Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3147/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 MTK-nın nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyət hüququnun tanınması, müqavilələrin və aktın etibarsız hesab edilməsi, əmlakın boşaldılaraq təhvil verilməsi, dəymiş zərərin ödənilməsi və maneələrin ortadan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5196/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nə qarşı “mülkiyyət hüququnun tanınması, icra şöbəsinin əmlakın təhvil verilməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi, müqavilələrin və aktın etibarsız hesab edilməsi, əmlakın boşaldılaraq təhvil verilməsi, dəymiş zərərin ödənilməsi və maneələrin ortadan qaldırılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək, məhkəmədən, ünvan 1 ünvanında yerləşən binanın 1-ci girişində, 6-cı mərtəbədə yerləşən sahəsi 65 kv.m olan 44 və 45 saylı mənzillər, o cümlədən cavabdehlər Cavabdeh1 MTK tərəfindən X2 təhvil verilmiş 100 kv.m qeyri-yaşayış sahəsi barəsində mülkiyyət hüquqlarının tanınması, cavabdeh “xxxx” MTK ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə kooperativ mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilin Cavabdeh2 və digər şəxslər (ailə üzvləri, kirayəçilər) tərəfindən boşaldılaraq ona təhvil verilməsi, cavabdeh “xxxx” MTK ilə Cavabdeh3 arasında xx.xx.2012-ci il tarixdə Kooperativ mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edilməsi, həmin mənzilin Cavabdeh3 və digər şəxslər (ailə üzvləri, kirayəçilər) tərəfindən boşaldılaraq ona təhvil verilməsi, Cavabdeh4 əmlakın təhvil verilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, Cavabdeh4 tərəfindən xx.xx.2019-cu il tarixində qəbul olunmuş ın etibarsız hesab edilməsi və onun sahiblik və istifadəsindən çıxarılmış ünvan 1 ünvanında yerləşən 100 kv/m qeyri yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsinin cavabdehlər Cavabdeh1 MTK-nın və Cavabdeh4 üzərinə öhdəlik kimi qoyulması, əmlaklardan istifadəyə maneələrin ortadan qaldırılması öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması, 100 kv.m qeyri-yaşayış sahəsindən qanunsuz olaraq məhrum olmağa görə dəymiş 50.000 manat maddi ziyanın və 5000 manat mənəvi zərərin Cavabdeh1 MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5196/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MTK-nın nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, izahatında apellyasiya məhkəməsinin icraatında Cavabdeh2 oğlunun Cavabdeh1 MTK-ya qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş olduğunu və hazırki işlə oxşar iş olduğundan həmin işlərin bir icraatda birləşdirilməli olduğunu bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəməyə səbəblərini bildirmədən gəlmədiklərindən kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh2 oğlunun Cavabdeh1 MTK-ya qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsindən Cavabdeh1 MTk tərəfindən verilmiuş apellyasiya şikayətinə hazırda hakim Fuad Talışinskinin sədrliyi ilə baxılır. İşin materiallarını araşdıraraq və iştirak edən şəxsləri dinləyərək məhkəmə kollegiyası hesab edir ki, sözügedən mülki işlər bir-biri ilə əlaqəli işlər olduqları üçün onların bir icraata birləşdirilməsi məqsədəuyğundur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə kollegiyası, mülki-prosessual hüquq institutu olaraq “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə (mülki işlərə) münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: 2(103)-3147/2021 və 2(103)-2089/2021 sayıları altında qeydə alınmış mülki işlər birlikdə baxılması üçün bir icraatda 2(103)-2089/2021 №-si altında birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3147/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3147/2021
14.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver