Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3119/2023 01.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzil sahəsinin təqdim edilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(004)-2088/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzil sahəsinin təqdim edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abdulluiseyn oğlunun üzərinə Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 241 ünvanda yerləşən yaşayış binasından 6333 kvadrat metr həcmində olan mənzilləri İddiaçı təqdim edilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(004)-2088/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı mənzil sahəsinin təqdim edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, xx.xx.2023-cü il tarixli (qəbz nömrəsi:**********) qəbzi üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun Bakı şəhər Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 24.3, 26.1, 34, 35, 114, 152.1.3, 152.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında olan mübahisə sahibkarlıq fəaliyyətindən (tərəflər arasında bağlanmış təsis paylarının alqı-satqısından) irəli gələn mübahisə ilə bağlıdır. Belə ki, Elektron Məhkəmə Sistemində çıxarışdan görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur (VÖEN **********). Elektron Məhkəmə Sistemində çıxarışdan görünür ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğuldur (VÖEN **********). Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə tərəflər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarından və hazırkı mübahisə kommersiya fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyindən mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxıla bilməz. İddiaçı apellyasiya şikayət verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(004)-2088/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, iddiaçının iddiası müqavilə ilə müəyyən edilən öhdəliyin cavabdeh tərəfindən icra edilməsi, mənzillərin iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır. Bu hal kommersiya fəaliyyətinin və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməmişdir. Eyni zamanda məhkəmənin tərəflərin VÖEN-lərinin olması, yəni fərdi sahibkar olmaqları demək deyil ki qeyd olunan mübahisə onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən yaranmışdır. Buna görə məhkəmə qeyd olunan prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(004)-2088/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Mülki Prosessual Məcəllənin 24-32, 149-152, 385, 387.1, 395, 397.2-ci maddələrinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Mülki Prosessual Məcəllənin maddələrinin tələblərinə əsasən: 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti: 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti: 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Mübahisə predmeti sahibkarlıq münasibətləri ilə bağlıdır, hər iki tərəf sahibkarlıq subyektləri olaraq (VÖENləri var) və münasibətlər təsis payının alqı-satqısı ilə bağlı əlavə sazişə əsasən yaşayış binasından 6333 m2 həcmində olan mənzillərin alınması ilə bağlıdır, habelə başqa əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395- 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(004)-2088/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-3119/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3119/2023
01.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver