Məhkəmə qərarları › İş №2(103)-3215/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3215/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3215/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Hüseynov Xəqani Füzuli oğlunun, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-152/2019 saylı iş üzrə 02 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – Cavabdeh1 iddiaçının xeyrinə 20.11.2007-ci il tarixli kredit müqaviləsi üzrə banka 29503,25 ABŞ dolları əsas, 9984,03 ABŞ dolları faiz, 155,13ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 39642,41 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən, 2 otaqlı, 30,05 kv.m ümumi sahədən ibarət 25 nömrəli evin 96 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən, 2 otaqlı, 30,05 kv.m ümumi sahədən ibarət 25 nömrəli evin 96 nömrəli mənzilinin hərracdan satışından əldə olunanvəsait hesabına "xxxx" İKB ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən, 2 otaqlı, 30,05 kv.m ümumi sahədən ibarət 25 nömrəli evin 96 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.11.2007-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20.11.2007-ci tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx"İKB ASC-dən illik 15,5%-lə 240 ay müddətinə 35000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Borcun təminatı olaraq, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən, 2 otaqlı, 30,05 kv.m ümumi sahədən ibarət 25 nömrəli evin 96 nömrəli mənzili 20.11.2007-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 20.11.2007-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 4.7-ci bəndinə əsasən bank 0,5 faizlə cərimə hesablayıb borcludan tələb edir. 08.01.2018-ci il tarixədək Cavabdeh1 20.11.2007-ci il tarixli kredit müqaviləsi üzrə banka 29503,25 ABŞ dolları əsas, 9984,03 ABŞ dolları faiz, 155,13 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 39642,41 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-152/2019 saylı, 02 avqust 2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış RBB(i)010 saylı, 20 noyabr 2007-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, ödəniş gününə qüvvədə olan məzənnə ilə Cavabdeh1 29503,25 (iyirmi doqquz min beş yüz üç dollar 25 sent) ABŞ dolları məbləğində əsas borc, 9984,03 (doqquz min doqquz yüz səksən dörd dollar 03 sent) ABŞ dolları məbləğində faiz borcu, 155,13 (yüz əlli beş dollar 13 sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə 39642,41 (otuz doqquz min altı yüz qırx iki dollar 41 sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, 30 (otuz) manat məbləğində dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının alınaraq "xxxx" İKB ASC-yə ödənilməsi, tələb Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 25 saylı evin, 96 saylı mənzilinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 25 saylı evin, 96 saylı mənzilinin ilkin satış qiymətinin 73000 (yetmiş üç min) manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən "xxxx" İKB ASC-yə olan borcun ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 25 saylı evin, 96 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 bir ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-521/2020 saylı, 12 mart 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2(011)- 152/2019 saylı qətnaməsi cavabdehdən kredit üzrə tutulan borcun valyutası və məbləği hissəsində dəyişdirilməsi, Cavabdeh1 "xxxx" İKB ASC-nin xeyrinə 08 yanvar 2018-ci il tarixə hesablanaraq tutulmalı olan əsas kredit borcu 28394,07 manat (iyirmi səkkiz min üç yüz doxsan dörd manat, yeddi qəpik), faiz borcu 7295,42 manat (yeddi min iki yüz doxsan beş manat qırx iki qəpik), cərimə üzrə borc 155,13 manat (bir yüz əlli beş manat on üç qəpik), ümumi borc isə 35844,62 manat (otuz beş min səkkiz yüz qırx dörd manat altmış iki qəpik) məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh1 aid edilməsi, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci hesabına "xxxx" İKB ASC-dən 72,50 manat (yetmiş iki manat əlli qəpik), Cavabdeh1 72,50 manat (yetmiş iki manat əlli qəpik) məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı "xxxx" İKB ASC tərəfindən verilmiş kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4465/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qərarı ilə "xxxx" İKB ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-521/2020 nömrəli iş üzrə 12 mart 2020-ci il tarixli qətnaməsi tutulan kredit borcunun valyutası və məbləğinə aid hissələrdə ləğv edilməsi, iş həmin hissələrdə yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəflər mübahisəni aralarında barışıqla həll etdiklərini bildirərək, təqdim etdikləri barışıq sazişinin şərtləri təsdiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Hüseynov Xəqani Füzuli oğlu tərəflər mübahisəni aralarında barışıqla həll etdiklərini bildirərək, təqdim etdiyi barışıq sazişinin şərtləri təsdiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-152/2019 saylı, 02 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş 03 noyabr 2021-ci il tarixli barşıq sazişindən görünür ki, bir tərəfdən iddiaçı "xxxx" ASC-nin (VÖEN **********) İdarə Heyətinin sədri Anar Həsənovun şəxsində, digər tərəfdən cavabdehlər Cavabdeh1 və Ağayeva Amaliya Əlibala qızının şəxsində, Bakı Apellyasiya Məhkəməsinin icraatına 2(103)-3215/2021 saylı mülki iş üzrə mübahisənin sülh yolu ilə həll edilməsi üçün, Azərbaycan Respublilkası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü və 191-ci maddəsinə əsasən aşağıdakı şərtlər əsasında bu barışıq sazişini bağladılar:

1. Borclu Cavabdeh1 "xxxx" ASC-yə 21 noyabr 2007-ci il tarixli kredit razılaşması və Bakı şəhəri Xətai Rayon Məhkməsinin 02.08.2019-cu il tarixli, 2(011)-152/2019 saylı qətnaməsi üzrə 29503.25 ABŞ dolları əsas, 9984.03 ABŞ dolları faiz borcu, 155.13 ABŞ dolları məbləğində cərimə olunmaqla cəmi 39642.41 ABŞ dolları borcunun olmasını qəbul etmiş və qətnamə çıxan tarixdən 03.11.2021-ci il tarixəsək 16801.96 ABŞ dolları ödəniş etmişdir.

2. 21 noyabr 2007-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Ağayeva Amaliya Əlibala qızının mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 25, mənzil 96-nın likvid qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 50000 AZN məbləğində müəyyən edilsin.

3. Borclu 17693.29 ABŞ dolları (12701.29 ABŞ dolları əsas borc, 4992 ABŞ dolları faiz borcu) məbləğində vəsaiti sazişdə göstərilən ardıllıqla razılşadırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdəsinə götürür.

4. Sazişin 3-cü bəndindəki ödəniş qrafiki üzrə öhdəlik tam icra edildiyi halda faiz üzrə 4992.03 ABŞ dolları, cərimə üzrə 155.13 ABŞ dolları məbləğində borcu Cavabdeh1 güzəşt etməyi, Ağayev Amaliya Əlibala qızının mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 25, mənzil 96-nı girovdan azad etməyi (dövlət rüsumu cavabdeh tərəfindən ödəməklə şərtilə) və borcun olmaması haqqında məktubu borcluya verməyi "xxxx" ASC öz öhdəsinə götürür.

5. Ödənişlərin bu sazişin 3-cü bəndində müəyyən edilmiş ödəniş tarixlərinə münasibətdə icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi pozulmuş hesab edilsin, 22840.45 ABŞ dolları borcu, sazişin 2-ci bəndində göstərilən, bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymət açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait borclunun Banka olan borcuna ödənilsin. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilməsi üçün müvafiq İcra şöbəsinin (depozit) hesabına köçürülsün. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borclulardan müştərək qaydada Bankın xeyrinə tutulsun.

6. Sazişin 2-ci bənində qeyd edilən əmlakın təsadüfi məhz olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır.

7. Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

8. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımənca icra edilməməsi icra icraatının başlanması üçün əsasıdır.

9. Barışıq sazişi hazırki işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq Sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

10. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.

11. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.

12. Bu barışıq sazişi 4(dörd) nüsxədə Bakı şəhərində 03 noyabr 2021-ci il tarixdə imzalanmışdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Mübahisə edən tərəflərin iradələrinə uyğun olaraq aralarında bağlanılmış barışıq sazişi təsdiq olunmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 370, 384.0.5, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı "xxxx" ASC və cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasındakı saziş aşağıdakı kimi təsdiq edilsin:

1. Borclu Cavabdeh1 "xxxx" ASC-yə 21 noyabr 2007-ci il tarixli kredit razılaşması və Bakı şəhəri Xətai Rayon Məhkməsinin 02.08.2019-cu il tarixli, 2(011)-152/2019 saylı qətnaməsi üzrə 29503.25 ABŞ dolları əsas, 9984.03 ABŞ dolları faiz borcu, 155.13 ABŞ dolları məbləğində cərimə olunmaqla cəmi 39642.41 ABŞ dolları borcunun olmasını qəbul etmiş və qətnamə çıxan tarixdən 03.11.2021-ci il tarixəsək 16801.96 ABŞ dolları ödəniş etmişdir.

2. 21 noyabr 2007-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Ağayeva Amaliya Əlibala qızının mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 25, mənzil 96-nın likvid qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 50000 AZN məbləğində müəyyən edilsin.

3. Borclu 17693.29 ABŞ dolları (12701.29 ABŞ dolları əsas borc, 4992 ABŞ dolları faiz borcu) məbləğində vəsaiti sazişdə göstərilən ardıllıqla razılşadırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdəsinə götürür.

4. Sazişin 3-cü bəndindəki ödəniş qrafiki üzrə öhdəlik tam icra edildiyi halda faiz üzrə 4992.03 ABŞ dolları, cərimə üzrə 155.13 ABŞ dolları məbləğində borcu Cavabdeh1 güzəşt etməyi, Ağayev Amaliya Əlibala qızının mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 25, mənzil 96-nı girovdan azad etməyi (dövlət rüsumu cavabdeh tərəfindən ödəməklə şərtilə) və borcun olmaması haqqında məktubu borcluya verməyi "xxxx" ASC öz öhdəsinə götürür.

5. Ödənişlərin bu sazişin 3-cü bəndində müəyyən edilmiş ödəniş tarixlərinə münasibətdə icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi pozulmuş hesab edilsin, 22840.45 ABŞ dolları borcu, sazişin 2-ci bəndində göstərilən, bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymət açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait borclunun Banka olan borcuna ödənilsin. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilməsi üçün müvafiq İcra şöbəsinin (depozit) hesabına köçürülsün. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borclulardan müştərək qaydada Bankın xeyrinə tutulsun.

6. Sazişin 2-ci bənində qeyd edilən əmlakın təsadüfi məhz olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır.

7. Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

8. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımənca icra edilməməsi icra icraatının başlanması üçün əsasıdır.

9. Barışıq sazişi hazırki işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq Sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

10. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.

11. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.

12. Bu barışıq sazişi 4(dörd) nüsxədə Bakı şəhərində 03 noyabr 2021-ci il tarixdə imzalanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-152/2019 saylı iş üzrə 02 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilsin. Tərəflərə sazişin şərtlərinin pozulması ilə bağlı şərtlərin məcburi qaydada həyata keçirilməsini məhkəmədən tələb etmək, barışıq sazişinin şərtləri pozulduğu təqdirdə icra vərəqəsi verilməsini və məcburi icra hərəkətlərini tələb etmək, bunun nəticəsində vurulmuş birbaşa zərərin ödənilməsini tələb etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar