Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3107/2023 05.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbinə mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-558/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Azərbaycan Respublikası DİN-nin BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli BA125722 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən «Toyota Prius (Hibrid)» markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh1 adına qeydiyyata alınmışdır.
2. xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 adından X1 tərəfindən Cavabdeh2 «Toyota Prius (Hibrid)» markalı ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə etməyi, sürücülük hüququ olduğu halda nəqliyyat vasitəsini idarə etmək barədə etibarnamə verməyi, nəqliyyat vasitəsinə dair icarə müqaviləsi bağlamağı, sənədləşmə işlərini aparmağı, sənədlər təqdim etməyi, ona çatası sənədlər almağı, ərizə verməyi, imza etməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından digər hərəkətlərin edilməsi ilə bağlı 4 il müddətinə xx.xx.2025-ci il tarixədək səlahiyyət verilmişdir.
3. 26.10.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 adından X1 tərəfindən Cavabdeh2 notariat ofislərində onun nümayəndəsi olması, notarial qaydada daşınar əmlaklara ilkin alqı-satqı müqaviləsi və daşınar əmlaklara alqısatqı müqaviləsi bağlaması, müqavilələrdə imza etməsi, notariusun bankdakı depozit hesabı vasitəsi ilə pulu alması, sənədləri və arayışları toplaması, təqdim etməsi və alması, və dtgər sənədləşmə işlərini aparması, lazımi sənədlərdə imza etməsi, adından ərizə verməsi, ərizədə imza etməsi, ona çatası pulu alması, rüsumları ödəməsi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün digər hərəkətlərin edilməsi ilə bağlı 4 il müddətinə xx.xx.2025-ci il tarixədək səlahiyyət verilmişdir.
4. xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 adından Cavabdeh2 tərəfindən İddiaçı «Toyota Prius (Hibrid)» markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşının idarə etməsi ilə bağlı 3 il müddətinə xx.xx.2024-cü il tarixədək səlahiyyət verilmişdir.
5. xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh3 Rəhman oğlu şahid X2 iştirakı ilə İddiaçı «Toyota Prius» markalı ** BK *** nömrəli avtomobili ilkin ödəniş 6000 manat olmaqla 30 aylıq ayda 400 manat olmaqla noyabr ayının 20-dən ödəmək şərti ilə maşını təhvil vermişdir. 30 ayın tamamında avtomobil İddiaçı qalacaq.
6. Cavabdeh3 tərəfindən yazılmış qəbzdən görünür ki, o, xx.xx.2021-ci il tarixdə - 400 manat, xx.xx.2021-ci il tarixdə - 400 manat, xx.xx.2022-ci il tarixdə - 400 manat, xx.xx.2022-ci il tarixdə - 400 manat, xx.xx.2022-ci il tarixdə - 400 manat, xx.xx.2022-ci il tarixdə - 400 manat, xx.xx.2022-ci il tarixdə - 400 manat, xx.xx.2022-ci il tarixdə - 400 manat, xx.xx.2022-ci il tarixdə - 400 manat, xx.xx.2022-ci il tarixdə - 400 manat, xx.xx.2022-ci il tarixdə - 400 manat, xx.xx.2022-ci il tarixdə - 400 manat, xx.xx.2022-ci il tarixdə - 400 manat, xx.xx.2022-ci il tarixdə - 400 manat, xx.xx.2023-cü il tarixdə - 400 manat, xx.xx.2023-cü il tarixdə - 400 manat, xx.xx.2023-cü il tarixdə - 400 manat, xx.xx.2023-cü il tarixdə - 400 manat, xx.xx.2023-cü il tarixdə - 400 manat, xx.xx.2023-cü il tarixdə - 400 manat məbləğində pul almışdır.
7. “Borc verən” qismində Cavabdeh2 ilə “Borc alan” qismində Cavabdeh3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin surətinə əsasən Cavabdeh2 Cavabdeh3 hər növbəti ay 620 manat qaytarmaq şərti ilə 6.200 manat məbləğində borc pul vermiş, Cavabdeh3 krediti xx.xx.2023-cü il tarixədək Cavabdeh2 qaytarmağı öhdəsinə götürmüşdür.
8. Cavabdeh3 ilə İddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Toyota Prius” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı 30 aylıq icarəyə verilir. Bu müddət ərzində icarəçi icarə haqqını tam ödədikdən sonra həmin avtomobilin qanuni sahibi olur. Avtomobili təhvil aldıqda icarəçi 6000 manat dəyərində depozit ödənişi etmişdir. Avtomobilin aylıq icarəsi 405 manat təşkil edir və icarəçi bu məbləği gündəlik 13,50 manat ödəməlidir. Müqavilənin 5-ci bəndinə əsasən əgər icarəçi tərəfindən avtomobilə zədə dəyərsə, DYP və BNA tərəfindən tətbiq olunan cərimələr 1 həftə ərzində ödənilməzsə, avtomobil icarəçidən alınacaq və icarəçinin əvvəlcədən şirkətə ödədiyi 6000 manat depozit qaytarılmayacaq.
İş üzrə qəbul olunmuş məhkəmə aktları
9. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 14000 məbləğində pul və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 132 manat pulun tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə turbo.az saytında olan elanlarda «Toyota Prius (Hibrid)» minik markalı, 2007-ci il buraxılışlı, BAN: JT DKB20U677609435, sedan tipli, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin icarəyə və ya ilkin alğı-satqı müqaviləsi ilə satılmasına dair məlumatla tanış olmuşdur. İddiaçı elanda olan mobil nömrə ilə əlaqə saxlamış, özünü Cavabdeh3 kimi təqdim edən şəxs elanda olan məlumatların doğru olduğunu bildirmişdir. İlkin ödəniş kimi 6.000 manat və 30 ay hər ay 405 manat ödəniş şərtini təkrarlamışdır. İddiaçı şərtlərlə razı olduğu üçün xx.xx.2021-ci il tarixdə Valehin işlədiyi Bakıxanov qəsəbəsində fəaliyyət göstərən avtomobil təmiri emalatxanasına getmiş, orada Cavabdeh3la görüşmüşdür. Valeh avtomobilin Cavabdeh2 adına olduğunu, Cavabdeh2 avtomobili idarə etmək üçün ona notariat qaydada etibarnamə verəcəyini deyib Samirlə onu tanış etmişdir. Onlar birlikdə söhbət etmişlər, Cavabdeh3 və Cavabdeh2 bildirmişlər ki, onlar xaricdən avtomobillər gətirərək hissə-hissə ödəmək şərti ilə ayrı-ayrı şəxslərə satırlar. xx.xx.2021-ci il tarixdə iddiaçı Cavabdeh2 və Cavabdeh3la birlikdə Bakı şəhəri 16 saylı notariat ofisinə getmişlər. Notarial qaydada etibarnamə tərtib olunduqdan sonra iddiaçıya məlum olmuşdur ki, avtomobilin mülkiyyətçisi Cavabdeh1dır və onu Samir etibarnamə əsasında təmsil edir. Etibarnamə iddiaçının adına yazıldıqdan sonra, iddiaçı 6.000 manat ilkin ödənişi cavabdehlərə vermiş, onlar isə həmin avtomobili iddiaçının sahibliyinə və istifadəsinə vermişdilər. xx.xx.2022-ci il tarixdə iddiaçı ilə Cavabdeh3 arasında həmin avtomobilə dair ilkin alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı avtomobili qəbul etdikdən sonra taksi xidməti ilə məşğul olaraq ailəsinin maddi ehtiyaclarını ödəməklə yanaşı aylıq ödənişləri də vaxtında icra elmişdir. İlkin olaraq aylıq ödənişi xx.xx.2021-ci il tarixdə 400 manat olaraq Cavabdeh3 ödənilmişdir. Razılaşmaya görə İddiaçı hər ay 405 manat pul ödəməli olduğu halda o, artıq ödənişlər edərək aylıq ödənişləri vaxtından əvvəl bitirməklə avtomobilin onun adına rəsmiləşdirilməsini istəmişdir. İddiaçı ümumilikdə 19 dəfə, hər dəfə də 400 manat olmaqla ödənişi Cavabdeh3 vermiş və Valeh də əvəzində yazdığı qəbzdə bu barədə qeyd aparmaqla imzalamışdır. Lakin sonradan, yəni 2022-ci ilin mart ayında iddiaçıya məlum olmuşdur ki, Valehlə Samirin arasında ödənişlə bağlı narazlıq var və bu narazlıqların nəticəsində bir neçə sürücüdən avtomobil geri alınmışdır. Samir İsmayılov hazırda aylıq ödənişin məbləğinin 405 manat deyil, 750 manat olduğunu iddia edir. Cavabdeh2 dələlərlə iddiaçıya telefon vasitəsi ilə və görüşərkən bildirmişdir ki, aylıq ödənişlər 750 manat olaraq ödənilməsə avtomobilin idarə edilməsi ilə bağlı onun adına verdiyi etibarnaməni ləğv etdirəcək. Göstərilən səbəbdən bir neçə müddətdir ki, iddiaçı avtomobili idarə edib gəlir əldə edə bilmir. Göründüyü kimi, tərəflər arasında avtomobilə dair ilkin yazılı razılaşmaya iddiaçı əməl edərək, xeyli müddət cəmi 14000 manat məbləğində cavabdehlərə ödənişlər etməsinə baxmayaraq avtomobili iddiaçıdan geri alırlar. İddiaçı faktiki olaraq avtomobildən, həm də ümumilikdə 14000 manat məbləğində vəsaitindən əsassız olaraq məhrum olmuşdur. Beləliklə, iddiaçı hesab edir ki, cavabdehlərin tələbi ilə avtomobil geri qaytarılmalı olduğundan cavabdehlər də iddiaçıdan aldıqları vəsaiti ona geri qaytarmalıdırlar.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-558/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 8000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 75,24 manat, Cavabdeh3 6000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 56,76 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh3 arasında etibarlı razılıq əsasında avtomaşının satılması ilə bağlı ilkin alğı-satqı müqaviləsi bağlanılmış və iddiaçı tərəfindən cavabdehə cəmi 14000 manat pul ödənilmişdır. Lakin məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış ilkin alğı-satqı müqaviləsi özü-özlüyündə kökündən etibarsızdır. Cavabdehlərdən olan Cavabdeh1 isə mülki iş üzrə hər hansı subyektiv cavabdehlik daşımadığından ona qarşı verilən iddia tələbi bütövlükdə təmin edilməməlidir. Belə ki, Cavabdeh1 mübahisəli avtomobilin mülkiyyətçisi olmuş, lakin hazırki iddiaçı ilə hər hansı müqavilə münasibətlərində olmamış və sonuncuya da etibarnamə verməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Cavabdeh2 üzərinə iddiaçı ilə bağlanmış müqavilə münasibətləri olmadığından öhdəlik götürməməsinə baxmayaraq, iddianın 1800 manat hissəsini qəbul etmişdir. Bundan əlavə olaraq isə iddiaçı tərəfindən digər cavabdehə ödənilmiş olan ümumilikdə 14.000 manat puldan 6200 manat hissəsini Cavabdeh3 ilə aralarında olan borc müqaviləsi ilə rəsmiləşdirmişdir. Bu hal isə onu göstərir ki, iddiaçının iddia tələbi təmin olunduğu təqdirdə (1800 manat istisna olmaqla) geriyə qalan məbləğ (6200 manat) iki dəfə cavabdehdən tutulması (borc müqaviləsi üzrə artıq Cavabdeh2 tələb hüququ yaranmışdır) hüququnu süni şəkildə yardacaqdır ki, bu da məhkəmə tərəfindən yolverilməz hal kimi qəbul edilməlidir. Məhkəmə tərəfindən o da qeyd edilməlidir ki, nə qədər ki, tərəflar arasında bağlanmış ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir, bu halda hüquqi vəziyyətdə geriyə qaytarılmalıdır. Lakin bu hüquqi mövqe hazırki iddia tələbi ilə və işin halları ilə uyğunsuzluq təşkil etdiyindən ilkin vəziyyətə qaytarılması bu məhkəmə icraatında mümkün deyildir. Belə ki, iddiaçının hazırki tələbi əqdin etibarsızlığı olmamaqla pul tələbidir və tərəflar arasında avtomobilin təhvil-təslim aktı mövcud olmamış, yalnız ilkin alğı-satqı müqaviləsi (etibarsız hesab edilən) üzrə tərəf isə avtomobilin mülkiyyətçisi (və ya qanuni sahibi) olmamışdır. Bu halda ilkin vəziyyət bərpa olunacağı təqdirdə mübahisəli nəqliyyat vasitəsi özlüyündə yenidən əsassız olaraq Cavabdeh3 qayıtmış olacaqdır ki, bu halda yolverilməzdir. Məhkəmə bu halda qeyd edir ki, mübahisəli avtomaşının mülkiyyətçisinin və ya qanuni sahibi öz əşyasını (nəqliyyat vasitəsini) özgəsinin qanunsuz sahibliyindən avtomobili geri tələb etməklə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh2 8000 (səkkiz min) manat, Cavabdeh3 6000 (altı min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14, 337.1, 337.5, 386.1, 650, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 217.3, 217.4, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
14. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-558/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilərək Cavabdeh2 oğlundan 8000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 75,24 manat hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh2 Cavabdeh3 6.200 manata dair borc müqaviləsini 1 il 3 ay sonra iddiaçı ilə Cavabdeh3 arasında bağlanılmış ilkin alqı-satqı müqaviləsindən ödənilmiş 14000 manat pulun bir hissəsi kimi qiymətləndirmişdir. Məhkəmənin gəldiyi qənaət tamamilə əsassızdır. Belə ki, Cavabdeh2 oğlu iddiaçıdan maşının alqı satqısı üçün hər hansı bir pul məbləği almamışdır. Cavabdeh2 oğlu avtomobili Cavabdeh3 icarə vermiş ödənilmiş 1800 manat pul məhz Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanılmış avtomobilin icarəsindən əmələ gəlmiş ödənişdir. Həmin ödənilmiş pulun iddiaçı ilə Valehin münasibətlərinə heç bir aidiyəti yoxdur. Əlavə olaraq qeyd olunmuş 6200 manat dəyərində borc müqaviləsi ümumiyyətlə avtomobil və həmçinin Cavabdeh2 ilə Cavabdeh3 arasında olan icarə münasibətlərə aidiyyəti yoxdur. Həmin pul iki şəxs arasında olan borc münasibətdir. Pul notariusda hesaba köçürülməklə şəxsə borc olaraq verilmişdir. Məhkəmə əsassız olaraq həmin münasibətləri birləşdirmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 oğlu üzərinə iddiaçı ilə bağlanmış müqavilə münasibətləri olmadığından öhdəlik götürməməsinə baxmayaraq, iddianın 1800 manat hissəsini qəbul etmişdir. Bundan əlavə olaraq isə iddiaçı tərəfindən digər cavabdehə ödənilmiş olan ümumilikdə 14.000 manat puldan 6200 manat hissəsini Cavabdeh3 ilə aralarında olan borc müqaviləsi ilə rəsmiləşdirmişdir. xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanılmış və həmin kredit müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh3 6.200 manat məbləğində borc pul vermişdir. İddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixdə ilkin alğı-satqı müqaviləsi bağlanılmışdır. Cavabdeh2 Cavabdeh3 6.200 manata dair borc müqaviləsi iddiaçı ilə Cavabdeh3 arasında ilkin alğı-satqı müqaviləsindən 1 il 3 ay qabaq bağlanılmışdır. Belə olan halda necə ola bilər ki, ödənilmiş ümumilikdə 14.000 manat puldan 6200 manat hissəsini bağlı borc müqaviləsi bağlanılsın.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
16. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, Əgər Samir ilə Valeh arasında olan 6000 manatın ona aidiyyatı yoxdursa niyə o notariusa gedirdi və niyə onun yanında müqavilə bağlanırdı? Samir 6 maşını Valehə vermişdi. 5 maşın qaytarılmışdı.Samir Valehin əli il maşınları yığmışdı, sonra da onun əli ilə qaytarmışdı. Bu da Samirə sərf edirdi. Valeh ona maşını satmayıb. Etibarnaməni ona Samir vermişdir. Valeh sadəcə vasitəçi olmuşdur. Ona maşını Samir satmışdır. 6000 manatı Samirə Valeh vasitəsi ilə ödəyib. Bütün bunlar notariat binasının qarşısında olmuşdur. Samirə 8000 manat pul ödəyib, amma o bunu danır, deyir ki, 1800 manat ödəyib. Belədirsə o necə 11 ay onun maşını sürüb. Samir onu hədələmişdir. 10 ay qalan zaman o, Samirlə 3500 manat əlavə ödəməyə razılaşıb. Bununla bağlı yazışmalar da var. Amma, Samir ona dedi ki, 6000 manatı da ona köçürmə etsin. 6000 manat ilkin ödənişini Valehə verib. Onu da Valeh Samirə vermişdir. Valeh Samirdən 6000 manatı istədi ki, taksi şirkətinə qoşulsun.
17. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, Samir Valehə 6 maşın vermişdir. Həmin maşınlar notariat qaydasında Valehə subicarəyə verilmişdir. Aralarında biznes münasibətləri olmuşdur. Həmçinin, onların arasında 6200 manat dəyərində borc müqaviləsi olmuşdur ki, bunun ümumiyyətlə avtomobil və Samir ilə Valeh arasında olan icarə münasibətlərinə aidiyyəti yoxdur. Məhkəmə əsassız olaraq həmin münasibətləri birləşdirmişdir. X7 bütün maşınları geri almışdır. Valeh sadəcə sui-istifadə edərək öz adından istifadə edib maşını iddiaçıya satıb. Bu məsələlərdən Samirin xəbəri olmamışdır. Samir maşını Valehə istifadə üçün vermişdir. Samir 1800 manatın onun yanında verildiyi bildirmişdir. 1800 manat pul iddiaçı ilə Valeh arasında bağlanılmış avtomobilin icarəsindən əmələ gəlmiş ödənişdir. Valehin başqa maşınlarla bağlı ödənişləri də olmuşdur. Həmin zaman da Samirin yanında Valeh iddiaçıya pulu vermişdir. Valehin özünün Samirə borcu olmuşdur. Pulu Samir yox, Valeh iddiaçıya ödəməlidir. Onlar maşının təhvil verilməsini istəyir. Kredit müqaviləsinin bu məsələyə heç bir aidiyyatı yoxdur. 6000 manat başqa məsələ ilə bağlıdır.
18. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Cavabdeh2 Valeh oğlunun nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları: Mülki Prosessual Məcəllə
19. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.
20. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.
21. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.
22. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətindən imtinaya dair cavabdehin ərizəsini nəzərə alaraq hesab edir ki, cavabdehə münasibətdə apellyasiya icraatına xitam verilməlidir.
24. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 Valeh oğlunun nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, hazırda tərəflər barışıb, apellyasiya şikayətinə baxılmasına zərurət qalmamışdır, apellyasiya şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.
25. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədən cavabdehin verdiyi şikayətdən onun imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və cavabdehə münasibətdə apellyasiya icraatına xitam verilməlidir.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-558/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətindən onun imtinası qəbul edilsin və cavabdehə münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev