Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3214/2025 01.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maneələrin aradan qaldırılması və fərdi yaşayış evindən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(003)-18/2025 nömrəli qərardadından Cavabdeh1 şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Xəzər RM-nin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, iş üzrə icraata hissəvi xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli qərardaddan İddiaçı şikayəti təmin olunsun, həmin qərardad ləğv olunsun, Cavabdeh1 və Cavabdeh2 cavabdeh qismində tanınsın. Cavabdeh1 şikayətində tələb olunub ki, xx.xx.2025-ci il tarixli qərardad ləğv olunsun, xx.xx.2025-ci il tarixli qərardaddan İddiaçı şikayəti təmin edilməsin. Birinci instansiya məhkəməsi şikayətə baxaraq onu təmin etməyib və şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib. Şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalıdır. Belə ki, xx.xx.2025-ci il tarixli qərardaddan şikayət verilə bilməz. AR Mülki Prosessual Məcəlləsinin 395.1-ci maddəsindən görünür ki, birinci instansiya məhkəmələrinin qərardadlarından iki halda şikayət verə bilər: birinci, MPM-də göstərilən hallarda; ikinci, qərardad işin sonrakı hərəkətinə mane olduqda. İcraata xitam verilməsi barədə qərardadın ləğv edilməsinə dair qərardaddan şikayət verilməsi MPM-də nəzərdə tutulmayıb və həmin qərardad işin sonrakı hərəkətinə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 366-cı maddəsinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(003)-18/2025 nömrəli qərardadından Cavabdeh1 şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3214/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3214/2025
01.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver