Məhkəmə qərarları › İş №2(103)-3208/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3208/2024

30.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3208/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (torpaq mübahisəsi, torpaqdan çıxarılma, hüquqdan sui-istifadənin yolverilməzliyi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X15 və X4 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(008)-210/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.ünvan 2 ünvanında yerləşən 0,025 ha torpaq sahəsi 09 fevral 2004-cü il tarixli, JN-10723H KOD 00500016 saylı Torpağın mülkiyyət verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətindədir. a)Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan, cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş, ünvan 1 ünvanında yerləşən 0,025 ha torpaq sahəsindən cavabdehin çıxarılması, cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz olaraq inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və boşaldılması, torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılır ki, iddiaçının mülkiyyətində olan 0,025 ha mübahisəli torpaq sahəsi daxil olmaqla, qeyd edilən ünvanda yerləşən 0,06 ha torpaq sahəsi əvvəllər X6 məxsus olmuş, sonuncu 24 yanvar 2004-cü il tarixli Alğı-satqı müqaviləsi ilə torpaq sahəsinin 0,025 ha hissəsini iddiaçıya, 0,035 ha hissəsini isə hazırki iş üzrə tərəf olmayan X2. Müqavilə bağlanıldıqdan sonra Faiq Yaqubov tərəfindən göstərilən sahədə iddiaçı özünə fərdi yaşayış evi tikərək, orada yaşamağa başlamışdır. Sonradan məlum olmuşdur ki, iddiaçının fərdi yaşayış evi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən yerdə deyil, həmin ərazi ilə həmsərhəd hissədə tikilmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq tikinti işləri aparılır. İddiaçı buna öz etirazını bildirsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh qeyri-qanuni tikinti işləri aparmaqla iddiaçının mülkiyyət hüquqlarını kobud surətdə pozur. İddiaçının müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 27 iyul 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə faktiki yaşayış evi inşa etdiyi torpaq sahəsi fərqli sahələrdir və həmin sahə hal-hazırda digər şəxs tərəfindən istifadə olunur. Cavabdehin istifadəsində olan torpaq sahəsi faktiki olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsidir. Cavabdeh isə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsini zəbt edərək torpaq sahəsindən çıxmaq istəmir, hətta torpaq sahəsində qanunsuz tikinti işləri aparır. 4.Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 05 iyul 2023-cü il tarixli rəyinə görə, mülki iş materiallarında olanAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 24 may 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 0,031 ha təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi mövcuddur. Faktiki olaraq göstərilən 0,031 ha torpaq sahəsinin koordinatları müəyyən olunmuşdur. İddiaçı tərəfindən faktiki inşa etdiyi və yaşadığı tikili 0,025 ha torpaq sahəsinin (JN10723 nömrəli şəhadətnamə) yerləşməsindən kənarda yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən Cavabdeh tərəfindən zəbt olunma halı mövcuddur. Həmin torpaq sahəsində Cavabdeh tərəfindən tikili inşa edilmişdir, lakin həmin tikilinin bir hissəsi vahid elektron kadastr baza məlumatlarına əsasən JN10723 nömrəli şəhadətnamənin yerləşdiyi sahəyə düşür. 5.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(008)- 210/2023 nömrəli qətnaməsi ilə (hakim-Tahirə Əsədova) iddia təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,025 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin onun hesabına sökülməsi, daşınması və torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi qət edilmişdir. 6.Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Torpaq Məcəlləsinin 67, 68-ci, Mülki Məcəllənin 152.1, 152.5, 157.1, 157.2, 164.1, 164.2, 165.1, 180.1, 180.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 7.Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyul 2023cü il tarixli, 2(008)-210/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının müqavilə üzrə almaq niyyəti olan torpaq sahəsinin harada yerləşməsini müəyyən etməmiş, sübutlara düzgün qiymət verməmiş, bu səbəbdən də iddianın sübuta yetdiyi qənaətinə gəlmişdir. Belə ki, iddiaçı ona göstərilən torpaq sahəsini almış və orada ev tikmişdir. Onun göstərdiyi həmin torpaq sahəsinə baxış keçirilərək mülkiyyət sənədi verilmişdir. Halbuki, iddiaçıya mülkiyyət şəhadətnaməsi verilən zaman cavabdehin istifadəsində olan torpaq sahəsi hasara alınmış ayrıca torpaq sahəsi olmuşdur. Əgər iddiaçının aldığı torpaq sahəsi cavabdehin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşsəydi iddiaçıya başqasının faktiki istifadəsində olan torpaq sahəsinə görə şəhadətnamə verilməsindən imtina edilərdi. Bundan əlavə, iddiaçı özü bildirir ki, Faiq Yusubov ona məxsus 0,06 ha sahəsi olan torpaq sahəsinin 0,025 ha sahəsi olan hissəsini iddiaçıya, 0,035 ha sahəsi olan hissəsini isə Azər Əliyevə satmışdır. Torpaq sahələrinin yerləşmə sxemi nəzərə alındıqda, əgər iddiaçının aldığı torpaq sahəsi cavabdehin torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşürsə, Azər Əliyevin aldığı torpaq sahəsinin də bir hissəsi cavabdehin torpaq sahəsinin digər hissəsi ilə üstüstə düşməli idi. Torpaq sahəsinin Azər Əliyevə məxsus hissəsinin alındığı yerdə yerləşməsi, iddiaçıya məxsus hissəsinin isə ayrı yerdə yerləşməsi texniki cəhətdən mümkün deyil. Çünki bu iki torpaq sahəsi satılmazdan əvvəl bir torpaq sahəsi olmuş, sonra iki yerə bölünərək satılmış, lakin yerləşdiyi yerlər dəyişməmişdir. Cavabdeh tərəfindən torpaq sahəsi başqa şəxsdən alınmış və həmin vaxt torpaq sahəsi ayrıca hasarın daxilində olmuşdur. Cavabdeh özbaşına tikilmiş fərdi yaşayış evlərinin istismarınaicazə veriləcəyinin gözləntisindədir. Belə olacağı halda özünün inşa etdiyi tikiliyə mülkiyyət sənədi ala biləcəkdir. 9.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2(103)- 5966/2023 nömrəli qətnaməsi ilə (hakim-M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovdan və F.Ş.Talışinskidən ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(008)-210/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 10.Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir, iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt edildiyindən cavabdeh torpaq sahəsindən çıxarılmalı, onun tərəfindən inşa edilmiş tikililər sökülməli, daşınmalı və torpaq sahəsi iddiaçıya təhvil verilməlidir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat 11.Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2(103)-5966/2023 nömrəli qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 12.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 152.1, 152.5, 180.1-ci, Torpaq Məcəlləsinin 68-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 217.1, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur. 13.Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, həmin orqanın elə özünün təqdim etdiyi 24 may 2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunan koordinatlara əsasən sahə ləğv edilmiş X7 Komitəsi tərəfindən verilmiş JN-10721 və JN10723 saylı şəhadətnamələrin yeridir. Yəni göründüyü kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi məlumatlarda ziddiyyət vardır. Mütəxəssis rəyində JN-10723H saylı şəhadətnamə ilə bağlı məlumatlar verilsə də, cavabda həmin koordinatlarda JN-10723 saylı şəhadətnamənin yeri olduğu qeyd edilmişdir. Bundan əlavə, həmin koordinatlarda sadəcə JN-10723 saylı şəhadətnamənin sahəsi yox, həmçinin JN-10721 saylı şəhadətnamənin də torpaq sahəsi yerləşir. Bu da onu göstərir ki, həmin sahə sadəcə iddiaçıya məxsus deyildir. İddiaçıya məxsus torpaq sahəsinin çıxarışı iş materiallarına əlavə olunmamışdır. İddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması onun məhkəməyə müraciət etmək hüququnun olmamasını göstərir. İddiaçıya torpaq şəhadətnaməsi verilən zaman ümumiyyətlə yerində baxış keçirilməmişdir. Belə ki, əgər baxış keçirilsə idi koordinatlar düzgün verilərdi. Həmçinin, baxış keçirilsə idi iddiaçının torpaq sahəsinin yanında cavabdehin torpaq sahəsinin və tikilinin olduğu müəyyən olunardı, plan və ölçünün verilməsi buna uyğun şəkildə aparılardı. İddiaçı cavabdehin yaşadığı torpaq sahəsinin elektron kadastr baza məlumatlarında koordinatlarının olmamasını bildikdən sonra, qəsdən cavabdehin istifadəsində olan torpaq sahəsini öz torpağı kimi qələmə vermişdir. 24 may 2023-cü il tarixli mütəxəssis rəyi isə ətraflı araşdırma aparılmadan verilmişdir. İddiaçı özü bildirmişdir ki, Faiq Yusubov özünə məxsus 0,06 ha torpaq sahəsinin 0,025 ha sahəsi olan hissəsini iddiaçıya, 0,035 ha sahəsi olan hissəsini isə Azər Əliyevə satmışdır. Torpaq sahələrinin yerləşmə sxemi nəzərə alındıqda, əgər iddiaçının aldığı torpaq sahəsi cavabdehin torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşürsə, Azər Əliyevin aldığı torpaq sahəsinin də bir hissəsi cavabdehin torpaq sahəsinin digər hissəsi ilə üst-üstə düşməli idi. Torpaq sahəsinin Azər Əliyevə məxsus hissəsinin alındığı yerdə yerləşməsi, iddiaçıya məxsus hissəsinin isə ayrı yerdə yerləşməsi texniki cəhətdən mümkün deyil.Çünki bu iki torpaq sahəsi satılmazdan əvvəl bir torpaq sahəsi olmuş, sonra iki yerə bölünərək satılmış, lakin yerləşdiyi yerlər dəyişməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edən zaman iş materiallarını və sübutları tam araşdırmamış, sübutlara tətbiq edilməli olan müvafiq normalara əsaslanaraq hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə tərəfindən sübut qismində sadəcə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyi sübut qismində nəzərə alınaraq, formal qətnamə qəbul olunmuşdur. İddiaçıya plan və ölçünün verilməsi zamanı, həm də ekspertiza rəyi ilə mütəxəssis rəylərinin tərtib olunması zamanı yerində baxış keçirilsə idi, iddiaçı ilə cavabdehin əmlakları tamamilə ayrı olması müəyyən olunardı. Çəkişmə prinsipinə uyğun olaraq iş üzrə təkrar ekspertiza keçirməli və bu ziddiyyətlərin aradan qaldırılması üçün tədbir görülməlidir. 14.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-948/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərar ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2(103)-5966/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara almışdır. 15.Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur: -hazırki mübahisə torpaq sahəsinin zəbti ilə bağlıdır. İddiaçının mülkiyyətində 0,025 torpaq sahəsi var və o, həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilərək, üzərində ev inşa etdiyini iddia edir; -Cavabdeh iddiaya etiraz edərək, ərazidəki torpaq sahələrinin yerləşməsində sürüşmənin baş verməsini, iddiaçının faktiki mülkiyyətində torpaq sahəsinin hüquq müəyyənedici sənədlərinə uyğun olmamasını göstərməklə, zəbtin mövcud olmadığını bildirmişdir; -Birinci instansiya məhkəməsi iş üzrə alınan ekspert rəyi ilə iddiaçının torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmasının müəyyən edilməsinə istinad etməklə iddianı təmin etmiş, apellyasiya məhkəməsi isə bu mövqe ilə razılaşmışdır; -Lakin, apellyasiya məhkəməsi iddiaçının mülkiyyət sənədi üzrə torpaq sahəsinin faktiki yerləşdiyi ərazidən kənarda olması, yəni ərazidə torpaq sahələrinin yerləşməsində sürüşmənin mövcudluğuna dair cavabdehin dəlili üzrə araşdırma aparmamışdır; -Halbuki, bu halın mövcudluğunu iddiaçı özü də iddia ərizəsində göstərmişdir. Belə ki, iddia ərizəsinin məzmununa əsasən iddiaçı X5 0,025 ha torpaq sahəsini almış, sonuncunun göstərdiyi sahədə özünə fərdi yaşayış evi tikmiş və sonradan məlum olmuşdur ki, istifadəsində olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə göstərilən yerə deyil, həmin ərazi ilə həmsərhəd hissəyə aiddir; -Bu zaman apellyasiya məhkəməsi tərəfindən iş üzrə alınan mütəxəssis və ekspert rəyləri Mülki Prosessual Məcəllənin 88, 101.7 və 103.1-ci maddələrinə uyğun qiymətləndirilməmişdir; -Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 24 may 2023-cü il tarixli mütəxəssis rəyində (Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2023-cü il tarixli ekspert rəyi məhz bu mütəxəssis rəyinə istinadla verilmişdir) mübahisəli torpaq sahəsinin koordinatları müəyyən edilməklə, ərazinin 0,025 ha deyil, 0,031 ha olması nəticəsinə gəlinmişdir. Həmçinin rəydə torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunun müəyyən edilməsi qeyd edilsə də, bu hal vahid elektron kadastr baza məlumatlarına əsasən müəyyən olunmuşdur; -Lakin iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi Torpağın mülkiyyətə verilməsinə dair JN-10723H, KOD 00500016 nömrəli şəhadətnamənin tərkib hissəsi olan 17 fevral 2004-cü il tarixli torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü sənədində iddiaçının mülkiyyətində olan torpağın hüdudları koordinatlarla deyil, qonşu sahələri ilə müəyyən edilmişdir. -Cavabdeh iddiaçının torpaq sahəsinin sənədinin faktiki yerləşdiyi əraziyə uyğun olaraq tərtib olunmadığını iddia etdiyi halda, apellyasiya məhkəməsi mübahisəli sahənin onun sənədinə uyğun, yəni qonşu sahələrinə münasibətdə yerləşməsini yoxlamamışdır; -Nəzərə alınmalıdır ki, mübahisəli torpaq sahəsi əvvəllər 0,06 ha torpağın tərkib hissəsi olmuş və 24 yanvar 2004-cü il tarixdə əvvəlki mülkiyyətçi X11 tərəfindən bölünərək, 0,025 ha hissəsi iddiaçıya, 0,035 ha hissəsi ilə X13 adlı şəxsə satılmışdır. Cavabdeh apellyasiya şikayətində Azər Əliyevin mülkiyyətində olan torpaq sahəsinin hüquq müəyyənedici sənədlərə uyğun yerləşməsini, iddiaçının sənədlərinə uyğunsuzluq olmasını bildirdiyi halda, apellyasiya məhkəməsi apellyasiya şikayətinin bu dəlili üzrə də hər hansı dəyərləndirmə aparmamışdır; -Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi hazırki iddianın qaldırılması ilə iddiaçı tərəfindən hüquqdan sui-istifadə halına yol verilməsi baxımından hüquqi qiymət verməmişdir; -Belə ki, Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur; -Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimiəxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları); -Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olubolmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir; -Oxşar mövqe X9 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur; -Hazırki iddiadan və mütəxəssis rəyindən müəyyən olunur ki, iddiaçı 2004-cü ildə əldə etdiyi torpaq sahəsində ev inşa etmiş və ondan təyinatı üzrə istifadə edir. Cavabdeh də mübahisəli torpaq sahəsində tikililər inşa edib və onlardan istifadə edir. İddiaçı mübahisəli torpaq sahəsindən başqa şəxslərin istifadə etmələri halından məlumatlı olmuş və ötən 20 ilə yaxın müddətdə etiraz etməmişdir; -Hazırda iddiaçı cavabdehin istifadəsində olan torpaq sahəsinin ona satılan torpaq sahəsi olmasını iddia etməklə, cavabdehin həmin sahədən çıxarılmasını, sonuncunun inşa etdiyi tikililərin isə öz hesabına sökülməsini tələb edir; -İddianı əsaslı hesab edən apellyasiya məhkəməsi nəzərə almamışdır ki, iddianın bu qaydada təmin olunması nəticəsində iddiaçının istifadəsində olan torpaq sahəsi əsassız olaraq artacaq (faktiki istifadəsində olan torpaq sahəsi sahibliyində qalmaqla və cavabdehin istifadəsində olan torpaq sahəsi ona verilməklə), cavabdeh isə ümumiyyətlə torpaqdan və üzərində olan tikililərdən mərhum olunacaqdır; -Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, cavabdehin tikililərinin hüquq müəyyənedici sənədlərinin olmaması Mülki Məcəllənin qeyd olunan normasının tətbiqini istisna etmir; -Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsinə əsasən “mənzil” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla yaradılmış binalarla məhdudlaşmır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan müstəqil anlayışdır. Ayrı-ayrı anlayışların Konvensiyanın 8-ci maddəsi ilə müdafiə olunan “mənzil” anlayışına uyğun olub-olmaması, faktiki şəraitə əsasən, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olaraq qiymətləndiriləcəkdir (bax: Prokopoviç Rusiyaya qarşı, № 58255/00, § 36, AİHM 2004) -Misal üçün, Məmmədova Azərbaycana qarşı 06 iyun 2023-cü il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçi sözügedən binada 1996-cı ildən ailəsi ilə birlikdə yaşayırdı və bu fakt hökumət tərəfindən mübahisələndirilməmişdir. Buna görə də, Konvensiyanın 8-ci maddəsinin müddəalarına əsasən, bina ərizəçinin mənzili idi. Ərizəçinin şikayətinə Konvensiyanın 8-ci maddəsi tətbiq edilə bilər; -Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, iddianın əsaslılığını müəyyən etmək məqsədi ilə zəbtdən azad olunması tələb olunan torpaq sahəsinin cavabdehin istifadəsində nə vaxtdan olması, həmin torpaqda olan tikililər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, cavabdeh tərəfindən faktiki istifadə və sahibliyinə səlahiyyətli dövlət orqanları və maraqlarına toxunan digər şəxslər, o cümlədən iddiaçı tərəfindən etiraz edilib-edilməməsi, belə etirazlar olduğu halda bunun nəticəsi və s. məsələlər araşdırılmaqla, verilən iddia ilə iddiaçının hüquqdan suiistifadəyə yol verməsinin mümkünlüyünə hüquqi qiymət verilməli idi ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu istiqamətdə ümumiyyətlə qiymətləndirmə aparılmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları 17.Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə etdilər, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. 18.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.Həmçinin iddiaçı vəsatətlə müraciət edərək, iş üzrə təkrar ekspertizanın keçirilməsini xahiş etmiş, ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun faktiki istifadəsində olan 0,031 ha torpaq sahəsi 20 ildirki istifadəsindədir. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsində ev tikibi yaşayır. O, məhkəməyə müraciət edənədək, ona öz iradını bildirməmişdir. Onun faktiki istifadəsində olan torpaq sahəsinə görə çıxarış verilsə belə, o, cavabdehin istifadsində olan torpaq sahəsini də tələb edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 19.60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 20.Maddə 157.7.Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 21.Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 22.Maddə 239.2.Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 23.Maddə 560.1.Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 24.Maddə 560.2.Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 25.Maddə 560.3.4.Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:

26. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

27. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

28. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 29.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 30.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 31.Maddə101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 32.Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 33.Maddə 107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 34.Maadə 115.0.1. Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 35.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 36.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 37.Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. 38.Maddə 420.Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri

39.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 40.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnaməninqanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. 42.Belə ki, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş JN-10723H, KOD 00500016 saylı “Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə”yə əsasən ünvan 2 küçəsi ünvanında yerləşən 0,025 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. 43.İddiaçı xx.xx.2004-cü il tarixdə verilmiş JN-10723H, KOD 00500016 saylı “Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə”yə əsasən torpaq sahəsini alandan sonra orada hasarlama işləri aparıb, özünə ev tikmiş, artıq 20 ildir ki orada yaşayır. Cavabdeh də iddiaçının faktiki yaşadığı torpaq sahəsi ilə sərhəddə hasarlama işləri aparıb, özünə ev tikib, orada yaşayır. 44.İddiaçı iddia edir ki, cavabdeh onun mülkiyyətində olan torpaq sahəsini zəbt etmiş və qanunsuz tikili inşa etmişdir. 45.Cavabdeh isə buna etiraz edərək, iddiaçının onun sahibliyində olan torpaq sahəsini almadığını, iddiaçı faktiki istifadəsində olan torpaq sahəsini alarkən, onun torpağının hasarının və evinin olduğunu, bunu gördüyünü, iddiaçının mülkiyyət sənədində olan torpaq sahəsi ilə onun faktiki istifadəsində və sahibliyində olan torpaq sahəsinin üst-üstə düşməsinin texniki cəhətdən mümkün olmadığını bildirir. 46.Kassasiya instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə alınan ekspert rəyi ilə iddiaçının torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmasının müəyyən edilməsinə istinad etməklə iddianı təmin etmiş, apellyasiya məhkəməsi isə bu mövqe ilə razılaşmış, lakin, apellyasiya məhkəməsi iddiaçının mülkiyyət sənədi üzrə torpaq sahəsinin faktiki yerləşdiyi ərazidən kənarda olması, yəni ərazidə torpaq sahələrinin yerləşməsində sürüşmənin mövcudluğuna dair cavabdehin dəlili üzrə araşdırma aparmamışdır.Halbuki, bu halın mövcudluğunu iddiaçı özü də iddia ərizəsində göstərmişdir. Belə ki, iddia ərizəsinin məzmununa əsasən iddiaçı X5 0,025 ha torpaq sahəsini almış, sonuncunun göstərdiyi sahədə özünə fərdi yaşayış evi tikmiş və sonradan məlum olmuşdur ki, istifadəsində olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə göstərilən yerə deyil, həmin ərazi ilə həmsərhəd hissəyə aiddir.Bu zaman apellyasiya məhkəməsi tərəfindən iş üzrə alınan mütəxəssis və ekspert rəyləri Mülki Prosessual Məcəllənin 88, 101.7 və 103.1-ci maddələrinə uyğun qiymətləndirilməmişdir.Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 24 may 2023-cü il tarixli mütəxəssis rəyində (Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2023-cü il tarixli ekspert rəyi məhz bu mütəxəssis rəyinə istinadla verilmişdir) mübahisəli torpaq sahəsinin koordinatları müəyyən edilməklə, ərazinin 0,025 ha deyil, 0,031 ha olması nəticəsinə gəlinmişdir. Həmçinin rəydə torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunun müəyyən edilməsi qeyd edilsə də, bu hal vahid elektron kadastr baza məlumatlarına əsasən müəyyən olunmuşdur.Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 24 may 2023-cü il tarixli mütəxəssis rəyində (Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2023-cü il tarixli ekspert rəyi məhz bu mütəxəssis rəyinə istinadla verilmişdir) mübahisəli torpaq sahəsinin koordinatları müəyyən edilməklə, ərazinin 0,025 ha deyil, 0,031 ha olması nəticəsinə gəlinmişdir. Həmçinin rəydə torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunun müəyyən edilməsi qeyd edilsə də, bu hal vahid elektron kadastr baza məlumatlarına əsasən müəyyən olunmuşdur.Lakin iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi Torpağın mülkiyyətə verilməsinə dair JN-10723H, KOD 00500016 nömrəli şəhadətnamənin tərkib hissəsi olan 17 fevral 2004-cü il tarixli torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü sənədində iddiaçının mülkiyyətində olan torpağın hüdudları koordinatlarla deyil, qonşu sahələri ilə müəyyən edilmişdir.Cavabdeh iddiaçının torpaq sahəsinin sənədinin faktiki yerləşdiyi əraziyə uyğun olaraq tərtib olunmadığını iddia etdiyi halda, apellyasiya məhkəməsi mübahisəli sahənin onun sənədinə uyğun, yəni qonşu sahələrinə münasibətdə yerləşməsini yoxlamamışdır.Nəzərə alınmalıdır ki, mübahisəli torpaq sahəsi əvvəllər 0,06 ha torpağın tərkib hissəsi olmuş və 24 yanvar 2004-cü il tarixdə əvvəlki mülkiyyətçi X11 tərəfindən bölünərək, 0,025 ha hissəsi iddiaçıya, 0,035 ha hissəsi ilə X13 adlı şəxsə satılmışdır. Cavabdeh apellyasiya şikayətində Azər Əliyevin mülkiyyətində olan torpaq sahəsinin hüquq müəyyənedici sənədlərə uyğun yerləşməsini, iddiaçının sənədlərinə uyğunsuzluq olmasını bildirdiyi halda, apellyasiya məhkəməsi apellyasiya şikayətinin bu dəlili üzrə də hər hansı dəyərləndirmə aparmamış, iddiaya iddiaçı tərəfindən hüquqdan sui-istifadə halına yol verilməsi baxımından hüquqi qiymət verməmişdir. 47.Kollegiya qeyd edir ki, MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 48.Kollegiya qeyd edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən “X12 və Ekspertiza Mərkəzi” MMC tərəfindən tərtib edilmiş 27 may 2024-cü il tarixli, 105 saylı mütəxəsis rəyi təqdim olunmuşdur. Həmin rəyə əsasən 1. xx.xx.2004-cü il tarixli torpaq sahəsinin alğı-satqı müqaviləsinə əsasən İddiaçı Vəliyullah oğluna satılmış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri ünvanında yerləşən 0,0205ha torpaq sahəsinin sərhəddi müəyyən edilərkən məlum oldu ki, həmin torpaq sahəsi hüquqverici sənədində qeyd edildiyi kimi öz yerindədir, koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilir, faktiki sahəsi 0,031 ha təşkil edir. 2. İddiaçı Vəliyullah oğlu tərəfindən faktiki inşa edilmiş tikili ünvan 2 ünvanında yerləşən 0,025ha torpaq sahəsinin sərhəddi hüdudlarındadır. 3. Əvvəlki mülkiyyətçi X11 tərəfindən bölünərək (0,025ha hissəsi İddiaçı Vəliyullah oğluna, 0,035ha hissəsi ilə X10) satılmış torpaq sahəsinin koordinatları ilkin torpaq ayırma sahəsinə və faktiki istifadədə olan torpaq sahələrinə uyğundur. 4. Cavabdeh istifadəsində olan torpaq sahəsi ilə iddiaçının istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür, bitilik olmaqla həmsərhəddir. 5.Mübahisə predmeti olan -ünvan 2 ünvanında yerləşən 0,025 ha torpaq sahəsində Cavabdeh tərəfindən zəbt edilməsi halı mövcud deyil. 6. Həmin torpaq sahəsində Cavabdeh tərəfindən hər hansı qanunsuz tikili inşa edilməmişdir. 49.Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə mübahisəli məsələnin həlli məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin edilərək ekspert rəyi alınmışdır. 50.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024- cü il tarixli, 3-16-16/2-10/4714 nörməli eksert rəyinə əsasən:Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeyldiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, **********90 reyestr nömrəli Çıxarışa əsasən ünvan 3 ünvanında 0,035 ha sahəsi X8 adına qeydiyyata alınmışdır. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, X8 adına qeydiyyata alınmış torpaq sahəsi JN-10721H №-li Torpağın Mülkiyyətə Verilməsinə dair “Şəhadətnamə” əsasında qeydiyyata alınmaqla koordinatları aşağıdakı kimi müəyyən edilmişdir: X413169,12 Y4474664,72 X413183,38 Y4474669,73 X413188,83 Y4474653,42 X413168,55 Y4474647,62 X413163,21 Y4474662,89 Baxış zamanı ilkin olaraq İddiaçı Vəliyullah oğlunun faktiki istifadəsində olan torpaq sahəsinə baxış keçirildi. Həmin torpaq sahəsi yolun (Aşıq Pəri küçəsi) kəndində yerləşməklə şimal istiqamətində dalan, şərq istiqamətində yol, cənub istiqamətdə X8 istifadəsində olan torpaq sahəsi, qərb istiqamətdən Cavabdeh istifadəsində olan torpaq sahəsi ilə qonşuluq təşkil edir. Torpaq sahəsinin üzərində iki mərtəbəli fərdi yaşayış evi və həyət tikililəri mövjuddur. GPS vasitəsilə aparılmış ölçü işlərinə əsasən İddiaçı Vəliyullah oğlunun faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,031 hektar olmaqla koordinatları aşağıdakı kimidir: X413157,81 Y4474676,03 X413162,08 Y4474662,50 X413178,97 Y4474682,39 X413183,38 Y4474669,73 Daha sonra Cavabdeh istifadəsində olan sahəyə baxış keçirildi. Həmin torpaq sahəsi şimal istiqamətində yol, şərq istiqamətində İddiaçı Vəliyullah oğlunun faktiki istifadəsində olan torpaq sahəsi və X8 istifadəsində olan torpaq sahəsinin bir hissəsi ilə, cənub istiqamətdə və qərb istiqamətlərdə isə digər şəxslərin istifadəsində olan torpaq sahələri ilə həmsərhəddir. Torpaq sahəsinin üzərində bir mərtəbəli fərdi yaşayış evi mövcuddur. GPS vasitəi ilə aparılmış ölçü işlərinə əsasən Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,0505 hektar olmaqla koordinatları aşağıdakı kimi müəyyən edildi: X413140,01 Y4474668,28 X413157,46 Y4474676,22 X413167,32 Y4474646,91 X413160,43 Y4474644,64 X413159,36 Y4474669,01 X413147,95 Y4474646,09 Daha sonra X8 istifadəsində olan sahəyə baxış keçirildi. Həmin torpaq sahəsi yolun (Aşıq Pəri küçəsi) kənarda yerləşməklə şimal tərəfdən İddiaçı Vəliyullah oğlunun faktiki istifadəsində olan torpaq sahəsi, şərq istiqamətində yol, cənub istiqamətdə digər şəxsin istifadəsində olan torpaq sahəsi ilə qonşuluq təşkil edir. Torpaq sahəsinin üzərində iki mərtəbəli fərdi yaşayış evi və həyət tikililəri mövcuddur. GPS vasitəsi ilə aparılmış ölçü işlərinə əsasən X8 faktiki istifadəsində olan torpaq sahəsinin blçüsü 0,035 hektar olmaqla koordinatları aşağıdakı kimi müəyyən edilir: X413169,12 Y4474664,72 X413183,38 Y4474669,73 X413188,83 Y4474653,42 X413168,55 Y4474647,62 X413163,21 Y4474662,89 JN-10723H №-li “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə” ilə (xx.xx.2004-cü il tarixli torpaq sahəsinin alğı-satqı müqaviləsinə əsasən) İddiaçı Vəliyullah oğluna satılmış, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin istinad nöqtələrindən olan məsafələri və koordinatları Şəhadətnamənin tərkib hissəsi olan “Torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü” hissəsində göstərilmədiyindən, JN-10723H №-li “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə”də qeyd olunan 0,025 ha torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan 0,031 ha. torpaq sahəsinin ilə üst-üstə düşüb düşməməsini müəyyən etmək mümkün olmamışdır. Aparılmış müqayisəli tədqiqatla müəyyən olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeyldiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, **********90 reyestr nömrəli X1 adına qeydiyyata alınmış ünvan 3 ünvanında 0,035 ha sahəsinin xx.xx.2012-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlarla X8 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Beləliklə, ekspert rəy verərək qeyd etmişdir ki, -JN-10723H №-li “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə” ilə (xx.xx.2004-cü il tarixli torpaq sahəsinin alğı-satqı müqaviləsinə əsasən) İddiaçı Vəliyullah oğluna satılmış, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin istinad nöqtələrindən olan məsafələri və koordinatları Şəhadətnamənin tərkib hissəsi olan “Torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü” hissəsində göstərilmədiyindən, JN-10723H №-li “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə”də qeyd olunan 0,025 ha torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan 0,031 ha. torpaq sahəsinin ilə üst-üstə düşüb düşməməsini müəyyən etmək mümkün olmamışdır. -İş materiallarına əlavə edilmiş bölgü planında qeyd olunanlara əsasən, İddiaçı satılmış 0,025 ha. torpaq sahəsi ilə X3 0,035 ha. torpaq sahəsi A.Pəri küçəsi istiqamətində yerləşməklə bir-birinə bitişik qonşu sahələr olmasını, **********90 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-1072 №-li “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə”) X8 adına qeydiyyata alınmış torpaq sahəsinin sənəd üzrə koordinatları ilə faktiki koordinatlarının üst-üstə düşməsini, eyni zamanda faktiki vəziyyətdə İddiaçı istifadəsində olan torpaq sahəsi ilə X8 istifadəsində olan torpaq sahəsinin bölgü planına uyğun olaraq bitişik qonşu sahələr olmasını nəzərə alaraq, 24.01,2004-cü il tarixli torpaq sahəsinin alğı-satqı müqaviləsinə əsasən İddiaçı Vəliyullah oğluna satılmış torpaq sahəsi ilə İddiaçı Vəliyullah" oğlunun faktiki istifadəsində olan torpaq sahəsinin üstüstə düşdüyü müəyyən edilmişdir. Belə olan halda İddiaçı Vəliyullah oğlunun faktiki istifadəsində olan torpaq sahəsi ilə Cavabdeh istifadəsində olan torpaq sahəsi qonşuluqda olmaqla üst-üstə düşmədikləri müəyyən edilmişdir. -İddiaçı Vəliyullah oğlunun faktiki istifadəsində olan torpaq sahəsi ilə X8 faktiki istifadəsində olan torpaq sahəsi qonşu torpaq sahələri olmaqla, iş materiallarına əlavə edilmiş bölgü planında qeyd olunan istiqamətlərdə həmsərhəd olduğu müəyyən edilmişdir. 51.Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəsisinin rəyi tələb olunsa da, həmin rəy məhkəməyə daxil olmamış, kollegiya hazırkı işin prosessual müddətlərini nəzərə alaraq, işdə olan digər mütəxəsis rəyini və ekspert tərəfindən verilmiş rəydə GPS vasitəsi ilə aparılmış ölçü işlərinə əsasən koordinatlar nəzərə alınmaqla müfəssəl rəy verildiyini nəzərə alaraq, işə baxılmasını mümkün hesab etmişdir. 52.Beləliklə kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 53.Digər təfəfdən kollegiya qeyd edir ki, 24 may 2023-cü il tarixli mütəxəssis rəyi (Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2023-cü il tarixli ekspert rəyi məhz bu mütəxəssis rəyinə istinadla verilmişdir) ətraflı araşdırma aparılmadan verilmişdir. MPM-nin 64-cü maddəsinə əsasən mütəxəsis zəruri biliyə malik olmaqla, ekspert MPM-nin 63-cü maddəsinə əsasən xüsusi biliyə malikdir. Buna görə də, kollegiya əvvəlki mütəxəsis məsləhəti və ekspert rəyini mötəbər sübut kimi qəbul etmir. 54.Belə ki, kollegiya qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 24 may 2023-cü il tarixli mütəxəssis rəyində (Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2023-cü il tarixli ekspert rəyi məhz bu mütəxəssis rəyinə istinadla verilmişdir) mübahisəli torpaq sahəsinin koordinatları müəyyən edilməklə, ərazinin 0,025 ha deyil, 0,031 ha olması nəticəsinə gəlinmişdir. Həmçinin rəydə torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunun müəyyən edilməsi qeyd edilsə də, bu hal vahid elektron kadastr baza məlumatlarına əsasən müəyyən olunmuşdur. 55.İddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi Torpağın mülkiyyətə verilməsinə dair JN-10723H, KOD 00500016 nömrəli şəhadətnamənin tərkib hissəsi olan 17 fevral 2004-cü il tarixli torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü sənədində iddiaçının mülkiyyətində olan torpağın hüdudları koordinatlarla deyil, qonşu sahələri ilə müəyyən edilmişdir. 56.Məhkəmə isə iddiaçının torpaq sahəsini qonşu sahələrinə münasibətdə yerləşməsini yoxlamamışdır. 57.Belə ki, mübahisəli torpaq sahəsi əvvəllər 0,06 ha torpağın tərkib hissəsi olmuş və 24 yanvar 2004-cü il tarixdə əvvəlki mülkiyyətçi X11 tərəfindən bölünərək, 0,025 ha hissəsi iddiaçıya, 0,035 ha hissəsi ilə X13 adlı şəxsə satılmışdır. İddiaçı və X8 torpaq sahələri sərhəddir. Cavabdeh apellyasiya şikayətində Azər Əliyevin mülkiyyətində olan torpaq sahəsinin hüquq müəyyənedici sənədlərə uyğun yerləşməsini qeyd etmişdir. 58.Hazırda keçirilən ekspert rəyi ilə də müəyyən olunur ki, İddiaçı satılmış 0,025 ha. torpaq sahəsi ilə X3 0,035 ha. torpaq sahəsi A.Pəri küçəsi istiqamətində yerləşməklə bir-birinə bitişik qonşu sahələrdir. Torpaq sahəsinin Azər Əliyevə məxsus hissəsinin alındığı yerdə yerləşməsi, iddiaçıya məxsus hissəsinin isə ayrı yerdə yerləşməsi texniki cəhətdən mümkün deyil. Çünki bu iki torpaq sahəsi satılmazdan əvvəl bir torpaq sahəsi olmuş, sonra iki yerə bölünərək satılmış, yerləşdiyi yerlər dəyişməmişdir. **********90 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN- 1072 №-li “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə”) X8 adına qeydiyyata alınmış torpaq sahəsinin sənəd üzrə koordinatları ilə faktiki koordinatları üst-üstə düşür. Həmçinin faktiki vəziyyətdə İddiaçı istifadəsində olan torpaq sahəsi ilə X8 istifadəsində olan torpaq sahəsinin bölgü planına uyğun olaraq bitişik qonşu sahələrdir. Buna görə də, xx.xx.2004-cü il tarixli torpaq sahəsinin alğı-satqı müqaviləsinə əsasən İddiaçı Vəliyullah oğluna satılmış torpaq sahəsi ilə İddiaçı Vəliyullah oğlunun faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. 59.Beləliklə, ekspert tərəfindən müəyyən etmişdir ki, İddiaçı Vəliyullah oğlunun faktiki istifadəsində olan torpaq sahəsi ilə Cavabdeh istifadəsində olan torpaq sahəsi qonşuluqda olmaqla üst-üstə düşmürlər. 60.Göründüyü kimi iddiaçı mülkiyyətində olan torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz olaraq tikinti işlərinin həyata keçirilməsini, cavabdehin istifdəsində olan torpaq sahəsinin faktiki olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsi olmasını iddia etsə də, iş üzrə əldə edilmiş ekspert rəyi və cavabdeh tərəfindən təqdim olunmuş mütəxəsis məsləhəti ilə xx.xx.2004-cü il tarixli torpaq sahəsinin alğı-satqı müqaviləsinə əsasən İddiaçı Vəliyullah oğluna satılmış torpaq sahəsi ilə İddiaçı Vəliyullah oğlunun faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşdüyü, iddiaçının faktiki istifadəsində olan toopaq sahəsinin X8 istifadəsində olan torpaq sahəsinin bölgü planına uyğun olaraq bitişik qonşu sahələr olması, **********90 reyestr nömrəli X1 adına qeydiyyata alınmış torpaq sahəsinin sənəd üzrə koordinatları ilə faktiki koordinatlarının üst-üstə düşməsi, İddiaçı Vəliyullah oğlunun faktiki istifadəsində olan torpaq sahəsi ilə Cavabdeh istifadəsində olan torpaq sahəsinin qonşuluqda olmaqla üst-üstə düşmədikləri müəyyən edilmişdir. 61.Kollegiya hesab edir ki, göstərilən halları araşdırmadan və qiymətləndirmədən birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. 62.Belə olan halda kollegiya hesab edir ki, məhkəmə iddia tələbini təmin edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Buna görə də qətnamə ləğv edilərək, yeni qətnamə qəbul edilməlidir. 63.Beləliklə işin müəyyən edilmiş faktiki hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsi iş materialları ilə öz təsdiqini tapmadığından, həmçinin ekspert rəyi və mütəxəsis məsləhətinin işdə olan digər sübutlarla müqayisəli təhlili nəticəsində İddiaçı Vəliyullah oğlunun faktiki istifadəsində olan torpaq sahəsi ilə Cavabdeh istifadəsində olan torpaq sahəsi qonşuluqda olmaqla üst-üstə düşmədikləri, həmsərhəd olduğu müəyyən edildiyindən iddia tələbi əsassız olmaqla təmin edilə bilməz. 64.“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. 65.Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ-aktlarda müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin mənmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüqüqun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 66.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırki halda iddiaçı subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. 67.Kollegiya iddiaçının təkrar ekspertiza keçirilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, işdə olan hazırkı ekspert rəyini şübhə altına ala biləcək mötəbər sübutlar təqdim olunmamışdır. 68.Digər tərəfdən, məhkəmə hazırki iddianın qaldırılması ilə iddiaçı tərəfindən hüquqdan suiistifadə halına yol verilməsi baxımından hüquqi qiymət verməmişdir. 69.Belə ki, Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. İddiaçı məhkəmə kollegiyasının iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun faktiki istifadəsində olan torpaq sahəsinə görə çıxarış verilsə belə, o, cavabdehin istifadsində olan torpaq sahəsini də tələb edir. 70.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları). 71.Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olubolmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. 72.Oxşar mövqe X9 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. 73.Hazırki iddiadan, ekspert rəyi və mütəxəsis məsləhətidən görünür ki, iddiaçı 2004-cü ildə əldə etdiyi torpaq sahəsində ev inşa etmiş və ondan təyinatı üzrə istifadə edir. Cavabdeh də mübahisəli torpaq sahəsində tikililər inşa edib və onlardan istifadə edir. İddiaçı cavabdehin torpaq sahəsində ev tikiməsi, orada yaşamasından məlumatlı olmuş və ötən 20 ilə yaxın müddətdə buna etiraz etməmişdir. 74.Hazırda iddiaçı cavabdehin istifadəsində olan torpaq sahəsinin ona satılan torpaq sahəsi olmasını iddia etməklə, cavabdehin həmin sahədən çıxarılmasını, sonuncunun inşa etdiyi tikililərin isə öz hesabına sökülməsini tələb edir. 75.Məhkəmə nəzərə almamışdır ki, iddianın bu qaydada təmin olunması nəticəsində iddiaçının istifadəsində olan torpaq sahəsi əsassız olaraq artacaq (faktiki istifadəsində olan torpaq sahəsi sahibliyində qalmaqla və cavabdehin istifadəsində olan torpaq sahəsi ona verilməklə), cavabdeh isə ümumiyyətlə torpaqdan və üzərində olan tikililərdən mərhum olunacaqdır. 76.Kollegiya qeyd edir ki, cavabdehin tikililərinin hüquq müəyyənedici sənədlərinin olmaması Mülki Məcəllənin qeyd olunan normasının tətbiqini istisna etmir. 77.Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsinə əsasən “mənzil” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla yaradılmış binalarla məhdudlaşmır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan müstəqil anlayışdır. Ayrı-ayrı anlayışların Konvensiyanın 8-ci maddəsi ilə müdafiə olunan “mənzil” anlayışına uyğun olub-olmaması, faktiki şəraitə əsasən, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olaraq qiymətləndiriləcəkdir (bax: Prokopoviç Rusiyaya qarşı, № 58255/00, § 36, AİHM 2004) 78.Misal üçün, Məmmədova Azərbaycana qarşı 06 iyun 2023-cü il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçi sözügedən binada 1996-cı ildən ailəsi ilə birlikdə yaşayırdı və bu fakt hökumət tərəfindən mübahisələndirilməmişdir. Buna görə də, Konvensiyanın 8-ci maddəsinin müddəalarına əsasən, bina ərizəçinin mənzili idi. Ərizəçinin şikayətinə Konvensiyanın 8-ci maddəsi tətbiq edilə bilər. 79.Kollegiya həmçinin qeyd edir ki, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddia təmin edilmədiyindən iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat pul iddiaçı Cavabdeh tutularaq ekspertiza mərkəzinin hesabına köçürülməlidir. 80.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(008)-210/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul iddiaçı Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Günay Axundova

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar