Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3155/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi, vərəsə kimi tanınması, miras əmlakın bölünməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (ünvan 2 ofisi maraqlı şəxs qismində cəlb edilməklə) «mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi, vərəsə kimi tanınması, miras əmlakın bölünməsi» tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-184/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X10 ağciyər ödəmi diaqnozu ilə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
2. ünvan 2 ofisində təsdiq edilmiş 4Ə-49 reyestr nömrəli 03 mart 2024-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, Cavabdeh1 Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 30/124003 nömrəli xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev (Bakı) küçəsi 43 saylı evin 21 saylı mənzilini X8 bağışlamışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən sorğuya cavab məktubuna əsasən bildirilir ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev (Bakı) küçəsi 43 saylı evin 21 saylı mənzil xx.xx.2024-cü il tarixlı bağşılama müqaviləsinə əsasən X7 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş idarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən bildirilir ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev (Bakı) küçəsi 43 saylı evin 21 saylı mənzilin X10 tərəfindən Cavabdeh1 bağışlanmasına dair məlumat aşkar edilməmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən sorğuya cavab məktubuna əsasən bildirilir ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev (Bakı) küçəsi 43 saylı evin 21 saylı mənzil xx.xx.1997-ci il tarixdə Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmiş, X2 mənzildə qeydiyyatda olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (ünvan 2 ofisi maraqlı şəxs qismində cəlb edilməklə) iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, vərəsə kimi mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi, vərəsə kimi tanınması, miras əmlakın bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X5 X4 ilə xx.xx.1970-ci il tarixdə nikahlarını Qaradağ rayon Qeydiyyat şöbəsində qeyd etdirmişlər. Birgə nikahdan xx.xx.1971-ci ildə o, xx.xx.1975-ci il tarixdə qardaşı Cavabdeh1 doğulmuşdur. Atası Qaradağ rayon sement zavodunda fəhlə işləmiş və iş yerindən order əsasında 2 otaqlı mənzil almışdır. Həmin mənzil ünvan 1 ünvanda yerləşmişdir. Atası həmin mənzilə xx.xx.1975-ci il tarixdə qeydiyyata düşmüşdür. Həmin mənzildə atası, anası, o və qardaşı qeydiyyatda olmaqla yaşamışlar. xx.xx.1991-ci il tarixdə atası Tofiq Süleymanov və o, həmin ünvandan qeydiyyatdan çıxmışlar. Atası 2005-ci il tarixdə vəfat etmişdir. X4 isə ünvan 1 ünvanda yerləşən mənzildə qeydiyyatda olmaqla vəfat edənə qədər həmin ünvanda yaşamış və xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Qeyd edilən mənzildən order əsasında istifadə olunmuş, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Qeyd etdiyi və birgə yaşadıqları mənzil anası X1 1997-ci ildə onun xəbəri (razılığı) olmadan qardaşı Cavabdeh1 adına keçirilmiş və hüquqmüəyyənedici sənəd verilmişdir. X4 08 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra, eləcə də anasının sağlığında həmin evə gedibgəlməsinə qardaşı və qardaşının arvadı Cavabdeh2 mane olmuş, faktiki buna imkan verməmişlər. Nəticədə, anasına məxsus olan əmlak və mənzil onun əlindən alınmışdır. Anasının sağlığında qeyd edilən 2 otaqlı mənzilin qardaşı Cavabdeh1 adına necə və hansı qaydada rəsmiləşdirilməsi müəmmalıdır. Bu faktın aydınlaşdırılması məqsədi ilə müvafiq səlahiyyətli orqanlara müraciət etsə də, heç bir hüquqi əsas tapmaq mümkün olmamışdır. Hesab edir ki, anasının sağlığında onu qeyd edilən ünvandan qeydiyyatdan çıxarmaqla mənzilin qanunsuz yolla qardaşı Aslanın adına xüsusi mülkiyyətinə keçirilməsinə bilərəkdən şərait yaradılmışdır. Anası savadsız olduğundan aparılan əməliyyatların mahiyyətini başa düşməmişdir. Anasının vəfatından sonra vərəsəlik açılmamışdır. Çünki artıq sözügedən mənzil qardaşı Aslanın mülkiyyətində olmuşdur. Həmin ünvana müvafiq səlahiyyətli orqanların qanunsuz himayədarlığı ilə qardaşı Aslanın arvadı Cavabdeh2 bacısı Heydərova Kəmalə, onun əri Güloğlan Heydərov, uşaqları Yusif və Heydər Heydərovlar qeydiyyata alınmışlar. Bu qanunsuzluqlar barədə 38-ci Polis bölməsinə müraciət etsə də, heç bir nəticə olmamışdır. Beləliklə, anasının bütün əmlakı, o cümlədən təqaüdü və topladığı pulları, qızıl-zinət əşyaları mənimsənilmişdir. Anasına məxsus əmlakların talan edilməsinin qarşısını almağa çalışsa da, qardaşı Aslan və arvadı Nuranənin təzyiqlərinə, təhqirlərinə və ona qarşı fiziki zor tətbiq edilməsinə məruz qalmışdır. Yuxarıda qeyd etdiyi kimi anasının vəfatından sonra vərəsəlik işi açılmamışdır. Həqiqətdə isə vərəsəlik işinin açılmasına, vərəsələrin müəyyən edilməsinə maneçilik törədilmiş və saxta yollarla qarşısı alınmışdır. X3 mülkiyyətində hər hansı daşınmaz əmlakının olub-olmaması barədə sorğu verilsə də, 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş cavabda ünvan 1 ünvanı ilə bağlı müvafiq məlumat və sənədlərin surəti təqdim edilməmişdir. Bildirilmişdir ki, qeyd edilən ünvan X7 (qardaşı Aslanın oğlu) adına ünvan 2 Ofisinin 4Ə-49 reyestr nömrəli xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Eyni məzmunlu cavablar ünvan 2 Ofisindən və Ədliyyə sahəsində xidmətlər baş idarəsi tərəfindən də verilmişdir. Halbuki 45 saylı notariat ofisinin notariusu şifahi və yazılı müraciətlərinə baxmayaraq hüququnun pozulduğunu bilsə də, bağışlanma müqaviləsini icra etmişdir. Hesab edir ki, daşınmaz əmlak olan mənzilin anasının sağlığında hər hansı yolla qardaşı Cavabdeh1 mülkiyyətinə verilməsi faktı araşdırılıb hüquqi qiymət verilməlidir. Qardaşı Cavabdeh1 hərəkətləri əsassız varlanmağa yönəlmişdir. Qanun üzrə birinci növbə vərəsə kimi qarşısında qanunsuz olaraq maneələr yaradılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, order əsasında atasına verilmiş mənzil sağlığında, yəni xx.xx.1997-ci il tarixdə qardaşı Cavabdeh1 adına ilkin qeydiyyata alınmışdır. Hesab edir ki, həmin mənzil daşınmaz əmlakın reyestrində qeydə alınarkən qanun pozğunluğuna yol verilmiş, anasının və onun razılıqları alınmamışdır. İşin faktiki halları onun vərəsəlik hüququnun kobud şəkildə pozulmasını şəksiz sübut edir. Bildirir ki, X4 ilə qardaşı və arvadı tərəfindən ciddi maneələr yaradılsa da, mehriban olmuşdur, ona qulluq göstərmişdir. Bir övlad kimi müntəzəm təmasda olmuşdur. Cavabdehlər isə anasına qarşı həmişə münasibətləri pis olmuş, ona qayğı göstərməmiş, onun bütün qızıl-zinət əşyalarını, pullarını (təqaüd pulları) mənimsəmişlər. Qardaşı Aslan anasının sağlığında 2019-cu ildə qeyd edilən mənzildən çıxmış, orada formal qeydiyyatda olsa da, başqa ünvanda kirayədə yaşamış və hazırda da orada yaşayır. Cavabdeh2 anasının sağlığında evdən oğurluq etdiyinə görə 2020-ci ildə anası onu evdən qovmuşdur. Həmin ünvanda yerləşən anası tərəfindən tikdirilmiş həyət evində qalırdı. Anası onu oradan da uzaqlaşdırmaq istəyirdi. Lakin cavabdeh anasının yaşlı və xəstə olmasından istifadə edərək həmin yaşayış sahəsindən çıxmamış, əslində oranı zəbt etmişdir. Hazırda isə həmin otağı kirayəyə verərək pul qazanır. Vərəsəlik hüququnun pozulmasını 2024-cü ilin aprel ayında, yəni mənzil bağışlandıqdan sonra bilmişdir. Mülki Məcəllənin 1248-ci maddəsində mirasın qəbul edilməsi vaxtının uzadılmasından bəhs edilir. O da qanunun bu fürsətindən istifadə edərək himayəsində əlil övladı olan ana kimi öz vərəsəlik hüququnu həyata keçirmək istəyir. İşin faktiki halları vərəsə kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüquqlarının və dövlət tərəfindən təminat verilən vərəsəlik hüquqlarının pozulduğunu təsdiq edir. Hesab edir ki, vərəsəlik hüququ üçün xüsusi qəbul şərtləri və müddətini müəyyən edən Mülki Məcəllənin 1246 və 1279-1-ci maddələri mütənasiblik Konstitusiya prinsiplərinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi ədalətli mövqe kimi qiymətləndirilməlidir.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-184/2025 nömrəli xx.xx.2025ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim X12)
9. Məhkəmə iddianı qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsi 43 saylı evin 21 saylı mənzili Cavabdeh1 tərəfindən Bakı şəhəri Tİ və MHQİ-nin verdiyi xx.xx.1997-ci il tarixli 30/124003 saylı qeydiyyat vəsiqəsinə əsasən X8 bağışlanmışdır. Həmin bağışlama müqaviləsi qüvvədə olmaqla, bağışlama müqaviləsi əsas götürülərək mənzil X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə vurğulayır ki, həmin bağışlama müqaviləsi mübahisələndirilməmişdir və həmin bağışlama müqaviləsi qüvvədə olduğundan, İddiaçı «mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi, vərəsə kimi tanınması, miras əmlakın bölünməsi» tələbinə dair iddiası təmin edilə bilməz. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia təmin edilə bilməz.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14-cü, 77.1-ci, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən İddiaçıı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətinin məzmunu iddia ərizə uyğun əsaslandırılmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.
17 Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, tərəflər arasında yaranmış münasibətlərinin mahiyyətini qiymətləndirməklə səhvə yol vermiş, bu səbəblə qətnaməni müvafiq hissədə düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmiş, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir.
23. Hazırkı işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 bacı qardaşdırlar. İş materiallarında olan sənədlərdən göründüyü kimi mübahisə predmetini təşkil edən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev (Bakı) küçəsi 43 saylı evin 21 saylı mənzil 1997-ci ildən Cavabdeh1 mülkiyyətində olmuşdur. Hazırda isə iddiaçı həmin mənzilin anaları mərhum X6 əmlakı olduğundan, miras əmlakın qəbul edilmə müddətinin üzürlü hesab edilməsi, vərəsəsi kimi tanınması və mübahisələndirilən əmlakın miras əmlak kütləsinə daxil olduğunu hesab edərək edərək bölünməsini tələb edir.
24. Halbuki iddiaçının nümayəndəsi və vəkili tərəfindən müvafiq orqanlara edilən sorğulara cavab məktublarından da göründüyü kimi, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev (Bakı) küçəsi 43 saylı evin 21 saylı mənzil Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmiş, X10 isə sözügedən mənzildə qeydiyyatda olmuşdur. Həmin mənzilin X10 tərəfindən Cavabdeh1 bağışlanmasına dair hər hansı bir məlumat da aşkar edilməmişdir.
25. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə edilən sorğu nəticəsində əldə edilən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev (Bakı) küçəsi 43 saylı evin 21 saylı mənzilə dair sənədlərdən aydın olur ki, Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən verilən arayışda sözügedən mənzilin icarədarı Cavabdeh1 olmuş və həmin mənzildə sonuncu ilə anası Maral Süleymanova qeydiyyatda olmuşlar.
26. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev (Bakı) küçəsi 43 saylı evin 21 saylı mənzildə yaşayan Cavabdeh1 mənzilin kirayə müqaviləsinin dəyişdirilməsi barədə müraciəti əsasında mənzilin kirayəçisi Cavabdeh1 atası Tofiq Süleymanov xx.xx.1991-ci ildə qeydiyyatdan çıxmış, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev (Bakı) küçəsi 43 saylı evin 21 saylı mənzilin kirayə müqaviləsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsaslanmaqla dəyişdirilmiş və mənzilin kirayəçisi Cavabdeh1 hesab edilmişdir.
27. Eyni zamanda iş materiallarına Cavabdeh1 tərəfindən verilən yaşadığı Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev (Bakı) küçəsi 43 saylı evin 21 saylı mənzilin özəlləşdirilməsinə dair və həmin mənzildə qeydiyyatda olan anası Maral Süleymanova tərəfindən də mənzilin oğlunun adına özəlləşdirilməsi barədə verdiyi razılıq ərizələri əlavə edilmişdir. Göründüyü kimi iddiaçı mübahisələndirdiyi mənzildə ümumiyyətlə qeydiyyatda olmamış və sözügedən mənzil Cavabdeh1 istifadəsində və mülkiyyətində olmuşdur.
28. Sonradan isə Cavabdeh1 xx.xx.2024-cü il tarixlı bağşılama müqaviləsi əsasında mənzili oğlu X8 bağışlamış və sonuncunun adına qeydiyyata alınmaqla mülkiyyətinə keçmişdir.
29. Birinci instansiya məhkəməsi isə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, həmin bağışlama müqaviləsi qüvvədə olduğundan və mübahisələndirilmədiyindən İddiaçı iddiası təmin edilə bilməz. Lakin məhkəmə kollegiyası isə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəsinin əsaslandırılması ilə razılaşmır. Belə ki, Cavabdeh1 ona məxsus mənzilin oğluna bağışlanmasına dair müqaviləni mübahisələndirsə də və hətta həmin bağışlama müqaviləsi ləğv edilsə belə həmin daşınmaz əmlak iddiaçıya münasibətdə hər hansı vərəsəlik kütləsini təşkil edə bilməz. Bu hüquq yaranmadığı üçün məhz hazırki iddia tələbi təmin edilə bilməz. Yəni sözügedən əmlak Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli sərəncamı ilə mənzildə yaşayan Cavabdeh1 mənzilin kirayə müqaviləsinin dəyişdirilməsi barədə müraciəti əsasında Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev (Bakı) küçəsi 43 saylı evin 21 saylı mənzilin kirayə müqaviləsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsaslanmaqla dəyişdirilmiş və mənzilin kirayəçisi Cavabdeh1 hesab edilmiş daha, daha sonra isə Cavabdeh1 tərəfindən verilən yaşadığı Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev (Bakı) küçəsi 43 saylı evin 21 saylı mənzilin özəlləşdirilməsinə dair və həmin mənzildə qeydiyyatda olan anası Maral Süleymanova tərəfindən də mənzilin oğlunun adına özəlləşdirilməsi barədə verdiyi razılıq ərizəsi əsasında Cavabdeh1 adına özəlləşdirilməklə mülkiyyətinə keçmişdir. Bir sözlə, iddiaçının mübahisələndirdiyi əmlak yuxarıda qeyd edilənlərə əsasən nə onun anası mərhum Maral Süleymanovun, nədəki atası Tofiq Süleymanovun mülkiyyətində olmadığından, ümumiyyətlə miras əmlak hesab edilmir.
30. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Ceyran Süleymanovun hazırkı iddiası təmin edilə bilməz.
31. Beləliklə, bütün qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-184/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-184/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu apelyatora həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.