Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3238/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh3, Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh4 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X7, X4, Bakı şəhəri 50 nömrəli notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “alqı-satqı müqavilələrinin, əvəzsiz istifadə müqaviləsinin və çıxarışların ləğv edilməsi, daşınmaz əmlakın geri qaytarılması tələbinə dair” ilkin; Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Gilan Holdinq” Şirkətlər Qrupuna qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı; Cavabdeh1 cavabdeh “Gilan Holdinq” Şirkətlər Qrupu və onun tərkibinə daxil olan və nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı; müstəqil tələb irəli sürən üçüncü şəxslər X7 və X1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli 2(005)-324/2021 saylı qətnaməsindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X7, X4 və X9 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 50 saylı notariat kontorunda tərtib edilmiş MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı, xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqavilələrinin və xx.xx.2018-ci il tarixli əvəzsiz istifadə müqaviləsinin; MMC ilə Cavabdeh2 və Cavabdeh1 təmsilçisi Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı, xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı və xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı alqı-satqı müqavilələrinin; MMC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı alqı-satqı müaviləsinin və MMC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilələr əsasında verilmiş çıxarışların və bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, əmlakın MMC-nin mülkiyyətinə qaytarılması, xx.xx.2012-ci il tarixli, 17/112 saylı mənzil alqı-satqısına və zaminliyə dair müqaviləyə xx.xx.2012-ci il tarixli 1 nömrəli əlavədə göstərilən Cavabdeh2 və Cavabdeh1 təhvil verilmiş, binanın 2-ci girişi, 6-cı mərtəbəsində yerləşən 53 saylı mənzilin boşaldılaraq MMC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı, xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqavilələrinin və xx.xx.2018-ci il tarixli əvəzsiz istifadə müqaviləsinin və MMC ilə Cavabdeh2 və Cavabdeh1 təmsilçisi Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı, xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı və xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında verilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli 574652 nömrəli, xx.xx.2019-cu il tarixli 574651 nömrəli və xx.xx.2020-ci il tarixli 574655 nömrəli çıxarışların ləğv edilməsi, MMC-nin iddiasındakı “həmin daşınmaz əmlakların şirkətə qaytarılması” barədə tələbin xx.xx.2020-ci il tarixdə cavabdehlərin həmin daşınmaz əşyalardan çıxarılmasını nəzərə alaraq rədd edilməsi (çünki həmin əşyalar artıq cavabdehlərin sahibliyində deyil), MMC-dən və onun tərkibinə daxil olduğu Holdinqdən 2.935.897 ABŞ dolları və 630.000 manatın Cavabdeh2 xeyrinə ödənilməsi, həmin məbləğ tam ödənilənədək icarə haqqı olaraq onlardan Cavabdeh3 xeyrinə 850 manat və Günel Məmmədovanın xeyrinə hər ay 750 manat, eyni zamanda əldən çıxmış fayda kimi Cavabdeh2 xeyrinə hər ay 1.500 manat ödənilməsi, Cavabdeh4 və Cavabdeh5 qarşı irəli sürülən iddiaların rədd edilməsi, məhkəmə xərclərinin (vəkillərin əmək haqqı kimi 510 manat, dövlət rüsumu kimi 30 manat və bundan sonra çəkiləcək xərclər) MMC-dən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh1 da qarşılıqlı iddia ərizəsi verərək, digər cavabdehlərlə eyni tələbləri irəli sürmüşdür. Cavabdehlər Turan Haqverdiyeva və Günel Məmmədova da öz növbəsində iddia ərizəsi ilə müraciət edərək, MMC-dən Turan Haqverdiyevanın xeyrinə 100.000 manat mənəvi zərər, 30.000 manat yaxşılaşdırma xərcləri və 579.000 manat mənzilin qiyməti olmaqla, cəmi 709.000 manatın; Günel Məmmədovanın xeyrinə isə 100.000 manat mənəvi zərər, 15.000 manat yaxşılaşdırma xərcləri və 429.000 manat mənzilin qiyməti olmaqla, cəmi 544.000 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-324/2021 nömrəli iş üzrə 19 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Gültəkin Əsədova) ilk iddia tələbi təmin edilmiş, Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş, İddiaçı MMC ilə Cavabdeh1 və X2 arasında bağlanmış, reyestrdə 4Ə-74 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh1 və X6 arasında bağlanmış, reyestrdə 4Ə-73 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh1 və X2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1551 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh1 və X2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1549 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqısatqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh1 və X2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1550 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh4 arasında bağlanmış, reyestrdə 4Ə-1379 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh5 arasında bağlanmış, reyestrdə 4Ə-1380 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqısatqı müqavilələri və "xxxx" MMC ilə Cavabdeh1 və X2 arasında bağlanmış, reyestrdə 3M- 46 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli əvəzsiz istifadə müqaviləsinin ləğv edilməsi, həmin müqavilələr əsasında verilmiş çıxarışlar, Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-111 və 4Ə-112 reyestr nömrələri ilə qeyd edilmiş hədiyyə verənlər Cavabdeh1, Cavabdeh2 hədiyyə alan X7 və X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli bağışlama müqavilələri və onların nəticələrinin etibarsız hesab edilməsi və əmlakların İddiaçı MMC-nin mülkiyyətinə qaytarılması, 25 yanvar 2012-ci il tarixli, 17/112 saylı mənzil alqı-satqısına və zaminliyə dair müqaviləyə, 17 sentyabr 2012-ci il tarixli ƏLAVƏ № 1-də göstərilən, Cavabdeh1 və X5 təhvil verilmiş, Bakı şəhəri Nərimanov rayonu M.Nagıyev küçəsi 1927-ci məhəllədə 14 mərtəbəli yaşayış binasının 2-ci girişi, 6-cı mərtəbəsində yerləşən 53 saylı mənzilin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması, qarşılıqlı iddiaların və müstəqil tələbin isə rədd olunması qət edilmişdir. Qətnamədən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X7, X4 və X9 tərəfindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın 51 və 52-ci mənzillərə, yəni cavabdehlər Natiq Məmmədov və Cavabdeh5 aid hissəsi istisna olmaqla, hər iki iddianın təmin olunması, yəni iddiaçının mübahisələndirdiyi mənzillərin və obyektlərin ona qaytarılması, iddiaçıdan isə 2.935.897 ABŞ dolları və 630.000 manat alınaraq bərabər paylarla olmaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1901/2022 nömrəli iş üzrə 16 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və F.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-13/2023 saylı 23 fevral 2023-cü il tarixli qərarı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, 3-cü şəxslər X7 və X4, maraqlı şəxs kimi X9 tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2022-ci il tarixli qətnaməsi qismən, qarşılıqlı iddia üzrə 2.935.897 ABŞ dolları pul tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni baxışa göndərilmiş, qarşılıqlı iddia üzrə 630.000 manat maddi və mənəvi ziyan tələbinin rədd edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kollegiya tərəfindən X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs X8 məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, 16 may 2023-cü il tarixli məhkəmə iclasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qətnaməsinin mahiyyətindən xəbər tutmuş və bundan sonra qətnamədən apelyasiya şikayəti vermişdir. Ona görə də MPM-nin 384.0.6-cı maddəsinə əsasən işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli sorğusu ilə mülki iş üzrə maraqlı şəxs X8 tərəfindən verilmiş şikayətin iş materiallarına əlavə edilməsi məqsədi ilə hazırda Bakı Apellyasiya Məhkəməsində olan mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi üçün müvafiq göstərişin verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər mülki işin apelyasiya baxışından çıxaralaraq birinci instansiya məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər isə məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, qətnamədən üçüncü şəxs X8 tərəfindən verilmiş apelyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 360-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apelyasiya baxışından çıxarılaraq həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 364.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, iş üzrə qəbul edilmiş qətnamədən verilmiş apelyasiya şikayətinin mülki prosessual normalara uyğun verilib-verilməməsinin yoxlanılması həmin qətnaməni qəbul etmiş birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli 2(005)- 324/2021 saylı qətnaməsindən üçüncü şəxs X8 tərəfindən verilmiş apelyasiya şikayəti məhkəməyə daxil olan zaman mülki iş artıq Bakı Apelyasiya Məhkəməsində olmuş və bu səbəbdən məhkəmə MPM-nin yuxarıda qeyd edilmiş tələblərinə əməl edə bilməmişdir. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli 2(005)- 324/2021 saylı qətnaməsindən üçüncü şəxs X8 tərəfindən verilmiş apelyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün apelyasiya baxışından çıxarılsın və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3238/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3238/2023
30.05.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver