət vermədiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 məhkəməyə gəlməmiş, cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh2 isə məhkəmə iclasında iştirakının təmin olunması barədə iradə ifadəsini bildirməmişdir. Məhkəmə iclasında iştirak edən (iştirakı təmin olunmuş) Cavabdeh1 izahatında göstərmişdir ki, 08.01.2020-ci il tarixdə "xxxx" MMC-ni təsis etmiş, əsas fəaliyyəti avtomobillərin icarəyə verilməsindən ibarət olan MMC-nin ofisi Babək prospektindəki “Babək” Plazada yerləşmiş, İddiaçı həmin şirkətə operator kimi işə qəbul olunmuşdur. Həmin ərəfədə Nərminə ilə sevgi münasibətlərində olmuş, Nərminə ona yaxın və etibarlı şəxs olduğundan sonuncunu şirkətin direktoru təyin etmişdir. Nərminəyə məxsus "xxxx" markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobili onun şifahi razılığı əsasında şirkətin işləri ilə əlaqədar idarə etmiş, 2020-ci ilin fevral ayının əvvələrində Nərminə ona atasının səhhətində problemlərin yarandığını, həmçinin qızına ad günü şənliyi keçirməsi ilə əlaqədar pul lazım olmasını bildirərək avtomobili satmasını istəmişdir. Avtomobili satmaq məqsədilə Nərminədən MMC-nin işçisi olan Cavabdeh3 etibarnamə verməsini xahiş etmiş, 10.02.2020-ci il tarixdə, təxminən saat 14:00 radələrində o, Ramazan və Nərminə ünvan 1 ünvanda yerləşən 18 saylı notariat ofisinə getmiş, orada Nərminə özünə məxsus avtomobilə dair Ramazana baş etibarnamə vermiş, bundan sonra o, avtomobili 12 000 manata tanımadığı şəxsə satmışdır. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh4 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində “Babək” körpüsünün ətrafında avtomobil alveri ilə məşğul olmuşdur. 10.02.2020-ci il tarixdə saat təxminən 15:00 radələrində əvvəllər tanımadığı Cavabdeh1 yanına gələrək qırmızı rəngli, “Changan” markalı **-MZ-*** dövlət nömrə nişanlı avtomobili satmaq istədiyini bildirmiş, avtomobili 12 000 manata Səbuhidən almışdır. Səbuhinin sürücüsü kimi təqdim etdiyi Cavabdeh3 adına baş etibarnamə olmuş, Səbuhi ilə razılşdıqdan sonra Ramazanla birlikdə DİN BDYPİ-nə gedib orada alqı-satqı etmiş, orada 12 000 manatı Ramazana vermiş və avtomobili **-VL-*** dövlət nömrə nişanı altında almışdır. Avtomobilin nömrəsi yaxşı nömrə hesab edildiyindən və Səbuhi həmin nömrənin sahibinə məxsus olduğunu bildirdiyindən nömrə saxlancda qalmışdır. Bundan sonra avtomobili təmir etdirərək bunun üçün təxminən 1500 manat xərcləmiş, 19.02.2020-ci il tarixdə avtomobili Cavabdeh6 15 000 manata satmışdır. Həmin avtomobili Şəbuhidən aldığı zaman avtomobilin cinayət yolu ilə əldə edildiyini bilməmiş, bu barədə heç bir məlumatı olmamışdır. Qazanc əldə etmək üçün həmin avtomobili almış, polis idarəsinə dəvət olunduqda bilmişdir ki, avtomobil Səbuhi və əlbir olduğu Famil adlı şəxs tərəfindən dələduzluqla ələ keçirilmişdir. Cavabdeh2 ümumiyyətlə görməmiş, onun adını yalnız Səbuhidən eşitmişdir. Avtomobillə bağlı alqı-satqı sövdələşmələri Səbuhi ilə olmuş, Cavabdeh3 alqı-satqıda Səbuhinin yanında olsa da, bütün danışıqları Səbuhi etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələbini pozmuş, iddiaçının “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənəvi zərərin əvəzi olaraq müştərək qaydada 10 000 manatın tutularaq ona ödənilməsi” tələbinə ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Kollegiya iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin müəyyən olunmuş hallarına görə, "xxxx" markalı **-MZ-*** dövlət nömrə nişanlı avtomobil 12.05.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, Bakı şəhəri 18 saylı notariat ofisində təsdiqlənmiş 10.02.2020-ci il tarixli etibarnamə ilə o, həmin avtomobili sürücülük hüququ olduqda idarə etməyi, bağışlamağı, ipoteka qoymağı, üzərində sərəncam verməyi, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı və s. səlahiyyətləri 10.02.2021-ci il tarixinədək Cavabdeh3 etibar etmiş, avtomobil həmin etibarnamə əsasında Cavabdeh3 tərəfindən 10.02.3020-ci il tarixdə 12 000 manata Cavabdeh4 İsrafıloviçə satılaraq onun mülkiyyətinə keçirilmiş, avtomobilə ** VL *** dövlət nömrə nişanı təhkim olunmuş, 21.02.3020-ci il tarixdə avtomobil Cavabdeh4 tərəfindən (onun 19.02.2020-ci il tarixdə verdiyi etibarnamə əsasında Cavabdeh5 tərəfindən) 15 400 manata Nəsirova-X1. İşin müəyyən olunmuş halı həmçinin ondan ibarətdir ki, Cavabdeh1 təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, rəhbərlik etdiyi MMC-də operator vəzifəsində işləmiş İddiaçı məxsus "xxxx" markalı **-MZ-*** dövlət nömrə nişanlı avtomobili MMC-nin işlərini idarə etmək məqsədilə sadə etibarnamə (avtomobili yalnız idarə etmək hüququ verən) verməsi adı ilə aldadaraq, 2020-ci ilin fevral ayının 10-da saat 14:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 11 ünvanında yerləşən 18 saylı notarius ofisində MMC-də mühafizəçi işləyən və onun cinayətkar niyyətindən xəbəri olmayan Cavabdeh3 adına avtomobilə sərəncam vermək hüququ verən baş etibarnamə almış, həmin gün avtomobili digər şəxsə sataraq ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə İddiaçı məxsus əmlakı ələ keçirib ona 18 000 manat olmaqla xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bu və digər şəxslərə qarşı törətdikləri bənzər əməllərə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.01.2021-ci il tarixli hökmü ilə Cavabdeh1 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə müvafiq olarar çəkilməmiş qalan 3000 manat cərimə cəzası təyin edilən cəzaya birləşdirilməklə ona qəti olaraq 9 il müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzası təyin olunmuş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcı 22.06.2020-ci il tarixdən hesablanmış, Cavabdeh2 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 27.06.2020-ci il tarixdən hesablanmış, zərərçəkmiş şəxslər X3, X11 və X7 mülki iddiaları tam təmin edilərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 34 000 manatın alınaraq X4, 28 300 manatın alınaraq X14, 55 000 manatın alınaraq X9 verilməsi qərara alınmış, zərərçəkmiş şəxslər İddiaçı və X12 vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. İddiaçı, məhz sözügedən hökmlə müəyyən edilən hallara istinadən müvafiq iddia tələblərini irəli sürmüş, Cavabdeh1 və Cavabdeh2 tərəfindən aldadılmış olması səbəbilə avtomobilə dair aparılan sonrakı əməliyyatların da məhz həmin aldadılmasının nəticəsində həyata keçirildiyini bildirmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar baxımından, onun mübahisələndirdiyi müqavilələrin etibarlılığı məsələsi araşdırılmalı, həmin faktiki halların iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıbuzlaşmadığına qiymət verilməlidir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin həm iddiaçının özünün bildirdikləri, həm də qanuni qüvvədə olan hökmlə müəyyən edilən hallarına görə, iddiaçı Cavabdeh3 avtomobilə dair etibarnaməni könüllü iradə ifadəsi əsasında vermiş, lakin etibarnamənin məzmununda yanılmış, bu yanılma Cavabdeh1 olan inamı (etibarı) nəticəsində baş vermiş, Cavabdeh3 bu yanılmadan xəbərdar olmamışdır. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Mülki Məcəllənin 339-cu maddəsinin məzmunundan göründüyü kimi bu maddənin tətbiqedilən olması üçün kontragent, tərəfi əqd bağlamaq məqsədilə qəsdən, bilərəkdən aldatmalıdır. Hazırkı işdə iddiaçının iddiasına görə aldadılma ondan ibarət olmuşdur ki, o, avtomobili Cavabdeh1 tapşırığı (xahişi) ilə Cavabdeh3 başqa məqsədlə vermiş, lakin Cavabdeh1 müvafiq etibarnamədən istifadə edərək ondan xəbərsiz avtomobili Cavabdeh4, sonuncu isə Rəna Mustafayevaya satmışdır. Kollegiya hesab edir ki, hətta Cavabdeh1 avtomobilə dair Cavabdeh3 verilmiş etibarnamədən sui-istifadə etdiyi qəbul olunsa belə, bu hal Cavabdeh3 Cavabdeh4la bağladığı müqavilənin etibarsız hesab olunmasına səbəb ola bilməz. Çünkü işin hallarından görünür ki, Cavabdeh4 müqaviləni bağladığı zaman etibarnamənin Cavabdeh3 hansı məqsədlə verildiyini bilməmiş, müqavilə lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun, onu bağlamış şəxslərin arasında iradə vahidliyi mövcud olmuşdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, avtomobil sonradan alqı-satqı müqaviləsi əsasında Cavabdeh6 mülkiyyətinə keçirilmişdir və adı çəkilən şəxsin avtomobili vicdanla əldə etmiş olduğu işin ümumiyyətlə mübahisələndirilməyən halıdır. Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının hüququnun pozulmuş olduğu qəbul edilsə belə, bu pozuntu mübahisəli avtomobili vicdanla əldə etmiş şəxslərin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, iddia tələblərinin vicdanlı alıcı olan Rəna Nəsirovaya-Mustafayevaya münasibətdə təmin edilməsi onun əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Bununla yanaşı kollegiya qeyd edir ki, iddiaçı, avtomobilin aldatma yolu ilə mülkiyyətindən çıxarılması nəticəsində məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi qaydada tələb irəli sürmək hüququna sahibdir. Bu qənaətə gələrkən kollegiya nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, iddiaçının “avtomobillə bağlı Cavabdeh4 və Cavabdeh6 adlarına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, avtomobilin ona qaytarılması” tələbləri üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünkü alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir. Bununla belə kollegiya hesab edir ki, iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini əsassız saymaq mümkün deyildir; belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Kollegiya hesab edir ki, cinayət işinə baxmış məhkəmələrin qanuni qüvvədə olan qərarları ilə iddiaçıya qarşı məhz cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətlər törətdikləri müəyyən olunduğundan, onun müvafiq tələbinin təmin olunması üçün dispozitiv şərtlər mövcuddur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Bununla belə kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Şərh olunanların məcmusuna əsaslanmaqla kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 2000 (iki min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə isə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumlarının əvəzi qismində 46 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1295/2021 saylı iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qeydiyyat şəhadətnamələrinin ləğvi və avtomobilin qaytarılması, mənəvi ziyanın əvəzinin ödənilməsi” tələblərinə dair iddiası qismən təmin edilsin. Mənəvi ziyanın kompensasiyası qismində 2000 (iki min) manat, dövlət rüsumlarının əvəzi qismində 46 (qırx altı) manat olmaqla cəmi 2046 (iki min qırx altı) manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. İddia tələbləri qalan hissələrdə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3067/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3067/2022
05.05.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver