Məhkəmə qərarları › İş №2(103)-313/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-313/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-313/2021 08.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X4, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 164/2019 nömrəli qətnaməsindən iddiaçı “xxxx” ASC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, 2013-cü il 10 iyul tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nin “Lökbatan” filialında 60 ay müddətinə 300000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 2015-ci il 25 avqust tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 28%-lə 12 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. 2017-ci il 21 fevral tarixli əlavə sazişə əsasən kreditin müddəti xx xxxxxx 2018-ci il tarixinədək uzadılmışdır. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzili 2013-cü il 10 iyul tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir və Cavabdeh2 ilə 2013-cü il 11 iyul tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 25 avqust tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 0.5 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2018-ci il iyunun 13-dək Cavabdeh1 2015-ci il 25 avqust tarixli kredit müqaviləsi üzrə banka 18442.65 manat əsas, 6124.83 manat faiz, 858.85 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 25426.33 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmiş və ərizə qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibət bildirməmişdir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB ASC-in xeyrinə 2015-ci il 25 avqust tarixli kredit müqaviləsi üzrə banka 18442.65 manat əsas, 6124.83 manat faiz, 858.85 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 25426.33 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 8 OD nömrəli evin 11 nömrəli mənzilinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı İKB ASC iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 18442.65 manat əsas, 4460.72 manat faiz, 1404.27 manat cərimə və kredit müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 675.1 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 24982.74 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 cavabdeh İddiaçı İKB ASC-nə qarşı qanunsuz tutulmuş pulun geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələblərinin əsaslandırılması üçün 2013-cü il 10 iyul tarixli əsas kredit müqaviləsinə, 2015-ci il 25 avqust tarixli əlavə kredit müqaviləsinə, 2017-ci il 21 fevral tarixli əlavə sazişə istinad edilərək , bildirir ki, "...2018-ci il iyunun 13dək Cavabdeh1 2015-ci il 25 avqust tarixli kredit müqaviləsi üzrə banka 18442.65 manat əsas, 6124.83 manat faiz, 858.85 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 25426.33 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır." Aşağıda qeyd edilənlərə əsasən, hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilərək, heç bir qanuni əsas olmadan qarşılıqlı iddiaçıdan alınmış pul vəsaitlərinin geri qaytarılmasına və kredit müqaviləsi üzrə artıq ödənişlərin kredit müqaviləsindən irəli gələn öhdəliklərlə əvəzləşdirilməsinə dair qətnamə qəbul edilməlidir. Tərəflər arşında imzalanmış xx xxxxxx 2015-ci il tarixli Kredit müqaviləsinin 1.17-ci maddəsində belə müddəa nəzərdə tutulmuşdur ki, "Bu müqavilə ilə Borcalan Bank tərəfindən göstərilən xidmət və əməliyyatlara görə aşağıdakı qaydada komissiya haqqı ödəyir: Kredit sifarişinə baxılmasına görə -1%; Xəzinə xidmətlərinin göstərilməsinə görə kredit məbləğinin 1% həcmində. Kredit müqaviləsinin həmin maddəsi qanunvericiliyin tələblərinə zidd olduğu üçün etibarsız hesab edilməlidir. Belə ki, bankla borcalan arasında müqavilənin bağlanmasında hər hansı kənar şəxs, vasitəçi olmamışdır və kredit birbaşa borcalan tərəfindən banka müraciət edilməklə verilmişdir. Belə olan halda, hər hansı "komisyon haqqı"ndan söhbət gedə bilməz. Digər tərəfdən, nəzərə alınmalıdır ki, digər bank məhsullarından, xidmətlərindən (məsələn, pul köçürülməsi, depozit və s.) fərqli olaraq, bank verdiyi kreditlər üzrə müştəridən faizlər alır və bu faizlərə də bankın təklif etdiyi məhsulun təqdim edilməsi üzrə bütün ödənişlər daxil edilməlidir. Bundan əlavə, kredit təklifinə baxılması üçün 1% məbləğin tutulması da tamamilə əsassızdır və qanunvericiliklə nəzərdə tutulmayan, işgüzar adətlərdə tətbiq olunmayan, ümumiyyətlə, bankın satdığı kredit məhsuluna heç bir hüquqi əsas olmadan tətbiq edilən ödənişdir. Bank və borcalan kimi qarşılıqlı iddiaçı arasında mövcud olmuş kredit münasibətləri üzrə ödənişlərin yoxlanılmasını həyata keçirən V.İ.P Audit MMC-nin auditoru E.İ.Fərəcəov tərəfindən tərtib edilmiş xx xxxx 2018-ci il tarixli Audit Rəyi ilə aşağıdakılar müəyyən edilmişdir ki: "...Borcdan alınmış 300 000 manat kreditin əsas məbləğini 24 ay ərzində tam şəkildə ödənilmiş, həmçinin 62 464,62 manat məbləğindi faiz ödənilmişdir. Həmçinin xx.xx.2014-cü il tarixdə alnımış 100 000 manat kreditin də əsas məbləği tam şəkildə ödənilmiş, həmçinin 27 410,76 manat məbləğində faiz ödənilmişdir. Aparılmış auditlə məlum oldu ki, xxxx İKB ASC-nin Lökbatan filialı müqavilə bağladığı giindən bugünkü günə qədər borc alana və məhkəmələrə, borcların silinmə ardıcıllığı və qanuna uyğunluğu barədə məlumat verməmişdir. Məhkəmələrə verilən borc haqqında arayışların heç biri əsaslandırılmamışdır. Belə ki, audit zamanı məlum oldu ki, borcalan yalnız müqavilə bağlanan zaman kredit müqaviləsinə əlavə edilən əlavəaəki məbləğlərdən başqa heç bir informasiyaya malik deyildir. Borc alan ödədiyi vəsaitlər hesaba əsasən hesabın möhkəmləndirilməsi adı altında mədaxil edilərək silinmiş və bu barədə ona heç bir məlumat verilməmişdir. Həmçinin ödənilən məbləğlərin nə qədər hissəsinin əsas kredit məbləğindən, nə qədərinin faiz məbləğindən silindiyi haqda dürüst məlumat ala bilməmişdir. Məhkəmələrə ayrı-ayrı zamanlardan təqdim olunan bank arayışlarından göründüyü kimi hesablanmış borc məbləğlərinin onlara hesablanmış faiz və pensiyalar əsaslandırılmamışdır. Belə ki, bu arayışlardan ödənilmiş məbləğlərin hansı qaydada silinməsini təyin etmək olmur. Daha sonra 25.08.20'15-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən illik 28% ilə 12 ay müddətinə 50 000 manat məbləğində kredit alınmışdır. Bu kredit üzrə bu günə kimi cəmi 46 680,04 manat borc qaytarılmışdır. Manatın dollara qarşı kəskin ucuzlaşmasının vətəndaşın biznesinə də mənfi təsir etdiyinə gorə müştəri banka müraciət edərək güzəşt edilməsini istəmişdir. Müştərinin uzun illərlə bu bankla əməkdaşlıq etdiyini və böyük məbləğlərdə əməliyyatlar həyata keçirilməsini nəzərə alaraq, faizlərin hesablanmasının dayandırılması və s. kimi güzəştlər istənilməsinə baxmayaq, bank heç bir güzəştə getməyərək faizləri hesablamağa davam etmişdir. Beləliklə, auditin yekunu üzrə bu qənaətə gəlmək olur ki, Bank tərəfindən verilən çıxarışlarda yuxarıda sadalanan 3 kreditin alınıb ödənilməsi bir arayışda birləşdirildiyindən qeyd edilən faizlərin düzgünlüyü sual doğurur. Bu səbəbdən də müştəri sonuncu kredit üzrə ödənişlərini dayandırmış və faizlərin ləğv edilməsini tələb etmişdir. Bu müddət ərzində götürülən 443 OOP manat kredit məbləği qarşılığında89875,38 manat faiz məbləği ödənilmişdir. Bundan əlavə, vətəndaş bankdan 100 000 ABŞ dolları məbləğində kredit də götürərək faizləri ilə birlikdə 111 161,39 ABŞ dolları məbləğində krediti ödəmişdir. Həmin dövrdə AB$ dollarının bahalaşdığı üçün vətəndaş milli valyuta ilə ifadədə daha çox məbləğ ödəməli olmuşdur. Həmçinin vətəndaş X1 təsisçisi və direktoru olduğu "xxxx" MMC sahibkarlıq fəaliyyətini məhz həmin bankdakı hesablarında aparmışdır. Müəssisə böyük məbləğlərdə dövriyyələrlə həm manat, həm də valyuta əməliyyatları həyata keçirmişdi və bunun nəticəsində bank təkcə kurs fərqindən 111 615,94 manat gəlir əldə etmişdir. Bütün bunlar yekunlaşdırılsa, bank vətəndaşın həm götürdüyü kredit üzrə faizlər üzrə, həm də sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir aşağıdakı kimi olmuşdur: 293000 manat kredit üzrə 62 464,62 manat faiz ödənişi, 100 000 manat kredit üzrə 27 410,76 manat faiz ödənişi, 100 000 ABŞ dolları kredit üzrə 11 161,39 ABŞ dolları faiz ödənişi, Kreditlərin rəsmiləşdirilməsi üçün 2 % komissiya haqqı - 7860 manat, Sahibkarlıq fəaliyyətindən gəlir 111 615,94 manat. Böyük məbləğdə kredit və faiz ödənişləri edilməsinə baxmayaraq, bank yenə də müştəridən böyük məbləğdə ödəniş tələb edir. "Göründüyü kimi, yuxarıda istinad edilən audit rəyində də qarşılıqlı iddiaçı tərəfindən ödənilən pul vəsaitlərinin hansı ardıcıllıqla, hansı məqsədə (əsas borc, faiz borcu, cərimə borcu və s.) silindiyi göstərilməmişdir. Bundan əlavə, yuxarıda istinad edilən auditor rəyindən və qarşılıqlı iddia üzrə cavabdehin təqdim etdiyi bank arayışlarından da aydın olur ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən əvvəllər götürülmüş kreditlər üzrə də Banka külli miqdar faizlər ödənilmişdir. Bankla müştəri arasında mövcud olmuş davamlı kreditor borclu münasibətlərindən do göründüyü kimi, Cavabdeh1 bütün öhdəliklərini vaxtında yerinə yetirmiş və götürmüş olduğu kreditlər üzrə banka aşağıdakı məbləğləri ödəmişdir: 293 000 manat kredit üzrə 62 464,62 manat faiz ödənişi; 100 000 manat kredit üzrə 27 410,76 manat faiz ödənişi; 100 000 ABŞ dolları kredit üzrə 11 161,39 ABŞ dolları faiz ödənişi. Başqa sözlə desək, Bank tərəfindən Cavabdeh1 təqdim edilən manat kreditləri üzrə 89875,38 manat, 100 000 ABŞ dolları krediti üzrə isə 11 161,39 ABŞ dolları faiz ödəmişdir. ABŞ dolları üzrə kredit götürüldükdən sonra ABŞ dolları - AZN məzənnəsinin kəskin artmasına, yəni manatın əhəmiyyətli dərəcədə devalvasiya etməsinə baxmayaraq, S.O.Teymurov bank qarşısında öhdəliklərin icrasından yayınmamış, özü zərərlə işləsə də, bankın borcunu qaytarmaqda davam etmişdir və faktiki olaraq, müqavilə ilə nəzərdə tutulmuş məbləğdən xeyli miqdar artıq pul vəsaitini banka ödəmişdir. Həmçinin nəzərə alınsa ki, bütün kreditlər qarşılıqlı iddiaçının biznes fəaliyyətinə sərf olunmuşdur və müqavilə tərəfləri kimi, bank bu kredit müqavilələrindən külli miqdarda gəlir əldə etmişdir, lakin qarşılıqlı iddiaçı isə faktiki olaraq bir neçə il ərzində özü ziyanla işləməklə banka xeyir vermişdir, ona qarşı qaldırılmış iddianın tamamilə əsassız olduğu aşar olar. Qeyd edilənləri nəzərə alaraq, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək, tərəflər arşında imzalanmış xx xxxxxx 2015-ci il tarixli Kredit müqaviləsinin 1.17-ci maddəsinin etibarsız hesab edilməklə, həmin maddəyə əsasən ödənilmiş 7860 manat komissiya haqqının qaytarılmasına, 2015-ci il 25 avqust tarixli kredit müqaviləsi üzrə faizlərin xx.xx.2017-ci il tarixədək hesablanmasına, Cavabdeh1 tərəfindən "İddiaçı" İKB ASCyə əsassız ödənilmiş 7860 manatın Cavabdeh1 2015-ci il 25 avqust tarixli kredit müqaviləsi üzrə öhdəlikləri ilə əvəzləşdirilməsinə, həmçinin Cavabdeh1 tərəfindən "İddiaçı" İKB ASC-yə kredit müqavilələri üzrə ödənilmiş külli miqdar faiz məbləğləri nəzərə alınmaqla ikin iddianın tamamilə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh1 qarşıqlılı iddia ərizəsinə əlavə verərək, ilkin iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini, ondan qanunsuz tutulmuş cəmi 27244(iyirmi yeddi min iki yüz qırz dörd) manatdan ondan tələb olunan 25426,33 manat çıxıldıqdan sonra yerdə qalan 1817,67 manatın “xxxx” İKB ASC dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 164/2019 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11850,13 manat əsas, 4215,47 manat faiz, 200 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 675.1 manat əldən çıxmış fayda, ümumilikdə 16940,7 (on altı min doqquz yüz qırx manat 70 qəpik) manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumu və 20 manat xidmət haqqı “xxxx” İKB ASC-nin xeyrinə tutulması, tutma Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilinə yönəldilməsi, əmlakın ilkin satış qiyməti 260.000 manat müəyyən ediməklə açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun “xxxx” İKB ASC-nə ödənilməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzili satıldıqdan 1 ay sonra Cavabdeh1 qeyd edilən mənzildən çıxarılması, qalan hissədə ilk iddianın təmin edilməməsi, Cavabdeh1 cavabdeh İddiaçı İKB ASC-nə qarşı qanunsuz tutulmuş pulun geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun isə “xxxx” MMC-nin xeyrinə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması qət olunmuşdur. Qətnamədən iddiaçı “xxxx” ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-164/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsininin qismən, Cavabdeh1 və Cavabdeh2 əsas, faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilərək, ilkin iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-164/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsininin apellyasiya qaydasında ləğv edilməsini və onun qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, İddiaçı X3 qətnaməni rəsmi qaydada poçt vasitəsi ilə xx xxxxxx 2020-ci il tarixində xəbərnaməyə imza etməklə qəbul etmişdir. Hesab edirlər ki, qətnamə Cavabdeh1 əsas, faiz və cərimə borcunun tutulması hissəsində qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, həmin hissədə iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Ekspert rəyinə əsasən məhkəmə tərəfindən aparılmış hesablamalar üzrə cavabdehin əsas və faiz borcunun məbləğləri düzgün müəyyən edilməmiş, cərimə borcu isə xeyli azadılmışdır. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə 300000 manat və ya həmin məbləğin digər valyutalara ekvivalentini məbləğində limit ayrılmışdır. Həmin kredit xətt müqaviləsinə əsasən cavadeh bankdan müxtəlif vaxtlarda və fərqli məbləğlərdə kredit götürmüşdür. Hal-hazırda məhkəmədə mübahisələndirilən xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi ilə illik 28% olmaqla 12 ay müddətinə Cavabdeh1 50000 manat məbləğində kredit verilmiş və xx xxxxxx 2017-ci il tarixli əlavə sazişə əsasən kredit müddəti xx xxxxxx 2018-ci il tarixədək uzadılmışdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi Bank Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli 50000 manat məbləğində olan kredit müqaviləsi üzrə borcu tələb etdiyi halda məhkəmə ekspert rəyinədə göstərilən Cavabdeh1 bank qarşısında olan digər öhdəliklərinə 2013-cü il tarixdə silinmiş məbləğləri hazırda məhkəmədə mübahisələndilən 2015-ci il tarixli kredit müqaviləsi üzrə olan borc məbləğinə aid edərək, həmin məbləği 2015-ci il tarixli kredit müqaviləsi üzrə olan borcdan silərək, bankın tələb etdiyi əsas borc məbləğini azadmışdır Bundan başqa Cavabdeh1 bankdan aldığı 50000 manat məbləğində kredit borcu üzrə ödənişləri qrafıkdən kənar gecikmələrlə ilə aparmışdır. Belə ki, Cavabdeh1 banka xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə faiz borcundan isə 13465.86 manat ödəniş edməklə, əsas və faiz borcu üzrə sonuncu ödənişi xx xxx 2017-ci il tarixdə etmişdir. Belə olan halda, cavabdehin əsas borcu məbləği 11850,13 manat və faiz borcu məbləği 4215,47 manat təşkil edə bilməz. Məhkəmənin cavabdehin əsas və faiz borcunun məbləğinin 11850,13 manat və faiz borcu məbləği 4215,47 manat müəyyən edilməsi anlaşılmazdır və ekspert tərəfindən düzgün tədqiqatın aparılmamasının nəticəsi olaraq səhvdir. Qeyd olunanlara əsasən, cavabdehin faiz borcunun məbləği isə onun bankdan götürdüyü 50000 manata münasibətdə müəyyən edilməlidir. Göründüyü kimi məhkəmə əsasız olaraq Cavabdeh1 banka olan əsas borc məbləğini və faiz borc məbləğini azaltmışdlır. Bununla bağlı rəydə olan anlaşılmamazlıqlara aydınlıq gətirilməsi, ekspertə əlavə sualların verilməsi ilə bağlı tədqiqat aparmış ekspertin məhkəmə iclasına dəvət olunması və ya təkrar mühasibatlıq ekspertizasının təyin olunması barədə vəsatətlə məhkəməyə müraciət etsək də vəsatətimiz təmin olunmamışdır. Bu səbəbdən də ekspertin nəyə əsasən bu qənaətə gəlməsi ekspert rəyində öz əksini tapmamışdır, rəy mötəbər deyil. Qeyd olunanlara əsasən hesab edirlər ki, iş üzrə rəy vermiş ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməli və ya iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Bundan başqa, məhkəmə dəbbə pulunun həcmini əhəmiyyətli azaldarkən, qətnamədə Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanaraq qeyd edir: “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almır”. Məhkəmə qanunun bu normasına istinad etsə də, onun ikinci hissəsini - “Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Çünki, dəbbə pulunun 200 manat məbləğdə müəyyən edilməsi iddiaçı tərəfindən tələb olunan cərimə məbləği ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Dəbbə pulunun həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Ona görə də, cərimə elə məbləğdə müəyyən edilməlidir ki, pozuntu törədən şəxs pozuntuya uyğun məhrumiyyətə (pul itkisinə) qalsın, bununla da mülki hüquqi cəzanın yaratdığı məhrumiyyəti öz üzərində hiss etsin. Göründüyü kimi, məhkəmə cavabdehin əsas faiz və cərimə borcunun məbləğini azaltmaqda haqlı olmamış və qətnamədə səhv nəticəyə gəlmişdir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Nərimanov Rayon Məhkəməsinin qeyd olunan qətnaməsini tamamilə qanunsuz və əsassız hesab edir, həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsini və onun qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə araşdırılmış sübutlara düzgün və qanuni qiymət verilməmişdir,məhkəmə iddiaçı ilə onun qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə araşdırması zamanı da onun qarşılıqlı iddia tələbinin haqlı olduğu araşdırlmış mötəbər sübutlarla sübut olunmuşdur. Belə ki, məhkəmə baxışında iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir, qeyd olunan kredit müqavilələri üzrə ödənişlərin edilməsi, faizlərin və digər tutmaların aparılması bu sahədə xüsusi biliyə malik olan ekspert tərəfindən araşdırılmışdır. Həmin məsələ ilə əlaqədar məhkəməyə daxil olmuş ekspert rəyində göstərilmişdir ki, 1-ci müqavilə üzrə İddiaçı İKB ASC tərəfindən 6320 manat silinmişdir, lakin bu, müqavilədə öz əksini tapmamışdır. Buradan da görünür ki, iddiaçı bank tərəfindən həmin 6320 manat ondan qanunsuz olaraq tutulmuşdur. Cavabdeh bankın onunla kredit müqaviləsini illik 28 faizdən faiz ödəmək şərti ilə bağladığını, bundan sonra da həmin müqaviləyə əlavə, daha sonra isə həmin müqavilənin davamı kimi əlavə kredit sazişi rəsməldirildiyini bildirmişdir.Yəni cavabdehin ondan qanunsuz tutduğu həmin 6320 manatı sonrakı müqavilələrlə özünə rəsmləşdirərək hər il üçün 28 faizdən ondan pul tutulduğunu qeyd etmişdir. Hesab edir ki, iddiaçı bank həmin məbləğin qanunsuz tutulması ilə və həmin məbləği sonrakı müqavilələrdə 28 faizdən yenidən ona qaytarmaqla cinayət etmişdir. Məhkəmə tərəfindən həmin cinayətlə əlaqədar aidiyyətli orqanlara məlumat verilməli olduğunu qeyd etmişdir.Birinci instansiya məhkəməsi tərəfindən bu məsələ də əsassız olaraq, öz həllini tapmamışdır. Ona görə də həmin məbləğ məhkəmədə iddia qaldırılanadək-yəni 2018-ci ilədək illik 28 faizdən hesablanmaqla mənə qaytarılmalı idi.Həmin 6320 manatın beş il müddət üçün 28 faizi (6320x28): 100=1769,6 manat.Həmin məbləği beş il üçün hesablayanda (1769,6x 5)= 8848 manat edir.Bunun da üstünə 6320 manatı gəldikdə 15168 manat məbləğ alınır ki həmin məbləğ tələb olunan ümumi məbləğdən çıxılmalı idi. Lakin məhkəmə şikayət olunan qətnamədə işin bu mühüm əhəmiyyət kəsb edən halına heç bir münasibət bildirməmişdir. Eyni zamanda məhkəməyə daxil olmuş həmin rəydən görünür ki, müqavilənin müddəti bitəndən sonra -yəni xx.xx.2017-ci ildən sonra ondan 4216 manat məbləğində pul tutulmuşdur. Belə ki, o, xx.xx.2017-ci il tarixdə cavabdehə rəsmi ərizə verərək, müqavilənin müddətinin bitdiyini xatırlamış və xahiş etmiş ki, faizlərin tutulması dayandırılsın. Lakin, ekspertin rəyindən də görünür ki, müqavilənin müddəti bitəndən sonra ondan faiz kimi 4216 manat məbləğində pul tutulmuşdur. Qanunun tələbinə görə müqavilənin müddəti bitdikdən sonra faizlər hesablana bilməz. Məhkəmə ilkin iddiaçının iddia tələbini qismən təmin edərkən həmin halı da nəzərə almamışdır və bununla əlaqədar məsələyə qətnamədə heç bir münasibət bildirməmişdir. Qətnamə qəbul edilərkən ondan qanunsuz tutulmuş cəmi 15168 manat məbləğ və cavabdehdən qanunsuz olaraq komissiya haqqı kimi tutulmuş 4200 manat əsassız olaraq, nəzərə alınmamışdır. Onun mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş mənzilinin ilkin satış qiymətinin 260.000 manat dəyərində müəyyən edilməsi ilə əlaqədar məhkəmənin gəldiyi nəticənin birmənalı olaraq, əsassız olması ilə əlaqədar qeyd edir ki, əvvəla o, həmin mənzili 2010-cu ildə 330.000 manata almış ki,o vaxtkl qiymətlə mənilzin dəyəri 420.000 ABŞ dolları edir.(Bununla əlaqədar “xxxx” MTK tərəfindən verilmiş rəsmi arayışıapeTlyasiya şikayətimə əlavə edirəm.) Məhkəmə həmin ilkin satış qiymətini iş materiallarında olan “xxxx” MMC-nin mütəxəssis rəyi əsasında müəyyən etmişdir. Bildirirəm ki,eyni zamanda mütəxəssis rəyindən də görünür ki, firma mənzilə ümumiyyətlə baxış keçirmədən, mənzilin hətta sahəsini belə göstərmədən ağlına gələn qiyməti rəyində qeyd etmişdir. Mənzilə baxış keçirmədən, mənzilin ən azı təmir vəziyyətini görmədən onu necə qiymətləndirmək mümkündür? Yuxarıda qeyd olunanlardan aşkar şəkildə görünür ki, Nərimanov Rayon Məhkəməsinin şikayət olunan qətnaməsi ilkin iddianın qismən təmin edilməsi hissəsində və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində tamamilə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X7 iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə və istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertiza rəyləri ilə razıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə istinad etməklə, apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertiza rəyləri ilə razı deyil.Həmçinin, qiymətləndirmə daşınmaz əmlakın çıxarışında qeyd edilmiş sahə üzrə aparıldığından rəyin verilməsində maraqlı olmadığını bildirmiş və çıxarışdan əlavə sahələr də nəzərə alınmaqla qiymətləndirmə aparılmasını xahiş etmişdir. İş üzrə digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətlərinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 19-S-1-0-698-13(İ) nömrəli kredit müqaviləsindən müəyyən olunur ki,kreditor borcluya illik 28 % olmaqla 60 ay müddətinə qaytarmaq şərti ilə 300000 manat məbləğində krediti verməyi borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri və ödənişlərin gecikdirilməsi üçün hesablanmış cəriməni borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 19-SMEG2-04-427-15 nömrəli kredit müqaviləsinə əlavədən görünür ki, ilk ödəniş tarixi xx.xx.2015-ci il son ödəniş tarixi isə xx.xx.2016-cı il tarixidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 19-SMEG2-04-427-15 nömrəli kredit müqaviləsindən görünür ki illik 28 % olmaqla, 12 ay müddətinə 50000 manat məbləğində pul Cavabdeh1 verilmişdir. İş materiallarında olan İddiaçı İKB ASC, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanan xx.xx.2013-cü il tarixli, 19-S-1-0-698-13 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2, borcalan Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanan xx.xx.2013-cü il tarixli, 19-S-1-0-698- 13(İ) saylı kredit müqaviləsi üzrə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 19-S-1-0-698-13(İ) nömrəli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 19-SMEG2-04-427-15 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, ilk ödəniş tarixi xx.xx.2016-cı il son ödəniş tarixi isə xx.xx.2016-cı il tarixidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 19-SMEG2-04-427-15 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, ilk ödəniş tarixi xx.xx.2017-ci il son ödəniş tarixi isə xx.xx.2018-ci il tarixidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 50000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı İKB ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, bank tərəfindən borcun ödənilməsi tələb olunur əks halda tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdarlıq olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzili İddiaçı İKB ASC-nin adına xx.xx.2013-cü il tarixdə yüklü edilmişdir. İş materiallarına əalvə edilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı İKB ASC-nə əsas borcu 18442,65 manat, faiz borcu 4460,72 manat, cərimə borcu 457,79 manat olmaqla, cəmi 23361,16 manat təşkil edir. İş materiallarına əalvə edilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı İKB ASC-nə əsas borcu 18442,65 manat, faiz borcu 6124,83 manat, cərimə borcu 858,85 manat olmaqla, cəmi 25426,33 manat təşkil edir. İş materiallarına əlavə olunmuş, “xxxx” MMC-nin xx xxxxxxxx 2018-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilinin hazırkı dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapmış qiyməti 260.000 manat məbləğində təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı İKB ASC-nə əsas borcu 18442,65 manat, faiz borcu 8383,3 manat, cərimə borcu 1404,27 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1057 saylı xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 19-SMEG2-4-0-427- 15(Ə3) saylı kredit müqaviləsi üzrə borcalanın İddiaçı ASC-yə ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur. xx.xx.2017-ci il tarixə 18170,13 əsas, 731,85 faiz borcu. xx.xx.2018-ci il tarixə- 18170,13 manat əsas, 4215,47 manat faiz. Qeyd edilir ki, kredit müqaviləsinin 1.17 bəndinə görə kredit müqaviləsi ilə borcalan bank tərəfindən göstərilən xidmət və əməliyyatlara görə aşağıdakı qaydada komissiya haqqı ödəyir: Kredit sifarişinə baxılmasına görə -1% Xəzinə xidmətlərinin göstərilməsinə görə - kredit məbləğinin 1% həcmində.Yuxarıda göstərilən komissiya haqqları hesabdan çıxarış məlumatlarında əks olunduğu kimi müvafiq olaraq xx.xx.2015-ci il tarixdə 500 manat və 500 manat məbləğlərində bank tərəfindən borcalanın hesabından silinmişdir. xx.xx.2013- cü il tarixli 19-S-1-0-698-13 saylı əsas kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış materiallarından göründüyü kimi, xx.xx.2013-cü il tarixli 19-S-1-0-698-13 saylı əlavə kredit müqaviləsi çərçivəsində 293.000,00 manat məbləğində kredit ayrılmışdır. Bundan başqa, çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 hesabından 11-xx.xx.2013-cü il tarixlərdə bank xərcləri üçün 5.860,00 manat, girov qiymətləndərməsi üçün 150,00 və 310,00 manat, cəmi 6.320,00 manat məbləğində pul vəsaiti silinmişdir. Lakin təqdim edilmiş xx.xx.2013-cü il tarixli 19-S- 1-0-698-13 saylı əsas kredit müqaviləsində həmin məbləğlərin tutulması barədə məlumat əks olunmamışdır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə daxil olmuş xx xxxxxx 2021ci il tarixli 9/2501 saylı Ekspertiza Rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli, 19-SMEG2- 4-0-427-15(Ə3) saylı kredit müqaviləsi üzrə Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 19-SMEG2-4-0-427-15(Ə3) saylı kredit müqaviləsi üzrə borcalanın İddiaçı ASC-yə ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2018-ci il tarixə əsas kredit borcu, faiz borcu 18.170,13 manat 4.215,47 manat. Qeyd edilir ki, kredit müqaviləsinin 1.17 bəndinə görə kredit müqaviləsi ilə borcalan bank tərəfindən göstərilən xidmət və əməliyyatlara görə aşağıdakı qaydada komissiya haqqı ödəyir. – kredit sifarişinə baxılmasına görə 1 %, - xəzinə xidmətlərinin göstərilməsinə görə - kredit məbləğinin 1 % həcmində. Yuxarıda göstərilən komissiya haqqları hesabdan çıxarış məlumatlarında əks olunduğu kimi müvafiq olaraq xx.xx.2015-ci il tarixdə 500 manat və 500 manat məbləğlərində bank tərəfindən borcalanın hesabından silinmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş qiymətləndirmə ekspertizası ilə bağlı xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 239 saylı Ekspertiza Rəyindən görünür ki, qərardadın icrası ilə əlaqədar, iş üzrə tərəflərlə dəfələrlə əlaqə saxlanılmış, tərəflərə ekspertiza tədqiqatının aparılması üçün zəruri şəraitin yaradılması, yəni tədqiqat obyektinə baxış keçirilməsinin təşkil edilməsi və ekspertiza xidmətinin ödənişli olduğu barədə məlumat verilmişdir. Lakin, müəyyən müddət keçməsinə baxmayaraq tərəflər baxışın keçirilməsi üçün zəruri şərait yaratmamış və ekspertiza xərcini ödəməkdən imtina etmişdirlər. Məhkəmə Kollegiyasının iclasında Cavabdeh1 qiymətləndirmə daşınmaz əmlakın çıxarışında qeyd edilmiş sahə üzrə aparıldığından rəyin verilməsində maraqlı olmadığını bildirmiş və çıxarışdan əlavə sahələr də nəzərə alınmaqla qiymətləndirmə aparılmasını xahiş etmişdir.Odur ki, Kollegiya iş üzrə yenidən əmtəəşünaslıq-qiymətləndirmə ekspertizası təyin olunmasına zərurət olmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Birinci instansiya məhkəməsinin baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 2013-cü il 10 iyul tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nin “Lökbatan” filialında 60 ay müddətinə 300000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 2015-ci il 25 avqust tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 28%-lə 12 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzili ipoteka müqaviləsilə yüklü edilmişdir. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq zamin Cavabdeh2 borclu öhdəliyi lazımınca icra etmədiyi halda kredit borcu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası xx.xx.2015-ci il tarixli, 19SMEG2-4-0-427-15(Ə3) nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas, faiz və cərimə borcunu ayrıayrılıqda nəzərdən keçirib, hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə banka olan əsas borcu ekspert rəyi nəzərə alınmaqla 18170,13 manat borcdan rəydə göstərilmiş 6320 manat müqavilədən kənar tutulmuş pul məbləği çıxılmaqla əsas borc məbləği 11850,13 manat məbləğində müəyyən edilməlidir. Faiz borcu rəyə əsasən 4215,47 manat, cərimə borcu isə 200 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə xx.xx.2015-ci il tarixli, 19SMEG2-4-0- 427-15(Ə3) nömrəli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11850,13 manat əsas, 4215,47 manat faiz, 200 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 675.1 manat əldən çıxmış fayda, ümumilikdə 166940,7 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumu və 20 manat xidmət haqqı “xxxx” İKB ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası eyni zamanda iddianın tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələblərinin bu hissəsi də əsaslıdır. Bu səbəbdən iddianın həmin hissəsi də təmin edilməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilinin İddiaçı İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gırov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İpoteka haqqında Qanunun: 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1-ci maddəsinə görə, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, tutma Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilinə yönəldilməli, açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına borc “xxxx” İKB ASC-nə ödənilməli, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzili satıldıqdan 1 ay sonra Cavabdeh1 oğlu qeyd edilən mənzildən çıxarılmalıdır. Məhkəmə kollegiyası “xxxx” MMC-nin xx xxxxxxxx 2018-ci il tarixli ekspert rəyini nəzərdən keçirərək belə qənaətə gəlir ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilinin ilkin satış qiyməti 260.000 manat məbləğində müəyyən edilməlidir. Həmçinin, iddiaçı Cavabdeh1 şikayətinin dəlillərindən göründüyü kimi, bir daha aydın olur ki, qiymətləndirmə daşınmaz əmlakın çıxarışında qeyd edilmiş sahə üzrə aparıldığından, o, çıxarışdan əlavə sahələr də nəzərə alınmaqla qiymətləndirmə aparılmamasından narazıdır.Odur ki, belə dəlil ipoteka predmetinin qiymətinin aşağı olması ilə bağlı araşdırmaya zərurət yaratmır. İddia ərizəsinin ipoteka ilə yüklü edilmiş əmlakın satışından eldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi ümumi qaydada icra edilməsi hissəsində məhkəmə kollegiyası qeyri-müəyyən hesab edir və bu səbəbdən onun rədd edilməsi qənaətinə gəlir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, 1-ci instansiya məhkəməsi ekspert rəyi ilə müəyyən edilmiş müqavilədən kənar tutulmuş 6320 manat məbləğində pulu kredit müqaviləsi üzrə müəyyən edilmiş əsas borc məbləğindən çıxmaqla əvəzləşdirmişdir. Qarşılıqlı iddia üzrə tələb olunan məbləğin qalan hissəsi qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən sübuta yetirilmədiyindən rədd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Hər iki apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 164/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar