Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3112/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Fuad Fikrət oğlu Babayevdan ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh nümayəndəsi (vəkili) X18 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh, X9 və X15 qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması” tələbi barədə (birinci iş), həmçinin İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə (ikinci iş) birləşdirilmiş mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(004)-3695/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Birinci iş üzrə İddiaçı cavabdehlər X19, X9 və X15 qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, 11 saylı mənzilin X2 barədə Bakı şəhər 53 saylı notariat kontorunun xx.xx.2016-cı il tarixli, 4Ə-164 reyestr qeydli, İP-AS 016 AİF saylı ipoteka ilə yüklü edilmiş əmlakın alqısatqı müqaviləsinin, Cavabdeh satılması barədə Bakı şəhər 19 saylı motariat kontorunun xx.xx.2017-ci il tarixli, AN-İ ******* saylı, 4Ə-117 reyestr qeydli alqı-satqı müqaviləsinin və mənzilin cavabdeh X14 adına özgəninkiləşdirməsi barədə 38 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixli 4Ə-225 reyestr qeydli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlərin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və əmlaka dair hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, Seriya MA seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 158.94 kv.m olan 4 otaqlı 11 saylı mənzilə xüsusi mülkiyyət hüquqları tanınmışdır. Həmin mənzili 2006-cı ildə tikinti kooperativindən almış və sonradan kredit ilə sənədləşdirmişdir. Həyat yoldaşı X21 həmin mənzilə ərə gəlmiş və övladları X31 və X30 da doğulduqdan sonra orada qeydiyyatda olmaqla yaşamışlar. Cavabdeh həyat yoldaşının anasıdır. Digər cavabdeh X10 isə həyat yoldaşının rəfiqəsidir. Sonradan ailəsi onun çətin və problemli günlərində ona dəstək durmamış, əmlaklarını talayaraq, qanunsuz satıb pulundan bəhrələnmişdir. Belə ki, iş problemləri ilə əlaqədar Azərbaycan Respublikasından getməli olmuş və burada olmadığından mənzilin və digər əmlaklarının idarə olunmasının rəsmiləşdirilməsi məqsədilə dostu Şahid1 adlı şəxsə etibarnamə vermişdir. Həmin şəxs etibarnamə üzrə səlahiyyətləri Bakı şəhər 13 saylı DNK-nın 7E-7403 reyestr qeydli xx.xx.2014-cü il tarixli etibarnamə ilə iş Cavabdeh dövr etmiş və əmlaklarının satılmasının təşkil olunmasına şərait yaratmışdır. Belə ki, ona məxsus olan mənzili Bakı şəhər 53 saylı notariat kontorunun 23.02.20l6-cı il tarixli 4Ə-164 reyestr qeydli, İP-AS 016 AİF saylı "İpoteka ilə yüklü edilmiş əmlakın alqı-satqı müqaviləsi” ilə rəsmiləşdirməklə 100000 manata satışını təşkil edərək yalançı alıcı X1. Həmin sənədləşmə zamanı tərəflər yalandan beh müqaviləsi tərtib etmiş, mənzili kənar şəxsin adına keçirdikdən sonra öz əmlakı kimi yenidən Bakı şəhər 19 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixli, AN-İ ******* saylı, 4Ə-117 reyestr qeydli alqı-satqı müqaviləsi ilə X7 adından guya 100000 manat ödəməklə qaynanası Cavabdeh adına keçirmiş, daha sonradan mənzili 38 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixli 4Ə-225 reyestr qeydli AN-İ ******* saylı alqı-satqı müqaviləsi ilə 285000 manata cavabdeh X14 adına özgəninkiləşdirmişlər. Beləliklə də, qaynanası və sabiq həyat yoldaşı qanunsuz olaraq onun mənzilini özgəninkiləşdirmiş və külli miqdarda ziyan vuraraq əsassız varlanmışlar. Uzun illərdir ki, Azərbaycanda olmadığından və X23 şəhərində yaşadığından bu alqısatqılardan məlumatsız olmuş və yenilikcə xəbər tutaraq müəyyən etmişdir ki, əmlakı etibarnamə ilə formal özgəninkiləşdirilmiş və sonradan satılaraq pulu mənimsənilmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək göstərmişdir ki, mübahisəli mənzil tərəfindən "Halal” MTK-dan əldə olunmuşdur və 2008-ci ildə adına Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2008-ci il tarixli, 024812 saylı orderi verilmişdir. Həmin vaxt əsil ata adı və soyadı X22 olmuş, Bakı şəhər Səbail rayon Qeydiyyat şöbəsinin xx.xx.2008-ci il tarixli 02 saylı akt qeydinə əsasən İddiaçı dəyişilmişdir. Cam Əli anasının sonradan ailə qurduğu şəxsdır və "adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” xx.xx.2009 tarixli, AZ-İ 014719 saylı şəhadətnamə verilmişdir. İlk öncə mənzilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2010-cu il tarixli, Seriya MA ******* seriya nömrəli çıxarış verilmiş, daha sonra kredit götürülməsi məqsədilə əmlak özgəninkiləşdirilərək öz adına sənədləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, MA ******* seriya nömrəli çıxarışa əsasən mənzilə xüsusi mülkiyyət hüquqları tanınmışdır. Qeyd olunanları nəzərə alalraq məhkəmədən ünvan 2 ünvanında yerləşən mənzilin X2 barədə Bakı şəhər 53 saylı notariat kontorunun xx.xx.2016-cı il tarixli, 4Ə-164 reyestr qeydli, İP-AS 016 AİF saylı "İpoteka ilə yüklü edilmiş əmlakın alqı-satqı müqaviləsi”nin, X7 adından Cavabdeh satılması barədə Bakı şəhər 19 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli, AN-İ ******* saylı, 4Ə-117 reyestr qeydli alqı- satqı müqaviləsinin və mənzilin cavabdeh X14 adına özgəninkiləşdirməsi barədə 38 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli 4Ə-225 reyestr qeydli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlərin adına verilmiş və X14 daşınmaz əmlakın döylət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, RX ******* saylı çıxarış üzrə qeydin ləğv edilməsi və əmlaka dair hüquqlarının bərpa olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qətnaməsi (hakim Vahid Hacıyev) iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın təmin olunmasını xahiş etmişdir. İkinci iş üzrə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə Bakı Şəhəri 38 saylı Notariat Kontorunda bağlanmış və reyestrdə 4Ə-225 nömrə altında qeydə alınmış AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsi əsasında X4 nəticəsində əldə olunmuş 285000 manat, mənzilin real bazar dəyərindən aşağı qiymətlə satılması nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 65000 manat, cəmi isə 350000 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qayınanası olan Cavabdeh və keçmiş həyat yoldaşı qanunsuz olaraq onun mənzilini özgəninkiləşdirmiş və külli miqdarda ziyan vuraraq əsassız varlanmışlar. Əgər mübahisəli mənzilin özgəninkiləşdirilməsi ilə bağlı bağlanmış müqavilələri etibarsız hesab etmək mümkün deyilsə, o zaman Cavabdeh mənzilin satılması nəticəsində Elman Cavadidən aldığı 285000 manat məbləğində pul ondan alınaraq iddiaçıya ödənilməlidir. Çünki, Cavabdeh həmin məbləği özündə saxlamaqla iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçıya məxsus həmin mənzilin real bazar dəyəri 350000 manatdır. Lakin Cavabdeh mənzili tez satmaq və gəlir əldə etmək niyyətində olduğu üçün mənzili daha aşağı qiymətə - 285000 manata satmaqla iddiaçıya (350000 - 285000=) 65000 manat məbləğində maddi zərər vurmuşdur ki, bu zərərin əvəzi də iddiaçıya ödənilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(004)- 3695/2019 nömrəli qətnaməsi ilə (hakim Emin Mehdiyev) iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın təmin olunmasını xahiş etmişdir. Yuxarıda qeyd edilən hər iki mülki iş iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin icraatına daxil olmuş və bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 02 iyul 2021-ci il tarixli, 2(103)- 169/2021 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmış, Yasamal Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia qismən təmin edilmiş, 285000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamdən Cavabdeh tərəfindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 31 yanvar 2022-ci il tarixli, 2(102)-707/022 saylı qərar ilə kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 02 iyul 2021-ci il tarixli qətnaməsi qismən, yəni İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasının təmin olunmuş hissəsində ləğv edilmiş, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - iddia ərizələrində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, sübutlara düzgün hüquqi qiymət verilməməsi və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun eyni məzmunda izahat vermiş, əlavə olaraq göstərmişdir ki, yoxlanılan hissədə tələbləri cavabdeh tərəfindən formal bağlanmış alqı-satqı müqavilələri nəticəsində iddiaçıya 285000 manat zərər vurulması ilə bağlıdır. Bu səbəbdən də cavabdehin iddiaçıya məxsus mənzilin satılması nəticəsində Elman Cavadidən aldığı 285000 manat məbləğində pul ondan alınaraq iddiaçıya ödənilməlidir. Çünki, Cavabdeh həmin məbləği özündə saxlamaqla, iddiaçıya verməməklə iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdikləri izahata uyğun eyni məzmunda izahat vermiş, məhkəmə kollegiyasından şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 31 yanvar 2022-ci il tarixli, 2(102)-707/022 saylı qərarına əsasən hazırki apellyasiya baxışının həddini İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təşkil edir. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarına əsasən; ünvan 1 ünvanında yerləşən 11 saylı mənzil (bundan sonra – mübahisəli mənzil) xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı (bundan sonra – iddiaçı) adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2009-cu il tarixdə Dadaşova (Cam) Sənəm Rəşid qızı ilə nikaha daxil olmuş, həmin nikahdan onların 2 övladı var. İddiaçı "xxxx" ASC-nin baş direktoru olmuşdur. Bankın fəaliyyətində aşkar edilmiş pozuntularla bağlı 2013-cü ildə cinayət işi başlanmış və iddiaçı Azərbaycan Respublikasını tərk etmiş, bir neçə il ərzində xaricdə (Dubay şəhərində) yaşamışdır. O, xx.xx.2019-cu il tarixdə Azərbaycana qayıtmış, istintaq orqanı tərəfindən həbs olunmuş və hazırda cəzaçəkmə müəssisəsindədir. Mübahisəli mənzil xx.xx.2011-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən "xxxx" ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Bakı Şəhəri 13 saylı Notariat Kontoru tərəfindən xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilərək reyestrdə 7E-7403 nömrə altında qeydə alınmış etibarnaməyə əsasən, iddiaçı, ona məxsus əmlaka (o cümlədən mübahisəli mənzilə) dair bütün səlahiyyətləri 3 il müddətinə Şahid1 etibar etmişdir. Şahid1 iddiaçının adından xx.xx.2014-cü il tarixdə Cavabdeh (iddiaçının qayınanasıdır) Bakı Şəhəri 13 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş, xx.xx.2016-cı il tarixə kimi qüvvədə olan AR-İ seriyalı, 339845 saylı etibarnamə vermişdir. Səlahiyyətlər sırasında harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakların idarə edilməsi və onların üzərində sərəncam verilməsi səlahiyyəti də nəzərdə tutulmuşdur. Etibarnamə əsasında iddiaçının adından çıxış edən Cavabdeh ipoteka ilə yüklü olan mübahisəli mənzili Bakı Şəhəri 53 saylı Notariat Kontorunda təsdiqlənmiş xx.xx.2016cı il tarixli, İP-AS 016 AİF saylı ipoteka ilə yüklü edilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən X3. Müqavilədə mənzilin satış qiyməti 100.000 manat müəyyən edilmiş, mənzilin dəyərinin 54.400 manatının alıcı tərəfindən birdəfəlik olaraq, 45.600 manatının isə kredit müqaviləsi üzrə satıcının hüquq və vəzifələrinin alıcıya verilməsi yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. Mübahisəli mənzil xx.xx.2016-cı il tarixdə X8 adına qeydiyyata alınmışdır. Bakı Şəhəri 19 saylı Notariat Kontorunda təsdiqlənmiş xx.xx.2017-ci il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, X11 tam mülkiyyət hüququ üzrə ona məxsus olan mübahisəli mənzili 100.000 manata Cavabdeh satmışdır. Mübahisəli mənzil xx.xx.2017-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Bakı Şəhəri 38 saylı Notariat Kontorunda təsdiqlənmiş xx.xx.2018-ci il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh tam mülkiyyət hüququ üzrə ona məxsus olan mübahisəli mənzili 285.000 manata X5. Mübahisəli mənzil xx.xx.2018-ci il tarixdə X14 adına qeydiyyata alınmışdır. İşdə olan Əmlak Ekspert Mərkəzinin 25 iyul 2019-cu il tarixli, ƏEM/İ 57-747/19 №-li qiymətləndirmə arayışına əsasən - mübahisəli mənzilin dəyəri 340000-350000 manat təşkil edir. Birinci instansiya məhkəməsi ikinci iş üzrə (pul tələbi) iddianın əsassız olması nəticəsinə gələrkən – iddiaçının sübutetmə yükünü həyata keçirə bilməməsinə, cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması halının müəyyən olunmamasına və s. istinad etmişdir. Kassasiya instansiya məhkəməsi apellyasiya instansiyasının iddiannı qismən təmin olunması barədə əvvəlki qətnaməsini ləğv edərkən qərarında göstərmişdir ki, əqdlərin etibarsızlığı barədə iddianın rədd olunması barədə qətnaməni dəyişdirilmədən saxlamış apellyasiya instansiyası məhkəməsi xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehin aldığı 285000 manatın iddiaçıya ödənilməli olması barədə qənaətə gəlmişdir. Məhkəmə həmin hissədə mövqeyini onunla əsaslandırmışdır ki, mənzilin satışından əldə edilmiş pul vəsaitinin iddiaçıya çatdırılması faktını sübuta yetirmək vəzifəsi üzərinə düşən Cavabdeh qeyd edilən halı təsdiq edə biləcək etibarlı sübutları məhkəməyə təqdim etməmişdir. Onun qızının verdiyi şahid ifadəsinə tənqidi yanaşılmalıdır. Mənzilin satışından əldə edilmiş pul vəsaiti Cavabdeh tərəfindən iddiaçıya verilməmişdir. Həmin pul vəsaitinin Cavabdeh qalmasının hüquqi əsası yoxdur. Belə olan halda qəbul edilməlidir ki, o, iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Baxılan iş üzrə Cavabdeh xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 285000 manat pulu daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə adına qeydə alınmış mübahisəli mənzilin satılması nəticəsində əldə etmişdir. Məhz bu iş üzrə qeyd olunan müqavilənin, həmçinin mübahisəli mənzilin Cavabdeh tərəfindən əldə edilməsi barədə alqı-satqı müqaviləsinin etibarsızlığı tələbləri təmin edilməmiş, qətnamə həmin hissədə mübahisələndirilməmişdir. Bu baxımdan Cavabdeh mülkiyyətində olan evin alqı-satqısı üzrə əldə etdiyi 285000 manat pul hesabına əsassız varlandığı barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət Mülki Məcəllənin 1091-ci maddəsinin tələblərinə uyğun deyildir. Nəzərə alınmalıdır ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarına görə Cavabdeh yalnız xx.xx.2016-cı il tarixli ipoteka ilə yüklü edilmiş əmlakın alqı-satqı müqaviləsi üzrə etibarnamə əsasında iddiaçının adından çıxış etmiş və müqavilə üzrə ona çatacaq pulu almışdır. Lakin iddiaçı iddia ərizəsində Cavabdeh həmin müqavilə əsasında əldə etdiyi pulu deyil, məhz xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X12 aldığı 285.000 manatın ona ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası yoxlanılan hissədə iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq həmçinin aşağıdakıları qeyd etməyi zəruri sayır. Baxılan iş üzrə mübahisələndirilən hissədə iddiaçı cavabdeh tərəfindən mübahisəli mənzilin xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X6 nəticəsində əldə olunmuş 285000 manatın ona ödənilməsini xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun mənzilini özgəninkiləşdirmiş və külli miqdarda ziyan vuraraq əsassız varlanmışdır. Əgər mübahisəli mənzilin özgəninkiləşdirilməsi ilə əlaqədar bağlanmış müqavilələri etibarsız hesab etmək mümkün deyilsə, o zaman Cavabdeh mənzilin satılması nəticəsində Elman Cavadidən aldığı 285000 manat məbləğində pul ondan alınaraq iddiaçıya ödənilməlidir. Çünki Cavabdeh həmin məbləği özündə saxlamaqla iddiaçının hesabına əsassız varlanmışdır. Halbuki Mülki Məcəllənin əsassız varlanmanın anlayışını müəyyən edən 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan, yəni buna haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hüquqi əsas olmadan varlanma, həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göründüyü kimi, əsassız varlanma dedikdə bir şəxsin heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etməsi anlaşılır. Bir şəxsin əmlak itkisi hesabına başqa şəxsin qanunsuz zənginləşməsi baş verir. Əsassız varlanmada iki tərəf iştirak edir. Onlardan biri heç bir hüquqi əsas olmadan başqasının hesabına əmlak əldə etmiş varlanmış şəxs, digəri isə bunun nəticəsində əmlak itkisinə məruz qalmış şəxsdir. Baxılan iş üzrə Cavabdeh xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 285000 manat pulu daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə adına qeydə alınmış mübahisəli mənzilin satılması nəticəsində əldə etmişdir. Məhz bu iş üzrə qeyd olunan müqavilənin, həmçinin mübahisəli mənzilin Cavabdeh tərəfindən əldə edilməsi barədə alqı-satqı müqaviləsinin etibarsızlığı tələbləri təmin edilməmiş, qətnamə həmin hissədə mübahisələndirilməmişdir. Bu baxımdan Cavabdeh mülkiyyətində olan evin alqı-satqısı üzrə əldə etdiyi 285000 manat pul hesabına əsassız varlandığı barədə iddiaçının tələbi qanunvericiliiyn tələbləri ilə uzlaşmır. Həmçinin qeyd edilməlidir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki qanunvericilikdə nəzərdə tutulan müqavilə növlərindən biri də alqı-satqısı müqaviləsidir. MM-in 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmçinin qeyd edilməlidir ki, əqdlər, eləcə də alqı-satqı müqaviləsi təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir (MM-nin 359.1-ci mad.) İşin müəyyən edilmiş faktiki hallarına görə Cavabdeh yalnız xx.xx.2016-cı il tarixli ipoteka ilə yüklü edilmiş əmlakın alqı-satqı müqaviləsi üzrə etibarnamə əsasında iddiaçının adından çıxış etmiş və müqavilə üzrə ona çatacaq pulu almışdır. Lakin iddiaçı iddia ərizəsində Cavabdeh həmin müqavilə əsasında əldə etdiyi pulu deyil, məhz xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X13 aldığı 285000 manatın ona ödənilməsini xahiş etmişdir. MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçı cavabdeh tərəfindən ona 285000 manat pul ödənilməli olmasını əsaslandıra və sübut edə bilməmişdir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının əqdlərin (alqı-satqı müqavilələri) etibarsızlığı ilə bağlı tələbi təmin olunmamışdır (yəni, iddiaçının mübahisələndirdiyi əqdlər məhkəmələr tərəfindən etibarlı sayılmışdır). Belə olan olan halda cavabdehin həmin əqdlər çərçivəsində əsassız varlanaraq, ziyan vurmasını iddiaçı əsaslandıra və sübut edə bilməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yoxlanılan hissədə iddia tələbini əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal mülahizələrə əsaslanmışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 384.0 və 384.0.1-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh, X9 və X15 qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması” tələbi barədə (birinci iş), həmçinin İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə (ikinci iş) birləşdirilmiş mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(004)-3695/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(004)- 3695/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3112/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3112/2022
31.05.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver