Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3197/2022 23.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X3, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6928/2021 saylı işi üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: "Okean Avto 2011” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23449,87 manat əsas borc pulun, 28500 manat məbləğində cərimə pulun, 25000 manat məbləğində icarə haqqın və dövlət rüsumu qismində ödənilmiş 30 manat pulun Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir: - 27.02.2019-cu il tarixdə verilmiş AD 431292 nömrəli X1 şəhadətnaməsinin surətinə əsasən HYUNDAİ İX35 markalı, 90XC984 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6r; -27.02.2019-cu il tarixli etibarnamənin surətinə əsasən X9 "Okean Avto 2011” MMC-yə 31.01.2024-cü il tarixədək qüvvədə olan HYUNDAİ İX35 markalı, 90XC984 dövlət qeydiyyat nişanlı avtomobil barədə etibarnamə vermişdir. Etibarnamə üzrə verilən səlahiyyət nəqliyyat vasitəsini idarə etməkdir; əşyanın alğı-satqısı barədə 2206 saylı müqavilənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən "Okean Avto 2011” MMC-nin direktoru X7 ilə Cavabdeh arasında HYUNDAİ İX35 markalı 1 ədəd minik avtomobilinin alğı-satqısı barədə müqavilə bağlanmışdır, avtomobilin dəyəri tərəflərin razılaşmasına əsasən 33770,87 manat müəyyən edilmişdir; -28.02.2019-cu il tarixli kredit ödəniş cədvəlinə əsasən HYUNDAİ İX35 markalı malın nisyə dəyəri 33770,87 manat, ilkin ödəniş 2500 manat, əlavə xərc 3000 manat, kredit müddəti 36 aydır, alıcı alğı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəli üzrə ilk bir ay ərzində ödənişi gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 1%-i həcmində cərimə ödəməlidir; -"Okean Avto 2011” MMC ilə Cavabdeh arasında bağlanmış HYUNDAİ İX35 markalı, 90XC984 dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil dəyən zərərin ödənilməsi barədə müqavilə bağlanmışdır; - Cavabdeh avtomobil üçün 2500 manat və 9 ay, hər ay üzrə 869 manat ödəniş etməklə, cəmi 10321 manat ödəniş etmişdir, o, 28.11.2019-cu il tarixdən "Okean Avto 2011” MMC-ə heç bir ödəniş etməyərək 23449,87 manat məbləğində əsas borc qalaraq ödənilməmişdir; - Okean Avto 2011” MMC tərəfindən verilmiş cərimənin hesablanması üzrə cədvələ əsasən iddia verilən günə cərimənin miqdarı 500 gün= 38557,53 manatdır; "HYUNDAİ İX35” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X6r, hazırki iş üzrə iddiaçı "Okean Avto” MMC, cavabdeh isə Cavabdehdur, mübahisəli avtomobilin alğı-satqısı barədə mülkiyyətçi X9 ilə cavabdeh arasında müqavilə vardır, müqaviləni X5 adından etibarnamə əsasında iddiaçı bağlamışdır, iddia tələbi müqavilə üzrə borcun cavabdehdən tutularaq iddiaçıya ("Okean Avto- 2011” MMC) ödəniməsi barədədir (iş.səh.5-18,36). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6928/2021 saylı işi üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsi ilə "Okean Avto 2011” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı "23449,87 manat əsas borc pulun, 28.500 manat məbləğində cərimə pulun, 25000 manat məbləğində icarə haqqın və dövlət rüsumu qismində ödənilmiş 30 manat pulun Cavabdeh iddiaçının xeyrinə tutulması” barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.1, 14.3, Mülki Prosessual Məcəlləsinin 4.1, 5.1, 54.1, 54.2, 77.1, 107, 119.1, 124.1, 217.4, 218.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının mübahisəli əmlaka mülkiyyət hüquqlarına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmamış, hazırkı iddia tələbi üzrə yaranmış mübahisə müqavilə öhdəliyi ilə bağlıdır, lakin iddiaçı mübahisələndirilən müqavilənin tərəfi olmadığından həmin müqavilə üzrə də öhdəliklərə görə iddia tələbi irəli sürmək kimi subyektiv hüquqa malik deyildir. İddiaçı apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 2(011)-6928/2021 saylı işi üzrə 10.11.2021-ci tarixli qətnaməsinin ləğv edərək ilkin iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Mülki Məcəllənin 600.4; Mülki Prosessual Məcəlləsinin 9.1, 80, 88, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmə gəlmiş olduğu nəticəni İddiaçı MMC-nin sözügedən avtomobilə dair mülkiyyət hüquqlarına əsas verən halların olmaması ilə izah etmişdir. Lakin mübahisəli əmlakın mülkiyyətçisi X9 tərəfindən İddiaçı MMC-yə verilmiş etibarnamədə onun əmlaklarına dair bütün səlahiyyətlər, o cümlədən əqdlər bağlamaq və həmin əqdlər üzrə tələblər irəli sürmək, bütün məhkəmə instansiyalarında onu təmsil etmək, əqdlər üzrə haqq-hesab etmək səlahiyyətləri tam olaraq verilmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilsə də, həmin etibarnaməyə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, avtomobilin mülkiyyətçisi tərəfindən 05.04.2016-cı il tarixində iddiaçıya verilmiş etibarnamə ilə bütün daşınar əmlakını idarə və istifadə etməyi, onun üzərində sərəncam verməyi, öz mülahizəsinə görə məbləğ, müddət və.s müəyyən etməklə əqdlər bağlamağı etibar etdiyini və müqavilənin cavabdehlə İddiaçı MMC arasında bağlandığını bildirmiş və bu baxımdan iddia tələbi irəli sürməkdə subyektiv hüquqa malik olduqlarını qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, cavabdehin avtomobilin İddiaçı MMC-yə məxsus olmadığını bilmədiyini, avtomobilin mülkiyyətçisini ümumiyyətlə tanımadığını, əslində müqavilənin alğı-satqı deyil lizinq müqaviləsi olduğunu, müqaviləni hələki mübahisələndirmədiklərini, iddia ərizəsində iddiaçı qismində məhz İddiaçı MMC-nin göstərilməsinin və tələbdə pul məbləğinin MMC-nin xeyrinə tutulmasının qeyd edilməsi iddiaçının etibarnamədən kənara çıxdığını göstərdiyini, birinci instansiya məhkəməsinin subyektiv hüquqla bağlı düzgün mövqeyə gəldiyini, mülkiyyətçinin özü tərəfindən iddia qaldırılsa idi tələbin bu qədər böyük olmayacağını düşündüklərini bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 324, 359, 362, 385-388; Mülki Prosesual Məcəllənin 50, 54, 69, 74, 76, 77.1, 80-82, 106, 119, 217.4, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq apellyasiya şikayətinin dəlilləri üzrə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 152.8-ci maddəsinə əsasən: Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər; Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. İddiaçı öz adı ilə müqaviləni imzalasa da, onun bu səlahiyyəti olmamış və mülkiyyətçinin adından hərəkət etməsi qanunla müəyyən edilmiş haldır. Ona görə apellyasiya şikayəti əsassızdır. Apellyasiya şikayəti əsassız olduğundan – apellyasiya şikayətinin verilməsi üçün məhkəmə xərci onları ödəyən şəxslərə aiddir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6928/2021 saylı işi üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3197/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3197/2022
23.05.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver