Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3073/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı vəkili X7 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-7844/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası “Kinoloqlar” İctimai Birliyinə qarşı - Azərbaycan Respublikası “Kinoloqlar” X16 Heyətinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və iddiaçının X5 tərəfindən təsdiq edilmiş çiftlik isminin (vom Krawetz) bərpa edilməsinin Azərbaycan Respublikası “Kinoloqlar” İctimai Birliyinə həvalə edilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Kinoloqlar İctimai Birliyinin üzvüdür. Azərbaycan Respublikası Kinoloqlar X14 direktoru Ramida Ağabəylinin imzası ilə iddiaçıya göndərilmiş xx.xx.2019-cu il tarixli məktubla bildirilmişdir ki, o, ARKİB-nin İdarə Heyətinin xx.xx.2019-cu il tarixli Qərarı ilə Azərbaycan Respublikası Kinoloqlar ictimai Birliyinin üzvlüyündən xaric olunmuşdur və onun X4 tərəfindən təsdiq olunmuş çiftlik ismi (vom Krawetz) ləğv olunmuşdur. Məktubda Birliyin üzvlüyündən xaric olunmanın səbəbi kimi iddiaçının guya ARKİB-nin İdarə Heyətinin sədrinə qarşı ictimai təhqir və işgüzar nüfuzuna qəsdən zərər gətirməsi göstərilmişdir. Eyni zamanda, digər səbəb kimi məktubda göstərilmişdir ki, guya iddiaçı ARKİB-nin digər üzvü Natalya Jerebtsovaya damazlıq erkəyinin cütləşdirmə haqqını ödəməmiş və guya saxta imzalarla ARKİB-nə cütləşdirmə aktı təqdim etmişdir. İctimai birliyin üzvü kimi əsassız olaraq iddiaçı birliyin üzvlüyündən xaric olunmuşdur və onun hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, ARKİB-nin xx.xx.2019-cu il tarixli məktubunda göstərilən hallar həqiqətə uyğun deyildir, iddiaçı tərəfindən ARKİB-nin İdarə Heyətinin sədrinə qarşı heç bir ictimai təhqir olmamışdır və işgüzar nüfuzuna heç bir zərər vurulmamışdır. Həmçinin, iddiaçının cütləşdirmə ilə əlaqədar heç kimə ödəniş haqqı borcu olmamışdır və iddiaçı tərəfindən hər hansı bir sənədin saxtalaşdırılması halı olmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-7844/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası “Kinoloqlar” İctimai Birliyinə qarşı - Azərbaycan Respublikası “Kinoloqlar” X16 Heyətinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və iddiaçının X5 tərəfindən təsdiq edilmiş çiftlik isminin (vom Krawetz) bərpa edilməsinin Azərbaycan Respublikası “Kinoloqlar” İctimai Birliyinə həvalə edilməsi barədə iddiasının təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-7844/2019 nömrəli qətnaməsinin ləğv olunması və iddiaçının iddia tələblərinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə istinad etməklə əlavə olaraq onunla əsaslandırılmışdır ki, cavabdehin İdarə Heyətinin qərar vermək səlahiyyəti olmamışdır.Belə ki, Birliyin Nizamnaməsinin 5.11-ci maddəsinə əsasən Prezident və onun müavinləri (Hər ikisi İdarə Heyətinin üzvləridirlər) cavabdehin Ümumi Yığıncağı tərəfindən 2 il müddətinə seçilir.”Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar ) haqqında” Azərbaycan Respublikası Qanununun 26.4-cü maddəsinə əsasən ictimai birliyin səlahiyyət müddəti bitmiş icra orqanları tərəfindən təşkilatın fəaliyyəti ilə əlaqədar hər hansı qərarların qəbul edilməsinə və ya sənədlərin imzalanmasına yol verilmir.Bu səbəbdən əgər 2017-ci ildəki protokolla qeydə alınmış Prezidentin və müavinlərinin yenidən seçilməsi dövlət reyestrində qeydə alınmayıbsa, bu halda onların qərar vermə səlahiyyətləri sual altında olmalıdır.Digər tərəfdən iddiaçının üzvlüyünə cavabdeh tərəfindən xitam verilməsi səbəblər əsaslandırılmamışdır. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətini müdafiə edərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və iddiaçının vəkilinin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kennel Union of the Republic of Azerbaijan member of X1 tərəfindən İddiaçı ünvanlanmış üzvlüyün dayandırılması barədə sənəddən görünür ki, xx.xx.2019-cu il tarixində ARKİB-nin İdarə Heyətinə cənab Zaur Ağabəyli tərəfindən İddiaçı ona qarşı ictimai təhqir və işgüzar nüfuzuna qəsdən zərər gətirmə ilə əlaqədar şikayət ərizəsi daxil olmuşdur. Eyni zamanda xx.xx.2019-cu il tarixində ARKİB-nin İdarə Heyətinin digər üzvü və Napoleone di Casa Vernice ləqəbli alman boksyorunun sahibi xanım Natalya Jerebstova tərəfindən şikayət daxil olub. Bu şikayətə əsasən İddiaçı yuxarıda qeyd olunan damazlıq erkəyinin cütləşdirmə haqqını ödəməkdən yayınmış və eyni zamanda ARKİB-nin ofisinə saxta imzalarla cütləşdirmə aktı təqdim etmişdir. ARKİB-nin İdarə Heyətinin xx.xx.2019-cu il tarixli qərarına əsasən İddiaçı Kinoloqlar Birliyinin üzvlüyündən xaric olunmuş və onun X5 tərəfindən təsdiq edilmiş çiftlik ismi (vom Krawetz) ləğv olunmuşdur. Bunları nəzərə alaraq küçüklərinin qeydiyyat müraciəti rədd edilir və eyni zamanda bütün ARKİB/FCİ himayəsi altında keçirilən kinoloji tədbirlərdə iştirakına qadağa qoyulur. “Kinoloqlar” X16 Heyətinin iclasının xx.xx.2019-cu il tarixli protokolunun surətindən görünür ki, idarə heyətinin üzvləri yekdilliklə xanım İddiaçı Kinoloqlar İctimai Birliyinin üzvlüyündən çıxarılmasına səs vermişlər, onun birlik və eyni zamanda X2 çərçivəsində hər hansı kinoloji fəaliyyətinə tam qadağa qoyulmasına qərar verilmişdir. “Kinoloqlar” X16 Heyətinin iclasının xx.xx.2018-ci il tarixli protokolunun surətindən görünür ki, İddiaçı Birliyə tam səs yetkinliyi ilə üzv qəbul edilmişdir. “Kinoloqlar” X16 Heyətinin iclasının xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı Birliyin üzvlüyündən çıxarılması və eyni zamanda X2 (FCİ) çərçivəsində hər hansı kinoloji fəaliyyətinə tam qadağa qoyulması qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması müəyyən edilmişdir ki, İddiaçı 2018-ci ildə “Kinoloqlar” X16 Heyətinin qərarı ilə üzvü olmuş və ona həmin Birlik vasitəsi ilə X5 tərəfindən təsdiq edilmiş “vom Krawetz” çiftlik ismi verilmişdir. Sonradan xx.xx.2019-cu ildə İddiaçı Natalya Jerebsovanın şikayəti əsasında cütləşdirmə qaydalarını kobud surətdə pozduğuna və Birliyin prezidentini Zaur Ağabəylinin işgüzar nüfuzuna xələl gətirdiyinə görə, bununla ümumilikdə Birliyin ictimai nüfuzuna zərər vurduğuna görə üzvlükdən çıxarılmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli protokola əsasən, X18, X9, X8, X10, X11 və X12 tam səs çoxluğu ilə İdarə Heyətinə üzv seçilmişlər, həmin şəxslər və Birliyin prezidenti X15 xx.xx.2019-cu il tarixdə keçirilmiş X17 iclasında iştirak edərək, İddiaçı Birliyin üzvlüyündən çıxarılmasına səs vermişlər. Odur ki, məhkəmə hesab edir ki, X6 əsasən, İddiaçı Birliyin üzvlüyündən çıxarılarkən, İdarə Heyəti səlahiyyətli olmuş və İdarə Heyətinin iclas qaydalarına riayət edilmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, “Kinoloqlar” İctimai Birliyi X2 partnyoru olduğuna görə yalnız qeyd edilən İctimai Birliyin üzvü beynəlxalq səviyyədə itlərin yetişdirməsi ilə məşğul ola biləcəyi üçün İctimai Birlik tərəfindən iddiaçının adına alınmış çiftlik isminin adı altında fəaliyyətin göstərilməsinin iddiaçıya İdarə Heyətinin özü tərəfindən qadağan edilməsi həm beynəlxalq, həm də daxili qaydalara uyğun olmuşdur. Belə ki, “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci və 10.3-cü maddələrinə əsasən, ictimai birliyin üzvləri bərabərhüquqludurlar. Onlar ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər, eləcə də nizamnamə tələblərinə riayət etməlidirlər.İctimai birliyin üzvlüyünün əldə edilməsi və üzvlüyə xitam verilməsi məsələləri nizamnamə ilə müəyyən edilir. Nizamnamə ictimai birliyin üzvlüyünə xitam verilməsindən birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verməlidir. “Kinoloqlar” X3: 4.3-4.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünəidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar. Birliyə üzvlərin qəbulu X23 tərəfindən aparılır. 4.10-cu maddəsinə əsasən, Birliyin üzvləri Birliyin Nizamnaməsinə, həmçinin əxlaq və etika normalarına əməl etmək; Birliyin seçki orqanlarının qərarlarını yerinə yetirmək; Nizamnamə tələblərinə riayət etmək; Birliyin tədbirlərində iştirak etmək kimi vəzifələrin daşıyıcılarıdır. 4.12-ci maddəsinə əsasən, Birliyə üzvlüyə könüllü olaraq Birliyin üzvlüyündən çıxanda və Birliyin üzvlüyündən çıxarıldıqda xitam verilir. 4.14-cü maddəsinə əsasən, üzvlükdən,təsisçilikdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilir. 5.9-cu maddəsinə əsasən, X24 üzvlüyünə qəbul və üzvlükdən çıxarılma məsələlərini həll edir. 5.10-cu maddəsinə əsasən, İdarə Heyətinin iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Yetişdirmə haqqında Beynəlxalq qaydaların (FCİ) 12-ci maddəsinə əsasən, cütləşdirmə qaydalara uyğun baş vermişdirsə, erkək it tərəfindən göstərilən xidmət baş tutmuş hesab olunur və onun sahibinin bu xidmətə görə müvafiq ödəniş almaq hüququ vardır. Bundan başqa, xx.xx.2019-cu il tarixli protokolda cütləşdirmə aktında Natalya Jerebsovanın adından İddiaçı tərəfindən imza olunmasına istinad edilsə də, məhkəmə araşdırılması zamanı hər iki tərəfin və birinci instansiya məhkəməsində dindirilmiş şahidin verdiyi izahatlardan müəyyən edilmişdir ki, İddiaçı ilə Natalya Jerebsova arasında onlara məxsus itlərin cütləşdirilməsi ilə bağlı razılıq mövcud olmuş, yəni onlar bununla bağlı açıqca iradə ifadələrini bir-birilərinə bəlli etmişdirlər. Odur ki, məhkəmə kollegiyası həmin razılığın mövcudluğunu işin mübahisə edilməyən halı kimi qiymətləndirir və cavabdehin imza ilə bağlı dəlillərinə qiymət verməyi məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdehin İdarə Heyətinin qərar vermək səlahiyyəti olmaması ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki,“Kinoloqlar” X16 Heyətinin iclasının xx.xx.2018-ci il tarixli protokolunun surətindən görünür ki, İddiaçı Birliyə eyni tərkibdə olan üzvlərin tam səs yetkinliyi ilə üzv qəbul edilmişdir.İddiaçının üzvlüyünə cavabdeh tərəfindən xitam verilməsi səbəblərinin əsaslandırılmaması arqumentləri ilə bağlı isə Kollegiya qeyd edir ki, iddiaçı itlərin yetişdirməsi ilə bağlı ümumi qəbul olunmuş qaydaları kobud surətdə pozaraq, Respublikanı beynəlxalq səviyyədə təmsil edən İctimai Birliyin nüfuzuna zərər vurmuşdur. Odur ki, “Kinoloqlar” İctimai Birliyinin İddiaçı Birliyin üzvlüyündən çıxarılma və eyni zamanda X5 (FCİ) çərçivəsində kinoloji fəaliyyət göstərməsinə qadağa qoyulması barədə qərarı əsaslı olmuşdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-7844/2019 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3073/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3073/2020
13.08.2020 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver