Məhkəmə qərarları › İş №2(103)-325/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-325/2023

10.01.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-325/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1, Üçüncü şəxs X3 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “istifadə və sahiblik hüququnun tanınması və hüququn həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə” ilk iddiasına, üçüncü şəxs X3 cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi, istifadə və sahiblik hüququnun tanınması, istifadəyə maneələrin aradan qaldırılması barədə” müstəqil iddiasına və iddiaçı "xxxx" MTK-nın cavabdeh İddiaçı Nazan oğluna qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən çıxarılma barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı və X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 1-ci iş üzrə İddiaçı cavabdeh "xxxx" MTK-ya və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bağışov Xaləddin Vəkil oğluna qarşı “qeyriyaşayış sahəsinə pay hüququnun, istifadə və sahiblik hüquqlarının tanınması, istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli müqavlə əsasında MTK-ya məxsus yaşayış binasının ikinci mərtəbəsində yerləşən, cizgi-plan əsasında koordinatları müəyyən edilən qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüquqlarının tanınması, həmin qeyri-yaşayış sahəsindən istifadə və sahiblik hüquqlarına yaranan maneə və məhdudiyyətlərin aradan qaldırılması, qeyri-yaşayış sahəsinin naturada ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 iddia tələbinə dair ərizə ilə və sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək iddia ərizəsi tərtib edilərkən texniki səhfə yol verildiyini və “yaşayış sahəsi” yerinə “qeyri-yaşayış sahəsi” sözlərinin qeyd edildiyini göstərmiş, Baki şəhəri, ünvan 1 ünvanında inşa edilən 9A saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən tikinti sahəsi 120 kv.m olan yaşayış sahəsi üzərində sahiblik və istifadə hüquqlarının tanınması və həmin qeyri-yaşayış sahəsindən istifadə olunmasına yaranan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2-ci iş üzrə iddiaçı "xxxx" MTK cavabdeh İddiaçı qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən çıxarılma tələbinə dair” qarşılıqlı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Yüksəliş-C" MMC ilə İddiaçı arasında bağlanmış 06 may 2016- cı il tarixli müqavilənin MTK tərəfindən verilmiş maliyyə arayışlarının etibarsız hesab edilməsi və İddiaçı "xxxx" MTK tərəfindən inşa olunan Xətai rayonu 2337-ci məhəllə Məhəmməd Hadi küçəsi 2-ci mərtəbəsində yerləşən 95 kv.m sahəsi olan qeyri-yaşayış sahəsindən (hal-hazırda mənzildən) çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 1-ci iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) 2(011)- 91/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən çıxarılma tələbinə dair” qarşılıqlı iddia ərizəsi təmin edilmiş, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 06 may 2016-cı il tarixli müqavilə və "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışları etibarsız hesab edilmiş, cavabdeh İddiaçı Bakı şəhəri, Xətai rayonu, 2337-ci məhəllə, Məhəmməd Hadi küçəsində "xxxx" MTK tərəfindən inşa olunan yaşayış binasının 2- ci mərtəbəsində yerləşən 95 kv.m sahəsi olan qeyri-yaşayış sahəsindən (halhazırda mənzildən) çıxarılması, İddiaçı cavabdeh "xxxx" MTKya və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bağışov Xaləddin Vəkil oğluna qarşı “qeyri-yaşayış sahəsinə pay hüququnun, istifadə və sahiblik hüquqlarının tanınması, istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair” ilkin, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi, istifadə və sahiblik hüququnun tanınması, istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizələrinin təmin edilməməsi qət edilmişdir. 2-ci iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İ.Abbasova) (2(011)- 482/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 Cavabdeh MMC-yə qarşı “istifadə və sahiblik hüququnu tanınması, istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməmişdir. 1-ci iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) 2(011)- 91/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-444/2021 saylı 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin rədd olunması, X4 apellyasiya şikayətinin rədd olunması, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “qeyriyaşayış sahəsinə pay hüququnun, istifadə və sahiblik hüququnun tanınması və istifadəyə maneələrin aradan qaldırılması barədə” ilk iddiasına, üçüncü şəxs X3 cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi, istifadə və sahiblik hüququnun tanınması, istifadəyə maneələrin aradan qaldırılması barədə” müstəqil iddiasına və iddiaçı "xxxx" MTK-nın cavabdeh İddiaçı Nazan oğluna qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən çıxarılma barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli dəyişdirilmədən saxlanılsın. X3 apellyasiya şikayətinin qismən təmin olunması, iddiaçı X3 Cavabdeh MMC-yə qarşı “istifadə və sahiblik hüququnun tanınması, istifadəyə manelərin aradan qaldırılması barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv olunması və həmin iddianın rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-444/2021 saylı 02 iyul 2021-ci il tarixli qətnaməsindən X6 və İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2502/2022 saylı iş üzrə 14 iyun 2022-ci il tarixli qərarı ilə X3 (bir işdə iddiaçı, digər işdə müstəqil tələb irəli sürən 3-cü şəxs) kassasiya şikayətinin qismən təmin edilməsi; həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-444/2021 nömrəli iş üzrə 2 iyul 2021-ci il tarixli qətnaməsi X3 iddia tələblərinin rədd edilməsi hissəsində (hər iki iş üzrə) ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün qaytarılması, İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, kassasiya şikayətlərinə əsasən qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmış, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-5769/2022 saylı qərardadı ilə iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3297/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minənədək dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-5769/2022 saylı qərardadı ilə iş üzrə icraat təzələnərək məhkəmə iclası təyin olunmuşdur. İşə apellyasiya qaydasında baxılarkən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə araşdırma aparılmış və müəyyən edilmişdir ki, hazırki mülki işlə əlaqədar olan iddiaçı X3 cavabdehlər X2 və Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələblərinə dair mülki iş Bakı Apelyasiya Məhkəməsinin icraatındadır. Məhkəmə kollegiyasının iclasında iştirak edən proses iştirakçıları ayrı-ayrılıqda izahat verərək mülki işin digər işlə birləşdirilməsi məsələsinin məhkəmənin mülahizəsinə əsasən həll edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırda apellyasiya instansiyası məhkəməsində olan mülki işlər bir-biri ilə əlaqəlidir, onlara bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan mülki işlərin bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “istifadə və sahiblik hüququnun tanınması və hüququn həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə” ilk iddiasına, üçüncü şəxs X3 cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi, istifadə və sahiblik hüququnun tanınması, istifadəyə maneələrin aradan qaldırılması barədə” müstəqil iddiasına və iddiaçı "xxxx" MTK-nın cavabdeh İddiaçı Nazan oğluna qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən çıxarılma barədə” qarşılıqlı iddiasına dair mülki iş, məhkəmənin icraatında olan iddiaçı X3 cavabdehlər X2 və Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələblərinə dair mülki işə birləşdirilsin. Hazırki mülki iş, 2(103)-820/2023 nömrəli mülki işlə bir icraatda baxacaq məhkəmə tərkibinə təqdim olunması məqsədilə məhkəmənin dəftərxanasına təhvil verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərarddadan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar