Məhkəmə qərarları › İş №2(103)-3191/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3191/2023

12.06.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3191/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi, kommersiya sirri, bank sirri) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), İx oğlu və Sx oğlundan ibarət tərkibdə, Sm oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X9 və X2 iştirakları ilə, İddiaçı cavabdeh “X14” ASC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələblərinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 1008/22 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh bankın “Mərdəkan” filialına “mikromaliyyələşdirmə üzrə baş mütəxəssis” vəzifəsinə təyin edilmişdir.

2. İddiaçı xx.xx.2020-ci il tarixdə “10 saylı (Əhmədli)” filialının “mikromaliyyələşdirmə üzrə baş mütəxəssisi” vəzifəsinə, xx.xx.2021-ci il tarixdə “10 saylı” (Əhmədli) filialının “mikromaliyyələşdirmə üzrə qrup rəhbəri” vəzifəsinə keçirilmişdir.

3. Cavabdehin xx.xx.2022-ci il tarixli, 1787-K/10 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmrin ləğv edilməsi və s.» tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı işdən çıxarılmağı barədə verilmiş qanunsuz əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1991-ci il tarixdə Naxçıvan şəhəri, Şərur rayonu, Tumaslı kəndində anadan olmuşdur. O, 2008-2012-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universisetində ali təhsil almışdır. İddiaçı xx.xx.2013-cü il tarixdən etibarən 3 ay sınaq müddəti müəyyən olunmaqla “X14”nın “Mərdəkan” filialına mikromaliyyələşdirmə üzrə mütəxəssis vəzifəsinə təyin olunmuş, xx.xx.2015-ci il tarixdən “X14”nın “Xalqlar dostluğu” filialının mikromaliyyələşdirmə üzrə mütəxəssisi vəzifəsinə keçid etmişdir. xx.xx.2016-cı il tarixdən isə “X14”nın “10 saylı (Əhmədli)” filialının gecikmədə olan mikro kreditlərin yığımı üzrə mütəxəssisi vəzifəsinə, xx.xx.2016-cı il tarixdən mikro kreditlər yığımı departamentinin Bakı-Abşeron şöbəsinin mütəxəssisi vəzifəsinə keçirilmişdir. Bundan sonra o, xx.xx.2017-ci il tarixdən mikro kreditlərin yığımı departamentinin Bakı-Abşeron şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə, xx.xx.2017-ci il tarixdən “19 saylı” (Bakıxanov) filialının mikromaliyyələşdirmə üzrə aparıcı mütəxəssisi vəzifəsinə keçirilmişdir. İddiaçı “19 saylı” (Bakıxanov) filialın mikromaliyyələşdirmə üzrə aparıcı mütəxəssisi kimi xx.xx.2018-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “2a” bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci il tarixdə o, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində “mikro və pərakəndə müştərilər üzrə mütəxəssis” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Daha sonra iddiaçı xx.xx.2018-ci il tarixdən etibarən 3 ay sınaq müddəti olmaqla “X14”nın “Mərdəkan” filialının mikromaliyyələşdirmə üzrə baş mütəxəsiss vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdən “10 saylı (Əhmədli)” filialının mikromaliyyələşdirmə üzrə baş mütəxəssisi vəzifəsinə, xx.xx.2021-ci il tarixdə həmin filialın mikromaliyyələşdirmə üzrə qrup rəhbəri vəzifəsinə keçirilmişdir. İddiaçı xx.xx.2022ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi səbəbi ilə işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bank iddiaçının xaric olunmasına səbəb kimi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini göstərmişdir. İddiaçı bu günə qədər bir neçə yerdə və fərqli vəzifələrdə işləmişdir. Bu günə qədər işlədiyi heç bir yerdən onun öz iş öhdəliklərini yerinə yetirməməsinə dair heç bir şikayət və ya narazılıq olmamışdır. İddiaçının işdən çıxarılması barədə əmr əsaslandırılmamış və işdən azad edilərkən, qanunvericiliyin tələbləri gözlənilməmiş, alternativ tənbeh tədbirlərinin tətbiqi imkanı araşdırılmamışdır. İddiaçı işdən çıxarılmasını tamamilə qanunsuz və əsassız hesab etdiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı Qubadlı rayonundan məcburi köçkündür, ailəlidir və himayəsində üç azyaşlı övladı vardır. Ailənin yeganə işləyən üzvüdür. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir.

6. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində bank sirrini təşkil edən məlumatların yayılmasına şərait yaradılmış və həmin hal qanunvericiliyin, o cümlədən bankdaxili korporativ sənədlərin tələblərinin pozulması ilə nəticələnmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində bankın Əcəmi filialının mikromaliyyələşdirmə üzrə kiçik mütəxəssisi X13 ilə əlaqə saxlamış və ondan sistem kodunu verərək bank sirri təşkil edən müştəri məlumatlarını 10 saylı filialın digər əməkdaşı olan X4 göndərməsini xahiş etmişdir. İddiaçı daha sonra Leyla Ağamirzəyeva ilə əlaqə saxlayaraq ona göndərilmiş məlumatları həyat yoldaşının Elektron ünvan elektron poçt ünvanına göndərməsini xahiş etmişdir. Leyla Ağamirzəyeva məlumatların məzmununa baxmadan həmin xahişi yerinə yetirmiş və məlumatları həmin elektron poçt ünvanına göndərmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, göndərilmiş məlumatlar “844” müştəri barədə məlumatı əhatə edən bank sirri məlumatları olmuşdur və daha sonra həmin məlumatlar həyat yoldaşının elektron poçt ünvanından iddiaçının elektron poçt ünvanına göndərilmişdir. Adları qeyd olunmuş şəxslərdən alınmış izahatlar bank sirrini təşkil edən məlumatların yayılması faktını sübut etmiş və zəruri tədbirlərin görülməsini labüd etmişdir. Bank sirri təşkil edən məlumatların qorunmasının zəruriliyi nəzərə alınaraq, həm Bankın əməkdaşları ilə imzalanan əmək müqaviləsində, həm də bankdaxili korporativ sənədlərdə həmin məlumatların qorunması öhdəliyi, öhdəliyin pozulması halında görülməli olan tədbirlər və həmin öhdəliklər pozulduğu halda Bankın malik olduğu hüquqlar ətraflı şəkildə tənzimlənir. “X14” Açıq Səhmdar Cəmiyyətinin “İntizam Qaydaları”na (bundan sonra: “Qaydalar”) əsasən “Login və şifrənin digər əməkdaşa və ya kənar şəxsə ötürülməsi və ya müxtəlif kanallarla sızdırılması”, “Məxfi məlumatların email və ya digər kanallarla Bankdan kənara göndərilməsi/sızdırılması”, “Kommersiya və ya ticarət sirrini yaymaq, bu sirri qorumamaq, ifşa etmək və məlumatların məxfiliyi qaydalarına əməl etməmək, vəzifəsi ilə əlaqədar olmasa belə məxfi məlumatları Bankdan çıxarmaq və ya açıqlamaq”, “Əmək fəaliyyəti dövründə yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, Bankın və ya mülkiyyətçinin qanuni mənafeyinə, Bankın imicinə və nüfuzuna ciddi xələl gətirmək” kimi pozuntuların törədilməsi Banka onun tərəfindən Qaydalarda qeyd olunmuş müvafiq intizam təhbehinin tətbiq olunması hüququ yaradır. Qaydalara əsasən intizam tədbiri tətbiq edilərkən işçinin şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi və onun törətdiyi xətanın xarakterini nəzərə alaraq Qaydalarda qeyd olunanlardan fərqli intizam tədbirinin tətbiq edilməsi barədə qərar (əmr) qəbul edilə bilər. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin “Etik və peşəkar davranış” Məcəlləsinə əsasən Bank işçiləri tərəfindən Bankın maddi və intellektual resurslarından şəxsi məqsədlər üçün istifadə edilməsinə yol verilmir. İstehsalat, kommersiya sirrinin qəsdən yayılması və yaxud bu sirrin qorunması üzrə öhdəlikləri yerinə yetirməmək, habelə iş vaxtı bilavasitə iş yerində inzibati xətalara və cinayət tərkibli ictimai-təhlükəli hərəkətlərə yol vermək işçi tərəfindən əmək öhdəliklərinin kobud şəkildə pozulması halları hesab edilir. İşçilərdən heç biri iş və ya qeyri-iş saatlarında Bankın və ya onun müştərilərinin işgüzar yazışması, hesabları və ya əməliyyatları üzrə məxfi informasiyadan, eləcə də işlə bağlı istənilən məlumatdan öz şəxsi maliyyə mənafeyi üçün istifadə etmək hüququna malik deyildir. Heç bir işçi müştəriyə aid olan məlumatı, bu kimi informasiyanın yerli məhkəmə, hüquq-mühafizə və ya vergi orqanlarına təqdim edilməsinin tələb olunduğu hallar istisna olmaqla, müştərinin özünün yazılı razılığı olmadan üçüncü şəxs üçün açıqlamaq hüququna malik deyildir. Hər bir işçi müştəri məlumatlarının və təşkilati sirrlərin məxfiliyini qorumaq üçün məsuliyyət daşıyır. İddiaçı ilə Bank arasında imzalanmış xx.xx.2018-ci il tarixli, 28 saylı əmək müqaviləsinin 7ci maddəsində isə qeyd olunmuşdur ki, İşəgötürən tərəfindən müəyyən edilmiş iş intizamı, daxili iş qaydaları, o cümlədən Bankın Daxili intizam Qaydalarına, Davranış Məcəlləsinə və digər ümumi davranış qaydalarına, bankdaxili korporativ aktlara riayət etmək, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən bununla məhdudlaşmadan bank qanunvericiliyinə riayət etmək işçinin öhdəliklərinə daxildir. Habelə, əmək müqaviləsinin 7.4-cü maddəsində qeyd olunmuşdur ki, işçi bununla razılaşır ki, onun tərəfindən Əmək Müqaviləsində və xüsusilə Maddə 7-də nəzərdə tutulmuş hər hansı öhdəliklərin pozulması iş yerində normal iş ahənginin və ya normal işgüzar prosesinin, əmək və icra intizam qaydalarının pozulması və ya digər şəkildə İşəgötürənin, onun müştərilərinin və ya iş yoldaşlarının maraqlarına zərər yetirir və buna görə də İşçinin öhdəliklərinin icra edilməməsi sayılaraq Maddə 10.4-ün tətbiqi ilə, yəni əmək müqaviləsinin xitam olunması ilə nəticələnir. Qanunvericiliyin, bankdaxili korporativ aktların tələbləri və əmək müqaviləsinin müddəaları nəzərə alınaraq məlum olmuşdur ki, yuxarıda qeyd olunanlar iddiaçıya münasibətdə Bank tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsini xitam etmək hüququ yaradır. Göstərilənlərə əsasən, iddianın rədd olunması məhkəmədən xahiş edilmişdir.

8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 1008/2023 nömrəli qətnaməsi ilə (hakim G.Ç.Abidova) iddia təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdeh banka məxsus müəyyən istifadəçi adı və şifrə ilə daxil oluna bilən sistemdən qanunla qorunan məlumatlar hesab edilən 844 müştərinin məlumatlarını əhatə edən elektron faylın digər işçilərin etibarından sui-istifadə edərək korporativ elektron poçt ünvanından şəxsi elektron poçt ünvanına göndərilməsinə səbəb olması, həmin elektron məlumatlarla yanaşı, müştərilərə dair məlumatların əks olunduğu dəftərləri başqa işə girərkən təqdim etməsi məqsədilə götürməsi işin mübahisəsiz halını təşkil edir. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən məsələ ondan ibarətdir ki, bankdan götürülən məlumatlar qanunla qorunan sirr deyildir, iddiaçı həmin məlumatları yaymamış və ya məlumatların yayılmasına şərait yaratmamış, cavabdehə isə bunun nəticəsində hər hansı məbləğdə ziyan dəyməmişdir. Buna görə də iddiaçı tərəf hesab edir ki, cavabdehin iddiaçının bu əməli nəticəsində onu işdən azad etməsi barəsində əmri qanunazidd olaraq verilmişdir, çünki iddiaçının törətdiyi əmələ görə onun işdən azad edilməsi nəticə etibarilə adekvat olmamış, həmçinin, işçinin qanunla qorunan əmək hüquqlarını pozmuşdur.

10. Qeyd olunanlarla bağlı məhkəmə vurğulamışdır ki, işin mübahisəsiz halını təşkil edən müştərilərə məxsus məlumatların iddiaçı tərəfindən götürülməsi faktı onunla cavabdeh arasında olan əmək müqaviləsinin müvafiq bəndlərinin, cavabdehin öz işçilərinə aşıladığı “Etik və peşəkar davranış” Məcəlləsinin, “İntizam” Qaydalarının, “Sosial şəbəkələrdə davranış qaydaları”nın müvafiq yarımbəndlərinin kobud şəkildə pozulması, eyni zamanda, “İntizam” Qaydalarına əlavə edilmiş Təlimatda göstərilən yüksək dərəcəli pozuntuların iddiaçı tərəfindən törədilməsi ilə nəticələnmiş, beləliklə, cavabdehi həm hüquqi, həm də iqtisadi cəhətdən risklərə məruz qoymuşdur.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, kommersiya sirri, bank sirri və müştərilərin fərdi məlumatlarının sirri anlayışlarının bir-birindən fərqli və oxşar cəhətləri mövcuddur. Belə ki, kommersiya sahibi olan cavabdeh bank iddiaçını əmək müqaviləsi ilə işə qəbul etdikdən sonra yuxarıda qeyd edilən sənədlərə imza etdirməklə onu kommersiya sirrinin konfidenti etmiş, bununla da sonuncunu kommersiya dəyərinə malik məlumatların dövriyyəsinə buraxmışdır. Hamıya bəlli olan faktdır ki, bankların əsas vəzifələrindən biri də onda olan müştəri məlumatlarının konfidensiallığını təmin etməkdir. Belə məlumatların yayılması isə istənilən bankın nüfuzuna, onun maliyyə bazarında dəyərinin düşməsinə, kredit siyasətinə, kredit potensialının zəifləməsinə səbəb ola bilər. Eyni zamanda, şəxsi məlumatları yayılmış müştərilərin banka qarşı mülki qanunvericiliklə müəyyən edilmiş zərərlərin ödənilməsinə dair tələblərin irəli sürülməsinə əsas ola bilərdi.

12. Bununla da iddiaçının götürdüyü məlumatların qanunla mühafizə edilən sirlərin siyahısına aid olmaması və həmin məlumatların yayılmaması, habelə, yayılmasına onun tərəfindən şərait yaradılmaması, cavabdehə ziyan dəyməməsi barədə gətirdiyi dəlillər məhkəmə tərəfindən əsassız hesab olunmuşdur. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçının götürdüyü məlumatlar cavabdehin kommersiya sirrini təşkil edir, kommersiya sirri isə həm qanunvericiliklə, həm də cavabdehin qəbul etdiyi müvafiq sənədlərlə qorunur. Məlumatların yayılması və ya yayılmasına iddiaçı tərəfindən şəraitin yaradılması halı tərəflərin izahatları və iş materialları ilə təsdiq edilmədiyi kimi, təkzib də edilmir (iddiaçının həyat yoldaşının şəxsi elektron poçt ünvanına göndərilməsi nəzərə alınmalıdır), buna görə də işin mübahisəli halını təşkil edir. Cavabdehə ziyan vurulması halı hazırki vaxtda mövcud olmasa da, gələcəkdə cavabdehə ziyan vurulma riskinin mövcud olması istisna olunmur. Hazırki situasiyada məhkəmənin iddiaçının gətirdiyi dəlillərə əsaslanaraq onun əməlini kobud pozuntu hesab etməməsi, cavabdehin əmrini qanunsuz hesab edərək ləğv etməsi ədalət balansının, işçilər tərəfindən iş yerlərində olan məlumatların məxfiliyinin qanunla müəyyən edilmiş qorunma qaydalarının rahatlıqla pozulması və buna görə heç bir cəza almaması ilə nəticələnə, gələcəkdə belə halların artmasına məhkəmə tərəfindən rəvac verilməsi kimi qiymətləndirilə bilər.

13. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əmək qanunvericiliyin tələbləri baxımından doğru olmuşdur. Əmrin verilməsi və rəsmiləşdirilməsi prosesində, habelə əmrin məzmununda əmək qanunvericiliyinin tələblərini pozan, qanunazidd hesab oluna bilən hal aşkar edilməmişdir.

14. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiada göstərilənlərin əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığı üçün iddia rədd edilməlidir. Həmçinin, məhkəmənin bu qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 10, 68.1, 68.2, 70 “ç”, 71.2, 72 “d”, 76.1, 199 “c” və “e”, “Kommersiya sirri haqqında” Qanunun 2.0, 2.0.1, 2.0.3-2.0.4, 2.0.7-ci, 4.2-ci maddələrinə, “Banklar haqqında” Qanunun 41.1, 41.2, 41.5-ci maddələrinə, Mülki Məcəlləsinin 967.1-967.3-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarına, «Məhkəmələr və hakimlər haqqında» Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin etirazında bir halda bank sirri təşkil edən məlumatların yayılmasına şərait yaratmış ifadəsindən istifadə olunsa da, digər halda, bank sirrini təşkil edən məlumatların yayılması faktını sübut etmiş ifadəsindən istifadə olunmuşdur. Məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsinə ünvanlanmış suallara verilən cavablardan aydın oldu ki, iddiaçının əldə etdiyi informasiyaları yayması, həmin informasiyadan hər hansı formada istifadə etməsi və bunun nəticəsində banka hər hansı formada ziyan dəyməsi barədə heç bir məlumat yoxdur. Hətta onun həyat yoldaşının e-mail adresinə göndərilmiş materiallar bank işçilərinin gözü qarşısında silinmişdir. Lakin bank ehtimal edir ki, məlumatlar silinənədək iddiaçı onları başqa yerdə saxlaya və gələcəkdə həmin informasiyaları yaya bilər ki, nəticədə banka hansısa formada ziyan dəyməsi mümkündür. Sual-cavab əsnasında müəyyən olunan işin danılmaz faktiki hallarından biri də ondan ibarətdir ki, iddiaçı bankın sirr hesab etdiyi məlumatları qoruyub saxlmağa borclu olan şəxs deyildir, həmin məlumatların əldə olunmasında ona kömək etmiş şəxslər X13 və X5 onun tabeçiliyində olan işçilər deyillər. X13 və X4 münasibətdə, hətta sonuncunun həmin məlumatları qoruyub saxlamaq öhdəliyi olmasına baxmayaraq, daha yüngül intizam tənbeh tədbiri tətbiq olunmuşdur və həmin şəxslər bankda əvvəlki vəzifələrində əmək fəaliyyətinə davam edirlər. Digər bir məsələ, bank sirri anlayışının dəqiq müəyyən edilməsidir. Cavabdeh tərəf iddiaçının əldə etdiyi məlumatların bank sirrini təşkil edən məlumatlar olmasına dair heç bir mötəbər sübut təqdim etməmişdir. Şərti olaraq razılaşsalar ki, həqiqətən də, iddiaçının əldə etdiyi məlumatla bank sirri hesab olunan məlumatlardır, o zaman hər şeydən öncə nəzərə almaq lazımdır ki, işçi yalnız qanunla və əmək müqaviləsində qeyd edilmiş əsaslarla işdən çıxarıla bilər. Vəzifə təlimatları və buna bənzər digər sənədlərdəki öhdəliklərini yerinə yetirməməsi işçinin işdən çıxarılması üçün əsas deyildir, hətta, işçi o sənədə imza atsa da. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə görə həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin iddiaçının işdən azad edilməsi barədə əmrdə işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi halı əsaslandırılmayıbdır. Məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsinə ünvanlanan suallara verilən cavablardan da aydın olur ki, onlar bunu ehtimal edirlər. İşçinin işdən azad edilməsi ehtimallara deyil, dəqiq, qərəzsiz faktlara əsaslanmalıdır. Əmək məcəlləsi əmək müqaviləsinin ehtimallar əsasında ləğv edilməsini qadağan edir. Bu konstitusion əmək hüququnun pozuntusudur. Göründüyü kimi məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etsə də, onları səhv təfsir etmişdir.

18. Daha sonra iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə əlavə verərək bildirmişdir ki: 1) Məhkəmə bildirdiyinə görə iddiaçı cavabdehin kommersiya sirrini yayıb. Məhkəmənin bu yanaşması qanunauyğun deyil. Çünki hadisədə yayılma faktı yoxdur. Kommersiya Sirri haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.7-ci maddəsinə görə, “kommersiya sirrini yaymaq - müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanması”dır. İddiaçı isə müştəri məlumatlarını sadəcə özünə məxsus başqa bir elektron mail ünvanına göndərib, məlumatları yaymayıb. Qeyd olunan məlumatlar iddiaçının özünə məlum olan və qanuni əsaslarla sahib olduğu məlumatlardır. İddiaçının həmin məlumatları özünün e-mail ünvanına göndərməsi onların yayılması kimi qiymətləndirilə bilməz. Yayılma məlumatın başqa şəxslərə açıqlanmasıdır ki, hadisədə belə bir fakt yoxdur. E-mailin ünvanın iddiaçının həyat yoldaşına aid olmasına gəlincə, bu fakt da məlumatların yayılması olaraq təfsir edilməməlidir. Çünki həmin e-mail ünvan iddiaçı tərəfindən, evdə aktiv olaraq işlədilməyən telefonda “play market” tətbiqinin aktivləşdirilməsi məqsədilə yaradılmış və iddiaçının həyat yoldaşının istifadəsində olmamışdır. Yəqin ki, qeyd olunan e-mailin silinməsi zamanı filial müdiri Rəşad Hətəmov da görmüşdür ki, Elektron ünvan e-mail ünvanı üzrə başqa yazışmalar yoxdur. İddiaçı tərəfindən məlumatların həmin e-mail ünvana göndərilməsinə səbəb iddiaçının işlətdiyi e-mail ünvanın yaddaşının dolması səbəbilə göndərilənləri qəbul etməməsidir. İddiaçının həyat yoldaşı Pərişan Salmanovaya bu məlumatlar lazım deyildi. O tamamilə başqa sektorda, Azərbaycan Milli Elmlər X8 adına X1 Əlaqələr şöbəsində baş mütəxəssis vəzifəsində işləyir. Telefonun onun tərəfindən filiala gətirilməsinə səbəb isə həmin e-mail ünvanın aktiv olduğu telefonun evdə olması idi. Pərişan Salmanova şəxsi istifadəsi üçün başqa e-mail ünvandan istifadə edir. Məsələyə daha dərindən yanaşılsa, heç həmin məlumatlar iddiaçı tərəfindən də göndərilməyib. İddiaçının göndərmədiyi və dolayısı ilə də “yaymadığı” məlumata görə əmək müqaviləsinin ləğv edilməsi absurddur. 2) Məhkəmə “bank sirri” ilə “kommersiya sirri” anlayışlarını qarışdırır. Qətnamənin 12-ci səhifəsində qeyd olunur: “Hamıya bəlli olan faktdır ki, bankların əsas vəzifələrindən biri də onda olan müştəri məlumatlarının konfidensiallığını təmin etməkdir. Belə məlumatların yayılması isə istənilən bankın nüfuzuna, onun maliyyə bazarında dəyərinin düşməsinə, kredit siyasətinə, kredit potensialının zəifləməsinə səbəb ola bilər. Eyni zamanda, şəxsi məlumatları yayılmış müştərilərin banka qarşı mülki qanunvericiliklə müəyyən edilmiş zərərlərin ödənilməsinə dair tələblərin irəli sürülməsinə əsas ola bilərdi.” Məhkəmə unudur ki, bank sirrini yaymağa görə işəgötürənlərin işçilərlə əmək müqaviləsini ləğv etmək hüququ barəsində Əmək Məcəlləsində heç bir norma yoxdur. Banklar haqqında Azərbaycan Respublikasının Qanununda bank işçilərinin bank sirrini təşkil edən məlumatları qanunsuz yaymağa görə məsuliyyətləri sadalanır. Həmin qanunun 41.5-ci maddəsinə görə “Bankların mövcud və keçmiş inzibatçıları və digər əməkdaşları, habelə bankın səhmdarları bankın idarə edilməsi və ya xidməti səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar onlara məlum olan bank sirrini təşkil edən məlumatların qeyri-qanuni açılmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar”. Göründüyü kimi burada onların əmək müqaviləsinin ləğvi nəzərdə tutulmayıb. Bu baxımdan “bank sirrini yaymaq” anlayışının işçinin əmək müqaviləsinin ləğv edilməsi ilə heç bir əlaqəsi yoxdur və qətnamədə bu anlayışa istinad ediləsi qanunauyğun deyil. Məsələyə yalnız və yalnız kommersiya sirri baxımından yanaşmaq lazımdır. Bir məsələni də qeyd etmək istəyirik ki, cavabdeh iddiaçının müştəri məlumatlarını e-mail ünvanına köçürməsi səbəbilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmiş, iddiaçı idarəyə dəvət edilərək dindirilmişdir. Lakin prokurorluq cinayət işi başlanmasının rədd edilməsi barədə qərar vermişdir. Yəni prokurorluq iddiaçının əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 202-ci maddəsinin tərkibini görməmişdir. 3) Məhkəmə Əmrin qanuniliyini işəgötürənin daxili qaydalarının pozulması ilə əsaslandırır. Qətnamənin 11-12-ci səhifələrində qeyd olunur: “Qeyd olunanlarla bağlı məhkəmə vurğulamağı zəruri hesab edir ki, işin mübahisəsiz halını təşkil edən müştərilərə məxsus məlumatların iddiaçı tərəfindən götürülməsi faktı onunla cavabdeh arasında olan əmək müqaviləsinin müvafiq bəndlərinin, cavabdehin öz işçilərinə aşıladığı “Etik və peşəkar davranış” Məcəlləsinin, “İntizam” Qaydalarının, “Sosial şəbəkələrdə davranış qaydaları”nın müvafiq yarımbəndlərinin kobud şəkildə pozulması, eyni zamanda, “İntizam” Qaydalarına əlavə edilmiş Təlimatda göstərilən yüksək dərəcəli pozuntuların iddiaçı tərəfindən törədilməsi ilə nəticələnmiş, beləliklə, cavabdehi həm hüquqi, həm də iqtisadi cəhətdən risklərə məruz qoymuşdur.” Bildirmək istəyirik ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə görə, “əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər”. Bu baxımdan cavabdehin qəbul etdiyi daxili tənzimləmələr olan “Etik və peşəkar davranış” Məcəlləsinin, “İntizam” Qaydalarının, “Sosial şəbəkələrdə davranış qaydaları”nın işçi tərəfindən pozulmasının cavabdehə əmək müqaviləsini ləğv etmək hüququnu verməsinin Məhkəmə tərəfindən tanınması tamamilə əsassızdır. İşəgötürən bu kimi sənədlərdə işçilər üçün istənilən ağlasığmaz tələblər müəyyənləşdirə bilər. Bu o mənaya gəlməməlidir ki, işçi işəgötürənin hər qanunsuz tələbinə əməl etməməsi nəticəsində işdən çıxarılsın. 4) Məhkəmə iddiaçının əməlinin Əmək Məcəlləsinin 72-ci maddəsinin “d” bəndinin tələblərini pozduğunu bildirir, Əmrdə bu bəndə istinad olunmadığı halda. Qətnamənin 13cü səhifələrində qeyd olunur: “Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin “d” bəndinə əsasən, kommersiya sirrinin işçi tərəfindən yayılması ilə yanaşı, sadəcə onun tərəfindən bu sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsi onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Hazırki halda da, işçi işə qəbul edilən zaman ona bəyan edilmiş və məsuliyyət yaradacağı izah edilmiş daxili qaydalara zidd şəkildə kommersiya sirrini təşkil edən məlumatları başqa şəxsin elektron ünvanına göndərilməsinə səbəb olmaqla, bankın bu məlumatların gizli saxlanılmasına dair müəyyən etdiyi rejimlə bağlı öhdəliklərini kobud şəkildə pozmuşdur.” Halbuki Əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi “işçinin əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi” aydın şəkildə göstərilib və orada Əmək Məcəlləsinin 72-ci maddəsinin “d” bəndində qeyd edilən əmək vəzifəsinin pozulmasına istinad olunmayıb. Məhkəmə bilməli idi ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin ləğv edilməsinin 3 əsası müəyyənləşdirilib: 1. işçinin özünün əmək funksiyasını yerinə yetirməməsi; 2. işçinin əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi; 3. işçinin Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması. Cavabdehin işçi ilə əmək müqaviləsini ləğv etməsini yuxarıda sadalanan əsaslardan 2-cisi ilə əsaslandırmasına baxmayaraq, Məhkəmənin qeyd olunan əsaslardan 3-cüsünə istinad etməsi qanunauyğun deyil. 5) Hadisə nəticəsində cavabdeh ona Əmək Məcəlləsinin 71.2-ci maddəsində qeyd olunan ziyanın dəydiyini sübuta yetirə bilməyib. Qətnamənin 12-ci səhifələrində qeyd olunur: “Cavabdehə ziyan vurulması halı hazırki vaxtda mövcud olmasa da, gələcəkdə cavabdehə ziyan vurulma riskinin mövcud olması istisna olunmur. Hazırki situasiyada məhkəmənin iddiaçının gətirdiyi dəlillərə əsaslanaraq onun əməlini kobud pozuntu hesab etməməsi, cavabdehin əmrini qanunsuz hesab edərək ləğv etməsi ədalət balansının, işçilər tərəfindən iş yerlərində olan məlumatların məxfiliyinin qanunla müəyyən edilmiş qorunma qaydalarının rahatlıqla pozulması və buna görə heç bir cəza almaması ilə nəticələnə, gələcəkdə belə halların artmasına məhkəmə tərəfindən rəvac verilməsi kimi qiymətləndirilə bilər.” Məhkəmə cavabdehin ona dəymiş zərəri sübut etmədiyinə baxmayaraq, hətta “ziyan dəyməyib, amma gələcəkdə dəyə bilər” şəklində əsaslandırmasını yetərli hesab edərək əmək müqaviləsinin ləğv edilməsini əsaslı hesab edib. Məhkəmə hansısa ehtimallar üzərindən yox, işin faktiki hallarına görə qərar verməlidir. Bu Əmək Məcəlləsinin 71.2-ci maddəsində nə deyilir? “Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.” Ortada ziyan varmı? Yoxdur. Bunu məhkəmə iclasında cavabdehin nümayəndəsi də etiraf edib. 6) Əmr əsaslandırılmayıb. Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməlidir. Bu maddədə “əsas” deyiləndə əmrin konkret hallara istinad olunmaqla əsaslandırılması nəzərdə tutulur. Əmrin ləğv edilməsinə əsas olan maddənin nömrəsinin və maddənin mətninin əmrdə qeyd edilməsi əsaslandrma hesab olunmur. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Ona görə də cavabdeh iddiaçının hansı öhdəliklərini və hansı formada yerinə yetirməməməsinin və ya əmək vəzifələrini kobud şəkildə pozulmasının konkret olaraq nədən ibarət olmasını Əmrin məzmununda göstərməli idi. Ancaq cavabdeh Əmrdə yalnız iddiaçının “bank sirrini təşkil edən məlumatların qorunması rejiminin hüquqi tələblərini pozmuş” qeyd etməklə əsaslandırma tələbini yerinə yetirdiyini düşünməkdədir. Halbuki bu Əmrdə iddiaçının hansı hərəkətləri etməsi və bu hərəkətlərin Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinin əhatə dairəsinə girdiyini əsaslandırmalı idi. Bundan başqa, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində qeyd olunub ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Ona görə də cavabdehin İdarə heyətinin sədri iddiaçının davranışının belə nəticələrə səbəb oluğunu əmrin məzmununda göstərməli idi. Bunu həm də Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsi tələb edir. Orada qeyd olunub ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İddiaçı həm də çox peşəkar bir mütəxəssisdir. İşlədiyi müddət ərzində bir sıra vəzifə və şöbələrdə çalışmış, mikro və xırda sahibkarların kreditləşməsi üzrə qarşısına qoyulan hədəflərin icrasında daima yüksək nəticələr əldə etmiş, özünü bacarıqlı, işgüzar və savadlı bir əməkdaş kimi tanıtmışdır. İş müddətində verilmiş mükafat və təltiflər bunları deməyə əsas verir. Mərdəkan filialında baş mütəxəssis kimi 2019-cu ildə mikrokreditlərin satışında yüksək nəticələrə görə “İlin ən yaxşı işçisi” seçilir. Bacarıq və qabiliyyətinə görə 10 saylı (Əhmədli) filialında mikromaliyyəşdirmə üzrə mütəxəssislər hazırlamaq və komanda formalaşdırmaq tapşırığı verilir. Qısa müddətdə yeni işçilər cəlb edir, onları hazırlayır və qrup halında fəaliyyətə başlayırlar. 2020-ci ildə göstərdiyi nailiyyətlərə görə yaxşı komanda formalaşdırması və işinin təşkilinə görə “Təşəkkürnamə” ilə mükafatlandırılır. 2021-ci ildə isə hazırladığı gənc komanda ilə yüksək nəticələr əldə edərək mikrokreditləşmə üzrəyüksək satış göstəricilərinə görə 1-ci yerə layiq görülərək “İlin mikro komandası” və “Nominasiya – 2021” üzrə “İlin Mikromaliyyə filialı” 1-ci yerə layiq görüldüyü üçün təltifnamələr və sertifikatlar təqdim olunub. 2022-ci ildə də rəhbəri olduğu filialın uğurları davam etmişdir. May, iyun və iyul ayları üzrə mikrokreditlərin satış hədəfinin icrası üzrə ardıcıl bank üzrə 1-ci yer tutmuşdur. Mikromaliyyələşdirmə üzrə Qrup rəhbəri vəzifəsində işlədiyi “X14” ASC-nin Əhmədli Filialı 2020-2022- ci illərdə yüksək satış göstəricilərinə, kredit portfelinin artımı və keyfiyyətinə görə təltif edilmişdir ki, bu uğurlarda ən böyük pay iddiaçıya aiddir. İddiaçının anadangəlmə hidronefroz xəstəliyi olan 2 yaş 8 aylıq qızı var. O, 1 yaş 3 aylıq olarkən böyrəyindən əməliyyat olunub və yetkinlik yaşına çatana qədər davamlı, yüksək xərc tələb edən müayinə və müalicələrdən keçməlidir. İddiaçı artıq 6 aya yaxındır ki işsizdir və bununla uşağın sağlamlığı təhlükə altına düşür. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması ümumiyyətlə iddiaçının gələcək karyerasını təhlükəyə salır. Heç kimə sirr deyil ki, demək olar, heç bir müəssisə bu maddə ilə əmək müqaviləsi ləğv edilmiş şəxsləri işə götürmür. Cavabdehin yersiz prinsipi bir şəxsin, bir ailənin həyatını məhv etməməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Mülki işin apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi məhkəməyə apellyasiya şikayətinə etiraz ərizəsi göndərmişdir.

20. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində iddiaçının Bankın sirr hesab etdiyi məlumatları qoruyub saxlamağa borclu olan şəxs olmaması, cavabdeh tərəfin iddiaçının əldə etdiyi məlumatların bank sirrini təşkil edən məlumatlar olmasına dair heç bir mötəbər sübut təqdim etmədiyi, iddiaçının işdən azad edilməsi barədə əmrdə işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi halının əsaslandırılmaması və s. barədə formal mülahizələr qeyd olunmuşdur. Hesab edir ki, apellyasiya şikayəti tamamilə əsassızdır və təmin edilməməlidir. Belə ki, Bankın 10 saylı filialının Mikromaliyyələşdirmə üzrə qrup rəhbəri İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində bank sirrini təşkil edən məlumatların yayılmasına şərait yaradılmış və həmin hal qanunvericiliyin, o cümlədən, bankdaxili korporativ sənədlərin və onunla bağlanmış əmək müqaviləsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Baş vermiş hadisənin faktiki və hüquqi tərəfləri barədə məlumat aşağıdakı kimidir: İddiaçı xx.xx.2022-ci il tarixində Əcəmi filialının Mikromaliyyələşdirmə üzrə kiçik mütəxəssisi X13 ilə əlaqə saxlamış və özünə məxsus sistemə giriş kodunu və istifadəçi adını ona verərək ondan bank sirri təşkil edən müştəri məlumatlarını 10 saylı filialın digər əməkdaşı olan X6ma göndərməsini xahiş etmişdir. İddiaçı daha sonra Leyla Ağamirzəyeva ilə əlaqə saxlayaraq ona göndərilmiş məlumatları həyat yoldaşının mailto:salmanova.perisan@gmail.comElektron ünvan elektron poçt ünvanına göndərməsini xahiş etmişdir. Leyla Ağamirzəyeva məlumatların məzmununa baxmadan həmin xahişi yerinə yetirmiş və məlumatları həmin elektron poçt ünvanına göndərmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, göndərilmiş məlumatlar 844 müştəri barədə məlumatı əhatə edən bank sirri məlumatları olmuşdur və daha sonra həmin məlumatlar həyat yoldaşının elektron poçt ünvanından İddiaçı elektron poçt ünvanına göndərilmişdir. Yuxanda adlan qeyd olunmuş şəxslərdən alınmış izahatlar bank sirrini təşkil edən məlumatların yayılması faktını sübut etmiş və zəruri tədbirlərin görülməsini labüd etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 967.1-ci maddəsinə əsasən Bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatları sirrinə bank qarantiya verir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinə əsasən isə bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. O cümlədən, müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancmda olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. Bank sirri təşkil edən məlumatların qorunmasının zəruriliyi nəzərə alınaraq, həm Bankın əməkdaşları ilə imzalanan əmək müqaviləsində, həm də bankdaxili korporativ sənədlərdə həmin məlumatların qorunması öhdəliyi, öhdəliyin pozulması halında görülməli olan tədbirlər və həmin öhdəliklər pozulduğu halda Bankın malik olduğu hüquqlar ətraflı şəkildə tənzimlənir. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin “İntizam” Qaydaları’na (bundan sonra: “Qaydalar”) əsasən “Login və şifrənin digər əməkdaşa və ya kənar şəxsə ötürülməsi və ya müxtəlif kanallarla sızdırılması”, “Məxfi məlumatların email və ya digər kanallarla Bankdan kənara göndərilməsi/sızdırılması, “Kommersiya və ya ticarət sirrini yaymaq, bu sirri qorumamaq, ifşa etmək və məlumatların məxfiliyi qaydalarına əməl etməmək, vəzifəsi ilə əlaqədar olmasa belə məxfi məlumatları Bankdan çıxarmaq və ya açıqlamaq”, “Əmək fəaliyyəti dövründə yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, Bankın və ya mülkiyyətçinin qanuni mənafeyinə, Bankın imicinə və nüfuzuna ciddi xələl gətirmək” kimi pozuntuların törədilməsi Banka onun tərəfindən Qaydalarda qeyd olunmuş müvafiq intizam təhbehinin tətbiq olunması hüququ yaradır. Qaydalara əsasən intizam tədbiri tətbiq edilərkən işçinin şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi və onun törətdiyi xətanın xarakterini nəzərə alaraq Qaydalarda qeyd olunanlardan fərqli (yüngül və ya daha ağır) intizam tədbirinin tətbiq edilməsi barədə qərar (əmr) qəbul edilə bilər. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin “Etik və peşəkar davranış” Məcəlləsinə əsasən Bank işçiləri tərəfindən Bankın maddi və intellektual resurslarından şəxsi məqsədlər üçün istifadə edilməsinə yol verilmir. İstehsalat, kommersiya sirrinin qəsdən yayılması və yaxud bu sirrin qorunması üzrə öhdəlikləri yerinə yetirməmək, habelə iş vaxtı bilavasitə iş yerində inzibati xətalara və cinayət tərkibli ictimaitəhlükəli hərəkətlərə yol vermək işçi tərəfindən əmək öhdəliklərinin kobud şəkildə pozulması halları hesab edilir. İşçilərdən heç biri iş və ya qeyri-iş saatlarında Bankın və ya onun müştərilərinin işgüzar yazışması, hesabları və ya əməliyyatları üzrə məxfi informasiyadan, eləcə də işlə bağlı istənilər, məlumatdan öz şəxsi maliyyə mənafeyi üçün istifadə etmək hüququna malik deyildir. Hər bir işçi müştəri məlumatlarının və təşkilati sirlərin məxfiliyini qorumaq üçün məsuliyyət daşıyır. Qeyd olunur ki, İddiaçı xx.xx.2018-ci il tarixdə “Unibank” KB-da informasiya təhlükəsizliyinin qorunması haqqında yazılı öhdəlik götürmüş və elektron poçt ünvanını istifadə etdiyi zaman Unibank KB adından göndərəcəyi bütün məktublar üçün, həmçinin “Unibank” KB-da əmək fəaliyyəti ilə əlaqədar ona məlum olar, məlumatların qeyri-qanuni açıqlanmasına görə qanunvericiliklə məsuliyyət daşıdığını təsdiq etmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixdə onun tərəfindən verilmiş yazılı izahatdan da aydın olur ki, İddiaçı xx.xx.2022-ci il tarixində ilk olaraq problemli kreditlərlə bağlı müştəri portfelinin, ardınca isə ümumi müştəri portfelinin Bankdan kənara çıxarılmasına şərait yaratmışdır. Lakin İddiaçı bununla da kifayətlənməyərək həmin gün ərzində növbəti pozuntuya cəhd edərək Bankın müştəriləri barədə məlumatları kağız daşıyıcıda özü ilə götürməyə çalışmışdır. Göründüyü kimi İddiaçı qanunvericiliyin və bankdaxili aktların tələblərini dəfələrlə pozmuş və əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı, Əmək Məcəlləsinin 71.2-ci maddəsində qeyd olunan “ziyanın dəyməsi”nin Bank tərəfindən sübuta yetirilə bilməməsinə istinad edərək, həmin maddənin əlavə olaraq “işçi tərəfindən normal iş ahənginin pozulması” halında da əmək müqaviləsinin ləğv edilə bilməsini qeyd etməkdən yayınmışdır. Qeyd olunan maddəyə əsasən işçi tərəfindən normal iş ahənginin pozulması onun əmək müqaviləsinin ləğv edilməsi üçün əsasdır. Belə ki. iddiaçı bank və kommersiya sirri təşkil edən müştəri məlumatlarını digər əməkdaşlar vasitəsilə yaymağa çalışmış və həmin proses Bankın aidiyyatı struktur bölmələri tərəfindən aşkar edildikdən sonra ilk öncə digər əməkdaşlarla müzakirə edilərək müvafiq araşdırma aparılmış və həmin müddətdə qeyd edilən əməkdaşlar, həmçinin müvafiq struktur bölmənin əməkdaşları normal iş prosesindən kənarlaşmalı olmuşlar. Halbuki, həmin müddətdə müvafiq əməkdaşlar müştərilərə xidmət göstərməli idi. Belə olan halda müştərilərə xidmət göstərən əməkdaşların iş prosesində olmaması həmin iş prosesinin yubanmasına səbəb olur ki, bu da normal iş ahənginin pozulması ilə nəticələnmişdir. Həmçinin, iddiaçı eyni gündə daha bir pozuntu edərək müştəri məlumatlarım kağız daşıyıcıda Bankdan kənara çıxarmağa cəhd etmişdir ki, bu prosesin də araşdırılması digər əməkdaşların iş prosesinə mane olmuşdur. Qeyd edilən hadisə iddiaçı tərəfindən məhkəmə iclası zamanı etiraf edilmişdir, həmçinin hadisənin videogörüntüləri Bankın təhlükəsizlik kameralarına qeydə alınmışdır. Göründüyü kimi, müştəri məlumatlarının Bankdan kənara çıxarılması əmək və icra intizamının normal ahəngini pozmuş olur. Belə ki, bu məlumatların Bankdan kənara çıxarılması əmək müqaviləsinin şərtlərini pozur. Əmək müqaviləsi üzrə öhdəliklərin pozulması isə özü-özlüyündə hər bir halda əmək və icra intizamını pozur. Əlavə olaraq, analoji məsələyə dair AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-5162/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(102)-5664/2022 saylı və xx.xx.2023-cü il tarixli, 2(102)-353/2023 saylı qərarlarında qeyd olunan mövqeyə əsasən bankların əsas vəzifələrindən biri də onda olan müştəri məlumatlarının konfidensialhğmı təmin etməkdir. Belə məlumatların yayılması isə istənilən bankın nüfuzuna, onun maliyyə bazarında dəyərinin düşməsinə, kredit siyasətinə, kredit potensialının zəifləməsinə səbəb ola bilər. Eyni zamanda şəxsi məlumatları yayılmış müştərilərin banka qarşı mülki qanunvericiliklə müəyyən edilmiş zərərlərin ödənilməsinə dair tələblərin irəli sürülməsinə əsas ola bilər. Bu mövqedən çıxış edən AR Ali Məhkəməsi yuxanda qeyd edilən qərarlannda həmin işlər üzrə pozunru törətmiş şəxsin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əmək qanunvericiliyinin tələbləri baxımından doğru olduğu qənaətinə gəlmişdir. İddiaçı ilə Bank arasında imzalanmış xx.xx.2018-ci il tarixli, 28 saylı əmək müqaviləsinin 7-ci maddəsində isə qeyd olunmuşdur ki, İşəgötürən tərəfindən müəyyən edilmiş iş intizamı, daxili iş qaydaları, o cümlədən Bankın Daxili intizam Qaydalarına, Davranış Məcəlləsinə və digər ümumi davranış qaydalarına, bankdaxili korporativ aktlara riayət etmək, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən bununla məhdudlaşmadan bank qanunvericiliyinə riayət etmək işçinin öhdəliklərinə daxildir. Habelə, əmək müqaviləsinin 7.4-cü maddəsində qeyd olunmuşdur ki, işçi bununla razılaşır ki, onun tərəfindən Əmək Müqaviləsində və xüsusilə Maddə 7- də nəzərdə tutulmuş hər hansı öhdəliklərin pozulması iş yerində normal iş ahənginin və ya normal işgüzar prosesinin, əmək və icra intizam qaydalarının pozulması və ya digər şəkildə İşəgötürənin, onun müştərilərinin və ya iş yoldaşlarının maraqlarına zərər yetirir və buna görə də İşçinin öhdəliklərinin icra edilməməsi sayılaraq Maddə 10.4-ün tətbiqi ilə, yəni əmək müqaviləsinin xitam olunması ilə nəticələnir. Həmçinin, əmək müqaviləsinin 9.1ci maddəsinə əsasən İşəgötürənin kommersiya sirrinə, o cümlədən, lakin bununla məhdudlaşmadan, işgüzar fəaliyyətinə, texniki və texnoloji bilgilərə, idarəetmə, maliyyə və İşəgötürənin hər hansı bir fəaliyyət sahəsinə və Bank sirrinə (maddə 9.8) aid olan heç bir məlumatı açıqlamamalıdır. İşçidən belə məlumatın açılması qanunvericiliklə və ya məhkəmə qəran ilə tələb olunarsa, o bu məsələni dərhal birbaşa müdirinə/rəhbərinə çatdırmalıdır və onun təlimatlarına uyğun olaraq hərəkət etməlidir. Müqavilənin 9.2-ci bəndinə əsasən işçi, işlədiyi bütün dövr ərzində və bu Müqaviləyə xitam verildikdən sonra İşəgötürənin məxfi informasiyasını hər hansı bir şəxsə və ya təşkilata, İşçi öz öhdəliklərinin yerinə yetirilməsi və İşəgötürənin rəhbərliyinin bilavasitə göstərişi ilə olan hallar istisna olmaqla, açıqlamamağı; işəgötürənin məxfi informasiyasından birbaşa və ya dolayı yolla İşəgötürənin mənafeyi üçün öz öhdəliklərinin yerinə yetirilməsi və Bankın rəhbərliyinin bilavasitə göstərişi ilə müəyyən edilmiş hallardan başqa istifadə etməməyi; məxfi informasiyanın mühafizəsinə və qorunub saxlanılmasına yönəlmiş bankdaxili qaydalara riayət etmək və onun vəzifəli şəxslərinin göstərişlərinə tabe olmağı öhdəsinə götürür. Müqavilənin 9.8-ci bəndinə əsasən maddə 9-un məqsədləri üçün Bank sirri bank hesabları, əmanətlər, əməliyyatlar, İşəgötürənin müştəriləri və müxbirləri, habelə qanunvericiliklə müəyyən olunmuş bank sirri olan məlumatları nəzərdə tutur. İddiaçı bank sirrini yaymağa görə işəgötürənlərin işçilərlə əmək müqaviləsini ləğv etmək hüququ barədə Əmək Məcəlləsində heç bir norma olmadığını əsas gətirməyə çalışsa da, əmək müqaviləsi üzrə öhdəliklərin pozulmasının Əmək Məcəlləsinə müvafiq olaraq işçinin işdən azad edilməsi üçün əsas olduğunu nəzərə almamışdır. Qanunvericiliyin, bankdaxili korporativ aktların tələbləri və əmək müqaviləsinin müddəaları nəzərə alınaraq məlum olmuşdur ki, yuxanda qeyd olunanlar İddiaçı münasibətdə Bank tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsini xitam etmək hüququ yaradır. Həmçinin, İddiaçı tərəfindən törədilmiş əməllərin cinayət məsuliyyəti yaradıbyaratmaması aspektindən hüquqi qiymət verilməsi üçün Bank tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilmişdir. İddiaçı AR Baş Prokurorluğu tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildiyini və onun əməlində AR Cinayət Məcəlləsinin 202-ci maddəsinin tərkibinin müəyyən olunmadığını qeyd etmişdir. Lakin nəzərə almaq lazımdır ki, əməldə cinayət tərkibinin olmaması onun mülki məsuliyyət yaratmasını istisna etmir. Həmçinin, iddiaçı nəzərə almamışdır ki, Prokurorluq orqanı tərəfindən İddiaçı “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə uyğun olaraq rəsmi xəbərdarlıq edilmişdir. İddiaçı, həmçinin, onun işdən azad edilməsi barədə əmrin qanuniliyinin məhkəmə tərəfindən Bankın daxili qaydalarının pozulması ilə əsaslandırıldığım qeyd etmişdir. Lakin nəzərə almaq lazımdır ki, daxili qaydalara əməl edilməməsi işçi tərəfindən pozulmuş öhdəliklərin yalmz bir hissəsidir. Həmçinin, əmək müqaviləsi və bank sirri və kommersiya sirrinə dair qanunvericiliyin tələbləri də işçi tərəfindən kobud şəkildə pozulmuşdur. Əlavə olaraq iddiaçı, Bankın daxili qaydalarının tələblərinin “qanunsuz” olmasını və bu tələblərə əməl edilməməsinin işçinin işdən çıxarılması ilə nəticələnməməli olduğunu qeyd etsə də, qanunsuzluğun nədə ifadə olunmasını müəyyən edə bilməmişdir. Halbuki, bu öhdəliklər normal iş prosesində işçi üçün əlavə vaxt və maliyyə tələb etməyən və bütün işçilər tərəfindən icra edilə bilən və qanunvericilikdən irəli gələn bank təcrübəsində formalaşmış öhdəliklərdir. Eyni zamanda, iddiaçı onun işdən çıxarılmasına dair əmrin əsaslandırılmadığına istinad etməyə çalışsa da, həmin əmrin mətnindən də aydın olur ki, işçinin işdən çıxarılmasının səbəbi əmrdə tam əsaslandırılmışdır. Həmçinin, əmrin verilməsinə əsas kimi işçinin izahatı, Bankın əməkdaşları X7 və X3 izahatları, 10 saylı (Əhmədli) filialının müdiri Rəşad Hətəmovun “Xidməti Məhımat”a dair sənədi və “İşin nəticələrinə dair” arayışa istinad edilmişdir. Ali Məhkəmənin yuxanda istinad olunan xx.xx.2022-ci il tarixli, 2(102)- 5162/2022 saylı qərarında qeyd olunan mövqeyə əsasən həmin iş üzrə “iddiaçının öz elektron poçtuna göndərdiyi faylda Bankın müştərilərinin əlaqə məlumatlan, götürdükləri kreditlərin ümumi miqdan, onlarla bağlanmış kredit müqaviləsinin əsas şərtləri kimi bir çox başqa şəxslərə məlum olacağı təqdirdə kredit bazarı sahəsində müştəri əldə etməkdə üstünlük qazandıracaq məlumatlar mövcuddur. Bu isə o deməkdir ki, göndərilən məlumatlar kommersiya dəyərinə malikdir. Cavabdeh (həmin iş üzrə "xxxx" QSC) ilə bağlanmış Əmək Müqaviləsində və Razılaşmada kommersiya sirlərinin yayılmasına görə məsuliyyətin müəyyən edilməsi Bank tərəfindən məlumatlann məxfiliyinin qorunması məqsədilə həyata keçirilən hüquqi tədbirlərə nümunədir. Məlumatlann məxfiliyini təmin etmək məqsədilə Bankda həyata keçirilən digər təşkilati və texniki tədbirləri də nəzərə alındıqda həmin məlumatların sahibi tərəfindən qorunması üçün hüquqi, texniki və təşkilati tədbirlərin həyata keçirilməsi faktı aydındır. Cavabdeh tərəfindən göndərilən məlumatlann heç bir halda nə internet, nə də digər məlumat mənbələri vasitəsi ilə sərbəst şəkildə əldə edilməsi mümkün deyildir. Bu isə o deməkdir ki, göndərilən məlumatlar sərbəst şəkildə əldə edilməsi məhdudlaşdırılmış məlumatlardır. Bütün bunlar isə sübut edir ki, cavabdehin göndərdiyi sənədlərdə qeyd edilən məlumatlar kommersiya sirridir. Habelə həmin məlumatların Bankın müştəriləri barəsində olması və onlan daşıyan sənədlərin Bankın məlumat bazalarından götürülərək göndərilməsi faktı sübut edir ki, qeyd edilən sənədlərdəki kommersiya sirləri Banka məxsusdur. İddiaçı, isə sadəcə həmin məlumatların konfidentidir və cavabdeh tərəfindən müəyyən edilmiş kommersiya sirri rejiminə əməl etmək öhdəliyi daşıyır. Kommersiya sirri haqqında Qanunun 5.0.3- cü yanmbəndinə əsasən Bankın hüququ var ki, ona məxsus kommersiya sirlərinin rejimini pozan və ya pozmaq təhlükəsi olan hərəkətlərdən qanunvericiliyə uyğun olaraq qorunsun. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-5162/2022 saylı qərarında qeyd olunan mövqelərə əsasən bildiririk ki, hazırki iş üzrə İddiaçı hərəkətləri nəticəsində Bankın kommersiya sirri ilə əlaqədar hüquqları da pozulmuş və ona ziyan dəymişdir. Belə ki, kommersiya sirri sahibinə ziyan vurmaq üçün yeganə yol onu yaymaq deyil. Kommersiya sirrindən kommersiya sirrinin rejimini pozmaqla istifadə etməklə, habelə onu qeyri-qanuni yolla əldə etməklə də kommersiya sirri sahibinin hüquqları pozula bilər. Qeyd edildiyi kimi İddiaçı şəxsi elektron poçt ünvanına kommersiya sirri hesab olunan məlumatları göndərmişdir. Bununla da kommersiya sirlərindən kommersiya sirri rejimini pozmaqla (Əmək müqaviləsini pozmaqla) istifadə etmiş və onlan qeyri-qanuni yolla əldə etmiş (kommersiya sirri rejimini pozmaqla surətini çıxarmış) hesab olunur. Kommersiya sirrinin qeyri-qanuni yolla əldə edilməsi üsullan “Kommersiya sirri haqqında” Qanunun 2.0.8-ci bəndində qeyd edilmişdir. Həmin üsullardan ikisi arasında surətini çıxarma və kommersiya sirrinin rejiminə riayət olunması öhdəliklərini pozmaq daxildir. Kommersiya sirri haqqında Qanunda müəyyən olunmuşdur ki, kommersiya sirri rejimi onun sahibi tərəfindən konfident ilə imzalanan müqavilələrdə müəyyən olunur. Hazırki vəziyyətdə isə İddiaçı kommersiya sirlərini özünə göndərərkən əmək müqaviləsini, yəni kommersiya sirri rejimini müəyyən edən müqavilənin şərtlərini pozmuşdur. Həmçinin, İddiaçı sənədləri elektron poçtla özünə göndərməklə texniki cəhətdən onların surətini də çıxarmaq imkanına malik olmaqla öhdəliklərini pozmuşdur. Bütün bunlar isə onu göstərir ki, İddiaçı surətini çıxarma və kommersiya sirrinin rejiminə riayət olunması öhdəliklərini pozmaqla Banka məxsus kommersiya sirlərini qeyri-qanuni üsullarla əldə etmişdir. Analoji məsələyə dair AR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-353/2023 saylı qərarında Ali Məhkəmə mübahisə edilən iş ilə əlaqədar artıq vahid məhkəmə təcrübəsinin formalaşdığını bildirmişdir. Bu mövqedən çıxış edən AR Ali Məhkəməsi yuxanda qeyd edilən qərarlannda həmin işlər üzrə pozuntu törətmiş şəxsin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əmək qanunvericiliyinin tələbləri baxımından doğru olduğu qənaətinə gəlmişdir. Göründüyü kimi İddiaçı tərəfindən ötürülməsinə şərait yaradılmış məlumatlar kommersiya və bank sirri təşkil edir və İddiaçı həmin məlumatları öz şəxsi elektron ünvanına göndərməklə Bankın bu məlumatların gizli saxlanılmasına dair müəyyən etdiyi rejimlə bağlı öhdəliklərini kobud şəkildə pozmuşdur. Qeyd olunanlardan da göründüyü kimi, iddiaçının işdən çıxarılmasına dair kifayət qədər hüquqi əsaslar mövcud olmuşdur. Bu isə iddiaçının onun işdən çıxarılması barədə əmrin əsaslandırılmadığına dair apellyasiya şikayətində qeyd etdiklərinin tamamilə əsassız və formal xarakter daşıdığını sübut edir. Ona görə də, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-1008/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını Sizdən xahiş edirlər.

21. İddiaçının nümayəndəsi və vəkili verilmiş etiraza cavab bildirmişdir ki, qarşı tərəfin mübahisələndirdiyi məsələ məlumatların kommersiya sirri olub olmaması deyil, məlumatların həqiqətən yayılıb-yayılmamasıdır. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə görə, “kommersiya sirrini yaymaq - müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanması”-dır. İddiaçı isə müştəri məlumatlarını sadəcə özünə məxsus başqa bir elektron mail ünvanına göndərib, məlumatları yaymayıb. Qeyd olunan məlumatlar iddiaçının özünə məlum olan və qanuni əsaslarla sahib olduğu məlumatlardır. İddiaçının həmin məlumatları özünün e-mail ünvanına göndərməsi onların yayılması kimi qiymətləndirilə bilməz. Yayılma məlumatın başqa şəxslərə açıqlanmasıdır ki, bu işdə belə bir fakt yoxdur. Bundan başqa cavabdehin nümayəndəsi qeyd edir ki, "Araşdırma zamanı məlum olmuşdur ki, bu məlumatlar 844 müştəri barədə məlumatı əhatə edən bank bank sirri məlumatları olmuşdur və daha sonra həmin məlumatlar həyat yoldaşının elektron poçt ünvanından İddiaçı elektron poçt ünvanına göndərilmişdir''. Sual veririk, məlumatların həmin e-maildən İddiaçı e-mailinə göndərilməsi hansı araşdırma zamanı məlum olub və bunu sübut edən hansı material məhkəməyə təqdim edilib? Belə bir fakt yoxdur. Olsa belə bu heç nəyi dəyişmir. Cavabdehin nümayəndəsi hansı hüquqi üstünlük qazanma niyyəti ilə belə bir əsassız iddianı ortaya atır, o da məlum deyil. Apellyasiya şikayətində qeyd etdiyi kimi, iddiaçının həyat yoldaşı Pərişan Salmanovaya bu məlumatlar lazım deyildi. İddiaçı məlumatları özü üçün götürüb və məlumatların mailto:salmanova.perisan@gmail.comElektron ünvan e-mail ünvanına göndərilməsinə səbəb iddiaçının işlətdiyi e-mail ünvanın yaddaşının dolması səbəbilə göndərilənləri qəbul etməməsidir və qeyd olunan e-mail ünvan da iddiaçının həyat yoldaşı tərəfindən işlədilmir, sadəcə onun adınadır. Etirazda deyilir ki, məlumatları iddiaçıya göndərən digər əməkdaşlar bankın struktur bölmələri tərəfindən sorğu-sual edilərkən işlərindən ayrılmış, dolayısı ilə də müəssisədə işin normal ahəngi pozulmuşdur. Çox absurd yanaşmadır: a)Müəssisədaxili qaydaları pozaraq məlumatları göndərən və buna görə intizam məsuliyyətinə cəlb edilən - işçilərdir, onları işlərindən uzaqlaşdıran - cavabdehdir, amma işin ahəngini pozan — iddiaçıdır? Çox maraqlıdır. b)İşin normal ahənginin pozulduğu cavabdehin indi yadına düşüb? Niyə bu barədə Əmrdə bir qeyd yoxdur? Və ya niyə Nəsimi Rayon Məhkəməsində keçirilmiş iclaslarda bir dəfə də olsun bu hala istinad edilməyib? Görünür iddiaçının bu məsələdə israr etdiyini görən cavabdeh Əmrində sadəcə Əmək Məcəlləsinin 71.2-ci maddəsini kopyalamağın işə yaramayacağını anlayaraq belə bir absurd versiyaya əl atıb. Bənzər işdə Azərbaycan Respublikasının Ali Məhkəməsi işçinin xeyrinə qərar verib. 2(102)-5442/2021 nömrəli, xx.xx.2021 tarixli Qərarda Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barəsində qərar qəbul edib. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsində deyilir: “Əmrin verilməsinə əsas kimi iddiaçının ona həvalə edilmiş vəzifə səlahiyyətlərindən su istifadə etməsi, yəni iddiaçının işdən çıxma fikrini bildirdikdən sonra korporativ e-mail ünvanından bankın müştəri bazasının 317 hüquqi şəxsinə aid məlumatları kənar e-mail (öz şəxsi email) ünvanına göndərməsi göstərilmişdir. Lakin bu hal iddiaçının cavabdehə maddi ziyan vurmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Çünki, bunun nəticəsində cavabdehin qanunla qorunan mənafeyinə hər hansı bir formada ziyan dəyməsi təsdiq olunmalıdır. Amma belə bir ziyan dəyməsinə dair cavabdeh məhkəməyə heç bir sübut təqdim etmir. Qeyd olunan məlumatları iddiaçının öz şəxsi email ünvanına göndərməsinə icazəsi olmasaydı ən azından bank bunu texniki vasitələrin köməyi ilə qadağan edə bilərdi. Bununla yanaşı, bankın müştəri bazasının 317 hüquqi şəxsinə aid məlumatların başqa şəxslərin əlinə keçməsinə, həmin şəxslərin cavabdeh bankla münasibətlərini pozub, başqa banklarla əməkdaşlıq etmələrinə və s. hallara dair də cavabdeh tərəfdən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər əsaslı və təsdiq olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi.

23. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.

24. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir. Maddə 70, bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 72, bənd “d”. Qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 72, bənd “e”. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 84.1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Maddə 199, bənd “e”. İşəgötürənin kommersiya sirrini yaydıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.

26. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.1. Kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır.. Maddə 2.0.1. Kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. Maddə 2.0.4. Kommersiya sirrinin konfidenti - kommersiya sirrini qanuni əsaslarla kommersiya sirrinin sahibindən əldə edən hüquqi və ya fiziki şəxsdir. Maddə 2.0.7. Kommersiya sirrini yaymaq - müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanmasıdır. Maddə 4.2. Hüquqi və fiziki şəxslərin bank sirrini təşkil edən məlumatlarının qorunması və istifadəsi müvafiq qanunvericiliklə tənzimlənir. Maddə 6.1.2. Kommersiya sirrinin sahibi və konfidenti kommersiya sirri rejiminə riayət etməyə borcludurlar. Maddə 10.1. Kommersiya sirrini təşkil edən məlumatların müəyyən edilmiş rejiminə əməl etmək öhdəliyi əmək müqaviləsinə və ya kommersiya sirrinin rejiminə əməl etmək barədə razılaşmaya əsasən kommersiya sirrinin konfidenti olan işçilərin üzərinə qoyulur.

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 41.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir. Maddə 41.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar bu Qanunun 41-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. İcra sənədlərinin məcburi icraya yönəldilməsi ilə əlaqədar müştərilərin hesab qalıqları barədə məlumatlar qanunvericiliklə müəyyən olunmuş mənbələrdən əldə edilmiş məlumat əsasında icra məmurlarına verilir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə, əmanətçilər barədə məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada Əmanətlərin Sığortalanması Fonduna verilir. Borcalanlar barədə məlumat kredit bürolarına “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada verilir. Maddə 41.5. Bankların mövcud və keçmiş inzibatçıları və digər əməkdaşları, habelə bankın səhmdarları bankın idarə edilməsi və ya xidməti səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar onlara məlum olan bank sirrini təşkil edən məlumatların qeyri-qanuni açılmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Maddə 41.6. Bank sirrini təşkil edən məlumatlar bank tərəfindən qanunsuz olaraq açıqlandığı halda hüquqları pozulmuş müştəri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər.

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 967.1. Bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir. Maddə 967.2. Bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə, habelə kredit bürolarına bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər. Maddə 967.3. Bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına əsasən iddiaçı cavabdeh banka məxsus müəyyən istifadəçi adı və şifrə ilə daxil oluna bilən sistemdən qanunla qorunan məlumatlar hesab edilən 844 müştəri məlumatlarını xx.xx.2022-ci il tarixdə digər işçilərin etibarından sui-istifadə edərək korporativ elektron poçt ünvanından həyat yoldaşının elektron poçt ünvanına, daha sonra həmin elektron poçt ünvanından öz şəxsi elektron poçt ünvanına göndərmişdir.

34. İddiaçının apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cavabdeh tərəfindən bank və kommersiya sirrinin yayılması faktı sübut edilməmiş, cavabdehə hər hansı formada ziyan dəyməmiş, iddiaçı bank sirrini qoruyub saxlamağa borclu olan şəxs deyil, iddiaçının əldə etdiyi məlumatların bank sirrini təşkil edən məlumatların olmasına dair heç bir mötəbər sübut təqdim edilməmiş, vəzifə təlimatları və buna bənzər digər sənədlərdəki öhdəliklərin yerinə yetirilməməsi işçinin işdən çıxarılması üçün əsas deyil, iddiaçının işdən azad edilməsi barədə əmr əsaslandırılmamışdır.

35. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, yuxarıda istinad olunan qanunvericiliyin normalarına əsasən müştəri haqqında məlumatlar bank sirrini təşkil edir və onların qorunmasına bank qarantiya verir. Həmin məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir.

36. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 7-ci bəndinə əsasən iddiaçı bankdaxili korporativ aktlara, etik və peşəkar bank standartlarına və tədbiq olunan qanunvericiliyə, o cümlədən bank qanunvericiliyinə riayət etmək və s. üzərinə öhdəlik olaraq götürmüşdür.

37. Həmin müqavilənin 9-cü bəndinə əsasən işçi əmək münasibətlərinin mövcud olduğu müddət ərzində və onlara xitam verilməsindən sonra, işəgötürənin iş yerində və ya ondan kənarda, işəgötürənin digər işçiləri də daxil olmaqla heç bir digər şəxsə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş və kommersiya sirrinin meyarlarına şamil olunan məlumatları birbaşa və dolayı yolla yaymır, bank sirrinə aid olan heç bir məlumatları açıqlamamalıdır.

38. Bununla bağlı işçilərin öhdəlikləri bankdaxili digər sənədlərdə də öz əksini tapmışdır.

39. Məhkəmə kollegiyası qeyd edir ki, kommersiya sirri, bank sirri və müştərilərin fərdi məlumatlarının sirri anlayışlarının bir-birindən fərqli və oxşar cəhətləri mövcuddur.

40. Belə ki, kommersiya sirri, hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır.

41. Bank sirri isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabı, hesab üzrə əməliyyatlar və qalıqlar, habelə müştəri haqqında, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında, müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatlardır.

42. Müştəri məlumatlarının sirri isə özlüyündə kommersiya müəssisə və şirkətlərinin, bankların, sığorta şirkətlərinin, kapital bazarında və maliyyə bazarlarında fəaliyyət göstərən vasitəçi təşkilatların müştəri ilə münasibətlərində birbaşa və ya dolayı yolla əldə etdikləri şəxsi, iqtisadi, maliyyə, pul vəsaitləri ilə bağlı bütün əməliyyatlar, müştərinin kredit vəziyyəti barədə məlumat və sənədləri ehtiva edir.

43. Göründüyü kimi, kommersiya sirrinin sahibi olan cavabdeh Bank, iddiaçını əmək müqaviləsi ilə işə qəbul etdikdən sonra yuxarıda qeyd edilən sənədlərə imza etdirməklə onu kommersiya sirrinin konfidenti etmiş, bununla da sonuncunu kommersiya dəyərinə malik məlumatların dövriyyəsinə buraxmışdır.

44. Qanunvericiliyin tələbinə əsasən kommersiya sirrini yaymaq - müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanmasıdır. İddiaçı tərəfindən həyat yoldaşının şəxsi elektron poçt ünvanına banka məxsus kommersiya sirri, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatlarının göndərilməsi nəticə etibarı ilə həmin məlumatların başqa şəxsə açıqlanması hesab edilir.

45. Bundan başqa, bankın rəhbər şəxslərinə məlumat vermədən, onların icazəsini almadan iddiaçı tərəfindən bunun edilməsi bankı həm hüquqi cəhətdən, həm də iqtisadi cəhətdən risklərə məruz qoymuşdur.

46. Hamıya bəlli olan faktdır ki, bankların əsas vəzifələrindən biri də onda olan müştəri məlumatlarının konfidensiallığını təmin etməkdir. Belə məlumatların yayılması isə istənilən bankın nüfuzuna, onun maliyyə bazarında dəyərinin düşməsinə, kredit siyasətinə, kredit potensialının zəifləməsinə səbəb ola bilər. Eyni zamanda şəxsi məlumatları yayılmış müştərilərin banka qarşı mülki qanunvericiliklə müəyyən edilmiş zərərlərin ödənilməsinə dair tələblərin irəli sürülməsinə əsas ola bilərdi.

47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əmək qanunvericiliyin tələbləri baxımından doğru olmuşdur.

48. Kollegiya həmçinin hesab edir ki, cavabdehin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 1787-K/10 nömrəli əmri əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib edilmiş və əsaslandırılmışdır.

49. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əmək qanunvericiliyin tələblərinə əsasən qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi, bunun nəticəsində işəgötürənə zərərin vurulub-vurulmamasından asılı olmayaraq, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsasdır.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 1008/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar