Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-325/2024 29.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X12 (prosessual hüquq varisi Cavabdeh) qarşı iş üzrə ( Açar sözlər: payın naturada bölünməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X20 (sədrlik edən və məruzəçi), ndan ibarət tərkibdə, məhkəmə iclas katibi X16, İddiaçı, Cavabdehin prosessual hüquq varisi, həmçinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X13 qanuni nümayəndəsi Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı cavabdeh X12 (prosessual hüquq varisi Cavabdeh) qarşı payın naturada bölünməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(003)-77/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən “B” tikilisini AN ******* saylı, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X2.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən, ünvan 2 sahəsində “B” tikilisi xx.xx.2006-cı il tarixində X7, “A” tikilisi xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir.
3. İddiaçı xx.xx.2019-cu il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizəsində ünvan 2 ünvanında yerləşən 0.045 ha torpaq sahəsini və üzərində olan “B” tikilisini vətəndaş X3, gələcəkdə bu barədə heç bir iddia qaldırmayacağını bildirmişdir.
4. Bağ evinin ümumi birgə mülkiyyətdə olan 0.1125 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixli razılıq ərizələri əsasında xx.xx.2019-cu il tarixdə İddiaçı və X7 adlarına qeydiyyata alınmışdır.
5. X7 xx.xx.2021-ci il tarixində ölümündən sonra B tikilisindən hər biri 1/3 hissə olmaqla xx.xx.2022-ci il tarixdə Cavabdeh, X18 və X14 adlarına dövlət reyestrində qeydiyyata alınmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh X12 qarşı payın naturada bölünməsi və sairə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 evinin yerləşdiyi torpaq sahəsində olan cavabdehə məxsus yaşayış sahəsinin həmin yaşayış sahəsinə iki metr enində yol verilməklə mərzin çəkilməsi qaydasında ona məxsus mülkiyyətində olan ərazi ilə naturada ayrılmasının təmin olunması, onun mülkiyyətində olan ərazi hüdudları daxilində cavabdeh tərəfindən inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi və zəbt olunmuş ərazinin onun mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh Nailə Əsədova arasında Bakı şəhəri, 7 saylı dövlət notariat ofisində bağlanmış xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsaslnda həmin müqavilə bağlanana kimi mülkiyyətində olmuş ünvan 1 evinin yerləşdiyi torpaq sahəsində olan əraziyə dair verilmiş texniki pasportda göstərilən “A” və “B” tikililərdən “B” adlı ümumi ərazisi 37.08 kv.m olan bir yaşayış otağından ibarət yaşayış sahəsini cavabdehə satmışdır. Cavabdehə satılmış yaşayış sahəsinə giriş-çıxış üçün onun mülkiyyətində qalmış ərazidən əraziyə ümumi girişdən başlamamaqla iki metr enində olmaqla evin giriş qapısına kimi olan məsafədə yol verməyə razılaşmışdır və bu gün də buna razıdır. Həmin yola itən ərazinin pulunu belə cavabdeh ona ödəməmişdir.
8. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 evinin yerləşdiyi torpaq sahəsində “A” literli yaşayış evinin arxasında 23.0 m uzunluğunda sərhəd hasarı çəkilməklə naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsi mübahisədə adı keçən torpaq sahəsinin naturada bölünməsinin mümkünlüyünü müəyyən etmək məqsədilə xx.xx.2020-ci il tarixli qərardadla tikinti-texniki ekspertizası təyin etmişdir.
10. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/338 saylı rəyinə əsasən, ünvan 1 evinin yerləşdiyi torpaq sahəsində (iddiaçının mülkiyyətində olan) yerləşən X12 məxsus yaşayış sahəsinə yol verilməklə İddiaçı məxsus yaşayış sahəsinin naturada ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün mübahisəli torpaq sahəsində yerləşən “A” literli yaşayış evinin arxasında 23.0 m uzunluğunda sərhəd hasarı çəkilməlidir.
11. Məhkəmə icraatı gedişində cavabdeh X17 öldüyündən, onun əri Cavabdehin prosessual hüquq varisi kimi cəlb işə edilmişdir.
12. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (2(003)-77/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim S.X.Bəhrəmzadə) iddia təmin olunmuş, ünvan 1 evinin yerləşdiyi torpaq sahəsində “A” literli yaşayış evinin arxasında 23.0 m uzunluğunda sərhəd hasarı çəkilməklə həmin sahənin İddiaçı naturada ayrılması qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqdim edilmiş sənədlərə əsasən iddiaçı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2199-cu məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin “A” tikilisinin 2/5 hissəsinin mülkiyyətçisidir.
14. Birinci instansiya məhkəməsi ekspertiza rəyinə əsasən müəyyən etmişdir ki, ünvan 1 evinin yerləşdiyi torpaq sahəsində (iddiaçının mülkiyyətində olan) yerləşən X12 məxsus yaşayış sahəsinə yol verilməklə İddiaçı məxsus yaşayış sahəsinin naturada ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün mübahisəli torpaq sahəsində yerləşən “A” literli yaşayış evinin arxasında 23.0 m uzunluğunda sərhəd hasarı çəkilməlidir.
15. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı ünvan 1 evinin “A” tikilisinin (torpaq sahəsilə birlikdə) mülkiyyətçisidir və həmin torpaq sahəsində yerləşən “A” literli yaşayış evinin arxasında hasar çəkilməklə onun payının naturada ayrılması texniki cəhətdən mümkün olduğu üçün iddia təmin edilməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 213, 220.1, 220.2, 220.3, 1243.3-cü maddələri, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia edir ki, guya cavabdehə satılmış yaşayış sahəsinə giriş-çıxış üçün onun mülkiyyətində qalmış ərazidən əraziyə ümumi girişdən başlamaqla iki metr enində olmaqla evin giriş qapısına kimi olan məsafədə yol verməyə razılaşmışdır və bu gün də buna razıdır. Belə bir razılaşma olmamışdır və bunun olması mümkün deyil, əgər həqiqətən də belə hal mövcud olmuş və daha sonra pozulmuşsa onda iddiaçı 2006-cı ildə bağı satdıqdan sonra bu günki iddia tələbini irəli sürə bilərdi. Bu fakt onu göstərir ki, belə bir razılaşma mövcud olmamışdır və bunu sübut edən hər hansı bir sübut məhkəməyə təqdim olunmayıbdır. İşin faktiki halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mərhum həyat yoldaşı Nailə Əsədova verilmiş **********90 saylı arayışdan bəlli olur ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 2608 nömrəli bağ evinin qeydiyyata alınmasına əsas olmuş ilkin sənədlər toplusunda Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1038 nömrəli qərarına əsasən 246 nömrəli bağ tikinti kooperativi nəzdində Mərdəkan bağlar sahəsində yerləşən 0.12 hektar torpaq sahəsi olan 2608 nömrəli bağ sahəsinin ayrılmasına dair X15 adına verilmiş 28 nömrəli order mövcuddur. X8 mülkiyyətində olmuş Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 2608 nömrəli bağ evi Bakı şəhəri, 9 saylı notariat kontorunda xx.xx.2005-ci il tarixdə 4-Ə5/873 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinə əsasən xx.xx.2006-cı il tarixdə iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Daha sonra xx.xx.2006-cı il tarixdə alqısatqı müqaviləsinə əsasən bağ evinin bir hissəsi (A) tikilisi iddiaçının digər (B) tikilisi isə cavabdeh Nailə Əsədovanın mülkiyyətinə verilmişdir. İş üçün ən vacib hallardan biri odur ki, iddiaçı notarial qaydada rəsmi ərizə verərək bildirmişdir ki, “Yazıb Sizə bildirirəmki, ünvan 2 ünvanında yerləşən 0.045 ha torpaq sahəsini və üzərində olan “B” tikilisini vətəndaş X5. Gələcəkdə bu barədə heç bir iddia qaldırmayacağam”. Faktiki olaraq öz iradə ifadəsini bildirmişdir. Bundan başqa, iddiaçı hal-hazırda cavabdehə qarşı ünvan 1 evinin yerləşdiyi torpaq sahəsində “A” literli yaşayış evinin arxasında 23.0 m uzunluğunda sərhəd hasarı çəkilməklə naturada ayrılması barədə iddia qaldırmaqla da torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasını təsdiq edir. İddiaçının cavabdeh X12 qarşı iddia ərizəsinə baxılan zaman cavabdeh yəni Nailə Əsədova dünyasını dəyişmişdir. Məhkəmə iş üzrə hüquq varis müəyyən edilənədək iş üzrə icraatı dayandırmalı olduğu halda məhkəmə baxışını davam etdirmişdir. Torpaq sahəsini təxminən 0.075 ha hissəsi iddiaçının sahibliyində və istifadəsindədir. Həmin torpaq sahəsinin paylı mülkiyyət olmasına baxmayaraq iddiaçı qanunsuz olaraq həmin torpaq sahəsinin təxminən 0.02 ha hissəsini bacısı X1. Həmin şəxs orada ev tikmişdir. X17 vəfat etdikdən sonra həmin torpaq sahəsi Cavabdeh və onun övladlarının adına keçmişdir. Bu haqda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh xx.xx.2022-ci il tarixdə Çıxarış verilmişdir. Həmin Çıxarışda qeyd olunduğu kimi daşınmaz əmlakın ümumi sahəsi 119.20 kv.m, torpaq xüsusi, torpaq sahəsinin ölçüsü 0.1125 hektardır. Hal-hazırda ki, Çıxarışa əsasən B tikilinin 1/3 hissəsi Cavabdeh, 1/3 hissəsi övladları X13 və 1/3 hissəsi X14 mülkiyyətindədir. İddiaçı tərəfindən notarial qaydada verilmiş “Yazıb Sizə bildirirəm ki, ünvan 2 ünvanında yerləşən 0.045 ha torpaq sahəsini və üzərində olan “B” tikilisini vətəndaş X5. Gələcəkdə bu barədə heç bir iddia qaldırmayacağam.” ərizə ümumiyyətlə nəzərə alınmamışdır. Hansı ki, iddiaçı burada 0.045 ha torpaq sahəsindən cavabdehin xeyrinə imtina edir və gələcəkdə bununla bağlı hər hansı bir iddia qaldırmayacağını təsdiq edir. Bundan başqa, torpaq sahəsinin çox hissəsi iddiaçının sahibliyində, istifadəsindədir. İddiaçının özünə məxsus torpaq sahəsindən evinə ayrıca giriş-çıxışı vardır və illərdi oradan heç bir problem olmadan istifadə edir. Bundan əlavə, torpaq sahəsi paylı mülkiyyətdə olduğu halda, iddiaçı qanunsuz olaraq 0.02 ha torpaq sahəsini bacısına satmış və onun tərəfindən qanunsuz olaraq ev inşa edilərək tikilmişdir. İddiaçının cavabdehə qarşı iddia qaldırmaqla onun xüsusi mülkiyyətində olan və hasarlanmış ailəsinin yaşadığı ərazidən əlavə olaraq özü üçün hasarın çəkilməsi və naturada ayrılmasını tələb etməsi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün bu faktiki halları aydınlaşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
20. Apellyasiya baxışında apellyasiya instansiyası məhkəməsi xx.xx.2022-ci tarixli qərardadla mühəndis-texniki ekspertizası təyin edərək, ekspert qarşısında ünvan 1 ünvanında B tikilisinin yerləşdiyi 0,045 ha torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi barədə sual qoymuşdur.
21. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6591 saylı rəyi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin yerləşmə sxeminə əsasən, ünvan 1 ünvanında yerləşən mübahisəli torpaq sahəsi ümumi ərazinin şimal-şərq küncündə (A literli evin arxasında) yerləşməklə eni 9.48 metr (9.65 metr), uzunluğu 19.24 metr (20.15 metr) təşkil edir və koordinatları müəyyən edilmişdir.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-213/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İ.S.Şirinov, E.C.Kazımov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, ünvan 1 evinin yerləşdiyi torpaq sahəsində “B” literli yaşayış evinə giriş çıxışı təmin etmək üçün 23 metr uzunluğunda yol qoyulmaqla, “A” literli yaşayış evinin arxasında (ona bitişik) 20 kv. metrlik sahə (9.48 m. A tikilisi tərəfdən, 9.50 m. onun qarşısından, 2.12 metr A tikilisindən sağda, 2.10 metr A tikilisindən solda olmaqla) İddiaçı naturada ayrılması qət edilmişdir.
23. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə yalnız 2608 saylı bağ evinin “A” tikilisinə (torpaq sahəsi ilə birlikdə) münasibətdə payın naturada ayrılmasının mümkünlüyünə qiymət vermişdir. Lakin, B tikilisinin yerləşdiyi torpaq sahəsinin koordinatlarını nəzərə almamışdır.
24. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, AN ******* saylı, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı X10 Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 2608 saylı bağın B tikilisinin ümumi sahəsi 37.08 kv.m., yaşayış sahəsi 16.40 kv.m., Köməkçi sahə 20.68 kv.m. olan bir otağı alıcı X7 mülkiyyətinə verir. Həmçinin MH seriyalı ******* saylı çıxarışın surətinə əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan 0.02749 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli 4 otaqlı 59.29 kv.m yaşayış, 59.68 kv.m köməkçi sahədən ibarət olan 2608 saylı bağ sahəsi paylı mülkiyyət hüququ ilə X6 A tik-3 otaq (42.89 kv.m), X7 B tik-1 otaq (16,4 kv.m) adlarına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 349 nömrəli vərəqində qeydiyyata alınmışdır. Eyni zamanda iddiaçının notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən 0.045 ha torpaq sahəsini və üzərində olan B tikilisini X4 və gələcəkdə bu barədə heç bir iddia qaldırmayacağını bildirmişdir.
25. Apellyasiya instansiya məhkəməsi sonuncu ekspert rəyinə, həmçinin ekspert və mütəxəssisin izahatlarına əsasən hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə satılmış 0.045 ha ərazi yalnız B tikilisinin sahəsi ilə məhdudlaşmır, həmçinin B tikilisinin önündə və A tikilisinin arxasındakı həyətyanı sahəni də özündə ehtiva edir. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin yalnız B tikilisinə getmək üçün yol qoyulması və yerdə qalan A tikilisinin arxasındakı torpaq sahəsinin iddiaçı üçün ayrılması əsaslı olmamış, cavabdehin mülkiyyət hüquqlarını pozmuşdur. Çünki, iş materiallarında olan alqı-satqı müqaviləsi və iddiaçı tərəfindən notariat qaydasında verilmiş ərizəyə əsasən, B tikilisi və 0.045 ha torpaq sahəsi cavabdehə satılmışdır.
26. Apellyasiya instansiya məhkəməsi ekspert rəyinə, ekspert və mütəxəssisin məhkəmə iclasında verdiyi dəqiqləşdirmələrə əsasən qeyd etmişdir ki, B tikilisinin önü və A tikilisinin arxasındakı 0.045 ha torpaq sahəsi (B tikilisi də daxil olmaqla) cavabdehə məxsusdur. Lakin əraziyə ekspertin baxışı zamanı müəyyən edilmişdir ki, həmin sahə 0.045 ha-dan 20 kv.metr artıqdır. Ekspert rəyindəki cizgiyə əsasən B literli tikiliyə giriş-çıxış üçün 23 metr uzunluğunda yol qoyulması zəruridir.
27. Apellyasiya instansiya məhkəməsi sadalanan xüsusatlara əsasən hesab etmişdir ki, 0.045 ha torpaq sahəsi iddiaçı tərəfindən cavabdehə satıldığından və 0.045 ha torpaq sahəsi B tikilisinin sahəsi ilə deyil, həmçinin onun önündəki torpaq sahəsi ilə ehtiva edildiyindən, 20 kv. metr sahə 0.045 ha torpaq sahəsindən artıq olduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi qismən təmin edilərək, “B” litirli yaşayış evinə giriş-çıxışı təmin etmək üçün 23 metr uzunluğunda yol qoyulmaqla, A tikilisinin arxasında 20 kv. metr (9.48 m. A tikilisi tərəfdən, 9.50 m. onun qarşısından, 2.12 metr A tikilisindən sağda, 2.10 metr A tikilisindən solda olmaqla) torpaq sahəsi naturada İddiaçı ayrılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
Kassasiya instansiyası məhkəməsində icraat
28. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli, 2(102)-2342/2023 nömrəli qərarı ilə (hakimlər A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), Z.Ə.Əliyev və V.M.Məmmədovdan ibarət tərkibdə) İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-213/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
30. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya baxşında ekspertiza təyin edərkən ekspert qarşısında yalnız ünvan 1 ünvanında B tikilisinin yerləşdiyi 0,045 ha torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi barədə sual qoymuş, Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2022-ci il tarixli, 10/6591 saylı rəyində də B tikilisinin yerləşdiyi 0,045 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Lakin həmin koordinatlara uyğun torpağın naturada bölünməsinin mümkünlüyü ekspert rəyində müəyyən edilib.
31. Qətnamə ilə Mərdəkan qəsəbəsi, 2608 saylı bağ evinin yerləşdiyi torpaq sahəsində “B” literli yaşayış evinə giriş çıxışı təmin etmək üçün 23 metr uzunluğunda yol qoyulmaqla, “A” literli yaşayış evinin arxasında (ona bitişik) 20 kv.metrlik sahə (9.48 m. A tikilisi tərəfdən, 9.50 m. onun qarşısından, 2.12 metr A tikilisindən sağda, 2.10 metr A tikilisindən solda olmaqla) İddiaçı naturada ayrılması qət edilsə də, naturada bölgünün bu qaydada mümkünlüyünün nə ilə müəyyən edilməsi işdən görünmür. Halbuki qeyd edilən hal xüsusi bilik tələb edən ekspertiza tədqiqatının sahəsidir.
32. Apellyasiya instansiyası məhkəməsi naturada bölgünün qeyd edilən qaydada mümkün olub-olmamasını araşdırmadan iddianı yuxarıda göstərilən formada qismən təmin etməklə, qətnamənin gələcəkdə icrasının mümkünlüyünə də şübhələr yaratmışdır. Halbuki məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. (MPM, 15.2-ci maddə)
33. Apellyasiya instansiyası məhkəməsi bölgünün öz qətnaməsində göstərilən qaydada aparılmasını ekspert və mütəxəssisin məhkəmə iclasında verdiyi dəqiqləşdirmələrə əsasən müəyyən etidiyini göstərsə də, nə ekspertin, nə də mütəxəssisin izahatlarında bu yöndə hər hansı açıqlama verilməmişdir.
34. Bir halda ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin yalnız 2608 saylı bağ evinin “A” tikilisinə (torpaq sahəsi ilə birlikdə) münasibətdə payın naturada ayrılmasının mümkünlüyünə qiymət verməsi, B tikilisinin yerləşdiyi torpaq sahəsinin koordinatlarını nəzərə almaması ilə razılaşmayaraq, B tikilisinin yerləşdiyi torpaq sahəsinin koordinatlarının müəyyən edilməsini də zəruri sayıb, belə olan halda, B tikilisinin yerləşdiyi torpaq sahəsinin koordinatları müəyyən edilməklə torpaq sahəsini naturada hansı qaydada ayrılmasının mümkünlüyünü də müəyyən etməli idi.
35. Bundan əlavə, mübahisəyə Mülki Məcəllənin paylı mülkiyyətdə olan əmlakla bağlı münasibətləri nizama salan normalar tətbiq edilsə də, işdə olan Çıxarışlara əsasən (i.v.10, 76) torpaq sahəsinin tərəflərin ümumi paylı mülkiyyətdə olub-olmamasına qiymət verilməyib. Ümumiyyətlə, torpaq sahəsinin tərəflərin hər birinin ayrıca, yaxud birgə və ümumi paylı mülkiyyətdə olması məsələsi araşdırılmayıb.
36. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 176.3-cü maddəsinə görə əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir.
37. Bu baxımdan, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi torpaq sahəsinin tərəflərin ümumi paylı mülkiyyətdə olubolmamasına qiymət verməklə yanaşı, iddia üzrə hər hansı nəticəyə gəlmək üçün işin müəyyən edilən hallarına əsasən hazırki mübahisəyə Mülki Məcəllənin 176.3-cü maddəsinin tətbiqinin mümkünlüyünü nəzərdən keçirməli idi.
Apellyasiya instansiya məhkəməsində ikinci icraat
38. Kollegiyanın xx.xx.2023-cü il tarixli qərardadına əsasən X18 və X21 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər.
39. Kollegiyanın xx.xx.2023-cü il tarixli, 2(103)-4864/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir.
Proses iştirakçılarının izahatları
40. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh, eyni zamanda üçüncü şəxsin qanuni nümayəndəsi Cavabdeh, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdilər.
41. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, torpağı ona valideynləri alıblar. Torpaqdan cavabdehə pay vermişdir. Torpağın bir hissəsini də başqa şəxsə vermişdir, orada ev də tikilmişdir. Həyətin hər üç sahəsində də qonşular var. Həyətə bir giriş-çıxış mövcuddur. Cavabdehə evi verəndə evin arxasından yol da vermişdir. Lakin o yoldan istifadə etmədikləri üçün başqa şəxs tərəfindən mənimsənilmişdir. Ona verilmiş suala cavab olaraq bildirdi ki, onun dəqiqləşdirilmiş iddia tələbi “A” literli yaşayış evinin arxasında 23 metr uzunluğunda sərhəd hasarı çəkilməklə naturada ayrılması barədədir.
Tətbiq edilən hüquq
42. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
43. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 176.3. Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Maddə 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.
44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.
47. Hazırkı işdə iddia təmin edildiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir.
49. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir.
50. Məhkəmə kollegiyası tərəfindən kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən ünvan 1 evinin yerləşdiyi 0,1125 ha torpaq sahəsinin ümumi birgə və ya paylı mülkiyyətdə olub-olmamasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə sorğu ünvanlanmışdır. Sorğuya verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir: Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 1038 nömrəli qərarına əsasən 246 nömrəli bağ tikinti kooperativi nəzdində Mərdəkan qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsi olan 2608 nömrəli bağ sahəsinin ayrılmasına dair X15 (sənəddə olduğu kimi) adına 28 nömrəli order verilmişdir. Həmin order əsasında 2608 saylı bağ evi xx.xx.2004-cü il tarixdə X11 adma qeydiyyata alınmışdır. Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş 4-Ə-5/873 reyestr nömrəli, xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 2608 saylı bağ evi xx.xx.2006-cı il tarixdə X19 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 7-ci dövlət notariat kontorunda təsdiq edilmiş 4Ə/2-228 reyestr nömrəli xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında 2 ədəd 1 mərtəbəli, 4 otaqlı, 59.29 kv.m yaşayış , 59.68 kv.m köməkçi sahədən ibarət 2608 nömrəli bağ evi paylı mülkiyyət hüququ üzrə X6-A tikilisi 3 otaq (42,89 kv.m), X7 B tikili 1 otaq (16,4 kv.m) adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra bağ evinin ümumi birgə mülkiyyətdə olan 0.1125 hektar torpaq sahəsi Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019cu il tarixli, 8İ-386, 8İ-387 reyestr nömrəli razılıq ərizələri əsasında xx.xx.2019-cu il tarixdə İddiaçı və X7 adlarına qeydiyyata alınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0.1125 hektar torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 119.2 kv.m olan 2608 saylı bağ evi Bakı şəhəri 7 saylı notariat kontorunda təsdiq edilmiş 2V-40 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəfik hüququ haqqında şəhadətnamə əsasında B tikilisindən hər biri 1/3 hissə olmaqla xx.xx.2022-ci il tarixdə Cavabdeh, X18, X14 adlarına qeydiyyata alınmış, A tikilisi isə İddiaçı mülkiyyətində qalmışdır.
51. Beləliklə, qeyd olunan məktuba əsasən müəyyən olunur ki, 2608 nömrəli bağ evinin yerləşdiyi 0.1125 hektar torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla, xx.xx.2019-cu il tarixdə İddiaçı və X7 adlarına dövlət reyestrində qeydiyyata alınmışdır.
52. Həmçinin məhkəmə kollegiyası tərəfindən kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən iş üzrə xx.xx.2023-cü il tarixli qərardadla məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir.
53. 21.12.2023-cü il tarixli, 10/7642 nömrəli ekspert rəyində göstərilmişdir ki, ünvan 1 ünvanında olan “B” tikilisi və onun yerləşdiyi 0,045 ha torpaq sahəsinin faktiki vəziyyətdə digər sahələrdən təcrid şəkildə ayrı olduğunu, eyni zamanda iddiaçının istifadəsində olan “A” tikilisi və 295 kv.m torpaq sahəsi mişar daşı ilə hasara alınaraq digər sahələrdən təcrid şəkildə ayrı olduğunu, hər iki sahənin ayrıca giriş çıxış qapısı, yaşayış və yardımçı tikililərini mövcud olduğunu nəzərə alaraq, “A” tikilisinin torpaq sahəsi ilə birlikdə “B” tikilisindən və onun yerləşdiyi 0,045 ha torpaq sahəsindən naturada ayrılması texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Belə ki, qeyd olunan sahələr faktiki vəziyyətdə naturada ayrılmışdır.
54. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 2608 saylı bağ evinin yerləşdiyi 0.1125 hektar torpaq sahəsinin ona məxsus olduğuna əsaslanaraq hazırki iddia tələbini irəli sürmüşdür.
55. Mülki qanunvericiliyin tələblərinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Lakin yuxarıda da qeyd olunduğu kimi, apellyasiya qaydasında işə baxılarkən araşdırma nəticəsində müəyyən edilmişdir ki, 0.1125 ha torpaq sahəsi iddiaçının deyil, tərəflərin ümumi birgə mülkiyyətindədir, torpaq sahəsinə tərəflərin payları müəyyən edilməmişdir. Paylar müəyyən edilmədiyi təqdirdə, payın naturada ayrılması mümkün deyil.
56. Bundan başqa qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları).
57. Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
58. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.
59. İşdən göründüyü kimi, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi tərəflər arasında faktiki olaraq naturada bölünmüşdür. Tərəflərin izahatlarından da aydın olur ki, həyətin hər üç tərəfində qonşular var və həyətə bir giriş-çıxış mövcuddur. Bundan əlavə, tərəflərin ümumi birgə mülkiyyətində olan torpaq sahəsində başqa bir tikili də mövcuddur və həmin tikili və 310 kv.m. torpaq sahəsi başqa şəxsin istifadəsindədir. Cavabdehin bildirdiyinə görə həmin şəxs iddiaçının bacısıdır.
60. İşdə olan iddiaçının xx.xx.2019-cu il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizəsində o, ünvan 2 ünvanında yerləşən 0.045 ha torpaq sahəsini və üzərində olan “B” tikilisini vətəndaş X3, gələcəkdə bu barədə heç bir iddia qaldırmayacağını bildirmişdir.
61. Məhkəmə kollegiyası hesab edir ki, belə olan vəziyyətdə iddiaçı hazırki iddianı qaldırmaqla həmçinin digər tərəfin güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkət edir, bununla da hüquqdan sui-istifadə edir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
62. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-77/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-77/2021 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh X12 (prosessual hüquq varisi Cavabdeh) qarşı payın naturada bölünməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: