Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3161/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçı “xxxx” BOKT ASCnin nümayəndəsi və vəkili Vəkil2 və digər iddiaçı S.Səlimzadənin vəkili X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 1540/2020 saylı qətnaməsindən X4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İlk iddiaçı “xxxx” Bank Olmayan Kredit X9 Cəmiyyəti Cavabdeh qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Bank Olmayan Kredit X9 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 1131 nömrəli kredit müqaviləsinə əsasən 14.248,68 (on dörd min iki yüz qırx səkkiz dollar altmış səkkiz sent) ABŞ dolları məbləğində əsas borcu, 3.490,20 (üç min dörd yüz doxsan dollar iyirmi sent) ABŞ dolları məbləğində faiz borcu, 526,96 (beş yüz iyirmi altı dollar doxsan altı sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18.265,84 (on səkkiz min iki yüz altmış beş dollar səksən dörd sent) ABŞ dolları məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh “xxxx” Bank Olmayan Kredit X9 Cəmiyyətinin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş “Schmitz” yarımqoşqu markalı, 2004-cü il buraxılışlı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli və 2007-ci il buraxılışlı, “Mercedes Benz M1840LS” yük markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobillərə yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İkinci iddiaçı X4 cavabdehlər BOKT “xxxx” ASC-yə, Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və X5 qarşı (Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, Y-232 və Y-233 saylı protokollar əsasında “xxxx” BOKT ASC-nin adına verilmiş mülkiyyət hüququnu müəyyən edən şəhadətnamələrin və “xxxx” BOKT ASC ilə X7 arasında avtomobilin və yarımqoşqunun alğı-satqısına dair xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2827/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə hər iki iddia tələbi üzrə mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova, iş № 2(005)-1540/20) iddiaçı BOKT “xxxx” ASC-nin Cavabdeh qarşı (X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi” tələbi təmin edilmiş, Cavabdeh 14248.68 ( on dörd min iki yüz qırx səkkiz ABŞ dolları altmış səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 3490.20 (üç min dörd yüz doxsan ABŞ dolları 20 sent) ABŞ dolları məbləğində faiz borcu, 526.96 (beş yüz iyirmi altı ABŞ dolları doxsan sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18265.84 (on səkkiz min iki yüz altmış beş ABŞ dolları səksən dörd sent) ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulması, tutulan məbləğin Cavabdeh məxsus SCHMİTZ YARİMQİOŞU markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli və 2007- ci il buraxılışlı, MERCEDENS BENZ M 1840 LS YÜK markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillərə yönəldilməsi, həmin avtomobillərin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına "xxxx" BOKT ASC-yə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda isə artıq məbləğin qalıq hissəsinin Cavabdeh qaytarılması qət edilmiş, iddiaçı X2 cavabdehlər BOKT “xxxx” ASC-yə, Bakı Şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və X5 qarşı (Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi təmin edilməmişdir. X4 apellyasiya şikayəti verərək Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin BOKT “xxxx” ASC-nin iddia tələbinin 18205,84 ABŞ dollarının manata olan məzənnəsi hissəsində dəyişdirilməklə həmin pulun 14266,84 ABŞ dollarının manata olan məzənnəsi məbləğində tutulması, eləcə də onun iddia tələbinin təmin edilməsi hissəsində qətnamənin ləğv edilməsi və həmin iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı S.Səlimzadənin vəkili H.İsgəndərov məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçı “xxxx” BOKT ASC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ikinci iddiaya, yəni X2 cavabdehlər BOKT “xxxx” ASC-yə, Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və X5 qarşı (Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair aid hissədə ləğv edilməli və həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İddiaçı S.Səlimovun iddia tələbi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbindən ibarətdir. Alqı-satqı predmeti olan SCHMİTZ yarımqoşqu markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli və 2007- ci il buraxılışlı, MERCEDENS BENZ M 1840 LS YÜK markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillər avtomobil isə iddiaçının deyil, mərhum Cavabdeh mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş AZ-İ N 901036 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx xxxxxx 2017-ci il tarixdə, yəni məhkəmədə iddia qaldırılanadək vəfat etmişdir. İddiaçı X3 isə atası Cavabdeh miras qalan SCHMİTZ yarımqoşqu markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli və 2007- ci il buraxılışlı və MERCEDENS BENZ M 1840 LS YÜK markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilləri miras əmlak kimi qəbul etməsi, bununla bağlı notariat kontoruna müraciət etməsi və ona bu barədə vərəsəlik şəhadətnaməsinin verilməsi apellyasiya baxışı zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədənkənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı S.Səlimov mirasın qəbulu haqda notariat kontoruna müraciət etməmiş və vərəsə kimi hüquqları qanunla müəyyən olunmuş qaydada tanınmamışdır. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, S.Səlimov tərəfindən mübahisələndirilən alqı-satqı müqaviləsinin əsasını təşkil edən hərrac Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin icrası qaydasında həyata keçirilmişdir ki, hazırda həmin qətnamə müvafiq məhkəmə qərardadı ilə ləğv edildiyindən mövcud deyildir. Yəni, hərracın keçirilməsi və alqı-satqı müqaviləsinin bağlanması üçün əsas olmuş qiyabi qətnamə ləğv olunduğundan qanun üzrə vərəsə qətnamənin icrasına dönüş edilməsi barədə də həmin qətnaməni çıxarmış birinci instansiya məhkəməsinə müraciət edə bilər. Bununla da hazırkı iddia ərizəsində qoyulan tələblər qətnamənin icrasına dönüş yolu ilə öz həllini tapa bilər. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən isə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, mübahisələndirilən qətnamə iddiaçı X2 cavabdehlər BOKT “xxxx” ASC-yə, Bakı Şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və X5 qarşı (Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair hissədə ləğv edilməli və həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384.0.4, 391, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci tarixli qətnaməsi iddiaçı X2 cavabdehlər BOKT “xxxx” ASC-yə, Bakı Şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və X5 qarşı (Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair hissədə ləğv edilsin. İddiaçı X2 cavabdehlər BOKT “xxxx” ASC-yə, Bakı Şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və X5 qarşı (Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılsın. S.Səlimova izah edilsin ki, vərəsəlik hüquqları qanunla müəyyən olunmuş qaydada tanındıqdan sonra hazırkı iddia ilə ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-3161/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3161/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver