Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3241/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atxxxxliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 və Cavabdeh1 nümayəndəsi və vəkili X7 iştirakları ilə, İddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X9 qarşı kredit müqaviləsi üzrə “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından cavabdehlər Cavabdeh1, X12, həmçinin maraqlı şəxslər X10 və X11 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X1, Əli-X15, “xxxx”xxxx«xxxx MMC»-dən və X4 müştərək qaydada iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 09R000005432 saylı kredit razılaşması üzrə 478.156 ABŞ dolları məbləğində kredit borcunun, 54.943 ABŞ dolları məbləğində faiz borcunun və 122.411,5 ABŞ dolları məbləğində cərimə daxil olmaqla ümumilikdə 655.510,53 ABŞ dolları məbəğində borcun, 009K**********04 saylı kredit razılaşması üzrə 30.000 ABŞ dolları məbləğində kredit borcunun, 3212,5 ABŞ dolları məbləğində faiz borcunun və 31.800 ABŞ dolları məbləğində cərimə daxil olmaqla, ümumilikdə 65.012,50 ABŞ dolları məbəğində borcun; 009KK**********01 saylı kredit razılaşması üzrə 9999,87 ABŞ dolları məbləğində kredit borcunun, 1901,9 ABŞ dolları məbləğində faiz borcunun və 250 ABŞ dolları məbləğində cərimə daxil olmaqla, ümumilikdə 12.151,81 ABŞ dolları məbəğində borcun, ümumilikdə hər üç kredit razılaşması üzrə cəmi 732.674 (yeddi yüz otuz iki min altı yüz yetmiş dörd) ABŞ dolları 84 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evinə; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evinə; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evinə; Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi ev 94, mənzil 9-a yönəldilməklə açıq hərracdan satılması və cəmi 732.674 (yeddi yüz otuz iki min altı yüz yetmiş dörd) ABŞ dolları 84 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına «xxxx» QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1, X1, Əli-X15, “xxxx”xxxx«xxxx MMC»-dən və X4 ümumi qaydada tutulması; Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi ev 94, mənzil 9-a tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, mənzilin boşaldılması və «xxxx» QSC-nə təhvil verilməsi; Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra evin boşaldılması və «xxxx» QSC-nə təhvil verilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra evin boşaldılması və «xxxx» QSC-nə təhvil verilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra evin boşaldılması və «xxxx» QSC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcmini artıraraq, cavabdehlər Cavabdeh1, X1, Əli-X15, “xxxx”xxxx«xxxx MMC»-dən və X4 müştərək qaydada iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 09R000005432 saylı kredit razılaşması üzrə 478.156 ABŞ dolları məbləğində kredit borcunun, 108.934.85 ABŞ dolları məbləğində faiz borcunun və 251.985.63 ABŞ dolları məbləğində cərimə daxil olmaqla ümumilikdə 839.076.47 ABŞ dolları məbəğində borcun, 009K**********04 saylı kredit razılaşması üzrə 30.000 ABŞ dolları məbləğində kredit borcunun, 6600 ABŞ dolları məbləğində faiz borcunun və 72450 ABŞ dolları məbləğində cərimə daxil olmaqla, ümumilikdə 109050 ABŞ dolları məbəğində borcun; 009KK**********01 saylı kredit razılaşması üzrə 9999,87 ABŞ dolları məbləğində kredit borcunun, 1901,94 ABŞ dolları məbləğində faiz borcunun və 2930 ABŞ dolları məbləğində cərimə daxil olmaqla, ümumilikdə 14.831,81 ABŞ dolları məbəğində borcun, ümumilikdə hər üç kredit razılaşması üzrə cəmi 962.958.28 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evinə; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evinə; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evinə; Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi ev 94, mənzil 9-a yönəldilməklə açıq hərracdan satılması və cəmi 732.674 (yeddi yüz otuz iki min altı yüz yetmiş dörd) ABŞ dolları 84 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına «xxxx» QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1, X1, Əli- X15, “xxxx”xxxx«xxxx MMC»-dən və X4 ümumi qaydada tutulması; Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi ev 94, mənzil 9-a tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, mənzilin boşaldılması və «xxxx» QSC-nə təhvil verilməsi; Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra evin boşaldılması və «xxxx» QSC-nə təhvil verilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra evin boşaldılması və «xxxx» QSC-nə təhvil verilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra evin boşaldılması və «xxxx» QSC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra məhkəmə baxışı dövründə iddiaçı «xxxx» QSC təkrarən iddia tələbinin həcmini artıraraq xx.xx.2009-cu il tarixli 09L000000372 saylı kredit xətti müqaviləsinə və onun əsasında bağlanmış xx.xx.2011-ci il tarixli 09R000005432 saylı, xx.xx.2015-ci il tarixli 009K**********04 saylı və xx.xx.2015-ci il tarixli 009KK**********01 saylı kredit razılaşmalarına vaxtından əvvəl xitam verilməsi; cavabdehlər Cavabdeh1, X1, Əli-X15, X5, “xxxx”xxxxvə “xxxx” MMC-dən müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə: xx.xx.2011-ci il tarixli 09R000005432 saylı Kredit Razılaşması üzrə 478.155,99 AQŞ Dolları əsas borc, 196.397,55 ABŞ Dolları faiz borcu və 460.928,87 ABŞ Dolları cərimə borcu olmaqla, ümumilikdə 1.135.482,41 ABŞ dolları borcun; xx.xx.2015-ci il tarixli 009K**********04 saylı kredit razılaşması üzrə 30.000 ABŞ dolları əsas borc, 19.575 ABŞ dolları faiz borcu və 120.450 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 170.025 ABŞ Dolları borcun; xx.xx.2015-ci il tarixli 009KK**********01 saylı kredit razılaşması üzrə 9999,87 ABŞ dolları əsas borc, 1901,94 ABŞ dolları faiz borcu və 7260 ABŞ bolları cərimə borcu olmaqla, ümumilikdə 19.161,81 ABŞ dolları borcun; cəmi 1.324.669,22 ABŞ dolları (bir milyon üç yüz iyirmi dörd min altı yüz altmış doqquz dollar iyirmi iki sent) məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; tutmanın ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli, 218 nömrəli və 219 nömrəli bağ evlərinə və Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 saylı mənzilinə yönəldilməsi; həmin əmlakların açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına cavabdehlər Cavabdeh1, X2, Əli-X17, X8, “xxxx" ASC-nin və “xxxx” MMC-nin iddiaçı “xxxx” QSCyə olan 1.324.669,22 ABŞ dolları (bir milyon üç yüz iyirmi dörd min altı yüz altmış doqquz dollar iyirmi iki sent) məbləğində kredit borcunun, 30 manat iddia ərizəsi üzrə dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ödənilməsi; ipoteka predmetlərinin hərrac vasitəsi ilə satışı hesabına əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, X1, Əli-X15, X4, “xxxx”xxxxvə “xxxx” MMC-dən müştərək qaydada “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması; satıldıqdan sonra ən geci bir ay ərzində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli, 218 nömrəli və 219 nömrəli bağ evlərinin və Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 saylı mənzilinin Cavabdeh1 tərəfindən məcburi qaydada boşaldılması və onun sadalanan daşınmaz əmlaklardan əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra məhkəmə baxışı dövründə iddiaçı «xxxx» QSC təkrarən iddia tələbinin həcmini artıraraq xx.xx.2009-cu il tarixli 09L000000372 saylı kredit xətti müqaviləsinə və onun əsasında bağlanmış xx.xx.2011-ci il tarixli 09R000005432 saylı, xx.xx.2015-ci il tarixli 009K**********04 saylı və xx.xx.2015-ci il tarixli 009KK**********01 saylı kredit razılaşmalarına vaxtından əvvəl xitam verilməsi; cavabdehlər Cavabdeh1, X1, Əli-X15, X5, “xxxx”xxxxvə “xxxx” MMC-dən müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə: xx.xx.2011-ci il tarixli 09R000005432 saylı Kredit Razılaşması üzrə 478.155,99 AQŞ Dolları əsas borc, 202.374,50 ABŞ Dolları faiz borcu və 476.229,34 ABŞ Dolları cərimə borcu olmaqla, ümumilikdə 1.156.759,83 ABŞ dolları borcun; xx.xx.2015-ci il tarixli 009K**********04 saylı kredit razılaşması üzrə 30.000 ABŞ dolları əsas borc, 30.012,50 ABŞ dolları faiz borcu və 152.250 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 185.262,50 ABŞ Dolları borcun; xx.xx.2015-ci il tarixli 009KK**********01 saylı kredit razılaşması üzrə 9999,87 ABŞ dolları əsas borc, 1901,94 ABŞ dolları faiz borcu və 2930 ABŞ bolları cərimə borcu olmaqla, ümumilikdə 14.831,81 ABŞ dolları borcun; cəmi 1.356.854,14 ABŞ dolları (bir milyon üç yüz əlli altı min səkkiz yüz əlli dörd dollar on dörd sent) məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının tutulması; tutmanın ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli, 218 nömrəli və 219 nömrəli bağ evlərinə və Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 saylı mənzilinə yönəldilməsi; həmin əmlakların açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına cavabdehlər Cavabdeh1, X2, Əli-X17, X8, “xxxx" ASC-nin və “xxxx” MMC-nin iddiaçı “xxxx” QSCyə olan 1.324.669,22 ABŞ dolları (bir milyon üç yüz iyirmi dörd min altı yüz altmış doqquz dollar iyirmi iki sent) məbləğində kredit borcunun, 30 manat iddia ərizəsi üzrə dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının ödənilməsi; ipoteka predmetlərinin hərrac vasitəsi ilə satışı hesabına əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, X1, Əli-X15, X4, “xxxx”xxxxvə “xxxx” MMC-dən müştərək qaydada “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması; satıldıqdan sonra ən geci bir ay ərzində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli, 218 nömrəli və 219 nömrəli bağ evlərinin və Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 saylı mənzilinin Cavabdeh1 tərəfindən məcburi qaydada boşaldılması və onun sadalanan daşınmaz əmlaklardan əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı dövründə iddiaçı «xxxx» QSC-nin iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X5 müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə: xx.xx.2011-ci il tarixli 09R000005432 saylı Kredit Razılaşması üzrə 472.156 ABŞ dolları əsas, 202.374,50 ABŞ dolları faiz və 476.229,34 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 1.150.759,84 ABŞ dolları borcun; xx.xx.2015-ci il tarixli 009K**********04 saylı kredit razılaşması üzrə 30.000 ABŞ dolları əsas, 30.012,50 ABŞ dolları faiz və 152.250 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 212.262,50 ABŞ dolları borcun; xx.xx.2015-ci il tarixli 009KK**********01 saylı kredit razılaşması üzrə 9999,87 ABŞ dolları əsas, 1901,94 ABŞ dolları faiz və 2930 ABŞ bolları cərimə borcu olmaqla, ümumilikdə 14.831,81 ABŞ dolları borcun; hər üç kredit razılşması üzrə cəmi 1.377.854 (bir milyon üç yüz yetmiş yeddi min səkkiz yüz əlli dörd) ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının tutulması; tutmanın ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli, 218 nömrəli və 219 nömrəli bağ evlərinə və Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 saylı mənzilinə yönəldilməsi; həmin əmlakların açıq hərracda satılması və cəmi 1.377.854 (bir milyon üç yüz yetmiş yeddi min səkkiz yüz əlli dörd) ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxx” QSC-yə ödənilməsi; ipoteka predmetlərinin hərrac vasitəsi ilə satışı hesabına əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan borcun Cavabdeh1 və X4 müştərək qaydada “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması; Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 saylı mənzilinə tutma yönəldildikdən və həmin əmlak satıldıqdan 1 (bir) ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, mənzilin boşaldılması və “xxxx” QSC-yə təhvil verilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli, 218 nömrəli və 219 nömrəli bağ evlərinə tutma yönəldikdən sonra və həmin əmlaklar satıldıqdan 1 (bir) ay sonra həmin əmlakların boşaldılması “xxxx” QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zxxxxnı tərəflər barışıq sazişi təqdim edərək, barışıq sazişinin qeyd olunan şərtlər daxilində məhkəmə tərəfindən təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı «xxxx» QSC-nin cavabdehlər Cavabdeh1 və X9 qarşı « kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi » tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin qeyd edilən şərtlər şərtlər daxilində təsdiq edilməsi qərara alınmışdır (Sədrlik edən: Ramin Quliyev). Cavabdehlər Cavabdeh1, X12 və maraqlı şəxslər X10, X11 tərəfindən həmin qərardaddan şikayətlər verərək, qərardadın ləğv olunmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6/2019 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə, şikayətlər təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir (Sədrlik edən: Gültəkin Əsədova). Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi M.Ağamirov şikayətlərin dəlillərinə etiraz edərək şikayətlərin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Ü.İsmayılov şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə digər cavabdeh və maraqlı şəxslərə məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya həmin şəxslərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.3-cü maddəsinə görə, tərəflər məhkəmə işini barışıq sazişi bağlxxxxqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Şikayətlərin məzmunundan görünür ki, cavabdehlər barışıq sazişini bağlxxxxğa məcbur edildiklərini iddia edirlər. Eyni zxxxxnda, maraqlı şəxslər şikayətində bildirmişlər ki, onlar sözügedən barışıq sazişi ilə hüquqlarına toxunulan şəxs olduqları halda prosesdə iştiraka cəlb edilməmişlər. Kollegiya işin hallarını şikayətlərin dəlilləri ilə birgə araşdıraraq, qeyd edilən hüquq normalarının tələblərinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə maraqlı şəxslər X10 və X6 prosesdə iştirakını təmin etməklə araşdırma aparmalı, eyni zxxxxnda cavabdehlərin şikayətlərində qeyd etdiyi barışıq sazişinin məcburi olaraq imzalanması hallarını araşdırmalıdır. Apellyasiya instansiyası məhkəməsi işin hallarına və qeyd edilən hüquq normalarının tələblərinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdehlər Cavabdeh1, X12, maraqlı şəxslər X10 və X6 şikayətləri təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilsin və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3241/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3241/2021
19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver