Məhkəmə qərarları › İş №2(103)-3156/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3156/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3156/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası Hakimlər CəmilovaXəyaləAdilqızının sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı “xxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əliyeva (Novruzzadə) Təhminə Həşim qızına, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və cavabdehlərin mənzildən çıxarılması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qəbul etdiyi 2(005)- 2678/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əliyeva (Novruzzadə) Təhminə Həşim qızına, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ümumilikdə 10206.04 manat (əsas borcu 6956.66 manat, faiz borcu 1637.66 manat, illik 5% dərəcəsi ilə banka dəymiş zərər və əldən çıxmış fayda qismində 1611.72 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq «xxxxxxxxx» ASC-yə verilməsi, tələbin ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 65 nömrəli evin 33 saylı mənzilinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən gec bir ay ərzində boşaldılması, cavabdehlərin Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 Haşim oğlu, Əliyeva (Novruzzadə) Təhminə Həşim qızının mənzildən çıxarılmaları, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxxxxxxx" ASC yə 10206.04 manat məbləğin və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2678/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək, Cavabdeh1 “xxxxxxxxx” ASC-nin xeyrinə 6739,66 manat əsas borc, 919,96 manat faiz borcu, illik 5 faiz dərəcəsi ilə əldən çıxmış fayda qismində 1355,35 manat olmaqla, ümumilikdə 9014,97 manat məbləğində borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, Azərbaycun Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında " 28 fevral 20.9-cu il tarixli fərmanına əsasən fiziki şəxslərin xarici valyutada 10000 ABŞ dollarınadək və ya milli valyutada 17000 manatadək olan əsas kredit borcları onların bütün banklarda və ləğvetmə prosesində olan banklarda olan əsas kredit borclarının qalıq məbləği 2012-ci il 1 yanvar tarixindən fərman qüvvəyə mindiyi günədək fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restruktruzasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1%, banklara isə Mərkəzi Bank tərəfindən illik faiz dərəcəsi 0,1% olmaqla 5 il (1 il giizəşt müddəti ilə) müddətinə kreditlər verilir. Onunla da iddaçı arasında xx.xx.2012-ci il tarixdə 64/1 1 saylı xx.xx.2011- ci il tarixli kredit müqaviləsinə əlavə bağlanaraq, kredit müqaviləsinin müddəti xx.xx.2014-cü il tarixədək uzadılmışdır. Göründüyü kimi, "xxxxxxxxx" ASC-nin paytaxt filialı ilə arasında bağlanan xx.xx.2012-ci tarixli müqavilə Azərbaycan Respublikası Prezidentinin ‘’Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında “ xx xxxxxx 2019-cu il tarixli fərmanına düşür. Onu da qeyd etmişdir ki, iddia ərizəsindən həmçinin müddətin keçməsi ilə əlaqədar imtina edilməlidir. O, birinci instansiya məhkəməsində xx xxxx 2019-cu ildə iddia müddətinin tətbiqi barədə ərizə versə də, məhkəmə tərəfindən həmin ərizə nəzərə alınmamışdır. Belə ki, iddiaçı ilə onun arasında sonuncu kredit müqaviləsi xx.xx.2012-ci il tarixdə bağlanmış və həmin müqavilənin müddəti xx.xx.2014-cü il tarixdə başa çatmış, lakin iddiaçı iddia ərizəsi ilə məhkəməyə gec müraciət etmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması son olaraq xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə Cavabdeh1 tərəfindən məhkəməyə teleqram vurularaq özünün və vəkilinin məhkəmə iclasında iştirak edə bilməyəcəyi, bu səbəbdən də işin təxirə salınması xahiş edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdehlər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə tərəfləriniştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki işdə apellyasiya şikayəti Cavabdeh1 tərəfindən verildiyi üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı iddianın həmin cavabdehə qarşı təmin olunmuş hissəsində yoxlanılır. Belə ki, qətnamə digər hissələrdə mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdu ki, «xxxxxxxxx» ASC-nin Paytaxt filialı ilə Cavabdeh1 arasında 64/11 saylı xx.xx.2011-ci il tarixli Kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 24 ay müddətinə 26% olmaqla 20000 AZN məbləğində kredit verilmişdir. xx.xx.2012-ci il tarixdə «xxxxxxxxx» ASC-nin paytaxt filialı ilə Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixli 64/11 saylı Kredit müqaviləsinə Əlavəyə əsasən Kredit müqaviləsinin müddəti xx.xx.2014-cü il tarixinədak uzadılmışdır. xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, X3 tam mülkiyyət hüququ üzrə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 65 nömrəli evin 33 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İddiaçının təqdim etdiyi xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 6956,66 manat əsas borcu, 1637,66 manat faiz borcu, 1611,72 manat əldən çıxmış fayda, ümumilikdə borcu 10206,04 manat təşkil edir. xx.xx.2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Cavabdeh1 ünvanlanmış bildirişin surətindən görünür ki, X1 vəfat etdiyi məlum olmuş, ona Bankın pul tələbləri ödənilməzsə tutmanın ipoteka predmeti olan mənzilə yönəltməyə başlamaqları barədə xəbərdarlıq edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın nəticəsi olaraq Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17620 saylı xx.xx.2019-cu il tarixli rəydən müəyyən olunmuşdu ki, Cavabdeh1 “xxxxxxxxx” ASC-yə xx.xx.2014-ci il tarixə 6739,66 manat əsas borcu, faiz borcu üzrə 919,96 manat, xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixdək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla, 6739,66 manat əsas borcu, 2275,31 manat faiz borcu vardır. Bununla bağlı birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş üzrə müəyyən olunur ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Mülki Məcəllənin 739-cu maddəsini rəhbər tutiuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). İş materiallarından göründüyü kimi, tərəflər arasında 64/11 saylı xx.xx.2011-ci il tarixli kredit müqaviləsinin icra müddəti xx.xx.2012-ci il tarixli əlavəyə əsasən xx.xx.2014-cü il tarixdə başa çatmış, iddiaçı isə hazırki iddia ərizəsi ilə məhkəməyə xx xxx 2019-cu tarixdə iddia müddətini ötürməklə müraciət etmişdir. İşə apellyasiya qaydasında baxılarkən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən bağlanmış kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2014-cü il tarixdə (i.v. 87) edilmiş, buna görə iddiaçının qanunla müəyyən edilmiş 3 illik müddət ərzində, yəni xx.xx.2017-ci il tarixədək məhkəməyə müraciət etmək hüququ olmuşdur ki, bu hüququndan vaxtında istifadə etməmiş, buna görə cavabdeh işə birinci instansiya qaydasında baxılarkən iddia müddətinin tətbiqi barədə ərizə vermiş, lakin həmin ərizə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qeyd olunmalıdır ki, iş materiallarında ötən müddət ərzində cavabdehin borcu etiraf edən hərəkətlərə yol verdiyi müəyyən edilmir. İddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarış sənədlərindən (i.v. 87) müəyyən olunur ki, cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2014-cü il tarixdə ödəniş edildikdən sonra 3 il ərzində iddiaçı iddia ilə məhkəməyə müraciət etməmiş, xx.xx.2017-ci il tarixdə isə cavabdeh tərəfindən ödəniş edildiyi iddia edilən hərəkət 3 illik iddia müddəti keçdikdən (xx.xx.2017-ci il tarixdən) sonra edilmişdir ki, bu da iddia müddətinin axımını kəsən hərəkət kimi qəbul edilə bilməz. Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.1, 372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə kredit münasibətlərindən yaranan mübahisələrə Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Bu baxımdan məhkəmə kollegiyası cavabdeh tərəfindən son ödənişin xx.xx.2014-cü il tarixdə aparıldığını, iddia ilə isə qanunla müəyyən olunmuş 3 illik müddət keçdikdən sonra müraciət edildiyini nəzərə alaraq hesab edir ki, cavabdehin ərizəsinə əsasən iddia tələbinə üç illik iddia müddəti tətbiq edilməli və qətnamə iddianın təmin edildiyi hissədə ləğv edilərək, həmin hissədə iddia rədd edilməlidir. Mübahisəyə iddia müddətinin tətbiqi iddianın rədd edilməsi üçün birmənalı əsas olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddia təmin olunmamalı, bununla da apellyasiya şikayəti təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2678/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən- iddianın təmin edildiyi hissədə ləğv edilsin. İddia həmin hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar